Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1512/2021 28.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Osmanlı (Əzəmmədova) Pərvanə Ələsgər qızına qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Osmanlı (Əzəmmədova) Pərvanə Ələsgər qızına qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Osmanlı (Əzəmmədova) Pərvanə Ələsgər qızından müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1772,63 manat məbləğində kredit borcu, 1282,17 manat məbləğində faiz borcu və 1863,47 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4918 (dörd min doqquz yüz on səkkiz) manat 27 (iyirmi yeddi) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırılmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X12 İddiaçı QSC ilə 12.07.2018-ci il tarixdə bağladığı 027A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,3333 % olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1900 (min doqquz yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri kredit müqaviləsi üzrə 20.09.2018-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 127,37 manat ödəniş etmiş və onun iddiaçıya 1772,63 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bənd ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 10.08.2021-ci il tarixə 1055 gün üçün hesablanmış faiz borcu 1282,17 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 10.08.2021-ci il tarixə 1055 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1863,47 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən borclu X7 31.08.2018-ci il tarixdə vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03.11.2020-ci il tarixli **********21 saylı məktuba əsasən, X7 6 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyət hüququ ilə adına Qəbələ rayonu, Dızaxlı kəndində yerləşən 0,55 ha həyətyanı və 4,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydiyyata alınmışdır. Bununla bağlı, Qəbələ rayon İcra Hakimiyyətinə 18.12.2020-ci il tarixində 2-398 2020 saylı sorğu verilmiş, sonuncunun 27.01.2021-ci il tarixli 2/53/524 saylı məktubuna əsasən məlum olmuşdur ki, mərhum X7 mülkiyyətində olan Qəbələ rayonu, Dızaxlı kəndində yerləşən 0,55 ha həyətyanı və 4,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hal-hazırda mərhumun arvadı Cavabdeh1, oğulları Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, qızı X3 istifadəsindədir. Belə ki, faktiki vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Osmanlı (Əzəmmədova) X10 rayonu, Dızaxlı kəndində yerləşən torpaq sahələrindən istifadə etdiklərindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən adları qeyd olunmuş şəxslər mərhum X7 faktiki vərəsələri hesab edirlər. Göründüyü kimi, X7 ölümü onun kredit öhdəliklərinin olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə tələb hüququ yaranması üçün əsasdır. Faktiki vərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Osmanlı (Əzəmmədova) Pərvanə Ələsgər qızı hazırda yuxarıda qeyd edilən torpaq sahələrini istifadə etdiklərindən miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən adları qeyd olunan şəxslər X7 İddiaçı QSC-yə olan kredit öhdəliyi üzrə cavabdeh kimi cəlb edilməli və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Osmanlı (Əzəmmədova) Pərvanə Ələsgər qızından tutulmalıdır. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X13 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərdi ki, əsas kredit borcunun ödənilməsinə etiraz etmirlər. Lakin faiz borcunun və cərimə borcunun silinməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qismən qəbul edərək, əsas borcu ödəyəməyə hazır olduqlarını bildirmişdir. Eyni zamanda faiz və cərimə borcunun silinməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, və Osmanlı (Əzəmmədova) Pərvanə Ələsgər qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Osmanlı (Əzəmmədova) Pərvanə Ələsgər qızının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehlər Cavabdeh1 və Cavabdeh4 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC-i ilə X12 arasında bağlanmış 12.07.2018-ci il tarixli 027A********** saylı kredit müqaviləsindən görünür ki, sonuncuya 12 ay müddətinə, aylıq 2.3333 faiz dərəcəsi ilə 1900 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 12.07.2018-ci il tarixli 027A********** saylı kredit müqaviləsinin “Ödəniş cədvəli”ndən görünür ki, borcalan X12 1900 manat məbləği aylıq 2.3333 %-lə, 12 ay müddətinə aylıq 185 manat, sonuncu ay isə 185,77 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, cavabdeh X7 12.07.2018-ci il tarixli 027A********** saylı Kredit müqaviləsi üzrə 22.07.2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) 1772,63 manat əsas, 248,14 manat faiz və 538,81 manat cərimə olmaqla, cəmi 2559,58 manat məbləğində kredit borcu vardır. İşdə olan «Xəbərdarlıq» məktublarından görünür ki, cavabdeh (mərhum) X7 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Osmanlı (Əzəmmədova) Pərvanə Ələsgər qızı kredit üzrə əsas, hesablanmış faiz və cərimə borcunun qaytarılmasına dair xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 03.09.2018-ci il tarixli, AZ-İ seriyalı, 954449 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X12 31.08.2018-ci il tarixdə Qəbələ rayonu Dızaxlı kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.09.2018-ci ildə 02 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ Rayonu İcra Hakimiyyəti Başçısı Aparatının Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Mərəndskiy və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış 2/53/524 nömrəli, 27 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, 1956-cı il təvəllüdlü mərhum X2 rayonu Dızaxlı kənd inzibati ərazi dairəsində qeydiyyata olmuş və onun ümumi birgə mülkiyyətində olmuş Dızaxlı kəndində yerləşən 0,55 ha həyətyanı və 4,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hal-hazırda faktiki olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Mərəndskiy və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış **********21 nömrəli, 03 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, 1956-cı il təvəllüdlü X8 6 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyət hüququ ilə adına Qəbələ rayon, Dızaxlı kəndində yerləşən 0,55 ha həyətyanı və 4,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 16.03.2021-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh4 xx.xx.1987-ci ildə Qəbələ rayonu Dızaxlı kəndində doğulmuşdur və Qəbələ rayonu, Dızaxlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 16.03.2021-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh3 xx.xx.1983-cü ildə Qəbələ rayonu Dızaxlı kəndində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 16.03.2021-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh2 xx.xx.1981-ci ildə Qəbələ rayonu Dızaxlı kəndində doğulmuşdur və ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 16.03.2021-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.1960-ci ildə Qəbələ rayonu Dızaxlı kəndində doğulmuşdur və Qəbələ rayonu, Dızaxlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 16.03.2021-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh5 xx.xx.1984-cü ildə Qəbələ rayonu Dızaxlı kəndində doğulmuşdur və Bakı şəhəri, ünvan 3 ünvanda qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsvirici-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh (mərhum) X7 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Osmanlı (Əzəmmədova) Pərvanə Ələsgər qızına münasibətdə iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi mərhum X4 qalmış miras əmlak Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Osmanlı (Əzəmmədova) Pərvanə Ələsgər qızı tərəfindən qəbul edilmişdir. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh (mərhum) X7 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Osmanlı (Əzəmmədova) Pərvanə Ələsgər qızı kreditor (iddiaçı) qarşısında məsuliyyət daşıyırlar, kredit müqaviləsi üzrə əsas borc tələbi onlardan tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 10.08.2021-ci il tarixə, eyni zamanda 22.07.2019-cu il tarixə (müqavilə bitdiyi tarixə) borclu X7 əsas borcu 1772,63 manat borcu olmuşdur. Məhkəmə bu səbəbdən cavabdeh (mərhum) X7 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Osmanlı (Əzəmmədova) Pərvanə Ələsgər qızından müştərək qaydada iddiaçı bankın xeyrinə əsas borc üzrə 1772,63 manat borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-cı il 04 iyun tarixli qərarında Dəbbə puluna görə zamin və vərəsələrin məsuliyyətli olubolmaması məsələsi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1863,47 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 50 manata endirilməlidir. Tələb olunan faiz borcuna qiymət verən məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, mərhum X7 müqavilə müddəti bitən tarixə faiz borcu 248,14 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-cı il 04 iyun tarixli qərarında həmçinin qeyd olunmuşdur ki, Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Məhkəmə qeyd edir ki, X12 İddiaçı QSC ilə 027A********** saylı kredit müqaviləsi 12.07.2018-ci il tarixdə bağlanmışdır. Yəni, sözügedən kredit müqaviləsinin bağlanmasından yaxın müddət ərzində, 31.08.2021-ci il tarixdə Ələskər Əzəmmədov vəfat etmiş və bu səbəbdən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmişdir. Məhkəmə hesab edir ki, X1 ölümünədək malik olduğu əmlak hüquqları daxilində miras qoyanın öhdəliklərini qəbul etdiklərindən və kredit müqaviləsi bağlanandan qısa müddət ərzində Ələskər Əzəmmədov vəfat etdiyindən vərəsələrdən faiz borcu tələb edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-cı il 04 iyun tarixli qərarında həmçinin qeyd olunmuşdur ki, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdeh (mərhum) X9 vərəsəsi X5 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh (mərhum) X7 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Osmanlı (Əzəmmədova) Pərvanə Ələsgər qızından müştərək qaydada 1772,63 manat məbləğində kredit borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 1822,63 (bir min səkkiz yüz iyirmi iki manat altmış üç qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (mərhum) X7 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Osmanlı (Əzəmmədova) Pərvanə Ələsgər qızından müştərək qaydada 1772,63 manat məbləğində kredit borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 1822,63 (bir min səkkiz yüz iyirmi iki manat altmış üç qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1512/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1512/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver