Məhkəmə qərarları › İş №2(025)-1712/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1712/2021

22.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1712/2021 22.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh Fridun oğlu tərəfindən mülkiyyətində olan 0,0286 ha torpaq sahəsinin sərhəddinə hasar çəkilməsinə mane olan hallara son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o, Cavabdeh Fridun oğlundan 0,0286 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi ünvan 1 ünvanda yerləşir. Torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsini adına 14 iyul 2021-ci il tarixdə rəsmiləşdir. Beləki, həmin tarixdə daşınmaz əmlakın reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ÇİXARİŞ aldı. Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və bu barədə 14 iyul 2021-ci il tarixdə AA №625986 saylı torpaq sahəsinin plan və ölçüsü barədə sənəd də verilmişdir. Torpaq sahəsini adına rəsmiləşdirdikdən sonra istədi ki, mülkiyyətndə olan torpaq sahəsinin sərhədlərinə hasar çəksin. Lakin, cavabdeh buna qətiyyətlə mane oldu. Bəhanəsi də bu oldu ki, guya torpaq sahəsini ona ucuz satıb və ondan əlavə pul istədi. Cavabdehlə onun arasında razılığı əsasında rəsmi olaraq alqı-satqı müqaviləsi olmuş və bundan sonra o, həmin torpaq sahəsini adına rəsmiləşdirmişdir. Bu barədə cavabdeh ilə aralarında söhbətlər aparılmış və mülkiyyətində olan torpaq sahəsinin sərhəddinə hasar çəkmək üzün cavabdehi yola gətirmək mümkünsüz olmuşdur. Cavabdehlə digər şəxslər - ağsaqqalar da söhbət aparmış və nəticəsi olmamışdır. Ona görə də o, Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişəm. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddia ərizəsində qeyd olananlar tamamilə əsassızdır. İddiaçı iddia tələblərini qəbul etmir. İddiaçının hasara almaq istədiyi ərazi onun mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi də inşa edilmşdir. Torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququna dair müvafiq sənədləri də vardır. Belə ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********06-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 17.12.2018 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışına əsasən həmin torpaq sahəsi X1 adına qeydiyyatdadır. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sübutları tədqiq edib, mütəxəssis rəyini və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********44; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 14.07.2021 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0286 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair 14.07.2021-ci il tarixdə, AA 625986 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş notarial qaydada təsdiq olunmuş AN-İ ******* saylı 26 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcılar Cavabdeh, X3 və X2 mülkiyyət hüququ üzrə özlərinə məxsus olan ünvan 3 ünvanında yerləşən 0.056 ha torpaq sahəsini 3500 manat qarşılığında alcı İddiaçı satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********06-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 17.12.2018 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ şəhəri, A.Cavadov küçəsi № 18 ünvanında yerləşən 0.0424 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli qərardadına əsasən iş üzrə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi **********44; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 14.07.2021) Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş ünvan 3 ünvanında yerləşən 0.0286 ha torpaq sahəsinin hüdudları müəyyən edilsin.

2. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi **********44; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 14.07.2021) Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən 0.0286 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdurmu? Olunmuşdursa hansı həcmdə? (koordinatları müəyyən edilsin)

3. İddiaçı hasar çəkmək istədiyi torpaq sahəsi kimin mülkiyyətindədir? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03.12.2021-ci il tarixli **********65 saylı mütəxəssis rəyindən görünür ki,

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarin Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində (reyestr nömrəsi **********44; qeydiyyat nömrəsi- **********; qeydiyyat tarixi- 14.07.2021) Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş ünvan 4 ünvanında yerləşən 0.0286 ha torpaq sahəsinin hüdudları iddiaçı və cavabdehin iştirakı ilə müəyyən edilmiş və torpaq sahəsinə mərz nişanları basdırılmışdır.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarin Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində (reyestr nömrəsi **********44; qeydiyyat nömrəsi- **********; qeydiyyat tarixi- 14.07.2021) Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş ünvan 4 ünvanında yerləşən 0.0286 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması faktı aşkar edilməmişdir.

3. İddiaçının hasar çəkmək istədiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir, lakin cavabdeh tərəfindən həmin torpaq sahəsinə hasar çəkilişinə maneələr yaradılır. Ekspertiza tədqiqatının dəyəri 95 manat təşkil edir İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, AN-İ ******* saylı 26 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcılar Cavabdeh, X3 və X2 mülkiyyət hüququ üzrə özlərinə məxsus olan ünvan 3 ünvanında yerləşən 0.056 ha torpaq sahəsini 3500 manat qarşılığında alcı İddiaçı satmışdır. Qeyd olunan ünvan 3 ünvanında yerləşən 0,0286 ha torpaq sahəsi Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi **********44; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 14.07.2021) Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Cavabdeh qeyd olunan ərazinin hüdudlarına hasar çəkilməsinə iddiaçıya maneə yaradır. İddiaçının hasar çəkmək istədiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Hazırda iddiaçı Cavabdeh Fridun oğlu tərəfindən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi **********44; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 14.07.2021) Çıxarışa əsasən mülkiyyətində olan 0,0286 ha torpaq sahəsinin sərhəddinə hasar çəkilməsinə mane olan hallara son qoyulmasına tələb edir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdehlər tərəfindən maneələr yaradılmış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli və Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi **********44; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 14.07.2021) Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş ünvan 3 ünvanında yerləşən 0.0286 ha torpaq sahəsinin hüdudlarına hasar çəkilməsinə Cavabdeh tərəfindən mane olan hallara son qoyulmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 95 manat Cavabdeh tutularaq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülməli, ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət e t d i:

İddia təmin edilsin. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi **********44; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 14.07.2021) Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş ünvan 3 ünvanında yerləşən 0.0286 ha torpaq sahəsinin hüdudlarına hasar çəkilməsinə Cavabdeh tərəfindən mane olan hallara son qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 95 manat Cavabdeh tutularaq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar