Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1528/2021 02.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Qərı̇ bova Nəcı̇ bə Möylam qızının və cavabdeh Yunusova Gültəkı̇ n Məmmədı̇ yə qızının iştirakları ilə, İddiaçı Qərı̇ bova Nəcı̇ bə Möylam qızının cavabdehlər Yunusov Nərı̇ man Möylam oğluna və Yunusova Gültəkı̇ n Məmmədı̇ yə qızına qarşı “mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması" dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Qərı̇ bova Nəcı̇ bə Möylam qızı cavabdehlər Yunusov Nərı̇ man Möylam oğluna və Yunusova Gültəkı̇ n Məmmədı̇ yə qızına qarşı “mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 06.11.2020-ci tarixdə tərtib olunmuş AA № 564742 saylı Torpaq sahəsinin plan və ölçüsü ilə müəyyən edilmiş sənəd üzrə sahəsi 0,56 ha, faktiki sahəsi 0,71 ha olan ona məxsus torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mamed qızı tərəfindən törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ölkədə aqrar islahat aparılarkən ona digər ailə üzvləri ilə birlikdə torpaq sahəsi verilmişdir. Sonradan anası X2 da öz adına olan torpaq sahəsini ona bağışlamışdır. Öz adına Çıxarış almışdır. Öz payına düşən və anasının ona bağışladığı torpaq sahəsinin ümumi sahəsi sənədlə 0,56 ha, faktiki 0,71 ha sahədən ibarətdir. Həmin torpaq sahəsinin kənarı qurumuş ağacdan hasara alınmışdır və o, həmin torpaq sahəsinə dəmir armaturdan düzəldilmiş darvaza da qoymuşdur. Onu da qeyd etmək istəyir ki, mərhum atası hələ sağ ikən qardaşı Nərimanın həyətinə bitişik olan torpaq sahəsindən ona da yer vermişdi. Lakin sonradan o, həmin torpaq sahəsini qardaşı Nərimana bağışlamışdır. Nərimana bağışladığı torpaq sahəsində də cavabdehlər orda yerləşən fındıq ağaclarını keçən il may ayının axırları budadılar. Qardaşının yoldaşı bildirmişdi ki, gedib yığası olsa, yerdə qalanını da kəsəcək. Sözü gedən yer və atası evi atasının, anasının və onun adına idi. Atası rəhmətə gedəndən sonra da evin 1/4 hissəsi onun adına idi. Qardaşının arvadının onu şərləməsinə, nalayiq sözlər deməsinə baxmayaraq, ailə üzvlərinin razılığı ilə evin onun payına düşən hissəsini və atasının həyəti ilə yanaşı olan ona verdiyi torpaq sahəsini qardaşına bağışladı. Belə bir gəlinə bu cür yaxşılıq etməyimə baxmayaraq, haqqında nalayiq sözlər işlədir. Sonradan hazırda mübahisəsi gedən torpaq sahəsinin ikidə bir hissəsini anası ona bağışladı, digər ikidə bir hissəsi isə əvvəldən onun özünə məxsus idi. Həmin torpaq sahəsini hələ atası sağ ikən də qardaş-bacılarına tanıdıb bildirmişdir ki, bura qızı Nəcibənin payıdır. Lakin zaman keçdikcə qardaşı Nəriman və onun yoldaşı Gültəkin ona həmin torpaq sahəsindən istifadə ilə bağlı müxtəlif maneələr törədirlər. Belə ki, həmin torpaq sahəsində anasının payına düşən hissənin fındıqlarını əvvəllər cavabdehlər yığırdılar. Lakin artıq həmin bağ sahəsi ümumilikdə onun mülkiyyətindədir. Cavabdeh şəxslər ilk növbədə həmin torpaq sahəsinin ona məxsusluğunu qəbul edə bilmirlər. Həmin ərazidə fındıq və qoz ağacları var. Cavabdeh şəxslər o, öz bağına gedərkən qışqır-bağır salır, kənd içində onu biabır etməyə çalışırlar. Qardaşının həyat yoldaşı Gültəkin ona hədə-qorxu gəlir. Bağ sahəsinə gedəcəyi təqdirdə “qan düşəcəyini", onu şərləyəcəyini dəfələrlə bildirmişdir. Onun qaynatasına məxsus evə gedərək onun barəsində şərböhtan xarakterli sözlər işlədir. Bu il yenidən fındıq mövsümü başlayanda o, öz bağ sahəsindən fındıq yığmaq üçün bir neçə adam aparıb fındığı yığdırdı. Bu zaman onu “oğurluq etməkdə” günhlandırdı. O, torpağın sənədlərini göstərib dedi ki, bura mənim bağımdı, sənin deyil. Buna baxmayaraq, ona demədiyi nalayiq sözlər qalmadı. yenə də təsvir edilməyəcək hərəkətlər etdi. Onun qaynına və digər qohumlarına evlərinə gedərək, onun barəsində etikaya uyğun olmayan sözlər işlətdi. Söz-söhbət qurtarsın deyə, onun bağından yığılmış fındığın hamısını ona deyib aparıb qardaşının yoldaşına verdi. Həmin fındığın yığılması üçün adam gətirmişdiki və həmin adamlara qaynı 40 manat zəhmət haqqı vermişdi. Gəlin fındığı qaynından alsa da, fındığın yığılması üçün çəkilmiş xərci qaynına ödəmir ki, zəhmət haqqında Nəcibədən al. Həmçinin qardaşının yoldaşı başqalarının yadnında deyir ki, “əgər Nəcibə polislə o bağı yığmağa çalışsa, ya fındıq ağaclarını kəsəcək, ya da fındıq kiçik olan vaxt ağacdan yonacam ki, Nəcibəyə heçnə qalmasın”. Artıq bu hallar dözülməz həddə çatmışdır. Həmin bağ sahəsi ilə torpaq vergisi ödəyirlər. Bağdan qardaşları və o istifadə etdiyi halda bu vergini sağlığında atası keçirirmiş və o bunu 2017-ci ildə atasə rəhmətə getməmişdən əvvəl sənədləşmə işləri başlayanda öyrənmişdir. Torpaq sahəsi onun adına olduğuna görə də vergi onun adına gəlirdi və o bunu ödəmişdir. Bu səbəbdən əlacsız qalıb məhkəmə müdafiəsindən istifadə elmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Qərı̇ bova Nəcı̇ bə Möylam qızı iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Yunusova Gültəkı̇ n Məmmədı̇ yə qızı iddianı qəbul etməyərək göstərdi ki, Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur və onun istifadəsindədir. Həmin torpaq sahəsindən istifadə edilməsində iddiaçıya heç bir maneəçilik törətməmişdir. Hal-hazırki dövrdə iddiaçı ilə arasında torpaq sahəsi üzrə mübahisə mövcud deyil. Axırıncı dəfə fındıq yığılan mövsümdə Qərı̇ bova Nəcı̇ bə Möylam qızının torpaq sahəsinə fındıq yığmaq məqsədi ilə daxil olmuşdur. Həmin vaxtdan sonra iddiaçıya heç bir maneəçilik törətməmişdir. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Qəbələ Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərardadı ilə mübahisənin tam və ədalətli həlli, habelə xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********93 nömrəli Çıxarışına əsasən Qərı̇ bova Nəcı̇ bə Möylam qızının xüsusi mülkiyyətində olan 0.56 ha torpaq sahəsinin hüdudları müəyyən edilməklə, həmin torpaq sahəsinin cavabdehlər Yunusov Nərı̇ man Möylam oğlu və Yunusova Gültəkı̇ n Məmmədı̇ yə qızı tərəfindən zəbt olunmuşdurmu?
2. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?
3. Zəbt edilmişdirsə həmin torpaq sahəsində cavabdehlər Yunusov Nərı̇ man Möylam oğlu və Yunusova Gültəkı̇ n Məmmədı̇ yə qızı tərəfindən iddiaçıya torpaq sahəsindən istifadəyə hər hansı bir maneə (tikili, hasar, çəpər və s.) törədilmişdirmi? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən 01.11.2021-ci il tarixli **********75 saylı rəydən görünür ki, İşin araşdırılması üçün DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri iddiaçı və cavabdehlərin iştirakı ilə torpaq sahəsində çöl ölçmə işləri aparmış və aparılan çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar əsasında araşdırma aparılmışdır. Ərazi İdarəsi tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki,
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********93 nömrəli Çıxarışına əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,56 ha torpaq sahəsinin hüdudları müəyyən edilmiş və həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunma halı aşkar olunmamışdır.
2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya torpaq sahəsindən istifadəyə hər hansı bir maneə törədilməsi faktı aşkar olunmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 16 oktyabr 2021-ci il tarixli 4Ə-955 saylı “Daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, X1 rayonu, Böyük Pirəli kəndində yerləşən ümumi sahəsi 0.56 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən ½ hissəsini Qərı̇ bova Nəcı̇ bə Möylam qızına bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********93 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qərı̇ bova Nəcı̇ bə Möylam qızının Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 0.56 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində olan mülkiyyət hüququ 06.11.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 194 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Məhkəmə iddianın “mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması” tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Məhkəmə hesab edir ki, iddiaçı Qərı̇ bova Nəcı̇ bə Möylam qızı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 06.11.2020-ci tarixdə tərtib olunmuş AA № 564742 saylı Torpaq sahəsinin plan və ölçüsü ilə müəyyən edilmiş sənəd üzrə sahəsi 0,56 ha, faktiki sahəsi 0,71 ha olan ona məxsus torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mamed qızı tərəfindən törədilən maneələrə son qoyulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən keçirilən espertiza nəticəsində müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən həmin torpaq sahəsi zəbt edilməmiş, torpaq sahəsindən istifadəyə hər hansı bir maneə törədilməsi faktı mövcud deyildir. Beləliklə, iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qərı̇ bova Nəcı̇ bə Möylam qızının cavabdehlər Yunusov Nərı̇ man Möylam oğluna və Yunusova Gültəkı̇ n Məmmədı̇ yə qızına qarşı “mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması" tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 95 manat iddiaçı Qərı̇ bova Nəcı̇ bə Möylam qızından tutularaq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ
İddiaçı Qərı̇ bova Nəcı̇ bə Möylam qızının cavabdehlər Yunusov Nərı̇ man Möylam oğluna və Yunusova Gültəkı̇ n Məmmədı̇ yə qızına qarşı “mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması" tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 95 manat iddiaçı Qərı̇ bova Nəcı̇ bə Möylam qızından tutularaq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elman İsayev