Məhkəmə qərarları › İş №2(025)-1530/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1530/2023

13.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1530/2023 13.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yonca sahəsinin və kənarına çəkilmiş 100 metr tor setkanın (11 top setka deməkdir) yararsız vəziyyətə salınmış nəticəsində vurulmuş 308 manat ziyan və 4 ha yonca sahəsinin 12%-nin mal-qaraya yedirtməsi və tapdaladaraq yararsız vəziyyətə salınması nəticəsində vurulmuş 105 x 5,5 = 575 manat yonca kipinin dəyərini, cəmi 883 manat ziyan pulunun cavadehdən alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq islahatı keçirilən zaman ona Qəbələ rayon Zərgərli kəndi ərazisinin Nic qəsəbəsi ilə sərhəddindən 3.3929 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin 1.388 ha xx.xx.2017-ci il tarixdə reyestr nömrəli **********37 reystr nömrəsi olan ******* saylı çıxarışla adına rəsmiləşdirilmişdir. Çıxarış xx.xx.2017-ci ildə qeydə alınıb. 1.0714 ha torpaq sahəsi reystr nömrəli **********27 reystr nömrəsi olan 13730 89 saylı çıxarışla adıma rəsmiləşdirrilmişdir. Çıxarış xx.xx.2018-ci ildə qeydə alınıb. 0.9335 ha torpaq sahəsi isə reystr nömrəsi **********09 olan 11 20 717 saylı çıxarışla adına rəsmiləşdirrilmişdir. Həmin torpaq sahəsi 3 çıxarışla adına rəsmiləşdirilməsinə baxmayaraq Zərgərli kəndində Nic qəsəbəsi ilə sərhəddə bir ərazidə yerləşir. 04 ha torpaq yaxın torpaq sahəsinə yonca bitkisi əkmişdir. Sahənin ətrafını tor setka ilə hasarlamışdır. Bildirir ki, yonca sahəsinə Nic qəsəbə sakini Cavabdeh Sabir oğiu qəsdən mal-qarasını otarmaq məqsədi ilə setka hasarı əyərək dəfələrlə 10 baş iri buynuzlu mal-qarasını sahəyə salaraq otarıb və sahəni mal-qara tapdalayıb. Dəfələrlə xəbərdarlıq etsədə nəticəsi olmamışdır. Məcbur olub Zərgərli kənd İƏN-nə təkrar-təkrar müraciətlər edərək şəhid atası olaraq ona cavabdeh tərəfindən ziyan vurmanın qarşısınn alınmasına köməklik etmələrini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli müraciətinə əsasən Zərgərli kənd İƏN-nümayəndə əvəzi İmran Qasımovun nümayəndəliyin digər əməkdaşı Nəsimi Rəşidovun və onun iştirakı ilə yonca sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həqiqətən Cavabdeh Sabir oğlunun 10 baş iri buynuzlu malları əraziyə tor setkadan ibarət hasarı əzərək yonca sahəsinə daxil olmuşdur. Tərəflərindən ilkin qiymətləndirmə aparılaraq akt tərtib edilmişdir. Müəyyən edilmişdir ki, təxminən 4 ha yonca sahəsi mal-qara tərəfindən yeyilərək və tapdalanaraq 12%-i yararsız vəziyyətə salınmışdır. Bundan əlavə sahənin ətrafına çəkilmiş tor setkanın 100 metrəsi tapdalanaraq yararsız vəziyyətə salınmışdır. Yarasız vəziyyətə salınmış setka 11 top setka deməkdir. Mal-qara tərəfindən yararsız vəziyyətə salınmış yonca sahəsindən 105-110 ədəd yonca kipi almaq mümkündür ki, bunun da ümumi dəyəri 105 x 5.5 = 575 manat təşkil edir. Bununla da cavabdeh mənə 100 metr setkanı əzərək yarasız vəziyyətə salmaqla 308 manat yonca sahəsinin 12%-ni mal-qaraya otarmaqla və tapdalatmaqla ona ümumən 575 manat +308 manat = 815 manat məbləğində ziyan vurmuşdur. 885 manat ziyam tələb edir. Cavabdeh tərəfindən vurulan ziyanın mal-qaranın sahibsiz və ya qəsdən yonca sahəsində otarmaqla 100 metr setkanı yarasız vəziyyətə salınması və yonca sahəsinin mal-qara otarılması və tapdalanması səbəbindən sahənin 12%-nin yarasız vəziyyətə salınmasına görə, setkaya görə 308 manat, əkin sahəsinin 12%-nin yarasız vəziyyətə düşməsinə görə isə 575 manat cəmi 885 manat ziyana görə xx.xx.2023 tarixdə Qəbələ rayonu Zərgərli kəndində akt tərtib edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasındə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, onun mal-qarası orada olsa da İddiaçı qeyd etdiyi qədər yoncanı yeye bilməz. İkrama dəymiş ziyana qarşı 100 (bir yüz) manat təklif etsə də, İkram bunu qəbul etməmişdir. İddiada dəymiş ziyanın çox olduğunu bildirmişdir. İkramın yonca sahəsinin hasarı zəif olduğundan ora mal-qara girmişdir. Sonda isə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən  Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.  Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.  Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.  Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.  Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, Qəbələ rayonu, Nic kəndində yerləşən 1.388 ha kənd təsərrüfatı təyinatlı torpaqları İddiaçı xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 111 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, Qəbələ rayonu, Nic kəndində yerləşən 1.388 ha kənd təsərrüfatı təyinatlı torpaqları İddiaçı xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, Qəbələ rayonu, Nic kəndində yerləşən 0.9335 ha kənd təsərrüfatı təyinatlı torpaqları İddiaçı xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 147 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə, A№ 108542 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə, A№ 307719 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə, A№ 185731 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan Qəbələ rayon, Zərgərli kənd İcra Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş aktdan görünür ki, Zərgərli kənd İƏD üzrə nümayəndə əvəzi X2, Zərgərli kənd İƏD üzrə nümayəndəliyinin Baş mühasibi X3 və Zərgərli kənd sakini İddiaçı iştirakı ilə akt tərtib edilmiş və həmin akta görə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində Zərgərli kənd sakini ikinci Qarabağ müharibəsi şəhidi atası İddiaçı tərəfindən təkrar müraciət daxil olmuşdur ki, ona məxsus setka hasarla bağlanmış yonca sahəsinə Nic qəsəbə sakini Cavabdeh Sabir oğluna məxsus 10 baş mal-qara tərəfindən dəfələrlə xeyli miqdarda ziyan dəymişdir. Belə ki mal-qara tərəfindən yonca səhəsinin kənarına çəkilmiş 100 m setka tapdalanaraq yararsız hala düşmüşdür, təxminən 11 top setka olar ki bununda qiyməti 308 manat olar, həmin ərazidə olan 4 ha yonca sahəsinin 12%-i mal-qara tərəfindən yeyilərəq və tapdalanaraq yararsız vəziyyətə düşmüşdür ki, oradan təxminən 105-110 ədəd yonca presi almaq olardı ki, həmin yonca presini qiymətləndirsək 105*5.5=575 manat olar. Vətəndaş İddiaçı mal-qara tərəfindən setka hasarına və yonca sahəsinə dəymiş ziyanın cəmi 885 manat olar. Dəymiş ziyanın Nic qəsəbə sakini X1 alınması məqsədə uyğundur. Setka və yonca presi qiymətləndirilərkən yerli əhali və mütəxəssis sorğusundan istifadə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsinə cavabdehin heyvanları (10 baş mal-qara) daxil olaraq ona ziyan vurmuşdur. İddiaçı cavabdehdən dəymiş ziyanı tələb etsədə, cavabdeh dəymiş ziyanı ödəməmişdir. Nəticədə İddiaçı məcbur olub Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh heyvanları İddiaçı mülkiyyətində olan torpaq sahələrinə daxil olub ziyan vurduqlarına görə Cavabdeh Ə.İddiaçı qarşısında cavabdehdir, bu səbəbdən dəymiş zərərin dəyəri olan 883 (səkkiz yüz səksən üç) manat məbləğində pul vəsaiti iddiaçıya cavabdeh tərəfindən qaytarılmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 883 (səkkiz yüz səksən üç) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 883 (səkkiz yüz səksən üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar