Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1725/2021 24.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, cavabdeh Soltanov Müsəllı̇ m Bəhərçı̇ n oğlunun iştirakı ilə, İddiaçılar İsmayılov Müşfı̇ q Vəlı̇ oğlunun, İsmayilov Rəşadət Sahı̇ b oğlunun, Məlı̇ kov Rəfayı̇ l Bəxtı̇ yar oğlunun, İddiaçı4 və Abduxaliqova Zı̇ beydə Əsədullah qızının cavabdeh Soltanov Müsəllı̇ m Bəhərçı̇ n oğluna qarşı "torpaq sahəsinə gedən yolun açılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçılar İsmayılov Müşfı̇ q Vəlı̇ oğlu, İsmayilov Rəşadət Sahı̇ b oğlu, Məlı̇ kov Rəfayı̇ l Bəxtı̇ yar oğlu, İddiaçı4, Abduxaliqova Zı̇ beydə Əsədullah qızı cavabdeh Soltanov Müsəllı̇ m Bəhərçı̇ n oğluna qarşı "torpaq sahəsinə gedən yolun açılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı, JN-232A, 851A, 668A saylı şəhadətnamələrlə və JN-0817, 0220 dövlət aktları ilə xüsusi mülkiyyətinə Qəbələ rayon Mıxlıqovaq kəndinə verilmiş torpaq sahələrinə gedən, lakin Cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmış yolun, yola qoyulan maneələrin sökülməsi ilə məcburi qaydada açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 Noyabr 1997-ci ii tarixli 25 nömrəli qərarı və JN-2.32A .851A.668A saylı şəhadətnamələrlə və JN 0817,0220 dövlət aktları ilə xüsusi mülkiyyətinə ailə üzvləri ilə birlikdə Qəbələ rayon Mıxlıqovaq kəndinə müxtəlif ölçülərdə torpaq sahələri verilmişdir. Həmin torpaq sahələri mülkiyyətinə veriləndə gediş-gəliş üçün yol yeri olsa da, sonradan cavabdeh əsassız olaraq yolu bağlamışdır. Dəfələrlə bu vaxtadək istifadə etdikləri yerdən yolun olduğunu cavabdehə bildirməklə qanunsuz olaraq tutduğu yol yerinin açılmasını tələb etməkləri isə faydasız olmuşdur. Çünki o, hər dəfə müxtəlif bəhanələr gətirərək yol yerinin açılmasından imtina etmiş və hazırda da imtina edir. Hətta yaranmış problemin həlli üçün kənd İƏ nümayəndəliyi və bələdiyyəsi də müəyyən hərəkətlər etmiş və cavabdeh tərəfindən bağlanmış yolun açılması məqsədi ilə onunla dəfələrlə söhbət aparılmışdır. Lakin cavabdeh hər dəfə yolun açılmasından imtina etmişdir. Buna görə də aralarında yaranmış mübahisənin hüquq müstəvisində həllinə nail olmaq üçün məhkəməyə müraciət etməyi qərara almışlar. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı İsmayılov Müşfı̇ q Vəlı̇ oğlu iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, bir neçə məhəllə qonşusunun evlərinin qarşısından geçən ümümi istifadədə olan kənd yolunu Müsəllimin torpaq sahəsindən keçir. Cavabdeh yolun ortasında dəmir hasar çəkməklə kənd mərkəzinə - məktəbə, poçta, mağazaya, tibb məntəqəsinə gedən çıxış yolunu bağlamış, onlarala qonşu ailələrin qanuni mənafelərini heçə almış, onları bunun üçün illər boyu izafi məsafələr qət etməyə vadar etmişdir. Nə kənd icra nümayəndəliyi, nə də bələdiyyə sakinlərin illər boyu sürən bu haqlı narazılığını həll etmək niyyətində olmamışlar. Odur ki, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin məhkəmə iclasında iştirak edən digər iddiaçılar İsmayilov Rəşadət Sahı̇ b oğlu, İddiaçı4 və Abduxaliqova Zı̇ beydə Əsədullah qızı iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İsmayılov Müşfı̇ q Vəlı̇ oğlu, İsmayilov Rəşadət Sahı̇ b oğlu, Məlı̇ kov Rəfayı̇ l Bəxtı̇ yar oğlu, İddiaçı4, Abduxaliqova Zı̇ beydə Əsədullah qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Cavabdeh Soltanov Müsəllı̇ m Bəhərçı̇ n oğlu məhkəməyə yazılı ərizə təqdim edərək məhkəmə prosesinin iddiaçıların iştirakı olmadan keçiriələrək qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Soltanov Müsəllı̇ m Bəhərçı̇ n oğlu iddianı qəbul etməyərək göstərdi ki, iddia ərizəsi mahiyyətcə qərəzlidir, iddiaçılara və onların ailə üzvlərinə qarşı verilmiş iddialar üzrə məhkəməni yayındırmaq məqsədi ilə məhkəməyə bilərəkdən verilən yanlış məlumatdır. Bu ərizə məzmunca, iddiaçıların son illər ərzində ona və ailə üzvlərinə qarşı davamlı olaraq apardığı qanunsuz və qərəzli əməllərlə törətdiyi növbəti şər və böhtan məzmunda absurd təxribatdır. Şər və böhtan məzmunlu həmin iddia ərizəsində imzası olan şəxslər tərəfindən onun şərəf, ləyaqətini və işgüzar nüfuzumu ləkələməyə hesablanmışdır. Bu məzmunda ərizənin tək X4 tərəfindən yazılması və digər ərizəçilərin əvəzinə imza edilməsi istisna edilmir. Göstərilən əsaslarla hesab edir ki, iddia tələbinin hüquqi əsası yoxdur. Bu səbəbdən hesab edir ki, iddiaçıların iddia ərizəsi rədd edilməli barəsində qətnamə qəbul edilməlidir. Qəbələ rayon Aqrar İslahat Komissiyası tərəfindən 22.11.1997-ci il 25 saylı qərarı ilə ona və ailə üzvülərinə verilən 0,18 ha pay torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsi Azərbaycan Respublikası (AR) Torpağın Mülkiyyətinə verilməsinə dair Şəhadətnamə: JN-231A, KOD-40614018 və Dövlət Aktı:JN-0161, KOD- 40614018 ilə öz təsdiqini tapır. Həmin torpaq sahəsinin 0,13 ha sahəsi qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı1 zəbt etdiyi fındıq bağının ərazisində yerləşir. Yol sahəsi isə cavabdeh İddiaçı4 Qəhrəman qızı tərəfindən zəbt edilmişdir. Ona və ailə üzvülərimə məxsus torpaq sahəsinin tanınması və zəbt edilmiş yol sahəsinin açılması ilə əlaqədar Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə müraciət etmişdir. Müraciətə 04.02.2021-ci il tarixli 13 saylı cavab göndərilmişdir. Cavabda 0,18 ha pay torpaq sahəsinin harada yerləşdiyinin müəyyən edilməsi üçün aidiyyatı üzrə ünvan kadastri və ya məhkəməyə müraciət etmək məsləhət bilinmişdir (cavabın əsli ərizəyə əlavə olunur). X4 ilkin iddia ərizəsində qeyd edir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyası tərəfindən 22.11.1997-ci il tarixində 25 nömrəli qərarı ilə ona verilən mülkiyyətə gedən yol guya onun tərəfindən bağlanmışdır. Sözügedən qurum tərəfindən verilən torpaq mülkiyyətinə yol, həmin vaxtdan bu günə qədər heç kim tərəfindən bağlanmayıb. Həmin yolun kiminsə tərəfindən bağlanılması mümükünsüzdür. Belə ki, həmin mülkiyyət ona məxsus olan evin həyətinin önündədir (həyatyanı sahə ilə birlikdə yerləşir). Bu hal məhkəməyə təqdim etdiyi Dövlət Aktında yerləşən sxemlərdə öz təsdiqini tapır. İddiaçı2 adından təqdim edilən iddia ərizəsində qeyd olunur ki, guya cavadeh onun mülkiyyətinə gələn yolu bağlamışdır. Bu absurd iddia aşkar şər və böhtandır. Müvafiq qurum tərəfindən verilən mülkiyyət sahəsi onun evinin yerləşdiyi həyətyanı sahə ilə birlikdədir. Cavabdehin öz mülkiyyətinə sahib olduğu zamandan yolu var və hal-hazırda da həmin yoldan istifadə edir. İddiaçı4 Qəhrəman qızı, digər cavabdeh İsmayılov Müşviqin mərhum qardaşı-İsmayılov Sahibin arvadıdır. Cavabdehə məxsus olan mülkiyyət sahəsi ona məxsus olan evin həyatyanı sahəsinin önündədir (birlikdədir). Mülkiyyətin yolu var və yola aid olan fotoşəkil ərizəyə əlavə olunur. X1 (mərhum İsmayılov Sahibin cavabdeh Seyranla bərabər digər arvadıdır) adından təqdim olunan iddia ərizəsində ona aid olan mülkiyyətə yolun bağlanılmasını iddia edir. Cavabdehə məxsus mülkiyyətə yol digər İddiaçı4 Qəhrəman qızına məxsus olan fındıq bağı səhəsindəndir. Əslində, həmin yol eyni zamanda ona da Qəbələ rayon Aqrar islahat Komissiyası tərəfindən 0,13 ha torpaq sahəsinə getmək üçün nəzərdə tutulmuşdur. Lakin Seyran həmin yol sahəsini zəbt edərək, kəsdiyi üçün, hazırda Zibeydənin yolu Bum kənd Bələdiyyəsinə aid olan ərazidəndir. Göründüyü kimi cavabdehin yolunu digər cavabdeh İddiaçı4 kəsmişdir. Həmçinin, hazırda cavabdehin avtomobil yolu var. Həmin yola aid olan fotoşəkil ərizəyə əlavə olunur. X2 şəxsən ona bildirmişdir ki, məhkəməyə təqdim olunan iddia ərizəsindən xəbərsizdir, bu barədə məlumatı yoxdur, həmin ərizəyə imza atmamışdır və heç bir iddia tələbi yoxdur. Bu qərəzli və əsassız iddia ərizəsinin əsas müəllifi Müşviq İsmayılovdur. Müşviq İsmayılov davamlı olaraq onun və ailə üzvləri, o çümlədən, oğlu Soltanov Səbuhi barəsində müxtəlif qurumlara, Təhsil Nazirliyiə yalan və böhtan məzmunlu ərizələr yazmaqla onun şərəf və ləyaqətini ləkələməyə və nüfuzumu ləkələməyə cəhd edir. O bu hərəkətlə, eyni zamanda, onun və ailə üzvlərinin şərəf və layaqətinə xələl gətirir və bunun müstəqil nəticəsi olaraq, bütün ailəmiz üçün narahatlıq yaradır. İddia ərizəsində istinad edilən qanun maddələri işin mahiyyətinə uyğun deyil. İddiaçının tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İşdə olan JN-851A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, İsmayilov Rəşadət Sahı̇ b oğlunun tam mülkiyyətinə Mıxlıqovaq kəndində 0.12 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-668A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, İddiaçı4 və ailə üzvlərini ümumi brgə mülkiyyətinə Mıxlıqovaq kəndində 0.09 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-0030 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən İsmayılov Müşfı̇ q Vəlı̇ oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayon, Mıxlıqovaq kəndində 0.82 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-817 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən Abduxaliqova Zı̇ beydə Əsədullah qızının və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayon, Mıxlıqovaq kəndində 0.40 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-0220 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən Məlı̇ kov Rəfayı̇ l Bəxtı̇ yar oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayon, Mıxlıqovaq kəndində 0.83 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-0161 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən Soltanov Müsəllı̇ m Bəhərçı̇ n oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayon, Mıxlıqovaq kəndində 1.03 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-668A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, İddiaçı4 və ailə üzvlərini ümumi brgə mülkiyyətinə Mıxlıqovaq kəndində 0.09 ha torpaq sahəsi verilmişdir. Məhkəmə iddiaçılarının “torpaq sahəsinə gedən yolun açılmasına” dair tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Bundan başqa, işin faktiki hallarından təsdiq olundu ki, iddiaçılar iddia tələbində Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı, JN-232A, 851A, 668A saylı şəhadətnamələrlə və JN-0817, 0220 dövlət aktları ilə xüsusi mülkiyyətinə Qəbələ rayon Mıxlıqovaq kəndinə verilmiş torpaq sahələrinə gedən, lakin Cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmış yolun, yola qoyulan maneələrin sökülməsi ilə məcburi qaydada açılmasını tələb etsələr də, həmin sahənin yol yeri olmasını və cavabdeh tərəfindən bağlanılmasını, iddiaçılar irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübutlar təqdim etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İsmayılov Müşfı̇ q Vəlı̇ oğlunun, İsmayilov Rəşadət Sahı̇ b oğlunun, Məlı̇ kov Rəfayı̇ l Bəxtı̇ yar oğlunun, İddiaçı4, Abduxaliqova Zı̇ beydə Əsədullah qızının cavabdeh Soltanov Müsəllı̇ m Bəhərçı̇ n oğluna qarşı "torpaq sahəsinə gedən yolun açılması" tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçılar İsmayılov Müşfı̇ q Vəlı̇ oğlunun, İsmayilov Rəşadət Sahı̇ b oğlunun, Məlı̇ kov Rəfayı̇ l Bəxtı̇ yar oğlunun, İddiaçı4, Abduxaliqova Zı̇ beydə Əsədullah qızının cavabdeh Soltanov Müsəllı̇ m Bəhərçı̇ n oğluna qarşı "torpaq sahəsinə gedən yolun açılması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1725/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1725/2021
24.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver