Məhkəmə qərarları › İş №2(025)-1846/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1846/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1846/2021 16.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Qəbələ rayon Vəndam bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin Qəbələ Ərazi idarəsinin nümayəndəsi Nümayəndə2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının nümayəndələri (rəhbəri) X3 və Nümayəndə3 və Cavabdeh7 etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə5 Fikrət oğlunun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin Qəbələ Ərazi idarəsinə, Qəbələ rayon Vəndam bələdiyyəsinə, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin Qəbələ ərazi idarəsinə, Qəbələ rayon Vəndam bələdiyyəsinə, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 17.06.2021-ci il tarixdə keçirilmiş müsabiqənin 0,02 ha, 0,038 ha və 0,065 ha ölçüdə torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı hissəsində hüquqi nəticələrinin ləğv edilməsi, müsabiqənin qalibləri olmuş Cavabdeh5 verilmiş 012756 nömrəli, Cavabdeh7 verilmiş 012755 nömrəli və Cavabdeh6 verilmiş 012754 nömrəli şəhadətnamələrin ləğv edilməsi, Fərzalıyev Eyvaz Vahid oğluna 0,02 ha torpaq sahəsinin satılması barədə Qəbələ regional Asan Xidmət Mərkəzinin notariat ofisində 25.06.2021-ci il tarixdə Vəndam bələdiyyəsi ilə alıcının etibarnamə əsasında nümayəndəsi X2 ilə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (AN-İ № 0945572); Cavabdeh7 0,038 ha torpaq sahəsinin satılması barədə Qəbələ regional Asan Xidmət Mərkəzinin notariat ofisində 30.06.2021-ci il tarixdə Vəndam bələdiyyəsi ilə alıcının etibarnamə əsasında nümayəndəsi Nümayəndə5 ilə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (AN-İ № 0945582) və Cavabdeh6 0,065 ha torpaq sahəsinin satılması barədə Qəbələ regional Asan Xidmət Mərkəzinin notariat ofisində 30.06.2021-ci il tarixdə Vəndam bələdiyyəsi ilə alıcının etibarnamə əsasında nümayəndəsi X6 ilə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (AN-İ № 0945583) ləğv edilməsi, satılan torpaq sahəsi üzərində alıcılar Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 mülkiyyət hüquqları qeydiyyata alındığı təqdirdə müvafiq olaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh4 21.04.2021-ci il tarixli 09 nömrəli iclasında 0,02, 0,038, 0,065 ha torpaq sahələrinin həyətyanı məqsədilə satılması üçün müsabiqəyə çıxarılması, müsabiqədə torpaq sahələrinin hər 100 kv.metri üçün ilkin qiyməti 310 manat müəyyən edilməsi barədə qərarlar qəbul edilmişdir. Həmin qərarlar əsas olan sənədlər inzibati nəzarət qaydasında baxılarkən aydın olmuşdur ki, sözügedən torpaq sahələrinin qiyməti müəyyən edilərkən bazar məzənnəsi nəzərə alınmamışdır. Belə ki, qərarlara inzibati nəzarət qaydasında baxılarkən aydın olmuşdur ki, sözügedən torpaq sahələrinin qiyməti müəyyən edilərkən bazar məzənnəsi nəzərə alınmamışdır. Belə ki, qərarlara inzibati nəzarət qaydasında baxılarkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın DƏDRX-nin Qəbələ ərazi idarəsinə sorğu edilmişdir. Sorğularına dair təqdim edilmiş məlumatda torpaqların orta bazar dəyərinin Vəndam kəndi üzrə hər 0,01 ha üçün 1500 manat təşkil etdiyi göstərilir. Torpağın hər 0,01 ha üçün bələdiyyə tərəfindən müəyyənləşdirilmiş qiyməti, yəni 310 manat bazar dəyərindən (yəni 1500 manatdan) aşağı olduğu üçün tərəflərindən bələdiyyənin qeyd olunan qərarlarının ləğv edilməsi barədə Vəndam bələdiyyəsinə 196-Q saylı, 07.06.2021-ci il tarixli təklif məktubu göndərilmişdir. Həmin təklif məktubu bələdiyyənin 05.07.2021-ci il tarixli 13 saylı iclasında müzakirə edilərək təmin edilmişdir. Bundan əlavə təqdim edilən sənədlərdən də aydın olur ki, ƏMDK yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 17.06.2021-ci il tarixdə müsabiqə keçirilmiş və 0,02 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı müsabiqənin qalibi olmuş Cavabdeh5 012756 nömrəli; 0,038 ha torpaq sahəsinin mülkiyyət verilməsi ilə bağlı müsabiqənin qalibi olmuş Cavabdeh7 012755 nömrəli və 0,065 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı müsabiqənin qalibi olmuş Cavabdeh6 012754 nömrəli şəhadətnamələr verilmişdir. Daha sonra isə Qəbələ regional Asan Xidmət Mərkəzinin notariat ofisində 25.06.2021-ci il və 30.06.2021-ci il tarixlərdə Vəndam bələdiyyəsi ilə alıcılar arasında daşınmaz əmlakın alqı-satqı müqavilələri (AN-İ № 0945572, AN-İ № 0945582, AN-İ № 0945583) bağlanmışdır. Vəndam bələdiyyəsinin müsabiqənin keçirilməsi və alqı-satqı edilməsinə əsas olan 21.04.2021-ci il tarixli 09 nömrəli iclasında qəbul edilmiş qərarlar inzibati nəzarət orqanının təklifi əsasında bələdiyyənin 05.07.2021-ci il tarixli 13 nömrəli iclasın qərarları ilə ləğv edildiyindən və belə bir qərarın hüquqi qüvvəsi olmadığından həmin qərarın hüquqi nəticələri, yəni müsabiqənin nəticələri və bağlanmış alqı-satqı müqavilələri də ləğv edilməlidir. Vəndam bələdiyyəsinin məktubuna əsasən bələdiyyənin ləğv edilmiş qərarının hüquqi nəticələrinin də ləğv edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun İddiaçı tərəfindən həyata keçirilməsinə etiraz edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Qəbələ rayon Vəndam bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə4 iddia tələbini qəbul etməyərək məhkəməyə təqdim etdiyi ərizədə və izahatında göstərmişdir ki, bələdiyyənin 22.06.2021-ci il tarixli 12 saylı qərarı ilə vətəndaşlara satılan torpaq sahələrinin bələdiyyənin mülkiyyətinə qaytarılması barədə qətnamənin çıxarılmasını məqsədəmüvafiq hesab etmirlər. Belə ki, həmin torpaq sahələri 17.06.2021-ci il tarixdə keçirilən torpaq müsabiqəsi və hərracında qalib gəlmiş alıcılara satılmışdır. İddia ərizəsindən də göründüyü kimi bələdiyyə tərəfindən həmin torpaq sahələrinin hərracın qaliblərinə satılması barədə qərar qəbul edilərkən İddiaçındən tövsiyyə məktubu bələdiyyəyə daxil olmamışdır. 21.04.2021-ci il tarixli qərarla (həmin torpaq sahələrinin hərraca çıxarılması barədə) münasibət İddiaçı müvafiq təklifi ilə Vəndam bələdiyyəsinə 01.07.2021-ci il tarixdə daxil olmuş və 05.07.2021-ci il tarixli 13 nömrəli iclas qərarı ilə subordinasiya qaydasında ləğv edilmişdir. Həmin torpaq sahələrinin satılması barədə Vəndam bələdiyyəsi ilə vətəndaşlar arasında müqavilə bağlanan anda bələdiyyənin qərarları ləğv edilmədiyindən qanunamüvafiq hesab olunmalıdır. Bələdiyyə tərəfindən satılan həmin torpaq sahələri həmin vətəndaşlar tərəfindən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR qanunu qüvvəyə minənədək zəbt olunduğundan, bələdiyyə həmin torpaq sahələrinin uzunmüddətli istifadəçilərinə güzəştli şərtlərlə təklif edə bilər. Həmçinin Vəndam qəsəbəsində torpaq sahələrinin bazar qiyməti 500 manatdan 2000 manatadək dəyişir. Əgər yüksək bazar qiymətinə bir dəfə torpaq satılarsa, bu aşağı qiymətə olan torpaq sahələrinin alqı-satqısının dayandırılmasına, əhalinin aztəminatlı təbəqəsinin fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi alması imkanın məhdudlaşdırılmasına səbəb olacaqdır. Nəticədə qanunsuz tikililərin çoxalması prosesi başlayacaqdır. Hal-hazırda satılan torpaq sahələri hərraca çıxarılarkən bir sot torpaq sahəsi üçün ilkin qiymət 410 manat müəyyən edilir. Bu da ötən ilin müvafiq qiymətindən 270 faiz artıqdır. İddiaçı tövsiyəsi bələdiyyənin maddi durumunun daha da yaxşılaşdırılmasına istiqamətlənib və gələcəkdə də satılan torpaq sahələrinin qiymətlərinin bazar qiymətlərinə uyğunlaşdırılınası davam edəcəkdir. Bələdiyyənin qəbul etdiyi qərarlar normativ hüquqi aktlardır və Konustutsiyanın 149- cu maddəsində göstərildiyi kimi bərabər mənafelər və bərabər münasibətə əsaslanaraq qəbul edilir. Sözügedən qərarın dövlət və ictimai mənafelər əlehinə yönəlməmişdir. Bələdiyyə qanunvericiliyinə əsasən hesab edir ki, 21.04.2021-ci ildə onların verdikləri qərar torpağın hər bir sotu üçün ilkin qiymət ondan əvvəl keçirilmiş hərracdan az olmamaq şərtilə və normativ qiymətdən yuxarı olmaq şərtilə (bunlar qanunvericilikdə konkret qeyd edilmişdir) Bələdiyyə Şurası tərəfindən bu qərar verilir. Vəndam Bələdiyyəsinin 24.04.2021-ci il tarixdə verilmiş qərarından əvvəl torpağın hər 100 kvadrat metri üçün normativ qiymət 154 manat müəyyən olunmuşdur. Bələdiyyənin qəbul etdiyi inzbati akt 5 iş günündən gec olmayaraq Ədliyyə Nazirliyinə ya göndərilir, ya da onların portalında yerləşdirilir. Ədliyyə Nazirliyinin Şəki Regional İdarəsi onların bütün inzibati aktlara baxış keçirir. Onlar bilmirlər ki, onlar verdikləri inzibati akt qanunvericiliyə ziddir, yoxsa deyil. Onlar bu günə qədər bilmirlər ki, 15 gün gözləməlidirlər, 1 ay gözləməlidirlər, yoxsa 6 ay sonra icra eləsinlər. Bu onların bugünə qədər bilmədikləri qeyri-müəyyənlikdir. 24 apreldə onlar qərar qəbul eləyəndə alıcıların əvvəl 154 manata aldığı torpaq sahəsini onlar birdən birə 100 faiz qaldırıb 310 manat eləmişlər. Buna səbəb də Ədliyyə İdarəsindən onlara gələn tövsiyələrə əsasən olmuşdur. Onlara tövsiyələr gəlirmiş ki, qiymətləri bazar qiymətinə uyğunlaşdırsın. Bazar qiymətinə uyğunlaşdırmanın ən optimal, aktual və qanunvericiliyə uyğun yolu budur və o, belə hesab edir. Onlar qiymət qoyurlar, hərracda qiymət avtomatik 10 faizə qədər artır. Bələdiyyə tövsiyələrə əməl edərək, bazar qiymətinə yaxınlaşsınlar deyə, bazar qiymətini (yəni start qiymət) birdən birə 100 faiz artırmışlar. Belə ki, 154 manatdan 310 manata qaldırmışlar. Ondan sonrakı hərraclarında da 310 manat 422 manata qalxmışdır. Qiymətlər arta-arta da gedir. Bu o deməkdir ki, onlar tövsiyəyə laqeyd yanaşmamışlar və təbii ki, aztəminatlı ailələr üçün əlçatan olmağın da nəzərə almışlar. 24 aprel tarixli inzibati akt hərrac keçirilənə qədər qüvvədə imiş. Müvafiq müqavilə bağlanılıb, məktublar göndərilib, sənədlər göndərilib, torpaq sahəsi müayinə olunub, qəzetdə elan çıxıb. 17.06.2021-ci il tarixdə hərrac baş tutub. Bu proseslər gedən vaxt və hərrac keçirilən vaxta qədər hələ bələdiyyəyə 24 aprel tarixli inzibati aktın qanunvericiliyə zidd olduğu barədə məlumat daxil olmamışdır. Hərrac hər üç torpaq sahəsi ilə bağlı baş tutub və 3 nəfər tanıdığı və tanımadığı şəxs qalib gəliblər. O, orda iştirak etməmişdir. Qalib gələn şəxlər qalib şəhadətnaməsini alanda onlar 310 manat deyil, 10 faiz artıq qiymətlə ödəniş ediblər. Həmin məbləğ də onların qalib şəhadətnamələrində görünür. X1 hesabına pul köçürdüblər. 17 iyunda qanuna uyğun qaydada baş tutmuş hərrac notarial alqısatqı ilə 22-24 iyun tarixlərində rəsmiləşdirilib və alqı-satqı müqavilələri bağlanılıb. Həmin vaxt da 24 aprel tarixli inzibati aktları qüvvədə olub. Bütün bu proseslər gedəndən sonra 01.07.2021-ci il tarixdə onlara poçt vasitəsi ilə məktub daxil olmuşdur. Və təbii ki onlar da 5 iş günü ərzində müzakirə edib subordinasiya qaydasında keçmişə təsiri olmaz deyib qərarlarını ləğv etmişlər və o cavabı da Ədliyyə Nazirliyinə göndərmişlər. Sonradan Ədliyyə Nazirliyi də tələb etmiş ki, qərar ləğv olunubsa, onun nəticələri də ləğv olunmalıdır. O da şifahi məlumat vermiş ki, o, mülkiyyət hüququ əldə etmiş vətəndaşları məhkəməyə verə bilməz. Elə olub razılıq vermişdir. Vəndam Bələdiyyəsinin ölçüləri torpağın ən ucuz yerindən ən baha yerinə 15 kilometr uzunluğundadır. Bu üç torpağın biri biraz bahalı yerdədir, yəni həyətdədir, Vəndamın Rüsyan adlanan məhəlləsindədir və yola yaxındır. Biri isə suyu, qazı, işığı olmayan yerdədir. Vəndamdan üzü Bunud istiqamətində Bunuda yaxın ərazidədir. Həmin yerdə bugün mülkiyyətçi bələdiyyənin satış qiymətindən ucuz satışa torpaq çıxardır. Üçüncü də qazı olmayan, yolu olmayan yerdədir. Hər üçü zəbt torpağıdır. O, tərəflər torpaq sahələrinə mülkiyyət hüququ əldə edərək çıxarış etdiklərindən məhkəməyə müraciət etməmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin Qəbələ Ərazi idarəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Hərracların təşkili üzrə X4 Ərazi Torpaq Müsabiqə və Hərrac komissiyası tərəfindən 17.06.2021-ci il tarixdə keçrilmiş müsabiqənin 0.02 ha, 0.038 ha və 0.065 ha torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı hissədə hüquqi nəticələrinin ləğv edilməsi, müsabiqənin qaliblərinin şəhadətnamlərin, alqı-satqı mqavilələlərinin, həmin toraq sahəlrinə hüquqların dövlət qeydiyyatı haqqında verilmiş çıxarışların ləğv edilməsi və həmin torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı iddia ərizəsini qəbul etmirlər. Belə ki, Cavabdeh4 qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qeyd olunan torpaq sahələri ilə bağlı müvafiq dövlət orqanlarının rəylərini alaraq bələdiyyənin hüquqlarını həmin torpaq sahələri üzərində dövlət qeydiyyatına aldırmışdır. Bu barədə müvafiq qərar qəbul etmişdir. Həmin qərar Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət funksiyasını həyata keçirən orqan İddiaçınə göndərilmişdir. İddiaçı həmin vaxtı qeyd olunan qərarların qanunvericiliyin tələblərinə uyğunluğu və torpaq shələrinin satış qiymətləri barədə müvafiq tədbirlər görməli idi. İddiaçı bələdiyyənin 21.04.2021-ci tarixli, 09 saylı qərarının ləğvi ilə bağlı təklifi əsasında bələdiyyənin 05.07.2021-ci i tarixli, 13 nömrəli qərarı əsassız və qanunsuzdur. Belə ki, həmin torpaq sahələrini vətəndaşlar artıq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Hərracların Təşkili üzrə X4 Ərazi Torpaq Müsabiqə və Hərrac komissiyası tərəfindən 17.06.2021-ci il tarixdə keçrilmiş müsabiqənin qalibləri kimi əldə etmişdilər. Bu barədə qaliblərə müvafiq şəhadətnamələr və hərrac və müsabiqənin nəticələri barədə müvafiq protokollar verilmişdir. Daha sonra bələdiyyə ilə müsabiqənin qalibləri arasında 30 iyun 2021-ci il tarixdə notarial alqı-satqı müqavilələri bağlnamışdır. Cavabdeh4 05.07.2021-ci il tarixli, 13 nömrəli qərarı Azərbaycan Respublikası Mülki məcəlləsinin 146-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-ci maddəsinin tələblərinə görə Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Yekun olaraq qeyd olunan torpaq sahələrini qanuni yolla əldə edən şəxlər həmin torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olararq müvafiq çıxarış və plan ölçü sənədləri verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hiiquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırdı ki, onun təmsil etdiyi İdarə tərəfindən torpaq sahəsinin 0,01 ha –na 1500 manat qiymət qoyulması nisbidir və bu həmin torpaq sahəsində meyvə ağaclarının sayından, məhsildarlığından, torpaq sahəsinin abadlaşdırılmasında və s amillərdən asılıdır. Hazırkı torpaq sahələrinin vəziyyəti araşdırılmadığından bu barədə hər hansı fikir bildirə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının nümayəndəsi (rəhbəri) X7 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, bələdiyyə ilk növbədə torpaq üzərində öz mülkiyyət hüququnu tanıdır. Onu tanıtmaq üçün neçə idarədən keçir. Mülkiyyət hüququnu tanıtdıqdan sonra isə qərar qəbul edir ki, bu torpaq sahəsini birbaşa sata bilər, yoxsa hərrac və ya müsabiqə ilə. Hərrac və müsabiqə eyni satış üsuludur. Müsabiqədə öz təklifini bağlı zərf üsulu ilə verir. Müsabiqədə hansı zərfdən yüksək məbləğ çıxsa, o da müsabiqənin qalibi olur. O da komissiyanın iştirakı ilə baş tutur. Komissiyada icra hakimiyyətindən, bələdiyyə şurasından və onların idarəsidən nümayəndələr var. O, Komissiyanın sədridir, Cavidan müəllim isə komissiyanın üzvüdür. Onların idarəsi bu işlərdə heç bir neqativ hala yol verməmişdir. Bütün prosedurlar qanuni və şəffaf qaydada keçirilib və başa çatıb. Bələdiyyə üzrə keçirilmiş son üç hərracın qiyməti toplanır, üç yerə bölünür. Növbəti hərraca çıxan torpağın qiyməti həmin qiymətdən aşağı ola bilməz. Cavabdeh4 qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qeyd olunan torpaq sahələri ilə bağlı müvafiq dövlət orqanlarının rəylərini alaraq bələdiyyənin hüquqlarını həmin torpaq sahələri üzərində dövlət qeydiyyatına aldırmışdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Hərracların təşkili üzrə X4 Ərazi Torpaq Müsabiqə və Hərrac komissiyası tərəfindən 17.06.2021-ci il tarixdə keçrilmiş müsabiqənin 0.02 ha, 0.038 ha və 0.065 ha torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı hissədə hüquqi nəticələrinin ləğv edilməsi, müsabiqə qaliblərinin şəhadətnamlərinin, alqı-satqı müqavilələlərinin, həmin toraq sahələrinə hüquqların dövlət qeydiyyatı haqqında verilmiş çıxarışların ləğv edilməsi və həmin torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı iddia ərizəsini qəbul etmirlər. Belə ki, Cavabdeh4 qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qeyd olunan torpaq sahələri ilə bağlı müvafiq dövlət orqanlarının rəylərini alaraq bələdiyyənin hüquqlarını həmin torpaq sahələri üzərində dövlət qeydiyyatına aldırmışdır. Bu barədə müvafiq qərar qəbul etmişdir. Bundan sonra Cavabdeh4 yuxanda qeyd olunan torpaq sahələrini ƏMDK yanında Hərracların Təşkili üzrə X4 Ərazi Torpaq Müsabiqə və Hərrac komissiyasına təqdim etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Hərracların Təşkili üzrə X4 Ərazi Torpaq Müsabiqə və Hərrac komissiyası tərəfindən 17.06.2021-ci il tarixdə qanunvericiliyin tələblərinə uyğun müsabiqə keçirmiş və vətəndaşlar qeyd olunan torpaq sahələrini tam qanuni əsaslarla əldə etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında Cavabdeh7 etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə5 Fikrət oğlu iddia tələbini qəbul etməyərək göstərmişdir ki, aldığı və mühabisələndirilən torpaq sahəsinin yanındakı 0,04 ha torpaq sahəsini 620 manata (0,01 ha 155 manata) almışdır. Bununla bağlı hər hansı bir tələb irəli sürülməmişdir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 16.12.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, iddia tələbini qəbul etmədiyini, iddianın rədd edilməsini və məhkəmə proseslərinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh6 16.12.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi iştirak etməmiş, məhkəməyə 22.11.2021-ci il tarixli, 2257 №-li məktub ünvanlayaraq Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsinin və cavabdehlər Cavabdeh5 və Cavabdeh6 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatlarını və çıxışlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh4 21 aprel 2021-ci il tarixli, 09 nömrəli iclas Protokolundan görünür ki, İ qərarla İddiaçı 09.04.2021-ci il tarixli 1/X-126 saylı məktubunda göstərilən tövsiyyələrin təmin edilməsi, bələdiyyə torpaqlarının özəlləşdirilməsi zamanı bilavasitə (hərrac və ya müsabiqə yolu ilə) satılması üçün ilkin qiymət son hərrac qiymətindən az olmamaqla tədricən bazar qiymətinə uyğunlaşdırılması, qərarın surəti İddiaçınə göndərilməsi, İİ qərarla Vəndam bələdiyyəsinin alqı-satqı predmeti olan yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid 0,02 ha və 200 kv.m, 0,038 ha və ya 380 kv.m, 0,065 ha və ya 650 kv.m torpaq sahələri fərdi yaşayış evi tikmək məqsədilə satılması üçün hərraca çıxarılması, müsabiqədə torpaq sahələrinin hər 100 kv. Metri üçün ilkin qiyməti 310 (üz yüz on) manat müəyyən edilməsi, müsabiqənin keçirilməsi məqsədilə bələdiyyə ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X4 ərazi torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanması, mülkiyyət hüququ ilə müsabiqəyə çıxarılan torpaqlar barədə əhalinin elanlar vasitəsi ilə məlumatlandırılmasının təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh4 05 iyul 2021-ci il tarixli, 13 nömrəli iclas Protokolundan görünür ki, İddiaçı 07.06.2021-ci il tarixli 196-Q saylı təklif məktubunda göstərilən qərarların ləğv edilməsi, qərarın surəti İddiaçınə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzində 4Ə-581 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 30 iyun 2021-ci il tarixli müqaviləsinin surətindən görünür ki, satıcı Qəbələ rayonunun Vəndam Bələdiyyəsi Cavabdeh4 18.01.2020-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun qərarına əsasən bələdiyyə sədri xx.xx.1959-cu il təvəllüdlü Nümayəndə4 Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,065 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh6 2216 manat 00 qəpiyə satmışdır. İş materiallarında olan və məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********79 reyestr nömrəli Çıxаrışın surətinə görə Qəbələ rayonu, Vəndam qəsəbəsində 0,065 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində 207 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı, 012754 nömrəli şəhadətnamənin surətindən görünür ki, Orucov X11 rayon Vəndam bələdiyyəsinin dövlətin mülkiyyətində olan 650 kv.metr və ya 0,065 ha olan torpaq sahəsinin mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 17 iyun 2021-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin, hərracının qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində, hərracında 2216 (iki min iki yüz on altı) manat satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Hərracların Təşkili və X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticəsi barədə 17 iyun 2021-ci il iclasının 17 iyun 2021ci il tarixli 056 nömrəli protokolundan görünür ki, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin iştirakı ilə komissiyanın iclasında açılmış, müsabiqədə 2216 (iki min iki yüz on altı) manat ən yüksək təklif vermiş Cavabdeh6 Bakı ş, Binəqədi r/y, M.Ə.Rəsulzadə qəs, M.Məmmədxan küçəsi ev 7/5 eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanunamüvafiq şərtlərinin yerinə yetirilməsinə öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzində 4Ə-581 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 30 iyun 2021-ci il tarixli müqaviləsinin surətindən görünür ki, satıcı Qəbələ rayonunun Vəndam Bələdiyyəsi Cavabdeh4 18.01.2020-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun qərarına əsasən bələdiyyə sədri xx.xx.1959-cu il təvəllüdlü Nümayəndə4 Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,038 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh7 1296 manat 00 qəpiyə satmışdır. İş materiallarında olan və məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 iyul 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli Çıxаrışın surətinə görə Qəbələ rayonu, Vəndam qəsəbəsində 0,038 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində 207 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı, 012755 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh7 Qəbələ rayon Vəndam bələdiyyəsinin dövlətin mülkiyyətində olan 380 kv.metr və ya 0,038 ha olan torpaq sahəsinin mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 17 iyun 2021-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin, hərracının qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində, hərracında 1296,0 (bir min iki yüz doxsan altı) manat satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Hərracların Təşkili və X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticəsi barədə 17 iyun 2021-ci il iclasının 17 iyun 2021ci il tarixli 057 nömrəli protokolundan görünür ki, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin iştirakı ilə komissiyanın iclasında açılmış, müsabiqədə 1296 (bir min iki yüz doxsan altı) manat ən yüksək təklif vermiş Cavabdeh7, Bakı ş. Xətai r/y Sarayeva küçəsi, ev 18, mənzil-217 eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanunamüvafiq şərtlərinin yerinə yetirilməsinə öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzində 4Ə-570 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 25 iyun 2021-ci il tarixli müqaviləsinin surətindən görünür ki, satıcı Qəbələ rayonunun Vəndam Bələdiyyəsi Cavabdeh4 18.01.2020-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun qərarına əsasən bələdiyyə sədri xx.xx.1959-cu il təvəllüdlü Nümayəndə4 Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh5 685 manat 00 qəpiyə satmışdır. İş materiallarında olan və məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 iyul 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Çıxаrışın surətinə görə Qəbələ rayonu, Vəndam qəsəbəsində 0,02 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 207 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı, 012756 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 Qəbələ rayon Vəndam bələdiyyəsinin dövlətin mülkiyyətində olan 200 kv.metr və ya 0,02 ha olan torpaq sahəsinin mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 17 iyun 2021-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin, hərracının qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində, hərracında 685,0 (altı yüz səksən beş) manat satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Hərracların Təşkili və X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticəsi barədə 17 iyun 2021-ci il iclasının 17 iyun 2021ci il tarixli 058 nömrəli protokolundan görünür ki, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin iştirakı ilə komissiyanın iclasında açılmış, müsabiqədə 685 (altı yüz səksən beş) manat ən yüksək təklif vermiş Cavabdeh5 Gədəbəy rayonu, Şahdağ kəndi eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanunamüvafiq şərtlərinin yerinə yetirilməsinə öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. İş materiallarında olan İddiaçı rəisi Abdulla Yusifov tərəfindən Qəbələ rayon Vəndam bələdiyyəsinə ünvanlanmış 07.06.2021-ci il tarixli məktubdan görünür ki, hazırkı məktubun 5 iş günündən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə çıxarılaraq Vəndam bələdiyyəsinin 21 aprel 2021-ci il tarixli 09 nömrəli iclasının gündəliyində olan 2-ci və 3-cü məsələlər üzrə qəbul edilmiş qərarların (8 qərarın) ləğv edilməsi tapşırılmışdır. Konstitusiyanın 13-cü maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsi isə müəyyən edir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyətin növündən asılı olmayaraq mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Beləliklə, mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır. Mülkiyyətin bu növləri bazar dövriyyəsində olan torpaqlara da aiddir. Belə ki, torpaq alqısatqının, icarənin, istifadənin və digər əqdlərin predmeti ola bilər. Azərbaycan Respublikasında XX əsrin 90-cı illərinin ortalarından başlanan torpaq islahatı torpaqların fərqli mülkiyyət növlərində istifadəsini mümkün etdi. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 1996-cı il 16 iyul tarixli Qanununa (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun) əsasənvahid torpaq fonduna dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları), bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları) və xüsusi mülkiyyətə verilən torpaqlar daxil edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə görə Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Cavabdeh4 21 aprel 2021-ci il tarixli, 09 nömrəli iclas Protokoluna əsasən Vəndam bələdiyyəsinin alqı-satqı predmeti olan yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid 0,02 ha və 200 kv.m, 0,038 ha və ya 380 kv.m, 0,065 ha və ya 650 kv.m torpaq sahələri fərdi yaşayış evi tikmək məqsədilə satılması üçün hərraca çıxarılması, müsabiqədə torpaq sahələrinin hər 100 kv metri üçün ilkin qiyməti 310 (üz yüz on) manat müəyyən edilməsi, müsabiqənin keçirilməsi məqsədilə bələdiyyə ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X4 ərazi torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanması, mülkiyyət hüququ ilə müsabiqəyə çıxarılan torpaqlar barədə əhalinin elanlar vasitəsi ilə məlumatlandırılmasının təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Hərracların Təşkili və X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticəsi barədə 17 iyun 2021-ci il iclasının 17 iyun 2021-ci il tarixli 056 nömrəli protokoluna əsasən Qəbələ rayon Vəndam bələdiyyəsinin dövlətin mülkiyyətində olan 650 kv.metr və ya 0,065 ha olan torpaq sahəsi ilə bağlı müsabiqədə 2216 (iki min iki yüz on altı) manat ən yüksək təklif vermiş Cavabdeh6 müsabiqənin qalibi hesab olunmuş, buna müvafiq olaraq isə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı, 012754 nömrəli şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Hərracların Təşkili və X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticəsi barədə 17 iyun 2021-ci il iclasının 17 iyun 2021-ci il tarixli 057 nömrəli protokoluna əsasən Qəbələ rayon Vəndam bələdiyyəsinin dövlətin mülkiyyətində olan 380 kv.metr və ya 0,038 ha olan torpaq sahəsi ilə bağlı müsabiqədə 1296 (bir min iki yüz doxsan altı) manat ən yüksək təklif vermiş Cavabdeh7 müsabiqənin qalibi hesab olunmuş, buna müvafiq olaraq isə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı, 012755 nömrəli nömrəli şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Hərracların Təşkili və X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticəsi barədə 17 iyun 2021-ci il iclasının 17 iyun 2021ci il tarixli 058 nömrəli protokoluna əsasən Qəbələ rayon Vəndam bələdiyyəsinin dövlətin mülkiyyətində olan 200 kv.metr və ya 0,02 ha olan torpaq sahəsi ilə bağlı müsabiqədə 685 (altı yüz səksən beş) manat ən yüksək təklif vermiş Cavabdeh5 müsabiqənin qalibi hesab olunmuş, buna müvafiq olaraq isə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı, 012756 nömrəli nömrəli şəhadətnamə verilmişdir. Cavabdeh4 05 iyul 2021-ci il tarixli, 13 nömrəli iclas Protokoluna əsasən İddiaçı 07.06.2021-ci il tarixli 196-Q saylı təklif məktubunda göstərilən qərarların ləğv edilməsi, qərarın surəti İddiaçınə göndərilməsi qərara alınmışdır. Qəbələ regional “ASAN xidmət” mərkəzində 4Ə-581 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 30 iyun 2021-ci il tarixli müqaviləsinə əsasən satıcı Qəbələ rayonunun Vəndam Bələdiyyəsi Cavabdeh4 18.01.2020-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun qərarına əsasən bələdiyyə sədri xx.xx.1959-cu il təvəllüdlü Nümayəndə4 Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,065 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh6 2216 manat 00 qəpiyə satmışdır. Qəbələ regional “ASAN xidmət” mərkəzində 4Ə-581 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 30 iyun 2021-ci il tarixli müqaviləyə əsasən satıcı Qəbələ rayonunun Vəndam Bələdiyyəsi Cavabdeh4 18.01.2020-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun qərarına əsasən bələdiyyə sədri xx.xx.1959-cu il təvəllüdlü Nümayəndə4 Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,038 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh7 1296 manat 00 qəpiyə satmışdır. Qəbələ regional “ASAN xidmət” mərkəzində 4Ə-570 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 25 iyun 2021-ci il tarixli müqaviləyə əsasən satıcı Qəbələ rayonunun Vəndam Bələdiyyəsi Cavabdeh4 18.01.2020-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun qərarına əsasən bələdiyyə sədri xx.xx.1959-cu il təvəllüdlü Nümayəndə4 Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh5 685 manat 00 qəpiyə satmışdır. Sözügedən alqı-satqı müqavilələrinə əsasən Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən alqı-satqı müqavilələri ilə mülkiyyətlərinə verilmiş torpaq sahələrini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almışlar. İddiaçı isə Vəndam bələdiyyəsinin müsabiqənin keçirilməsi və alqı-satqı edilməsinə əsas olan 21.04.2021-ci il tarixli 09 nömrəli iclasında qəbul edilmiş qərarların inzibati nəzarət orqanının təklifi əsasında bələdiyyənin 05.07.2021-ci il tarixli 13 nömrəli iclasın qərarları ilə ləğv edildiyindən və belə bir qərarın hüquqi qüvvəsi olmadığından həmin qərarın hüquqi nəticələri, yəni müsabiqənin nəticələri və bağlanmış alqı-satqı müqavilələrinin də ləğv edilməməsini xahiş edir. Cavabdehlər isə, o cümlədən Bələdiyyənin nümayəndəsi göstərilən halları qəbul etmir və iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs binici növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Bu səbəbdən məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülkiyyət hüququ da belə hüquqlardan biridir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı hazırkı tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamənin 7-ci bəndinə əsasən bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən 10 olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq; hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, dərhal həmin aktın ləğv edilməsi və ya həmin fəaliyyətə xitam verilməsi haqqında müvafiq bələdiyyəyə təklif vermək və təklif qanunla müəyyən edilmiş müddətdə bələdiyyə tərəfindən yerinə yetirilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq Bələdiyyələrlə iş mərkəzinin hüququdur. Azərbaycan Respublikası ədliyyə nazirinin 08.10. 2007-ci il tarixli 38-T əmri ilə təsdiq edilmiş Regional ədliyyə idarələri haqqında Əsasnamənin 8-ci bəndinə əsasən bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq; hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, həmin aktın ləğv edilməsi və ya həmin fəaliyyətə xitam verilməsi haqqında müvafiq bələdiyyəyə təklif vermək və təklif qanunla müəyyən edilmiş müddətdə bələdiyyə tərəfindən yerinə yetirilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq Regional ədliyyə idarələrinin hüququdur. Regional ədliyyə idarələri haqqında Əsasnamədən göründüyü kimi Regional ədliyyə idarələri hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, həmin aktın ləğv edilməsi və ya həmin fəaliyyətə xitam verilməsi haqqında müvafiq bələdiyyəyə təklif vermək və təklif qanunla müəyyən edilmiş müddətdə bələdiyyə tərəfindən yerinə yetirilmədikdə məhkəmə qarşısında iddia qaldıra bilərlər. Lakin hazırkı işdən görünür ki, Cavabdeh4 05 iyul 2021-ci il tarixli, 13 nömrəli iclas Protokoluna əsasən İddiaçı 07.06.2021-ci il tarixli 196-Q saylı təklif məktubunda göstərilən qərarların ləğv edilmişdir. Beləliklə, İddiaçı təklifinə əsasən Qəbələ rayon Vəndam bələdiyyəsi öz qərarını ləğv etdiyindən, iddiaçının hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ yoxdur. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu müddəalara əsaslanaraq hüquqi baxımdan mənafe və maraqları iki qrupa bölmək olar: subyektiv hüquqlarda əhatə olunan mənafe və maraqlar; subyektiv hüquqlardan kənar mövcud olan mənafe və maraqlar. “Mənafe” və “maraq” ifadələrinin geniş sosial məzmun daşımasına əsaslanaraq demək olar ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinin yeganə forması deyildir. Mülki hüquqi mübahisəni həll edən məhkəmələr bir qayda olaraq iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Bu hallarda məlumdur ki, məhkəməyə müraciət edən şəxsin marağı pozulmuş və yaxud mübahisələndirilmiş hüquqlarının bərpa olunmasında özünü göstərir. Məsələn, əmlakını qanunsuz şahiddən tələb edən şəxsin marağı həmin əmlak üzərində mülkiyyət hüququnu bərpa etməkdən ibarətdir. Məhkəmə iddiaçının tələb etdiyi əmlak üzərində mülkiyyət hüququnun olmasını müəyyən etdikdə onun iddiasını təmin edir. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Ən başlıcası ondan ibarətdir ki, bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. Regional ədliyyə idarələri haqqında Əsasnamədən göründüyü kimi Regional ədliyyə idarələrinin hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün hüquqları yoxdur. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayonunun Vəndam Bələdiyyəsinin Nizamnaməsinin 12.6-cı maddəsinə əsasən bələdiyyə ərazisində yaşayan vətəndaşlar, bələdiyyələr, bələdiyyə orqanları və bələdiyyə orqanlarının vəzifəli şəxsləri dövlət hakimiyyəti orqanlarının və dövlətin vəzifəli şəxslərinin, bələdiyyələrin, bələdiyyə orqanlarının və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin, bələdiyyənin yaratdığı hüquqi şəxslərin, habelə ictimai birliklərin bələdiyyənin hüquqlarını pozan aktlarının etibarsız sayılması barədə, habelə bələdiyyə üzvləri və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin hüquqlarının şərəf və ləyaqətlərinin müdafiəsi ilə əlaqədar məhəməyə iddia verə bilərlər. Beləliklə göründüyü kimi hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ Qəbələ rayon Vəndam bələdiyyəsinin səlahiyyətində olmuş və Qəbələ rayon Vəndam bələdiyyəsi belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməkdən imtina etmişdir. Eyni zamanda məhkəmə iclasında Qəbələ rayon Vəndam bələdiyyəsinin nümayəndəsi iddia tələbini qəbul etmədiyini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Vəndam bələdiyyəsinin məktubuna əsasən bələdiyyənin ləğv edilmiş qərarının hüquqi nəticələrinin də ləğv edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun İddiaçı tərəfindən həyata keçirilməsinə etiraz edilmədiyini (tələbin güzəşti qaydasında) bildirmiş və bu əsasla məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Göründüyü kimi qanunda tələbin güzəştinin hansı hallarda mümkün olması konkret olaraq göstərilmişdir ki, hazırkı iddia tələbi üzrə tələbin güzəştinə yol verilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin hüququn ötürülməsi barədə Vəndam Bələdiyyəsinin ümumi yığıncağının hər hansı bir qərarı olmamışdır. “Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən isə bələdiyyə sədrinin bələdiyyəyə aid hüququ hər hansı bir məktubla (məlumatla) digər şəxslərə ötürə bilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə mülki iş üzrə sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin Qəbələ Ərazi idarəsinə, Qəbələ rayon Vəndam bələdiyyəsinə, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin Qəbələ Ərazi idarəsinə, Qəbələ rayon Vəndam bələdiyyəsinə, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar