Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1693/2025 15.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, dəymiş zərərin ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq müqavilə üzrə öhdəliyin icra olunmaması nəticəsində ona dəymiş maddi zərərə görə 5000 manat və mənəvi zərərə görə 2500 manat məbləğində kompensasiya ödənilməsi, o cümlədən 90 manat dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə əldə edilmiş 03 may 2025-ci il tarixli şifahi razılaşmaya əsasən özünə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə mebel dəsti quraşdırmağı Cavabdeh sifariş etmiş və ona qabaqcadan 5000 manat ödəmişdir. Cavabdeh pulu alaraq sifarişi qəbul etmiş və işi görüb qurtarmağı öhdəsinə götürməsinə baxmayaraq icra etməmişdir. O, məcbur qalıb işin icrasını başqasına tapşırmış, tələb olunan vəsaiti ödəməkdən ötrü bankdan kredit götürmüş və bir müddət başqa mənzildə qohumlarla birlikdə qalaraq maddi və mənəvi zərər çəkmişdir. Ona görə də, müqavilə üzrə öhdəliyin icra olunmaması nəticəsində ona dəymiş maddi zərərə görə 5000 manat və mənəvi zərərə görə 2500 manat məbləğində kompensasiya ödənilməsi, o cümlədən 90 manat dövlət rüsumu alınıb verilməsi barədə iddia qaldırmışdır. İşdə olan CD diskdə qeydə alınmış video-görüntülərə əsasən mənzildə mebel dəsti quraşdırmaqdan ötrü İddiaçı tərəfindən Cavabdeh 3000 manat pul ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ********** nömrəli köçürməyə əsasən İddiaçı tərəfindən 416973******1385 nömrəli kart hesabına 1000,0 manat ödənilmişdir. İşdə olan ”WatsApp” yazışmalarının mətnlərinə əsasən Cavabdeh İddiaçı cəmi 5000 manat məbləğində nağd pul vəsaiti almışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh 2025-ci ilin may ayında İddiaçı mebel dəsti hazırlamaqdan ötrü qabaqcadan 5000 manat almış, lakin işi icra etməmiş və aldığı məbləği qaytarmamışdır. Cavabdeh hərəkətləri nəticəsində İddiaçı əmlakından məhrum olub əzab çəkmiş, dəymiş zərərin ödənilməsini təmin etməkdən ötrü 90,0 manat dövlət rüsumu ödəmişdir. AR Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsasını təşkil edir. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə pordatçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqısatqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı ilə izah edilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər; Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir; Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarının 10-cu bəndi ilə izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 5000 manat məbləğində maddi zərərin əvəzi tutulub İddiaçı xeyrinə ödənilməlidir. İddiaçı əmlak hüquqlarının pozulması nəticəsində keçirtdiyi mənəvi sarsıntının xarakteri (kəskinliyi) və çəkdiyi iztirabın ağırlıq dərəcəsi (dərinliyi) zərərvurmaya səbəb olan əməlin müqavilə öhdəliklərinin icra olunmaması ilə əlaqədar olması və dəymiş maddi zərərin məbləği ilə qarşılaşdırılaraq İddiaçı dəymiş mənəvi zərərə görə 500,0 (beş yüz) manat məbləğində təzminat müəyyən edilməsi mütənasib və ağlabatan olmaqla mənafeyinə uyğundur. AR MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, Cavabdeh Qərı̇ bli Ceyhun Elçı̇ n oğlundan 5000 (beş min) manat borc, mənəvi ziyana görə 500 (beş yüz) manat və 75 (yetmiş beş) manat dövlət rüsumu tutulub iddiaçı Məmmədlı̇ Rüfət Üzeyı̇ r oğlunun xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Qərı̇ bli Ceyhun Elçı̇ n oğlundan 5000 (beş min) manat borc, mənəvi ziyana görə 500 (beş yüz) manat və 75 (yetmiş beş) manat dövlət rüsumu tutulub iddiaçı Məmmədlı̇ Rüfət Üzeyı̇ r oğlunun xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(025)-1693/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1693/2025
15.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver