Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-154/2020 29.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinin yenidən quraşdırılması, təmiri və digər abadlaşdırma işlərinə çəkilmiş xərcin əvəzinin ödənilməsi“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qəbələ şəhəri, İ.B.Qutkaşınlı küçəsi, 56 ünvanında 0.06 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yenidən quraşdırılması, əsaslı təmiri və digər tikinti və abadlaşdırma işlərinə iddiaçı tərəfindən çəkilmiş 39223 (otuz doqquz min iki yüz iyirmi üç min) manat xərcin əvəzinin və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 56 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsi Qəbələ rayon X15 03 saylı xx xxxxxx 2001-ci il tarixli qərarı ilə Cavabdeh və onun ümumi birgə mülkiyyətinə verilmişdir və bu barədə adlarına 815 nömrə ilə qeydiyyat kitabında qeydə alınmış JN-850F (kod 40601004) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. ünvan 3 (keçmiş İ.Qutqaşmlı küçəsi 56) ünvanda yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş 1 mərtəbəli, 3otaqlı, 66.05 kv.metr yaşayış, 62.17 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsində tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 153 nömrəli vərəqində qeydə alınmışdır və bu barədə onun adına **********89-1-301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx xxx 2008-ci il qeydiyyat tarixli, seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx xxxx 1976-cı ildə həmin evdə anadan olmuş və bu günədək həmin evdə qeydiyyatda olmaqla fasiləsiz olaraq orada yaşayır. xx xxxxxxxx 2003-cü ildə X35 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və həmin evdə yaşayan ailə üzvlərinin, o cümlədən iddiaçının razılığı ilə həmin evə gəlin köçmüş və bu günədək təsərrüfatı birgə idarə edirlər. Birgə nikahdan doğulmuş Nigar və Turan adlı iki övladı da həmin evdə anadan olmuşlar. Onlar hamısı həmin evdə pasport qeydiyyatındadır. Yaşadıqları yaşayış evi köhnə və yaşayış üçün qəzalı olduğundan və anası ilə münasibətləri həmin vaxt yaxşı olduğundan anası olan cavabdehin xahişi ilə evi yenidən qurmaq, əsaslı təmir və digər abadlıq işləri apararaq yaşayış üçün yüksək səviyyəli şərait yaratmaq qərarına gəlmişlər. Özü müğənni kimi 2009-cu ildən 2013-cü ilədək topladığı 20000 manat pul vəsaiti olduğundan 2013-cü ildən həmin məbləğlə yaşayış evinin yenidən quraşdırılmasına, əsaslı təmirinə və digər abadlıq işləri gördürməyə başlamışdır. Qeyd edilən işlərin görülməsi üçün 2013-cü ildə yoldaşı Vəfa Rasulovanın adına iki dəfəyə “Nikoyl” Bankdan 30000 ABŞ dolları kredit götürmüşlər və faizi ilə birlikdə 2015-ci ilin sonuna qədər 46310 ABŞ dolları banka pul ödəmişlər. xx xxxx 2013-cü ildə öz adına həmin bankdan 15098 ABŞ dolları kredit götürmüşdür. Özündə olan 20000 manat və götürülmüş kreditlərin hesabına həmin köhnə evi əsaslı təmir etdirmişdir, abadlaşdırmış və yenidən quraşdırma işləri görməklə yaşayış və istifadə üçün yüksək səviyyəli şərait yaratmışdır. Həmin yaşayış evinin yenidən qurulması, təmiri və digər abadlıq işlərinin görülməsi ilə əlaqədar həmin işləri görmüş ustalardan X16 tələb olunan tikinti materiallarının alınmasına görə və zəhmət haqqı kimi 12500 manat, X9 5924 manat, Elçin Məmmədova 4550 manat, X22 4572 manat, X17 2707 manat, X10 1010 manat, X12 2000 manat, X18 960 manat və X23 isə 5000 manat verməklə ümumilikdə 39223 manat pul vəsaiti xərcləmiş, Bundan başqa evin yenidən qurulması, təmiri, yeni tikililərin tikilməsi və digər abadlıq işlərinin görülməsi ilə əlaqədar tullantı şəklində həyətdə qalaqlanmış yararsız materialların nəqliyyat vasitəsi ilə yığılaraq daşınması, həyətin abadlaşdırılmasına əlavə olaraq 2700-3000 manat civarında xərci çıxmışdır. Fərdi yaşayış evinin xx xxx 2008-ci il tarixli texniki pasportunda inşa edilmiş 3 otaqdan ibarət yaşayış evinin inventar qiyməti 12623 manat təşkil etməsi göstərilmişdir. X11 MMC-nin verdiyi ekspertiza rəyində mübahisə predmeti olan rekonstruktiv dəyişikliklər etdiyi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə birlikdə 85000 manat, torpaq sahəsi nəzərə alınmadan 49000 manatdır. Qeyd olunan hallar yəni fərdi yaşayış evinin yenidən qurulmasına, təmirinə və digər abadlıq işlərinə ümumilikdə 39223 manat xərc çəkməyi iddia ərizəsinə əlavə etdiyi mötəbər sübutlarla, yəni foto şəkillər, izahatlar, aparılmış qeydlər, yaşayış evinin texniki pasportu, ekspertiza rəyi ilə tam təsdiq olunur. Bundan başqa həmin halları tikinti və digər abadlaşdırma işlərini aparmış şahid qismində məhkəməyə dəvət edəcəyi şəxslər də təsdiq edə bilər. Hazırda iddia tələbi üzrə Cavabdeh İddiaçı qarşı “evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən (keçmiş İ.B.Qutqaşınlı küçəsi, ev 56) fərdi yaşayış evindən istifadə hüququna bazar qiyməti ilə 6000 manat kompensasiya verilməsi yolu ilə xitam verilməsi və cavabdeh İddiaçı, həyat yoldaşı X24, qızı X13 və oğlu X19 həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, daha sonra iddia tələbini artıraraq kompensasiyanın məbləğini 9000 manat etmiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə həmin məbləğ dəyişdirilərək 10000 manat müəyyən edilmişdir. Cavabdehin həmin iddia ərizəsindən və həyətyanı torpaq sahəsinin və onun üzərində şəxsən onun vəsaiti hesabına yenidən rekonstruktiv dəyişiklik etdirərək yaşayış və istifadə üçün yüksək səviyyəli şərait yaratdığı yaşayış evinə çəkdiyi xərcin əvəzi olaraq 39223 manat pulunu ondan tələb etsə də, cavabdeh bundan birmənalı şəkildə imtina etmişdir. Yaşayış evini rekonstruksiya edən zaman cavabdeh olan anası bütün işlərə şəxsən özü razılıq vermiş və onun rəyi əsasında həmin işlər görülmüşdür. Həmin dövrdə anasının, yəni cavabdehin heç bir maddi və sair gəlirləri olmamış, ailənin bütün məişət xərclərini özü qazanaraq ödəmişdir, həmçinin də göstərilən tikinti işlərini həm öz qazancı, həm də kreditlər götürməklə həyata keçirmişdir. Ona görə də cavabdehə qarşı özünün mülkiyyətdə olan evin yenidən qurulması, əsaslı təmiri, tikinti və sair abadlıq işlərinin görülməsi və bunun üçün tikinti materialları əldə edilməsi ilə əlaqədar çəkdiyi 39223 manat xərcin ondan alınaraq verilməsinə dair hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X14 iddianı müdafiə edərək tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddia tamamilə əsassızdır. Evin təmir işləri zamanı ödənişlərin hamısını Nurlan deyil o, həyata keçirmişdir. Həmin ərəfədə bir neçə dəfə kredit götürmüş və evin təmirinə xərcləmişdir. Ustaların və tikinti materiallarının pullarını hər dəfə şəxsən özü Nurlana vermiş, Nurlan isə həmin pulları ustalara və tikinti materiallara xərcləmişdir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mübahisənin tam və ədalətli həlli, habelə xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: 1) Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində tikinti-təmir işləri aparılmışdırmı? 2) Əgər tikinti-təmir işləri aparılmışdırsa, nə vaxt və tikinti norma və qaydalarına uyğun aparılmışdırmı ? 2) Əgər tikinti-təmir işləri aparılmışdırsa, tikinti-təmir işlərinə çəkilmiş xərcin miqdarı nəçə manat təşkil edir? Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin verdiyi xx.xx.2020-ci il tarixli 351 saylı rəydən görünür ki,
1. ekspertə təqdim edilmiş evin ilkin vəziyyətinə dair şəkillərə əsasən Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyəti üzrə müəyyən hissəsi sökülüb yenidən təmir-tikinti, bərpa işləri aparılmışdır.
2. aparılmış təmir-tikinti işləri tam başa çatdırılmadığı üçün həmin işlərin tikinti-norma və qaydalarının tələblərinə uyğun olub-olmamasını, eləcə də tikinti işlərinin hansı tarixdə aparılmasına dair metodika olmadığından müəyyən etmək mümkün olmadı.
3. tədqiq olunan ünvan 4 ünvanında, 0.06 hektar ərazidə yerləşən fərdi yaşayış evində aparılmış tikinti-təmir işlərinə çəkilmiş xərcin miqdarı 36798.0 (otuz altı min yeddi yüz doxsan səkkiz) manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, şahid X26 izahatında bildirmişdir ki, İddiaçı ilə qonşudular. Bəhs olunan evdə 7 il bundan qabaq təmir işləri aparılmışdır. İddiaçı hörgü və beton işlərini ona tapşırmışdır. Betonu, dəmir dayaqları və eyvanın döşəməsini sökmüşdür. Lazımi materialların siyahısını o yazıb vermiş, İddiaçı isə almışdır. Materialların qiyməti böyük məbləğ idi. Həmçinin zəhmət haqqını da tam şəkildə İddiaçı ödəmişdir. Axırıncı dəfə isə iddiaçıdan 650 manat pul almışdır. X1 izahatında bildirmişdir ki, o, santexnik ustasıdır. Bəhs olunan evin təmiri üçün İddiaçı onu çağırmışdır. Həmin vaxt 2013-cü ilin yay ayı idi. Birinci mərtəbədə isti döşəmə çəkiblər. Həmçinin kanalizasiya və su sistemi ilə də o məşğul olmuşdur. Lazımi materialları Nurlanla birlikdə Qəbələ inşaatdan alıblar. Materialların qiyməti ümumilikdə 3000 manatdan çox idi. Həmin pulu Nurlan ödəmişdir. X2 izahatında bildirdi ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində dülgərliklə bağlı işləri o həyata keçirmişdir. Həmin ev üçün 3 qapını o öz sexində düzəltmişdir. Görülən işlərlə bağlı yalnız Nurlandan ödəniş almışdır. Ümumilikdə 1700-1800 manat olardı. X6 izahatında bildirmişdir ki, bəhs olunan evin çöl suvağının vurulmasını, həmçinin həyətdə hörgü işlərini o həyata keçirmişdir. Həyətin girişində evə kimi pillələr çəkib. Nurlan ona qohum kimi yoldaşının adına kredit götürdüyünü bildirmiş və onun da gəlib işləməyini təklif etmişdir. Görülən işlərə görə o bütün ödənişi Nurlandan almışdır. Dəqiq məbləğ yadında deyil. X7 izahatında bildirmişdir ki, o Nurlanın evində usta olaraq işləmişdir. Evin bünövrəsinin dəyişilməsində kömək etmişdir. O, həmin həyətdə birinci dəfə işləyəndə Nurlanın anasıgil də orda idi. Evin darvazasının da yerini dəyişmişdir, həmçinin evin ətrafını qardaşları ilə işləmişdir. Ödənişləri həmişə Nurlandan almışdır. 1000 manat, 500 manat, 200 manat olmaqla hisə-hissə ödənişlər etmişdir. X8 izahatında bildirmişdir ki, iddiaçı onun yeznəsidir. Nurlanın evində təmir işlərində o da iştirak etmişdir. Evin döşəmə və tavanını o düzəltmişdir. Gördüyü işlərin qarşılığı olaraq Nurlandan 4000-5000 manat ödəniş almışdır. X5 izahatında bildirmişdir ki, Cavabdeh onun bacısıdır. Bəhs olunan evdə təmir tikinti işləri getmiş, usta işləmişdir. Lakin , ustalara ödəniş edilən zaman o həmin həyətdə olmamışdır, xəbəri yoxdur. Gövhər ona demişdir ki, evi təmir elətdirir. Sonradan ona məlum olmuşdur ki, Nurlan ailəsi ilə birləşib anasını evdən qovmuşdur. Məhkəmə iclasında tərəflərin vəsatəti əsasında dindirilən şahidlərin ifadələrinə məhkəmə tənqidi yanaşır və qeyd eməyi zəruri hasab edir ki, həmin şahidlərin verdikləri ifadələri ziddiyyətli olduğundan və inandırıcı olmadığından ifadələri sübut növü kimi qiymətləndirilməməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti başçısının Qəbələ şəhər X39 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 363 saylı arayışdan görünür ki, ünvan 4 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi DƏDRX-nin Qəbələ 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya MH № ******* saylı reyestr nömrəsi **********89-10301, qeydiyyat nömrəsi ********* olan çıxarışa əsasən Cavabdeh məxsusdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0.36 ha torpaq sahəsində yerləşən 56 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh X4 ilə birgə nikah münasibətlərində olduğu müddətdə Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində qanuni istifadələrinə verilmiş 0,06 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı, 66.05 kv.m yaşayış, 62.17 kv.m köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evi inşa etmişlər. X4 vəfat etmiş, fərdi yaşayış evi halhazırda tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Onların birgə rəsmi nikahından xx xxxx 1976-cı ildə İddiaçı anadan olmuşdur. Nurlan doğulduğu andan mübahisəli evdə yaşamış, həddi bulağa çatmış, xx xxxxxxxx 2003-cü ildə X35 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir və X35 həmin evə gəlin köçmüşdür. Onların birgə nikahlarından X28 və X33 doğulmuşlar. Uşaqlar da onlarla birlikdə daimi olaraq həmin ünvanda yaşamaqla orada qeydiyyatdadırlar. Mübahisəli yaşayış evin müxtəlif vaxtlarda müəyyən hissəsi sökülüb yenidən təmir-tikinti, bərpa işləri aparılmışdır. Ana və oğul arasında ailə münasibətləri pozulmuş, Gövhər Əliyev oğlu İddiaçı tərəfindən evindən qovulmuşdur. Aralarında yaranmış mübahisə nəticəsində Cavabdeh iddiası əsasında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-915/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı 9.000 (doqquz min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ şəhəri, H.Əliyev prospekti, 79 saylı (keçmiş İ.B.Qutqaşınlı küçəsi, ev 56) evinə olan istifadə hüququna xitam verilməsi və İddiaçı X35, X29 və X33 ilə birlikdə evdən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(107)-3199/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı və maraqlarına toxunan şəxs X35 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(025)-915/2019 saylı qətnaməsi dəyişdirilmiş, iddiaçı Cavabdeh 10000 (on min) kompensasiya məbləği alınaraq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-2824/2020 saylı qərarı ilə cavabdeh İddiaçı kasasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yekun məhkəmə aktı qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hal-hazırda İddiaçı fərdi yaşayış evinin təmiri üçün çəkdiyi xərci Cavabdeh tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Beləliklə, İddiaçı tərəfindən ünvan 3 ünvanında Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evindən hər hansı yenidənqurma və təmir işləri aparmaqla həmin xərclərin dəyərini tələb etməsi əsassızdır. Belə ki, məhkəmə iclasında mübahisəli evin yenidən quraşdırılması, təmiri və digər abadlaşdırma işlərinin yalnız İddiaçı şəxsi vəsaiti hesabına aparılması öz təsdiqini tapmamışdır. Eyni zamanda, İddiaçı 1976-cı ildən mübahisəli fərdi yaşayış evdə anadan olub ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqla istifadə hüququ əldə etmişdir. Ona görə də o, istifadə hüququ əsasında yaşadığı evi cari təmir etməyə borclu olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddiaçının irəli sürdüyü “yaşayış evinin yenidən quraşdırılması, təmiri və digər abadlaşdırma işlərinə çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbi üzrə iddia ərizəsi təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçıtutularaq Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddiaçı Cavabdeh qarşı “yaşayış evinin yenidən quraşdırılması, təmiri və digər abadlaşdırma işlərinə çəkilmiş xərcin əvəzinin ödənilməsi“ tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçı tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Elman İsayev