Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1543/2021 22.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçılar Balayeva (Saqiri) Fəridə Ramiz qızının və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar Balayeva (Saqiri) Fəridə Ramiz qızı və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh – xx xxx 1992-ci il təvəllüdlü Cavabdeh onlardan almış olduğu 229 721 (iki yüz iyirmi doqquz min yeddi yüz iyirmi bir) kronun, yəni 28000 (iyirmi səkkiz min) ABŞ dolları pulun, 10000 (on min) manat maddi-mənəvi ziyanın, eyni zamanda AR MM-nin 439.3, 449.1, 449.4-cü maddələrinin tələblərinə əsasən hər gecikdirmə günü üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında illik 10 % hesablanmaqla qətnamə icra olunan günə qədər olmaqla hesablanması və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq Balayeva (Saqiri) Fəridə Ramiz qızına və İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. İddiaçılar Balayeva (Saqiri) Fəridə Ramiz qızı və İddiaçı2 16.09.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçılar və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçıların və cavabdehin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların vəsatətlərini (teleqramları) nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizələr (teleqramlar) əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlıq iclasında iddiaçının vəsatəti əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıla bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263- 264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Qərara aldı: İddiaçılar Balayeva (Saqiri) Fəridə Ramiz qızının və İddiaçı2 vəsatətləri təmin edilsin. İddiaçılar Balayeva (Saqiri) Fəridə Ramiz qızının və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1543/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1543/2021
22.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver