Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-18/2021 29.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Əhmədova (Alməmmədova) Aysel Akif qızının iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əhmədova (Alməmmədova) Aysel Akif qızına qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əhmədova (Alməmmədova) Aysel Akif qızına qarşı “kredit borcunun tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əhmədova (Alməmmədova) Aysel Akif qızından İddiaçı ASC-nin xeyrinə 18 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1943,35 ABŞ dolları əsas, 2607,28 ABŞ dolları faiz, 1063,88 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 30.10.2017-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 456,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 6071,26 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 7650 ABŞ dolları kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Əhmədova (Alməmmədova) Aysel Akif qızı ilə 31 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 28.04.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 30.10.2017-ci il tarixədək uzaldılmışdır. Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən Cavabdeh1 əsas borcu 2896,67 ABŞ dolları azaldılmışdır. Bundan başqa "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün kredit müqaviləsi bağlanarkən borclu və zaminlər tərəfindən banka təqdim olunmuş borclu Cavabdeh1 və zamin Cavabdeh2 məxsus **********53 telefon nömrəsinə 22.11.2019-cu il tarixdə və zamin Əhmədova (Alməmmədova) Aysel Akif qızına məxsus **********43 telefon nömrəsinə 22.11.2019-cu il tarixdə smslər göndərilərək banka dəvət edilmişlər. Lakin borclu və zaminin banka gəlməmələri səbəbindən və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icra müddəti 31.12.2019-cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır. 2020-ci il mayın 18-dək Cavabdeh1 banka 31 otyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1943,35 ABŞ dolları əsas, 2607,28 ABŞ dolları faiz və 1063,88 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 5614,51 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bundan başqa 18 may 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 31 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1943,35 ABŞ dolları əsas, 2607,28 ABŞ dolları faiz, 1063,88 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 30.10.2017-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 456,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 6071,26 ABŞ dolları borcu vardır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə edib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədənxahişetdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək göstərdi ki, onunla "xxxx" İKB ASC arasında bağlanmış 31.10.2014-cü il tarixli 5-MZ2-4-0-3678-14 nömrəli Bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən bank tərəfindən ona illik 26 faizlə 24 ay müddətə 7.650 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə 31.10.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. O, bir müddət ödənişləri etsə də, sonradan ölkədə devalvasiyaların baş verməsi nəticəsində ödənişlərini dayandırmaq məcburiyyətində qalmışdır. Bundan sonra bankla onun arasında əlavə saziş imzalanmış və həmin sazişə əsasən kreditin müddəti 30 oktyabr 2017-ci il tarixədək uzaldılmışdır. Hazırda ondan həddindən artıq məbləğdə faiz və cərimə borcu tələb olunur ki, bu da onun maddi vəziyyətini olduqca ağırlaşdıracaqdır. Həmçinin məhkəmə tərəfindən bir neçə dəfə ekspertiza keçirilmiş və nəticədə onun faiz borcu azaldılmışdır. Odur ki, Cavabdeh1 ekspert rəylərinin nəzərə alınmasını, faiz və cərimə borcunun azaldılmasını, ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Əhmədova (Alməmmədova) Aysel Akif qızı iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəsi nəzərə alınmaqla ona qarşı irəli sürülmüş iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, "xxxx" İKB ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 31.10.2014-cü il tarixli 5- MZ2-4-0-3678-14 nömrəli Kredit müqaviləsinə əsasən Borc alana 7.650 ABŞ dolları məbləğində illik 26 % olmaqla 24 ay müddətinə kredit verilmişdir. Eyni zamandacavabdehlər Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə borcalanın bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür və öhdəliyin icrası üçün onlar bank qarşısında birgə məsuliyyət daşıyırlar. Bu müqavilənin 1.1-ci maddəsinə əsasən “Zamin” və “Borclu” Bank qarşısında birgə cavabdehdirlər. İş materiallarında olan 31.10.2014-cü il tarixli 5-MZ2-4-0-3678-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 7,650 ABŞ dolları məbləği illik 28 %-lə, 24 ay müddətinə aylıq 420 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.2.14 və 8.2-ci bəndlərinə görə, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə, gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün Banka dəbbə pulu ödəməlidir. İş materiallarında olan 31.10.2014-cü il tarixli 5-MZ2-4-0-3678-14 nömrəli BANK HESAB, KREDİT VƏ ZAMİNLİK müqaviləsinə Əlavə»nin təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilə üzrə kredit müqaviləsinin 1.2.6, 1.2.8 və 1.2.11-ci bəndlərinə dəyişikliklər edilərək, kreditin qaytarılma müddəti 24 aydan 36 aya, kreditin qaytarılma tarixi 30.10.2017-ci ilə, kreditin qaytarılma faizi isə 26 %-ə dəyişdirilmişdir. Həmçinin əlavə müqavilə zaminlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən imzalanmışdır. Həmçinin, edilmiş dəyişikliyə uyğun olaraq yeni ödəniş cədvəli tərtib olunmuş və Cavabdeh1 kreditin qalıq hissəsini birinci ay 403,89 ABŞ dolları, sonrakı aylar 290,75 ABŞ dolları, sonuncu ay isə 290,69 ABŞ dolları məbləğində ödənişlər etməklə 30 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 18.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 31.10.2014-cü il tarixli 5-MZ2-4-0-3678-14 nömrəli kredit müqaviləsi üzrə 1943,35 ABŞ dolları əsas, 2607,28 ABŞ dolları faiz, 1063,88 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 30.10.2017-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 456,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 6071,26 ABŞ dolları borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 22.05.2020-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh2 xx.xx.1959-cu ildə Qəbələ rayonu Qəmərvan kəndində doğulmuşdur və Qəbələ rayonu Qəmərvan kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 22.05.2020-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.1985-ci ildə Qəbələ rayonu Qəmərvan kəndində doğulmuşdur və Qəbələ rayonu Qəmərvan kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 22.05.2020-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh3 xx.xx.1986-ci ildə Qəbələ rayonu Zalam kəndində doğulmuşdur və Qəbələ rayonu Böyük Əmilli kəndində qeydiyyatdadır. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 31.10.2014-cü il tarixdə 7650 ABŞ dollarını imza edərək qəbul etmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvanlanmış 19.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 sonuncu dəfə 30.03.2018-ci il tarixdə 29,38 ABŞ dolları ödəniş etmişdir. Həmçinin 2.896,67 ABŞ dolları kompensasiya cari hesaba mədaxil edilmişdir. Məhkəmənin 13 avqust 2020-ci il tarixli, 2(025)-659/2020 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 21sentyabr 2020-ci il tarixli, 314 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 30.10.2017-ci il tarixə 4936,79 ABŞ dolları əsas, 2530,24 ABŞ dolları faiz borcu, 18.05.2020-ci il tarixə 1840,50 ABŞ dolları əsas, 2980,05 ABŞ dolları faiz borcu vardır. Məhkəmənin 11 fevral 2021-ci il tarixli, 2(025)-18/2021 nömrəli qərardadı ilə, iddiaçının vəsatəti əsasında təkar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12mart 2021-ci il tarixli, 9/1052 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 19.04.2019-cu il tarixə 4941,56 ABŞ dolları əsas, 0 ABŞ dolları faiz borcu vardır. Məhkəmənin 29 aprel 2021-ci il tarixli, 2(025)-18/2021 nömrəli qərardadı ilə, iddiaçının vəsatəti əsasında əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2021-ci il tarixli, 9/3836 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 18.05.2020-ci il tarixə (illik 5 % dərəcəsi ilə hesablanmaqla) 2.426,88 ABŞ dolları əsas, 1.738,89 ABŞ dolları faiz borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə kredit borcunun tutulması hissəsində tam əsaslıdır. Göründüyü kimi, Cavabdeh1 "xxxx" İKB-dən 7650 ABŞ dolları məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-yə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, hazırda cavabdehin Banka olan əsas borcu 1943,35 ABŞ dolları təşkil edir. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdehdən 1943,35 ABŞ dolları əsas borcun tutulmasını əsaslı sayır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2021-ci il tarixli, 9/3836 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 18.05.2020-ci il tarixə (illik 5 % dərəcəsi ilə hesablanmaqla) 2.426,88 ABŞ dolları əsas, 1.738,89 ABŞ dolları faiz borcu vardır. Lakin iddiaçı iddia ərizəsində cavabdehlərdən 1943,35 ABŞ dolları tələb etmişdir. Həmçinin məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməmişdir. Tələb olunan faiz borcuna qiymət verən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2021-ci il tarixli, 9/3836 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 18.05.2020-ci il tarixə (illik 5 % dərəcəsi ilə hesablanmaqla) 1.738,89 ABŞ dolları faiz borcu vardır. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə faiz (illik 5 % dərəcəsi ilə hesablanmaqla) borcu üzrə 1.738,89 ABŞ dolları borcun tutulmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bankuçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2020-ci il tarixli, 4 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. İşdə bir neçə ekspert rəyi olduqda, məhkəmə qətnamədə onların hər birinin qəbul edilməsi və ya rədd edilməsi səbəblərini göstərməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin 21 sentyabr 2020-ci il tarixli, 314 saylı rəyi aşağıda göstərilən səbəblərdən rədd edilməlidir. Belə ki, ekspert tərəfindən tam və ətraflı rəy verilməmişdir. Belə ki, maliyyə arayışında və hesabdan çıxarışda göstərilən rəqəmlər ilə ekspert rəyində göstərilmiş banka ödənilmiş əsas və faiz borcu məbləğləri fərqli olaraq qeyd edilmişdir. Bu səbəbdən sözügedən rəylə ekspert qarşısına qoyulmuş suallara düzgün cavab verilmədiyindən rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2021-ci il tarixli, 9/1052 saylı rəyiaşağıda göstərilən səbəblərdən rədd edilməlidir. Belə ki, məhkəmənin 11.02.2021-ci il tarixli qərardadında ekspert qarşısında 31.10.2014-cü il tarixli müqavilənin şərtlərinə əsasən Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil etməsi, müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda 5 (faiz) nə qədər təşkil etməsi barədə suallar qoyulmuşdur. Ekspert məhkəmənin vermiş olduğu sualların hər birinə ayrı-ayrılıqda cavab verməmiş, yalnız bir sual üzrə tədqiqat apararaq müvafiq rəy vermişdir. Müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda (5 faiz) nə qədər təşkil edir sualı cavabsız qalmışdır. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanından dolayı sözügedən kreditə görə Cavabdeh1 2896,67 ABŞ dolları kompensasiya verilmişdir. Məhz bundan sonra onun banka əsas məbləğ üzrə 1943,35 ABŞ dolları borcu qalmışdır. Verilmiş kompensasiya bankın müştəri qarşısında humanistliyi əsasında əsas məbləğdən çıxılmışdır. Ekspertin rəyindən görünür ki, kompensasiya ödənilməmişdən əvvəl cavabdehin banka əsas məbləğ üzrə 5254,53 ABŞ dolları, faiz borcu isə 2307,11 ABŞ dolları təşkil etmişdir. Qeyd olunan rəqəmlərin cəmi 7561,64 ABŞ dolları edir, əgər həmin rəqəmdən verilmiş kompensasiyanın (2896,67) çıxılsa, onda cavabdehin əsas və faiz borcu cəmi 4665,64 ABŞ dolları təşkil edir. Halbuki, iddia ərizəsindən görünür ki, kompensasiya ödənilməmişdən əvvəlki tarixə cavabdehin borcundan (7561,64 ABŞ dolları) kompensasiya əsas məbləğdən çıxılmış, nəticədə əsas məbləğ 1943,35 ABŞ dolları, faiz borcu isə 2607,28 ABŞ dolları təşkil etmişdir. Bu rəqəmlərin də cəmi 4550,35 ABŞ dolları edir ki, bu rəqəmlə ekspertin hesabladığı rəqəm (4665,64) arasında fərq yaranır. Onda belə çıxır ki, müştərinin banka olan borcu daha çoxdur. Göründüyü kimi məhkəməyə təqdim edilmiş maliyyə arayışında və hesabdan çıxarışda göstərilən rəqəmlər ilə ekspert rəyində göstərilmiş banka ödənilmiş əsas borc məbləği fərqli olaraq qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin müvafiq qərardadları ilə məhkəmə-mühasibatlıq ekspertizası, təkrar və əlavə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. "xxxx" MMC-nin 21 sentyabr 2020-ci il tarixli, 314 saylı rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2021-ci il tarixli, 9/1052 saylı rəyi ilə iddiaçının nümayəndəsi razılaşmamış, həmçinin həmin rəylərin düzgün hesablanmaması barədə məhkəməyə vəsatət təqdim edərək yenidən ekspertiza keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2021-ci il tarixli, 9/3836 nömrəli rəyinin düzgün olmaması barədə iddiaçı və cavabdeh tərəfindən hər hansı bir vəsatət verilməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2021-ci il tarixli, 9/3836 nömrəli rəyini əsas götürmüşdür. Məhkəmə hesab edir ki, sözü gedən ekspert rəyinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2021-ci il tarixli, 9/3836 nömrəli rəyi) hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2021-ci il tarixli, 9/3836 nömrəli rəyi) sübut kimi qəbul edilməlidir. “X3rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə, ekspertizanın verdiyi rəyi (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2021-ci il tarixli, 9/3836 nömrəli rəyi) hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1063,88 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 190 ABŞ dollarına endirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Beləliklə, məhkəmə iddianı qismən əsaslı hesab edib, Cavabdeh1 1943,35 ABŞ dolları əsas, 1.738,89 ABŞ dolları faiz (30.10.2017-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda ilə birlikdə) və 190 ABŞ dolları cərimə olmaqla, cəmi 3.872,24 ABŞ dolları məbləğində kredit borcunun tutulması qənaətinə gəlir. Məhkəmə kredit öhdəliyinin zaminliklə təmin edilməsi, bu səbəbdən cavabdehlərin iddiaçı qarşısında birgə məsuliyyət daşımasınada qiymət verib aşağıdakıları qeyd edir. Belə ki, işin hallarından göründüyü kimi 31.10.2014-cü il tarixli 5-MZ2-4-0-3678-14 nömrəli Kredit müqaviləsi üzrə öhdəliyin son icra müddəti 30 oktyabr 2017-ciil müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4.). Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq banklar tərəfindən təklif olunur. Bu mənada, hazırkı zaminlik müqavilələri üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində qüvvədə olmuşdur. Hazırkı işüzrə zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtıisə30oktyabr 2017-ci il tarixdə başa çatmışdır. Lakin, iddiaçı 1 ilərzində (iddiaərizəsiməhkəməyə12.06.2020-ciildədaxilolmuşdur) zaminlərə qarşı iddia irəli sürmədiyindən, cavabdehlər Cavabdeh2 və Əhmədova (Alməmmədova) Aysel Akif qızınınzaminliklərinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Ona görə də iddiaçının həmin cavabdehlərə münasibətdə tələbi əsassızdır. Beləliklə, məhkəmə iddianı cavabdehlər Cavabdeh2 və Əhmədova (Alməmmədova) Aysel Akif qızına aid hissədə əsassız hesab edərək, həmin hissədə onun təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdeh Cavabdeh1 tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “X4” MMC-nin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti aparılmış tədqiqatın dəyəri olaraq 300 manat ekspertiza xərci yüksək hesablanmış, ağlabatan deyil. Bu səbəbdən, onun məbləği azaldılmalıdır. Məhkəmə hesab edir ki, 50 manat məbləğində ekspertiza xərcinin tutulması ədalətli olmaqla yanaşı, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin mənafeləri qorunmuş olur. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdeh Cavabdeh1 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh (borclu) Cavabdeh1 31.10.2014-cü il tarixli 5-MZ2-4-0-3678-14 nömrəli kredit müqaviləsi üzrə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 1943,35 ABŞ dolları əsas, 1.738,89 ABŞ dolları faiz (30.10.2017-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda ilə birlikdə) və 190 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3.872,24 (üç min səkkiz yüz yetmiş iki manat iyirmi dörd qəpik) ABŞ dolları məbləğində kredit borcu və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinətutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh (borclu) Cavabdeh1 31.10.2014-cü il tarixli 5-MZ2-4-0-3678-14 nömrəli kredit müqaviləsi üzrə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 1943,35 ABŞ dolları əsas, 1.738,89 ABŞ dolları faiz (30.10.2017-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda ilə birlikdə) və 190 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3.872,24 (üç min səkkiz yüz yetmiş iki manat iyirmi dörd qəpik) ABŞ dolları məbləğində kredit borcu və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdeh Cavabdeh1 tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “X4” MMC-nin hesabına keçirilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli) manat məbləğində pul cavabdeh Cavabdeh1 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-18/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-18/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver