Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1754/2021 29.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinə qarşı “zəbt edilmiş yol yerinin açılması, çəkilmiş daş hasarın cavabdehin hesabına sökülməsi və törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinə qarşı “zəbt edilmiş yol yerinin açılması, çəkilmiş daş hasarın cavabdehin hesabına sökülməsi və törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən göründüyü kimi, iddiaçılar iddia tələblərində bir və ya bir neçə cavabdehə bir biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmiş, həmçinin iddia tələbinin əsasları ilə bağlı iddiaçıların əsaslandırdığı hallar ərizədə hər-hansı ardıcıllığa riayət edilmədən, qeyri müəyyən şəkildə yazılmış, nəticədə iddia ərizəsi tərtib edilərkən qeyri-müəyyənliyə yol verilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş JN-274B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın 26.12.2002-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı2, İsgəndərova Hicran Namət qızının, X2 və X1 ümumi birgə mülkiyyətlərinə Qəbələ rayonu Nohurqışlaq kəndində 0,26 ha torpaq sahəsi verilmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş JN-323B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın 26.12.2002-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı1, X5, X7, X6 və X3 ümumi birgə mülkiyyətlərinə Qəbələ rayonu Nohurqışlaq kəndində 0,47 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi iddiaçılar ərizədə fərqli torpaq sahələrinə gedən yolların açılmasını tələb etmişlər. Lakin iddiaçılar iddia tələblərində eyni cavabdehə qarşı tələb sürsələr də, cavabdeh tərəfindən iddiaçıların hər birinə qarşı ayrı-ayrılıqda törədilən maneələrin konkret nədən ibarət olmasını göstərməmişlər. Ona görə də, hazırki iddia tələblərinin bir icraatda baxılması qeyri-mümkündür. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara aid sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri təqdim edilir. Göründüyü kimi iddiaçılar iddia ərizəsinə JN-323B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətini əlavə etsələr də, JN-274B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətini əlavə etmişlər. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, İddiaçı1 X4 qarşı “mülkiyyətə verilmiş torpaq sahəsinə əvvəllər istifadəsində olmuş yol yerinin verilməsi və həmin ərazinin açılması” tələbinə dair Qəbələ Rayon Məhkəməsinin 01.11.2007-ci il tarixli qətnaməsi mövcuddur. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçılara geri qaytarılmalı və onlara izah edilməlidir ki, onlar, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinə qarşı “zəbt edilmiş yol yerinin açılması, çəkilmiş daş hasarın cavabdehin hesabına sökülməsi və törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1754/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1754/2021
29.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver