Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-166/2021 05.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Ayşən Əfqan qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 8000 manat pul tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə Cavabdeh qonşuları Rəşad və anası yanına gətirdilər və bildirdilər ki, bu şəxsə təcili pul lazımdır. “Biz bu şəxsə çox inanırıq, bu şəxsə pul vermək olar” dedilər 1-ci olaraq 23.09.2016-cı ildə Rəşadın və onun anasının iştirakı ilə 800 manat pulu borc olaraq Cavabdeh verdi. O da əmək haqqı kartını girov kimi verdi. 28.02.2017-ci ildə Cavabdeh 3100 manat, 28.03.2017-ci ildə 4000 manat borc verdi. Bu puldan sonra yenə 31.08.2017-ci İldə 25000 manat pulu Cavabdeh verdi. Bu pulu verərkən qonşularının xahişini nəzərə alıb vermişdir. Cavabdeh ona verdiyi puldan müəyyən məbləği qaytarmış, pulun 8000 manatını qaytarmamışdır. O, bu pulu almaq üçün 2018-ci ilin sentyabr ayında Cavabdeh qarşı Tərtər rayon Məhkəməsində iddia qaldırdı. Cavabdeh Tərtər rayon Məhkəməsinə ərizə verib iddianı qəbul etdiyini, qısa bır müddətdə pulu qaytaracağına söz verdi. Onun iddiası baxılmamış qaldı. Cavabdeh sonradan hərbidən işdən çıxdı. Bundan sonra ondan pulunu yenə ala bilmədi. Cavabdeh ona olan inamdan istifadə edib onun pulunu qaytarmır. Ona görə də cavabdehdən onun pulum məhkəmə qaydasında alınıb verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, İddiaçı tələblərinin bir qismi yalandır. Belə ki, o iddiaçıdan müxtəlif vaxtlarda hissə-hisə olmaqla ümumilikdə 6500 manat pul almışdır. Həmin pul məbləğini isə maddi imkanı aşağı olduğundan vəd etdiyi vaxtda ödəyə bilməmişdir. İddiaçı iddia etdiyi məbləğ – 8000 manat əsassız olaraq tələb olunur. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan 23.09.2106-cı il tarixli qəbzdən görünür ki, Cavabdeh oğlu İddiaçı 800 (səkkiz yüz) manat pul almış və əvəzində maaş kartını girov vermişdir. İşdə olan 28.03.2017-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh oğlu İddiaçı 900 (doqquz yüz) manat pul almış və əvəzində pul kartını girov vermişdir borcu vaxtında ödəyəcəyinə söz verir. İşdə olan 31.08.2017-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh oğlu İddiaçı 6500 (altı min beş yüz) manat pul almış və borcu vaxtında ödəyəcəyinə söz verir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia üzrə İddiaçı Cavabdeh 8000 manat pul verdiyini və cavabdehin iddiaçıya həmin pulu hissə-hissə ödəyəcəyi barədə vəd verdiyini iddia etmişdir. Həmin faktı məhkəmə prosesində cavabdeh qismən təsdiq edir. Cavabdeh iddiaçıya 6500 manat borcunun olduğunu etiraf edir. Cavabdeh 6500 manat pulu alsa da iddiaçıya verdiyi vədə əməl etməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsi üzrə sonuncu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və nəticədə 6500 (altı min beş yüz) manat məbləğində borcun yaranması iddiaçıya qaytarılmalı olduğu öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı cavabdehdən 8000 manat pul tutulub ona verilməsini tələb etsə də, iddia etdiyi məbləği tam şəkildə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6500 (altı min beş yüz) manat borc məbləği tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat borc məbləği tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-166/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-166/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver