Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1756/2025 26.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair (Açar sözlər: maddi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarayeva Şəhla Mahir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 795 C saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə Cavabdeh Eynulla oğlunun mülkiyyətində olan Qəbələ rayonu, Mixlıqovaq kəndində yerləşən 0.22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin əldə edilməsinə görə ödədiyi 3300,0 manat pulun indiki bazar dəyərinin, yəni 4400,0 manat və 64,0 manat dövlət rüsumu alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, JN 795 C saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0.22 ha torpaq sahəsi Qəbələ rayonunda torpaq islahatları aparılandan əvvəl onun istifadəsində olub, həmin torpaq sahəsində fındıq ağacları əkmiş, mühafizəsini təşkil edərək aqrotexniki qulluq etmişdir. İslahat zamanı qeyd olunan torpaq sahəsi səhvən əmisi Cavabdeh adına qeydə alınmışdır. Əmisi Cavabdeh adına qeydiyyatda olmasına baxmayaraq, həmin torpaq sahəsindən o istifadə etmiş və hazırda da istifadəsindədir. 09 yanvar 2018-ci il tarixdə Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsində bələdiyyə sədri Vəlağa Həbibovun, mühasib Vüqar Cavadovun, Qəbələ rayon Mixlıqovaq kənd sakinləri Cavabdeh, Ş.Hüseynova, C.Hüseynov və İddiaçı iştirakları ilə Cavabdeh özünə və ailə üzvlərinə məxsus olan 0.22 ha torpaq sahəsini 3300 (üç min üç yüz) manata ona satmışdır. Cavabdeh ailə üzvlərinin şəxsiyyətlərini təsdiq edən sənədləri və planşet 975 C nömrəli satılmış torpaq sahəsinin cizgili planını xx.xx.2018-ci il tarixli alqı-satqı akta əlavə edib ona təqdim etmişdir. Bundan əlavə Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsində xx.xx.2018-ci il tarixli alış aktı ilə Cavabdeh 0.22 ha torpaq sahəsini 3300 (üç min üç yüz) manata ona satmış və imzaları ilə bunu təsdiq etmişlər. xx.xx.2018-ci il tarixli alış aktda alqı-satqı aktın hər iki tərəfin razılığı ilə aparıldığını heç bir narazılığı olmadığını, gələcəkdə hər hansı narazılıq olarsa əsassız hesab edilməsinə razılıq verilmiş, şəxsiyyət vəsiqələrinin nömrələrini yazmaqla imza etmişlər. X20 rayon Mıxlıqovaq Bələdiyyəsinin sədri V.Həbibov tərəfindən bələdiyyənin möhürü ilə təsdiqlənmişdir. Həmin torpaq sahəsinin indiki vaxta real bazar dəyəri 4400,0 manat təşkil edir. Cavabdeh torpaq sahəsini ona qanunsuz yolla sataraq əsassız varlanmışdır. Qəbələ Rayon Məhkəməsində işlərinə mülki qaydada baxılmış, həmin iş üzrə atası X6 tərəfindən qarşılıqlı iddia qaldırılmış və sonradan onlara onun tərəfindən qarşılıqlı iddianın qaldırılması izah edilmişdir. 2025-ci il tarixdə Qəbələ Rayon Məhkəməsi tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə torpağın indiki bazar qiyməti barədə sorğu edilmiş və sorğu cavablandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda göstərdi ki, torpaq sahəsinin ona satılması barədə bələdiyyə tərəfindən təsdiqlənmiş aktı cavabdeh özü hazırlayıb, bələdiyyədə təsdiqlədib ona təqdim etmişdir. Torpaq sahəsi o vaxt 3300 manata ona satılıb, həmin torpaq sahəsinin hazırki bazar dəyəri 4400 manat təşkil etdiyinə görə o həmin məbləği tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, həmin torpaq sahəsi ölkədə torpaq islahatı aparılan zaman onun mülkiyyətinə verilmişdir. Sonradan həmin torpaq sahəsini iddiaçıya vermişdir. Bələdiyyədə təsdiq olunmuş aktda torpaq sahəsinin 3300 manata satıldığı qeyd olunsa da, ona pul verilməmişdir. Aktda adları qeyd olunan Şükufə Hüseynova onun arvadı, Cavid Hüseynov isə oğludur. Torpaq sahəsi uzun illər iddiaçı tərəfindən istifadə olunsa da, torpağın vergilərini o ödəmişdir. Ötən müddət ərzində iddiaçı tərəfindən torpaq sahəsi sənədləşdirilmədiyindən o torpaq sahəsini geri tələb etmişdir. Belə ki, həmin akt rəsmi sənəd olmamış, onun əsasında torpaq sahəsi iddiaçının adına keçməmişdir. Həmin aktı o və ailə üzvləri imzalamışlar. Hazırda da iddiaçı gedib torpağı adına sənədləşdirsə, razılıq verəcəkdir. Lakin tələb olunan pulu ödəməyə maddi imkanı yoxdur. Aktı imzalayan digər şəxslərin məhkəməyə gəlməsinə zərurət olmadığını bildirmişdir. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə “Alış Aktı” və “Torpaq sahəsinin satılmasına dair” Akt tərtib olunan zaman Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir, hazırda həmin vəzifədə işləmir. Ölkədə torpaq islahatı aparılan zaman Mıxlıqovaq kəndində islahat biraz fərqli şəkildə aparılmışdır. Belə ki, kolxoza aid torpaqlar artıq kənd camaatı tərəfindən zəbt olunmuşdur. Buna görə də hər kəsin zəbtində olan torpaq özünə verilmiş, lakin həmin vaxt müəyyən olunmuş sahədən artıq zəbt edilmiş torpaqlar isə digər şəxslərin mülkiyyətinə verilmişdir. Sonradan kənd camaatı arasında müəyyən narazılıqlar yaranmasın deyə ona rayon rəhbərliyi tərəfindən tapşırıq verilmişdir ki, kənd camaatı öz aralarında torpaq sahələri satmaq istəyəndə, həmin aktları təsdiq etsin. Hazırki mübahisə ilə bağlı isə bildirir ki, Cavabdeh ona yaxınlaşmış, bildirmişdir ki, qardaşı ilə razılaşmış və onların sənədi də qeydə alınsın. Hətta həmin vaxt torpaq sahəsinin iddiaçının yaşadığı evin yaxınlığında yerləşməsinə görə iddiaçı ilə razılıq əldə olunduğunu bildirmişdir. Belə olub Cavabdeh ilə İddiaçı arasında olan həmin aktları da təsdiq etmişdir. Aktı Cavabdeh özü tərtib etmiş, aktın məzmununa heç kəs müdaxilə etməmişdir. Akt təsdiq olunarkən adları qeyd olunan hər kəs orda iştirak etmiş və aktı imzalamışdırlar. Burda əsas məqsəd torpaq sahəsi üzrə ödənilən verginin torpağı kim istifadə edəcəksə, onun adına keçməsi idi. Onun bələdiyyə sədri işlədiyi 2020-ci ilə qədər həmin torpaq sahəsinin vergisi İddiaçı tərəfindən ödənilmişdir. Həmin aktlar Cavabdeh dediyi qaydada, öz sözləri ilə tərtib olunmuş və imzalanmışdır. Aktda qeyd olunan 3300 manat məbləği o görməmiş, onun iştirakı ilə ödəniş edilməmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahidin ifadəsini dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin satılmasına dair” Aktdan görünür ki,Mıxlıqovaq kənd sakini Cavabdeh özünə və ailə üzvlərinə məxsus olan 0,22 ha torpaq sahəsini 3300 manata İddiaçı satmışdır. Alqı-satqı mülkiyyətçinin bütün ailə üzvlərinin razılığı və iştirakı ilə aparılmışdı. Akta mülkiyyətçi Cavabdeh və ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər, xx.xx.2018-ci il tarixli alqı-satqı aktı, planşet 795C №li satılmış sahənin cizgili planı əlavə edilmişdir. Aktın doğruluğu Mıxlıqovaq Bələdiyyəsinin sədri V.Həbibov, Mıxlıqovaq Bələdiyyəsinin baş mühasibi V.Cavadov, Mıxlıqovaq kənd sakinləri Cavabdeh, Ş.Hüseynova, C.Hüseynov, İddiaçı imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Alış” Aktından görünür ki, 0,22 ha kənd daxili torpaq sahəsi Cavabdeh tərəfindən İddiaçı 3300 manata (1 sot -150 manat) satılmışdır. Həmin akt Mıxlıqovaq Bələdiyyəsinin sədri V.Həbibov, Mıxlıqovaq kənd sakinləri Cavabdeh, X5, X8 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(025)- 282/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması barədə iddia tələbinin təmin olunması, JN 795 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əssən 795 C saylı planda sərhədləri göstərilən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,22 ha kənd təsərrüfatı torpaq sahəsi X3 qanunsuz sahibliyindən azad edilib Cavabdeh həmin torpaq sahəsindən istifadəsinə törədilən maneçilik aradan qaldırılması, iddiaçı X3 Cavabdeh qarşı maddi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh 4400,0 (dörd min dörd yüz) manat və 64,0 manat dövlət rüsumunun alınıb X3 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2(107)- 1035/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı/Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)- 282/2025 nömrəli qətnaməsi qismən, yəni cavabdeh/iddiaçı X3 iddiaçı/Cavabdeh qarşı maddi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh 4400,0 (dörd min dörd yüz) manatın və 64,0 manat dövlət rüsumunun alınıb X3 xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilmiş, cavabdeh/iddiaçı X3 iddiaçı/Cavabdeh qarşı JN 795 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 795 C saylı planda yeri göstərilmiş Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin əldə edilməsinə görə ödədiyi 3300,0 manat pulun indiki bazar dəyərinin, yəni 4400,0 manatın və 64,0 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmiş, ödənilmiş 64,0 manat dövlət rüsumu cavabdeh/iddiaçı X3 özünə aid edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilən hallar ondan ibarətdir ki, Cavabdeh ailə üzvlərinin mülkiyyətində olan Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən JN 795 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 795 C saylı planda yeri göstərilmiş 0,22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini payçılar, Cavabdeh, X14 və X2 razılığı ilə Mıxlıqovaq bələdiyyəsi tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli müqavilə əsasında X9 3300,0 manata satmış, X11 həmin məbləği ödəyərək torpaq sahəsinə yiyələnmişdir. Sonradan Cavabdeh JN 795 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 795 C saylı planda sərhədləri göstərilən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,22 ha kənd təsərrüfatı torpaq sahəsi X7 qanunsuz sahibliyindən azad edilib Cavabdeh həmin torpaq sahəsindən istifadəsinə törədilən maneçiliyin aradan qaldırılması ilə bağlı iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəməsinin 2-(025)-282/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X4 qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması barədə iddia tələbinin təmin olunması, JN 795 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əssən 795 C saylı planda sərhədləri göstərilən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,22 ha kənd təsərrüfatı torpaq sahəsi X3 qanunsuz sahibliyindən azad edilib Cavabdeh həmin torpaq sahəsindən istifadəsinə törədilən maneçiliyin aradan qaldırılması, iddiaçı X3 Cavabdeh qarşı maddi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh 4400,0 (dörd min dörd yüz) manat və 64,0 manat dövlət rüsumu alınıb X3 xeyrinə ödənilməqi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2(107)-1035/2025 nömrəli qətnaməsi ilə iddiaçı/Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(025)-282/2025 nömrəli qətnaməsi qismən, yəni cavabdeh/iddiaçı X3 iddiaçı/Cavabdeh qarşı maddi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh 4400,0 (dörd min dörd yüz) manatın və 64,0 manat dövlət rüsumunun alınıb X3 xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilmiş, cavabdeh/iddiaçı X3 iddiaçı/Cavabdeh qarşı JN 795 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 795 C saylı planda yeri göstərilmiş Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin əldə edilməsinə görə ödədiyi 3300,0 manat pulun indiki bazar dəyərinin, yəni 4400,0 manatın və 64,0 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmiş, ödənilmiş 64,0 manat dövlət rüsumu cavabdeh/iddiaçı X3 özünə aid edilmişdir. Hazırda isə iddiaçı məhkəməyə müraciət edərək torpağın alınması üçün ödədiyi 3300 manat pulun indiki bazar dəyərinin, yəni 4400 manat pulun cavabdehdən tutulmasını tələb edir. İş materiallarında olan 09 yanvar 2018-ci il tarixdə Qəbələ rayonu Mıxlıqovaq Bələdiyyəsinin sədri, Mıxlıqovaq Bələdiyyəsinin baş mühasibi, Mıxlıqovaq kənd sakinləri Cavabdeh, Ş.Hüseynova, C.Hüseynov, N.Hüseynovun iştirakları ilə tərtib edilmiş, lakin notarial qaydada təsdiq ediləmmiş alqı-satqı aktı ilə müəyyən olunur ki, Cavabdeh özünə və ailə üzvlərinə məxsus olan 0.22 ha torpaq sahəsini 3300 manata X1. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh aralarında imzalanmış aktın doğruluğunu təsdiq edirlər. Həmin aktın cavabdehin sözləri ilə yazılmasını, cavabdeh və ailə üzvləri tərəfindən imzalanmasını məhkəmə iclasında dindirilən şahid də təsdiq etmişdir. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3300 (üç min üç yüz) manat tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 3300 manat pulun indiki bazar dəyərinin, yəni 4400 manat pulun alınıb ona ödənilməsini tələb etmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Alış” Aktında və “Torpaq sahəsinin satılmasına dair” Aktda gələcəkdə torpaq sahəsinin rəsmi qaydada alqı-satqısı baş tutmayacağı təqdirdə torpaq sahəsinin geri qaytarılması zərurəti yaranarsa, ödənilən məbləğin indeksasiya olunaraq, yaxud həmin dövr üçün olan bazar qiymətinə uyğun şəkildə qaytarılması ilə bağlı hər hansı müddəa öz əksini tapmamışdır. 3300 manat pulun hansı formada, hansı əsasla indeksasiya edilərək 4400 manat müəyyən edilməsi ilə bağlı heç bir mötəbər sütub məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3300 (üç min üç yüz) manat məbləğində pul və 53 (əlli üç) manat dövlət rüsumu alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3300 (üç min üç yüz) manat məbləğində pul və 53 (əlli üç) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1756/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1756/2025
26.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver