Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1503/2022 14.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı1, iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı3, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X7, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasına və sənədləşdirilməsinə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ölkədə torpaq islahatı aparılan zaman Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X7, İddiaçı2, İddiaçı3 və İddiaçı1 paylı mülkiyyət hüququ əsasında mülkiyyətinə JN-436F saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə adı birinci sırada qeyd edilmiş X7 21 mart 2012-ci ildə kəsirin miokart infarktı səbəbindən ölmüşdür. Şəhadətnamədə Şəhadətnamədə 1-ci sırada adı qeyd edilmiş mərhum X3 ata adı texniki səhv olaraq, “Aləşrəf” kimi qeyd olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-565/2022 saylı qətnaməsinə əsasən JN- 43 6F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» X1 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Qəbələ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra adımıza Çıxarışlar almaq üçün müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etdik. Lakin Reyestr İdarəsinin işçiləri Çıxarış vermək üçün müvafiq ölçmə işlərinin aparılması üçün ünvanımıza yaxınlaşdıqda cavabdeh həmin torpaq sahəsində onun da payının olduğunu bildirdi və ölçmə işlərinə maneə yaratdı. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi [yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 15 avqust 2022-ci il tarixli **********42 saylı bildirişindən görünür ki, idarənin mütəxəssisləri ərazidə texniki inventaıiaşdırma işləri aparılması üçün əraziyə getmiş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan ərazidə texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamış və torpaq sahəsi üzərində hüquqlarımızın dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh mərhum X3 birinci evliliyindən oğludur və Şəhadətnamədə paylı mülkiyyətçi kimi adı qeyd olunmamışdır. Həmçinin cavabdeh həmin torpaq sahəsini gəlib qanunsuz şəkildə zəbt edib, torpaq sahəsinin təxminən 0,02 ha hissəsini dəmir hasarla ayıraraq, öz istifadəsinə götürmüşdür. Lakin onlar torpaq sahəsinə dair adına Çıxarışlar aldıqdan sonra mərhum atasının payına düşəcək torpaq sahəsindən hər birinə vərəsəlik qaydasında nə qədər pay düşərsə, ona düşəcək payın cavabdehə verilməsinə etirazları yoxdur. Həmçinin cavabdehin iddiası əsasında Qəbələ Rayon Məhkəməsinin 11 dekabr 2011-ci il tarixli, 2(025)-1887/2018 saylı qətnaməsi qəbul olunmuşdur. Qətnamədə Cavabdeh İddiaçı1 qızma qarşı Qəbələ rayon Aqrar İslahat Komissiyasım 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-436F saylı, kodu 40601004 olan “Toprağm mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0,05 ha torpaq sahəsi üzərində payçıların paylarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədə qeyd olunmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, aqrar islahatı aparılan zaman X8, İddiaçı2, İddiaçı3 və İddiaçı1 paylı mülkiyyətinə 0,05 ha torpaq sahəsinin verilməsinə dair JN-436F saylı Şəhadətnamədə Torpaq mülkiyyətinə payçı olaraq iddiaçı Cavabdeh adı göstərilməmişdir. Məhkəmə qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin hüquqi statusunu müəyyən edən JN-436F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə iddiaçı payçı olaraq, göstərilmədiyi üçün onun həmin torpaq sahəsindən paylarının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmaq, tələb irəli sürmək səlahiyyəti və hüququ yoxdur. Qətnamədə də qeyd edildiyi kimi, həmçinin Şəhadətnamədən də göründüyü kimi cavabdehin həmin Şəhadətnamədə mülkiyyətçi kimi adı qeyd olunmamışdır. Gələcəkdə vərəsəliklə bağlı iddiası olduğu təqdir də isə, hər bir halda mərhum X3 payı müəyyənləşdirilməlidir ki, ona düşən hissədən vərəsələrin paylarını müəyyən etmək mümkün olsun. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələblərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı3 iddia tələblərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X11 iddia tələbini qəbul etməyərək təqdim etdiyi etiraz ərizəsinə uyğun olaraq izahatında bildirdi ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh şəxs kimi ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Qəbələ rayon AİK 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X3, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi mülkiyyətinə verilmiş Qəbələ şəhərində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasına və sənədləşdirilməsinə obub tərəfindən törədilən maneələrə son qoyulması haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya ona məxsus ərazini zəbt edərək ona sənədləşmə işlərini aparmağa maneə olmaqdadır. Halbuki həmin torpaq sahəsində iddiaçılardan daha öncə o və ailəsi yaşamışlar. Belə ki, iddiaçılar onun atasının - X3 ikinci dəfə qurduğu ailəsidir. 1992-ci ildə anası xərçəng xəstəliyindən vəfat etdi. Bir müddət sonra atası ikinci dəfə ailə həyatı qurdu. İddiaçılar onun yaşadığı həyətə köçərək düz evinin qabağında fərdi yaşayış evi tikdilər. Hazırda evinin qabağında yalnızca 6 metrlik giriş-çıxış üçün yol qalmışdır. 2001-ci ildə torpaq islahatları keçirilən zaman torpaq sahəsində yaşayanlar olaraq yalnız atasının və iddiaçıların adları qeyd olunmuşdur. O da həmin torpaq sahəsində atasından qalan evdə yaşasa da onun həmiçinin qardaş və bacısının adı torpaq Şəhadətnaməsində qeyd edilməmişdir. İndi isə iddiaçılar hazırkı əsassız iddia tələbi ilə qalan ərazini də ondan almaq istəyirlər. X2 2012-ci ildə vəfat etmiş. Onun dəfn və yas mərasimi böyük oğlu olaraq o, həmin həyətdə təşkil eləmişdir. Dəfələrdə iddiaçılara bildirsə də ki, həmin torpaq sahəsi onun ata-baba yurdudu, həmin ərazidən X3 vərəsəsi olaraq onun də payı var, buna baxmayaraq iddiaçılar torpaq sahəsindən istifadə etməyinə ona çətinliklər yaradırlar. Hazırda isə o, iddiaçıların öz evlərinə müvafiq çıxarış almalarına etiraz etmir. Lakin bir şərtlə ki, torpaq sahəsində hər birinə aid olan hissə müəyyən edilsin və hazırda onun istifadəsində olan toıpaq sahəsinə müdaxilə edilməsin. Etiraz ərizəsinə əlavə etdiyi Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 03 noyabr 2022-ci il tarixli arayışından görünür ki, o, mübahisəli - ünvan 1 ünvanında yerləşən torpaq sahəsində həyat yoldaşı ilə qeydiyyatdadır. Qeyd olunanlar əsasında iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək etdiyi etiraz ərizəsinə uyğun olaraq izahat verdi və qeyd olunanlar əsasında iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçı tərəfin izahatlarını və işdə olan sübutları tədqiq edib və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan JN-436F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, X5 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ şəhəri ərazisində 0.05 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-565/2022 saylı 02 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən JN-436F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçinin mərhum atası - X4 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 09 mart 2018-ci il tarixdə verilmiş AZ-İ № 933455 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 31 mart 2012-ci il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-1887/2018 saylı 11 dekabr 2018ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı1 qarşı Qəbələ rayon Aqrar islahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-436F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə göstərilən 0.05 ha torpaq sahəsi üzərində payçıların paylarının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ şəhərində yerləşən 0.05 ha torpaq Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən JN-436F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə X5 və ailə üzvlərinin - iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. Cavabdeh qeyd olunan ərazi üzrə müvafiq torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsində iddiaçılara maneə yaratmaqdadır. Hazırda iddiaçı Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X7, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasına və sənədləşdirilməsinə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmasını tələb edir. Cavabdeh iddia tələbini qəbul etməyərək həmin torpaq sahəsinin bir hissəsinin ona və ailə üzvlərinə məxsus olduğunu bildirmişdir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Göründüyü kimi, iddiaçılar istifadəsində olan torpaq Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən JN-436F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə əldə etsə də, məhkəmə araşdırması zamanı məlum oldu ki, iddiaçılara həmin torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən maneələr yaradılır. Bununla da iddiaçıların hüquqları pozulmuşdur. Həmçinin məhkəmə iddia tələbinin Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X7, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsinə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı2 qeyd olunan tələblə müraciət etsələr də, irəli sürdükləri tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı ilə JN-436F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X3, İddiaçı1, İddiaçı2 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonunda yerləşən 0,05 ha torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı ilə JN-436F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X3, İddiaçı1, İddiaçı2 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonunda yerləşən 0,05 ha torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1503/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1503/2022
14.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver