Məhkəmə qərarları › İş №2(025)-169/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-169/2023

10.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-169/2023 10.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Nı̇ zami qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələri, zamin müqaviləsi üzrə mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Nı̇ zami qızına qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları İddiaçı X4 cavabdeh X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlardan tutularaq "xxxx" QSC- nin hesabına köçürülmüş İddiaçı1 1783.73 manat və İddiaçı2 828.54 manat, ümumilikdə 2612,27 manat pulun və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim edərək Cavabdeh onlardan tutularaq "xxxx" QSC- nin hesabına köçürülmüş İddiaçı1 1921.90 manat və İddiaçı2 862.24 manat, ümumilikdə 2784.14 (iki min yeddi yüz səksən dörd manat on dörd qəpik) manat pulun və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh ilə həmkəndlirlər birbirilərini tanıyırlar, həmçinin əvvəl işlətdikləri ərzaq maqazının qonşuluğunda evləri olmuş və münasibətləri də həmişə yaxşı olmuşdur. 2014-cu ilin yanvar ayında Xəzanə onlara pula ehtiyacı olduğunu ailəsində problem olduğunu bildirmişdir. Lakin bankdan kredit verilərkən bir neçə nəfərin zamin durması lazım olduğunu, ondan sonra ona kredit veriləcəyindən, onlar ona zamin durmağa razılaşmlar. 2014-cü ilin yanvar ayının 31-də cavabdeh şəxslə onlar həyat yoldaşı və qaynı X5 ilə birlikdə İsmayıllı rayonunda fəaliyyət göstərən "xxxx" QSC-nin İsmayıllı filialından Cavabdeh adna 035L000001330 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmış və onlarla 35S000001789 və 35S000001789 saylı zaminlik müqavilələri bağlanılmışdır. Cavabdeh xx.xx.2014-cü il tarixli, 035R**********7 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,25% olmaqla 24 ay müddətinə 7800 manat kredit götürmüşdür. Onlara Cavabdeh bankdan aldığı krediti və faizləri vaxtlı-vaxtında qaytaracağına söz verdi. Onlar da cavabdehin səmimiliyinə inandılar. Bir müddət keçdikdən sonra bank cavabdeh şəxs götürdüyü kredit üzrə öhdəliklərini icra etmədiyinə görə məhkəməyə müraciət etmiş və məhkəmənin çıxardığı xx.xx.2017-ci il tarixli, 2(025)-3004/2017 saylı mıəhkəmə əmrinə əsasən 035R**********7 saylı kredit razılaşması üzrə ümumilikdə 7283 manat 66 qəpik məbləğində borc və 20 manat dövlət rüsumu borclular Cavabdeh, X5 və onlardan tutularaq "xxxx" QSC-nin xeyrinə tutulmuşdur. Məhkəmə əmrindən bir müddət xeçdikdən onlar yenə də elə bilmişkər ki, kredit borcu cavabdeh tərəfindən ödənilmişdir, lakin ötən ildən yəni 2021-ci il tarixindən işlədikləri Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeçiliyində olan Şahmat Məktəbindən aldıqları əmək haqqından tutulmalar olmuş və xx.xx.2022-ci il tarixinədək onlardan İddiaçı1 1783.73 manat və İddiaçı2 828.54 manat pul tutularaq "xxxx" QSC-nin hesabına köçürülmüşdür. Bu məsələnin öz aralarında həll olunmasına görə onlar Mediasiya Şurasına müraciət etmiş, qarşı tərəf mediasiya sessiyasında iştirak etmədiyinə görə mediator onlara məhkəməyə müraciət etməkləri məsləhət bilmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Nı̇ zami qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli 35S000001789 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı2 borclu Cavabdeh Nı̇ zami qızının xx.xx.2014-cü il tarixli 035L000001330 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 35S000001790 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı1 borclu Cavabdeh Nı̇ zami qızının xx.xx.2014-cü il tarixli 035L000001330 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İşdə olan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin 19 iyul 2022-ci il tarixli, 89 saylı arayışdan görünür ki, xx.xx.2017-ci il tarixli, 2(025)-3004/2017 saylı icra sənədi üzrə İddiaçı2 əmək haqqısından 828.54 manat, İddiaçı1 əmək haqqından 1783.73 manat məbləğində borc tutularaq "xxxx" QSC-nin hesabına köçürülmüşdür. İşdə olan AR Təhsil Naziliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin 31 yanvar 2023-cü il tarixli, 3-29-42/2-192/2023 saylı arayışdan görünür ki, İddiaçı2 Qəbələ Rayon Uşaq X9 məktəbində dərnək rəhbəri vəzifəsində ilşləyir, xx.xx.2017-ci il tarixli, 2(025)-3004/2017 saylı icra sənədinə əsasən İddiaçı2 2021-ci il üzrə cəmi 303.13 manat, 2022-ci il üzrə cəmi 508.24 manat pul vəsaiti "xxxx" QSC-nin hesabına köçürülmüşdür. İşdə olan AR Təhsil Naziliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin 31 yanvar 2023-cü il tarixli, 3-29-42/2-193/2023 saylı arayışdan görünür ki, İddiaçı1 Qəbələ Rayon Uşaq X9 məktəbində dərnək rəhbəri vəzifəsində ilşləyir, xx.xx.2017-ci il tarixli, 2(025)-3004/2017 saylı icra sənədinə əsasən İddiaçı1 2021-ci il üzrə cəmi 622.63 manat, 2022-ci il üzrə cəmi 1214.08 manat pul vəsaiti "xxxx" QSC-nin hesabına köçürülmüşdür. İşdə olan Qəbələ Rayon İcra və probasiya şöbəsinin 06 fevral 2023-cü il tarixli, 522/5 saylı arayışdan görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-3004/2017 saylı icra sənədi üzrə tələb xx.xx.2002-ci il tarixdə borclular İddiaçı2 və İddiaçı1 əmək haqqlarından tutulması məqsədi ilə icra sənədi borcluların iş yerinə göndərilmiş, nəticədə xx.xx.2023-cü il tarixə İddiaçı2 əmək haqqından 862.24 manat, İddiaçı1 əmək haqqından 1921.90 manat "xxxx" QSC-nin hesabına köçürülmüşdür.Əlavə olarq birclular İddiaçı1 və İddiaçı2 150 manat məbləğində pul vəsaitini nəğd şəkildə "xxxx" QSC-nin hesabına ödəmişlər. Hazırda icra sənədi üzrə qalıq borc 4369.52 manat təşkil edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-3004/2017 saylı məhkəmə əmrindən görünür ki, borclular xx.xx.1993-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olan, Qəbələ rayonu, Vəndam qəsəsində yaşayan Cavabdeh Nı̇ zami qızından, xx.xx.1971ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olan, Qəbələ rayonu, Vəndam qəsəsində yaşayan İddiaçı2, xx.xx.1971-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olan, Qəbələ rayonu, Vəndam qəsəsində yaşayan İddiaçı1 və xx.xx.1991-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olan, Qəbələ rayonu, Vəndam qəsəsində yaşayan X2 birgə qaydada 035R**********7 razılaşma üzrə 5143.01 manat əsas, 1626.35 manat faiz və 514.3 manat cərimə borcu olmaqla, cəmi 7283.66 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-3004/2017 saylı icra sənədi üzrə ümumilikdə 150 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC-ti ilə Cavabdeh Nı̇ zami qızı arasında bağlanan 31 yanvar 2014-cü il tarixli, 035L000001330 nömrəli Kredit Müqaviləsinə əsasən borcalana illik 2.25 % olmaqla 24 ay müddətinə 7800 manat məbləğində kredit verilmişdir. Borc üzrə öhdəliklərin icrasının təmini kimi zaminlər (iddiaçılar) İddiaçı1 və İddiaçı2 ilə "xxxx" QSC arasında 31 yanvar 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmış və bu müqaviləyə əsasən zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh kredit götürülən pulu bütövlükdə götürmüşdür. Cavabdeh Nı̇ zami qızı bir neçə ay ödəniş etsə də, qalan kredit borcu üzrə heç bir ödəniş etməmişdir. Kredit müqaviləsinin şərtlərinə borclu və zamin tərəfindən əməl edilməmiş, onlar, kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazmi qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən "xxxx" QSC-nin ddiasına əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-3004/2017 saylı məhkəmə əmrindən görünür ki, borclular xx.xx.1993-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olan, Qəbələ rayonu, Vəndam qəsəsində yaşayan Cavabdeh Nı̇ zami qızından, xx.xx.1971-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olan, Qəbələ rayonu, Vəndam qəsəsində yaşayan İddiaçı2, xx.xx.1971-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olan, Qəbələ rayonu, Vəndam qəsəsində yaşayan İddiaçı1 və xx.xx.1991-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olan, Qəbələ rayonu, Vəndam qəsəsində yaşayan X2 birgə qaydada 035R**********7 razılaşma üzrə 5143.01 manat əsas, 1626.35 manat faiz və 514.3 manat cərimə borcu olmaqla, cəmi 7283.66 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" QSC-nin xeyrinə tutulması əmr edilmişdir. Buna baxmayaraq Cavabdeh Nı̇ zami qızı heç bir ödəniş etməmiş, qalıq borcun tutulması İddiaçı1 və İddiaçı2 əmək haqqına yönəldilmişdir. İddiaçılar cavabdehin yerinə "xxxx" QSC-nin xeyrinə əmək haqqından 2784.14 manat pulu ödəmişdir. İddiaçı1 və İddiaçı2 tərəfindən məhkəməyə iddia ərizəsi təqdim olunduqdan sonra iddia həcminin artırılması barədə ərizə təqdim edilmişdir. Hazırda iddiaçılar subsidiar qaydada Cavabdeh Nı̇ zami qızından onların xeyrinə 2784.14 (iki min yeddi yüz səksən dörd manat on dörd qəpik) manat məbləğində pulun və 60 (altmış) manat dövlət rüsumunun tutulması tələb edir. İş materiallarından göründüyü kimi, iddiaçılar banka cəmi 2784.14 (iki min yeddi yüz səksən dörd manat on dörd qəpik) manat ödəniş etmiş və tələb üzrə hüquqlar həmin həcmdə iddiaçılara keçmişdir. Odur ki Cavabdeh Nı̇ zami qızından 2784.14 (iki min yeddi yüz səksən dörd manat on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 60 (altmış) manat dövlət rüsumu cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh Nı̇ zami qızının hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Nı̇ zami qızından Cavabdeh Nı̇ zami qızından 2784.14 (iki min yeddi yüz səksən dörd manat on dörd qəpik) manat məbləğində pul vəsaiti və 60 (altmış) manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Nı̇ zami qızından 2784.14 (iki min yeddi yüz səksən dörd manat on dörd qəpik) manat məbləğində pul vəsaiti və 60 (altmış) manat dövlət rüsumu olmaqla, cəmi 2844.14 (iki min səkkiz yüz qırx dörd manat on dörd qəpik) manat pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar