Məhkəmə qərarları › İş №2(025)-1775/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1775/2021

16.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1775/2021 16.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 (yeddi min beş yüz) manat əsas borcun, həmin pulun alındığı 24 mart 2019-cu il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 25 sentyabr 2021-ci il tarixədək olan 2 il 6 ay müddətində 975 (doqquz yüz yetmiş beş) manat (7500 Azn/100%=75 x 5%=375 Azn, 375 Azn x 2 il 6 ay = 975 Azn) gecikdirilmiş faiz borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 8505 (səkkiz min beş yüz beş) mant pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh 24 mart 2019-cu il tarixdə ondan 7500 (yeddi min beş yüz) manat borc pul alıb. Aralarında olan razılaşmaya əsasən cavabdeh aldığı pulu hər ay 750 (yeddi yüz əlli) manat olmaqla 10 (on) ay müddətinə qaytarmağı öhdəsinə götürüb. Cavabdeh bu barədə ərizə yazıb. Lakin cavabdeh öhdəliklərini icra etməyib. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən "xxxx" MMC cavabdehə pretenziya məktubu ilə müraciət edərək pulun qaytarılmasını tələb edib. Lakin cavabdeh yenə də aldığı pulu qaytarmaqdan imtina edib. Göründüyü kimi, Cavabdeh 7500 (yeddi min beş yüz) manat pulu borc adı ilə ondan almış, lakin aldığı borcu qaytarmaqdan imtina etmiş və qanunsuz hərəkətlərini bu günədək davam etdirir. Aşağıda göstərilənlərə əsasən Cavabdeh 7500 (yeddi min beş yüz) manat əsas borcun, həmin pulun alındığı 24 mart 2019-cu il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 25 sentyabr 2021-ci il tarixədək olan 2 il 6 müddətində 975 (doqquz yüz yetmiş beş) manat (7500 Azn/100%=75 x 5%=375 Azn, 375 Azn x 2 il 6 ay = 975 Azn) gecikdirilmiş faiz borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 8505 (səkkiz min beş yüz beş) manat pulun alınaraq mənə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İşin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, 2019-cu ilin mart ayının 24-də Cavabdeh 10 ay müddətdə qaytarmaq şərti ilə ondan 7500 manat borc pul alıb. Cavabdeh pulun alınması və qaytarılma vaxtı barədə yazılı öhdəlik götürüb. Lakin həmin vaxtdan bu günədək, dəfələrlə tələb etməyinə baxmayaraq Cavabdeh pulu qaytarmaqdan imtina edib. Pulun qaytarılması barədə cavabdehə yazılı müraciət ünvanlanmasmdan sonra da, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Göründüyü kimi, Cavabdeh 3 ilə yaxın müddətində ondan aldığı 7500 manatı qanunsuz olaraq özündə saxlamış, pulu qaytarmaqla bağlı tələblərimə məhəl qoymamış, qanunsuz hərəkətlərini bu gün də davam etdirir. Odur ki, cavabdehdən 7500 (yeddi min beş yüz) manat əsas borcun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Bunundan başqa, Cavabdeh 7500 (yeddi min beş yüz) manat pulun alındığı 24 mart 2019-cu il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 25 sentyabr 2021-ci il tarixədək olan 2 il 6 ay müddətində 975 (doqquz yüz yetmiş beş) manat (7500 Azn/100%=75 x 5%=375 Azn, 375 Azn x 2 il 6 ay = 975 Azn) gecikdirilmiş faiz borcunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı 24 mart 2018-ci il tarixdə 7500 manat pul götürmüşdür. Bu barədə həmin tarixdə ərizə yazaraq qol da çəkmişdir. Lakin həmin pulu o, özü üçün deyil dostu üçün götürmüşdür. Belə ki, dostunun həmin dövrdə pula ehtiyacı olduğundan o, İddiaçı 7500 manat pul götürərək dostuna vermişdir. Həmin şəxsi Ruslan da tanıyır. Dostu götürdüyü pulu 10 ay müddətində hər ay 750 manat olmaqla qaytarmağı öhdəsinə götürmüş, lakin vədinə əməl etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan 24 mart 2018-ci il tarixdə imzalanmış ərizəyə əsasən Cavabdeh İddiaçı 7500 manat borc pul almış, həmin məbləği hər ay 750 manat olmaqla 10 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Femida Hüquq və Konsaltinq Şirkəti MMC tərəfindən Cavabdeh ünvanlanmış 22 sentyabr 2021-ci il tarixli Pretenziya məktubundan görünür ki, borc məbləği 3 gün ərzində könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 24 mart 2018-ci il tarixdə 7500 manat məbləğində borc vermiş və Cavabdeh borcu 10 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Həmin məbləğ hələ də ödənilmədən qalmaqdadır. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh iddiaçıdan 7500 manat pul götürdüyünü və borc pulun alınması barədə ərizə verdiyini etiraf etmişdir. İddiaçı 7500 (yeddi min beş yüz) manat əsas borcun, həmin pulun alındığı 24 mart 2019-cu il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 25 sentyabr 2021-ci il tarixədək olan 2 il 6 ay müddətində 975 (doqquz yüz yetmiş beş) manat (7500 Azn/100%=75 x 5%=375 Azn, 375 Azn x 2 il 6 ay = 975 Azn) gecikdirilmiş faiz borcunu cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlər Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiyinə görə cavabdehdir və 7500 manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın "cavabdehdən 975 manat faiz borcunun tutulması” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı iddianı bu hissədə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7500 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 7530 (yeddi min beş yüz otuz) manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 7500 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 7530 (yeddi min beş yüz otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar