Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-16/2022 14.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı qəyyumu Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı qəyyumu Nümayəndə Cavabdeh qarşı "mülkiyyətdə olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə mövcud gediş-gəliş yolundan istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qəyyumu Nümayəndə Cavabdeh qarşı "mülkiyyətdə olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə mövcud gediş-gəliş yolundan istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh torpağın mülkiyyətə verilməsinə dair JN-396G saylı şəhadətnaməyə əsasən məxsus olan 0,44 ha torpaq sahəsini kəsib keçərək İddiaçı (0,83 ha torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət olan) mülkiyyətinə gedən yoldan axırıncının sərbəst istifadə etməsinə Cavabdeh və onun ailə üzvləri tərəfindən törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonun Zarağan kəndində, hazırda istifadədə olan Qəbələ-aeroport yolundan 40-45 metr aralıda ailələrinə məxsus ümumi sahəsi 126.2 kvm olan fərdi yaşayış evləri mövcuddur. Həmin fərdi yaşayış evi 1990-cı ildə fəaliyyətdə olan kolxoz tərəfindən ayrılmış torpaq sahəsinin üzərində inşa edilmişdir. Daha sonra torpaq islahatları həyata keçirilən zaman həmin evin altındakı torpaq sahəsi də daxil olmaqla mülkiyyətlərinə 0,83 ha həyətyanı torpaq sahəsi verilmişdir. DƏDRX-dən ******* nömrəli çıxarışa əsasən hal-hazırda 0,83 ha torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə İddiaçı mülkiyyətindədir. Mülkiyyətdə olan 0,83 ha torpaq sahəsi mərkəzi yol tərəfdən cərgə qaydasında ikincidə yerləşir. Yol ilə onların mülkiyyətlərinin arasındakı 0,44 ha torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin adına verilmişdir. Torpaq islahatınadək həm 0,44 ha, həm də 0,83 ha torpaq sahələrinin hər ikisi birlikdə İddiaçı və Cavabdeh birgə valideynləri göstərilən qaydada bölünmüşdür. Bütün dövrlər ərzində (tarixən) mərkəzi yoldan (hazırkı Qəbələaeroport yolu) onların fərdi yaşayış evlərinə gedən, hazırda istifadə etdikləri yol mövcud olmuşdur. Həmin yol hal-hazırda da mövcuddur və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin elektron sistemində dövlət qeydiyyatına almışdır. Lakin bu yol hal-hazırda Cavabdeh verilmiş 0,44 ha torpaq sahəsini kəsib (üzərindən) keçir. Yolun 0,44 ha torpaq sahəsinin üzərindən keçən hissəsinin uzunluğu təqribən 25-27 metr, eni isə 6 metrədir. Həmin yolu Cavabdeh və onun ailə üzvləri hərdənbir bağlayır və iddia edirlər ki, onlara məxsus torpaq sahəsindən keçid kimi istifadə etməsinlər. Bu səbəbdən dəfələrlə aralarında münaqişələr olmuşdur. Dəfələrlə onlara müraciət etmişlər ki, bu kimi hərəkətlərə son qoysunlar, dava-dalaş düşməsin. Buna baxmayaraq cavabdehlər onlara manelər yaratmaqda davam edirlər. Ona görə də bu məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı Qəbələ Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli 2(025)-33/2020 saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Qəbələ rayon İcra Hakimiyyəti başçısının 30.03.2020-ci il tarixli sərəncamına əsasən İddiaçı Nümayəndə qəyyumluğuna verilmişdir. Mübahisəli yolun dövlət qeydiyyatı barədə vəkil sorğusuna cavab olaraq DƏDRXnin 9 saylı Ərazi İdarəsinin 05.02.2021-ci il tarixli **********19 saylı məktubunda yazılmışdır ki, “vətəndaşa məxsus olan fərdi yaşayış evi yerləşdiyi 0,44 ha torpaq sahəsi ilə birlikdə Dövlət reyestrində qeydiyyata alınan zaman həmin torpaq sahəsinə cənub istiqamətdən əsas yol ilə əlaqəsi olan gediş-gəliş yolu mövcud olmuşdur.” Məktubda qeyd olunan “cənub istiqamətindən əsas yol ilə əlaqəsi olan gediş-gəliş yolu”, həmin hazırda onların istifadə etdikləri yoldur. Həmin yol dövlət qeydiyyatına alınmaqla qanuni əsaslarla mövcuddur, həmin yoldan onların istifadə etməklərinə cavabdehlər maneəçilik törətmələ, mülkiyyətlərindən istifadəni məhdudlaşdırırlar, ona görə də cavabdehlərin bu yola gediş-gəlişlərinə törətdikləri maneəçiliklərə son qoyulmalıdır. İddia ərizəsinə əlavə etdiyi **********57-10301 nömrəli fərdi yaşayış evinin texniki rasportundakı situsiya planına baxdıqda, Cavabdeh aid 0,44 ha torpaq sahəsinin ortasından İddiaçı məxsus 0,83 ha torpaq sahəsinə gedən yol görünür. Nəqliyyat vasitəsi ilə mərkəzi gediş-gəliş yoluna çıxmaq üçün onların ən yaxın və yeganə yolları iddia tələbində göstərdiyi yoldur. Məhkəmə iclasında İddiaçı qəyyumu Nümayəndə izahat verib göstərmişdir ki, mütəxəssis və ekspert rəyini almış və rəylər ilə tanış olmuşdur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarına əsasən, JN-396F (KOD: ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun mülkiyyətinə Qəbələ rayonu Zarağan kəndində 0,71 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə yol göstərilmişdir. Sonradan o, mülkiyyətində olan torpaq sahəsinə dair DƏDRX-dən Çıxarış alarkən öz razılığı ilə 2 sot torpağından imtina eləmiş ki, qardaşına yol yeri versin. Buna əsasən akt tərtib olunmuşdur. Bu vaxta qədər nə o, nə də ailə üzvlərinin heç biri heç bir maneə törətməmişlər. O, torpağından könüllü şəkildə imtina etmiş, yol yeri vermiş və indi də heç bir mübahisələri yoxdur. Eyni zamanda mütəxəssis rəyləri və ekspertiza rəyləri ilə tanış olmuş, həmin rəylərdə də iddiaçıya maneəçilik törətmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. 04.05.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Nümayəndə bacısıdır. 2019-cu ildə bacısı ona zəng edərək, yol qapısının əlcəyinin qırıldığını bildirib, onun həyat yoldaşının gəlib onu bərpa etməsini xahiş etmişdir. Onlar gəlib qapının əlcəyini düzəldirmişlər. Həmin vaxt nəvəsi də onlarla imiş və kənarda oynayırmış. Qəflətən bir maşın yüksək surətlə gəlmiş və onların yanlarından keçmişdir. Toz-duman enəndən sonra bilmişlər ki, bu Cavabdehdur. O, 102-yə zəng etmək istəmiş, lakin bacısı qoymamışdır. Bundan əlavə daimi olaraq bacısı ona zəng edərək ağlayır ki, onu narahat edirlər. Bacısını “burada maşın saxlamayın”, “buradan keçməyin”, “bura bizə aid torpaqdır” kimi sözlərlə narahat edirlər. Məhkəmə iş üzrə iddiaçının qəyyumunun və cavabdehin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.11.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********57-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Zarağan kəndində İddiaçı adına 126.2 kv.m sahədə olmaqla xüsusi mülkiyyət və 0.3 ha yaşayış mənətəqələrinin torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda hüquq sahibləri olaraq İddiaçı (fərdi ev tam, torpaq ümumi birgə), Nümayəndə, X7, X8, X9 və X4 (torpaq ümumi birgə) qeyd olunmuşlar. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən 07.11.2012-ci il tarixdə İddiaçı 406-8/412 inventar nömrəli «Fərdi yaşayış evinin texniki pasportu» tərtib edilmişdir. İş materiallarında olan JN-396F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən Cavabdeh mülkiyyətinə Qəbələ rayonu Zarağan kəndində 0,71 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 06 avqust 2021ci il tarixli, **********11 nömrəli mütəxəssis rəyində göstərilmişdir: ƏMDX-nin yanında DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 07.11.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı, Nümayəndə, X7, X8, X9 və X1 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,83 ha həyətyanı torpaq sahəsinə Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən 4 (dörd) metr enində yol yeri ayrılmışdır. Lakin iddiaçı Nümayəndə gediş-gəliş üçün ayrılan 4 (dörd) metr enində yol yeri onu qane etmədiyini bildirmişdir. Nümayəndə iddiası ondan ibarətdir ki, onun istifadəsi üçün yol yerinin eni bir tərəfdən 15,0 m, digər tərəfdən 6,0 metr olmaqla ayrılması və onun və ailə üzvlərinin həmin yol yerindən istifadəsinə cavabdeh və ailə üzvləri tərəfindən törədilən maneələrə son qoyulmasıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 sentyabr 2021-ci il tarixli, **********76 nömrəli mütəxəssis rəyində göstərilmişdir: **********5-10301 reyestr nömrəli çıxarış ilə Qəbələ rayonu Zarağan kəndi ərazisində 0,83 hektar torpaq sahəsi İddiaçı, Nümayəndə, X7, X8, X9 və X1 birgə mülkiyyətinə verilmişdir. Həmin 0,83 hektar torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh mülkiyyətinə **********43 reyestr nömrəli çıxarış ilə verilmiş 0,19 hektar, **********42 reyestr nömrəli çıxarış ilə verilmiş 0,19 hektar torpaq sahələrinin arasından 4 metr enində, 19 metr uzunluqda olmaqla ayrılmışdır və cavabdeh tərəfindən yol bağlanılmamışdır. **********57-10301 reyestr nömrəli çıxarış ilə iddiaçıların birgə mülkiyyətinə verilmiş 0,83 hektar torpaq sahəsinə ayrılmış gediş-gəliş yolu hal-hazırda işlək vəziyyətdədir. Cavabdeh və ailə üzvləri tərəfindən sözügedən gediş-gəliş yoluna maneə yaradılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.01.2022-ci il tarixli, 10/5993 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə- Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş 29.09.2021-ci il tarixli, **********76-li və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 06.08.2021-ci il tarixli, **********11 nömrəli mütəxəssis rəylərinə əsasən İddiaçı, Nümayəndə, X7, X8, X9 və X2 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0,83 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun mövcud olduğu və həmin gediş-gəliş yolundan istifadəyə cavabdeh və onun ailə üzvləri tərəfindən hər hansı maneənin yaradılmadığı müəyyən edilir. İşdə olan Qəbələ rayon Polis şöbəsi tərəfindən Qəbələ rayonu Zarağan kənd sakini Nümayəndə ünvanlanmış 20.05.2019-cu il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh ilə bağlı müraciətdə qeyd edilən xüsusatlar məhkəmə orqanlarının səlahiyyətlərinə aid olduğundan bu barədə mülki və xüsusi ittiham qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. İşdə olan Qəbələ rayon Polis şöbəsi tərəfindən Qəbələ rayonu Zarağan kənd sakini Nümayəndə ünvanlanmış 06.09.2019-cu il tarixli məktubda göstərilmişdir ki, Nümayəndə müraciəti araşdırılma aparılmış və qaynaları Cavabdeh avtomobili onların yanlarından sürərək onları toz etməsi və qorxuzması faktı öz təsdiqini tapmamışdır. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli, 165 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli, 166 nömrəli arayışdan görünür ki, Nümayəndə Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçımülkiyyətinə verilmiş torpaq sahəsinə gedən yoldan sərbəst istifadə etməsinə Cavabdeh və onun ailə üzvləri tərəfindən törədilən maneələrə son qoyulmasını tələb edir. Cavabdeh isə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarına əsasən, JN-396F (KOD: ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun mülkiyyətinə Qəbələ rayonu Zarağan kəndində 0,71 ha torpaq sahəsi verildiyini, həmin şəhadətnamədə yol göstərildiyini, sonradan o, mülkiyyətində olan torpaq sahəsinə dair DƏDRX-dən Çıxarış alarkən öz razılığı ilə 2 sot torpağından imtina edərək qardaşına yol yeri verdiyini, buna əsasən akt tərtib olunduğunu, bu vaxta qədər nə o, nə də ailə üzvlərinin heç biri heç bir maneə törətmədiyini və iddiaçının iddia ərizəsində göstərdiyi maneənin nədən ibarət olduğunu bilmədiyini qeyd etmişdir. Bundan savayı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 06 avqust 2021ci il tarixli, **********11 nömrəli mütəxəssis rəyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 sentyabr 2021-ci il tarixli, **********76 nömrəli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.01.2022-ci il tarixli, 10/5993 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, İddiaçı, Nümayəndə, X7, X8, X9 və X2 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0,83 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun mövcud olduğu və həmin gediş-gəliş yolundan istifadəyə cavabdeh və onun ailə üzvləri tərəfindən hər hansı maneənin yaradılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsinə gedən yoldan istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmasını tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, eyni zamanda məhkəmə zamanı verdiyi ifadəsində də bu maneələrin nədən ibarət olması barədə heç bir söz deməmişdir. Əksinə cavabdeh iddiaçıya torpaq sahəsinə gedən yoldan istifadə ilə bağlı heç bir mane törətmədiyini, maneənin nədən ibarət olduğunu bilmədiklərini qeyd etmişlər. Göründüyü kimi, cavabdehin bildirdikləri ilə iddia tələbi həmin hissədə təkzib olunur. İddiaçı isə cavabdehin bildirdiyinin əksini sübut edə bilmir. Həmçinin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 06 avqust 2021-ci il tarixli, **********11 nömrəli mütəxəssis rəyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 sentyabr 2021-ci il tarixli, **********76 nömrəli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.01.2022-ci il tarixli, 10/5993 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı, Nümayəndə, X7, X8, X9 və X2 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0,83 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun mövcud olduğu və həmin gediş-gəliş yolundan istifadəyə cavabdeh və onun ailə üzvləri tərəfindən hər hansı maneənin yaradılmır. Hazırkı halda isə iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsinə gedən yoldan istifadəyə cavabdeh tərəfindən tərəfindən törədilən maneələrin nədən ibarət olması barədə heç bir sübut təqdim etməmişdir. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən ekspertiza keçirilmiş və ekspert rəyində iddiaçının iddiaçının maneə törədilməsinə son qoyulmasını tələb etdiyi yol yerindən cavabdeh tərəfindən heç bir manənin törədilmədiyi müəyyən olunmuşdur. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul iddiaçıdan tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə və mütəxəssis rəylərinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı qəyyumu Nümayəndə Cavabdeh qarşı "mülkiyyətdə olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə mövcud gediş-gəliş yolundan istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı qəyyumu Nümayəndə Cavabdeh qarşı "mülkiyyətdə olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə mövcud gediş-gəliş yolundan istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul iddiaçıdan tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-16/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-16/2022
14.02.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver