Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1790/2021 06.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “vururlmuş ziyanın əvəzinin ödənilməsi tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Məmdiyar oğluna qarşı “vururlmuş ziyanın əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məmdiyar oğlundan 1010 (bir min on) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 28.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində cavabdeh kimi göstərdiyi Cavabdeh Məmdiyar oğlunun iddia tələbinə cavab verməyən şəxs olduğu, ona görə də əsl olmayan tərəfin Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi döngə 38-də həyat yoldaşı X1 adına 0,06 ha həyətyanı torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsinin mişar daşından 1-ci mərtəbəsinin divarını çəkmək üçün cavabdehə danışıq aparmaq, razılaşmalarına əsasən cavabdeh 500 manata evin divarını çəkməyi öhdəsinə götürmüşdür. Cavabdeh əvvəlcədən işin dəyəri olan 500 manatı oğlunun qəza törətməsi səbəbindən onlardan almışdır. Binanın bünövrəsi əvvəlcədən tökülmüşdür. Cavabdeh bir həftə evin birinci mərtəbəsinin tikintisində işləyərək əksər hissədə 4 cərgə, pəncərə yerlərində, yəni 3 pəncərə ətrafında 5 cərgə divar çəkməklə için qalan hissəsini tamamladan yarımçıq saxlamışdır. Dəfələrlə cavabdehdən işin tamamlanmasını tələb etmişlər, nəticə olmamışdır. Cavabdeh başqa yerdə iş götürdüyünü, ona görə onlarda işləyə bilmədiyini bildirmişdir. Çox çalışmış ki, cavabdeh aldığı pula görə işini tamamlasın, yarımçıq işə görə başqa usta gətirməsin. Ancaq nəticəsi olmamışdır. İşini davam etdirmək əvəzinə bildirmişdir ki, onlarda işləməyəcəkdir, harada şikayət edirsə etsin. Məcbur olub polisə müraciət etmişdir. Görülən işə yerində baxış keçirilmiş, şöbəyə çağırılmış, söhbət aparılmışdır. Onunla aparılan söhbətdən sonra cavabdeh bir neçə dəfə onlara gəlmişdir. Xahiş etmiş ki, şikayət etməsinlər, hazırda imkanı yoxdur, bir müddət sonra pulu ödəyəcəkdir. Ancaq cavabdeh 2019-cu ildən hazıra kimi yalan vədlərlə aldadır. Məcbur olub ikinci dəfə polisə müraciət etmişlər. Söhbət zamanı yenidən söz vermişdir ki, pulu ödəyəcək. Bu dəfə də onu aldatmış, pulu ödəməkdən yayınmışdır. Bu hərəkətləri ilə cavabdeh 500 manat avans olaraq aldığı pul, yemək və siqaretə xərclənən 100 manat, 280 manat 2 ton xarab olmuş sementə görə dəyən ziyan pulu, 30 manat dövlət rüsumu və 100 manat ərizənin hazırlanmasına və digər xərclər cəmi 1010 manat borc yaranmışdır və cavabdeh ödənişdən bilərəkdən yayınır. Cavabdehin hərəkətləri səbəbindən yarımçıq tikilini başqa ustaya ikiqat xərcə tamamlaya bilmişlər. Ancaq həmin vəsaiti unibankdan alınan kredit hesabına ödəmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, eyni zamanda göstərdi ki, cavabdehlə kürsünün hörülməsini kvadratını 4 manata razılaşmışlar. Cavabdeh isə 8 cərgədən ibarət olmaqla təxminən 106 kvadratlıq iş görmüş, yəni evin divarını qismən çəkmişdir. Cavabdeh uşağı xəstəsi olduğu üçün 500 manat pulu ondan əvvəldən almışdır. Pulu aldıqdan sonra öhdəsinə götürdüyü qalan işləri isə görməmişdir. Həmçinin onun aldığı sementlər xarab odluğundan, qonşuya daha ucuz qiymətə satmışdır. Nəticədə ona ümumilikdə 1010 manat ziyan dəymişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. əlavə olaraq bildirmişdir ki, qeyd edilən tikilini artıq başa çatdırmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən iddiaçıya məxsus bünövrəsi qoyulmuş evin divarını kvadratını 8 manatdan hörmək barədə razılığa gəlmişlər. Nəticədə aralarında olan razılığa əsasən 8 cərgədən ibarət olmaqla, ümumilikdə 106 kv.m divarı hörmüşdür. Həmçinin iddiaçı ilə aralarında olan razılaşmadan əlavə pilləkən düzəltmiş, həmçinin bünövrəni yenidən təmir etmişdir. Nəticədə iddiaçıya ümumilikdə 540 manat iş görmüş, lakin iddiaçıdan ümumilikdə 500 manat pul almışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. 06 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında X4 şahid qismində verdiyi izahatında göstərmişdir ki, İddiaçı onun həyat yoldaşıdır. Onun mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və həmin evin divarının hörülməsi Cavabdeh həvalə edilmişdir. 500 manat pul həyat yoldaşı İddiaçı tərəfindən Cavabdeh verilmişdir. Lakin Cavabdeh işləri yarımçıq görmüşdür. Belə ki, iş materiallarında olan, Qəbələ rayon Polis şöbəsi tərəfindən X2 ünvanlanmış 08may 2021-ci il tarixli məktubdan görünür ki, X2 etdiyi müraciətdə göstərilən xüsusatlarla bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.10.2018-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, X1 xüsusi mülkiyyətinə verilmiş ünvan 2 ünvanda 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən 05.10.2018-ci il tarixdə həmin torpaq sahəsinə dair A 317026 nömərəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İƏD üzrə tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli, 1182 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 26.05.2015-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi “Tapşırıq” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh (vəkalət alan) müqavilə bağlandığı gündən razılaşmalarına əsasən iddiaçıya məxsus evin divarını hörməyi öhdəsinə götürmüşdür. Sözügedən şifahi müqaviləyə əsasən İddiaçı Cavabdeh tikilməkdə olan yaşayış evinin divarının hörülməsi üçün 500 manat pul vermişdir.Bu halı məhkəmə iclasında iddiaçı və cavabdeh öz ifadələrində təsdiq etmişlər. Cavabdeh götürmüş olduğu öhdəlik üzrə 8 cərgədən ibarət olmaqla ümumilikdə 106 kv.m divarı hörmüşdür. Bu halda iddiaçı və cavabdeh tərəfindən məhkəmə zamanı mübahisələndirilməmişdir. Lakin məhkəmə iclasında cavabdeh iddiaçı ilə 1 kv.m hissəni hörmək üçün 8 manatdan razılaşdığını bildirsə də, cavabdeh 4 manatdan razılaşdıqlarını qeyd etmişdir. Lakin cavabdeh məhkəmə iclasında iddiaçı üçün ümumilikdə 540 manatlıq iş gördüyünü qeyd etmişdir ki, cavabdehin dediyi kimi 1 kv.m hissəni hörmək üçün 8 manatdan hesablananda 109 kv.m hissəni hörmək daha artıq məbləğ edir ki, bu da cavabdehin iddiaçı ilə 1 kv.m üçün razılığının əslində 4 manatdan olmasını göstərir. Belə olanda isə cavabdeh aldığı 500 manat pul müqabilində 1 kv.m 4 manatdan hesablanmaq 106. Kv.m divar görmüş və nəticədə iddiaçı üçün ümumilikdə 424 manat dəyərində iş görmüşdür. Göründüyü kimi tapşırıq alan Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam yerinə yetirməmişdir. Bununla bağlı İddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o, hər hansı bir müsbət addım atmamışdır. Beləliklə də, işin qeyd olunan halları ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında xidmətlər göstərilməsi ilə bağlı aralarındakı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin şifahi razılığa (müqaviləyə) əsasən də iddiaçı tərəfindən cavabdehə fərdi yaşayış evinin divarının hörülməsi üçün 500 manat verilmiş, cavabdeh tərəfindən isə iddiaçının tapşırığı əsasında 500 manat müvabilində görməli olduğu işlər üzərinə götürdüyü digər öhdəlik tam yerinə yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi qismən icra etmişdir. Belə ki, məhkəmə zamanı iddiaçı və cavabdehin ifadəsi ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 500 manat pul verilmiş, onlar 1 kv.m divarın hörülməsini 4 manatdan razılaşmış və ümumilikdə cavabdeh 106 kv.m divar hörmüşdür. Beləliklə 106 kv.m divarın hörülməsi iddiaçı və cavabdeh arasında olan razılığa əsasən 424 manat (106 X 4) etmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə ümumilikdə 500 manat verilmişdir ki, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlik üzrə işlər tam yerinə yetirilmədiyindən 76 manat (500- 424) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə iddiaçının maddi ziyan tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Hazırkı iş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini, yəni cavabdeh tərəfindən subyektiv hüququn və qanunla qorunan obyektiv hüquqlarının (sosial və hüquqi aspektdə) pozulduğuna dair halları sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehə yemək və siqaretə xərclənən ümumilikdə 100 manat, eyni zamanda 2 ton xarab olmuş sementə görə 280 manat maddi zərər vurmasını göstərmişdir. Lakin,iddia etdiyi maddi zərərə dair apardığı hesablamaların əsaslandığı faktlar haqqında, yəni bu rəqəmlərin hardan və necə əldə (faktiki mənbələri) olunması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görədə məhkəmə hesab edir ki, iddia cavabdehdən 380 manat məbləğində maddi zərərin alınaraq iddiaçıya verilməsi hissəsində də əsassızdır və təmin olunmamalıdır. Bundan əlavə idiaçı iddia ərizəsində 100 manat ərizənin hazırlanmasına görə cavabdehdən 100 manat tutulub ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə aınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Lakin məhkəmə qeyd edir ki, iddiaçı ərizənin hazırlarması üçün 100 manat xərc çəkməsi barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumunun 20 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 76 (yetmiş altı) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 96 (doxsan altı) manat məbləğində pul alınıb İddiaçıverilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 76 (yetmiş altı) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 96 (doxsan altı) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1790/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1790/2021
06.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver