Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1848/2021 07.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Qəbələ rayon Tikanlı kənd sakini Cavabdeh Şahdağ Milli Parkına, dolayısı ilə dövlətə vurmuş olduğu 184,20 (bir yüz səksən dörd manat iyirmi qəpik) manat məbləğində maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.04.2021-ci il tarixdə Şahdağ Milli Parkının əməkdaşları Milli Parkın Qəbələ bölməsi Bum meşəbəyliyi üzrə sahə müfəttişi X2, Milli parkın mühafizə yegeri X3 Milli Parkın Qəbələ bölməsi Bum meşəbəyliyi 01 saylı dolayında yoxlama tədbirləri həyata keçirərkən ərazidən qanunsuz olaraq vələs cinsindən 8 sm bir ədəd, 12 sm iki ədəd, 16 sm üç ədəd, 24 sm bir ədəd, fıstıq cinsindən 8 sm dörd ədəd, 18 sm on ədəd, 16 sm dörd ədəd, 20 sm iki ədəd, armud cinsindən 16 sm bir ədəd, əzgil cinsindən 8 sm bir ədəd olmaqla 31 (otuz bir) ədəd ağacın kök üstə yaş ağacların kəsdiyi müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qanunsuz kəsilmiş ağacları Qəbələ rayon Tikanlı kənd sakini Cavabdeh tərəfindən kəsilərək aparılmışdır. Qeyd olunan qanun pozuntusu səbəbindən X8 məbləği 184,20 (bir yüz səksən dörd manat iyirmi qəpik) manat məbləğində hesablanmışdır. Fakt qanunvericiliyə uyğun olaraq sənədləşdirilərək sözügedən vətəndaş barəsində 12.04.2021-ci il tarixli 54190 nömrəli akt və 05.05.2021-ci il tarixli ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, o, 3 ədəd odun kəsmişdir. Armuad, alça, qaragilə, əzgil ağaclarını kəsməmişdir. Kəsdiyi odunlara görə cərimə ödənilməsinə etiraz etmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. 07 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında X4 şahid qismində verdiyi izahatında göstərmişdir ki, milli parkda mühafizə yegeri işləyir. Cavabdeh ağac kəsəndə görmüşlər və şəkillərini çəkərək məlumat vermişlər. Onlar görəndə Cavabdeh vələs ağacı kəsirmiş və ağacın birin kəsmiş, birin isə iki budağın kəsmişdir. Ağacların diametrlərini ölçüb akta yazmışlar. Cavabdeh ağacları kəsib, kəndirə bağlayıb dartaraq dağın aşağısına gətirir. Sonra isə maşına yığıb aparır. 07 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında X3 şahid qismində verdiyi izahatında göstərmişdir ki, milli parkda mühafizə yegeri işləyir. Cavabdeh onun dayısıdır. Adını bilmədiyi bir nəfər Cavabdeh ağacları kəsdirir. Dayısı Cavabdeh daha əvvəllər də cərimələnmiş və iki dəfə dayısının yerinə cərimələri ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehi və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkı tərəfindən Qəbələ rayonu Tikanlı kənd sakini Cavabdeh ünvanlanmış 20 may 2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh təbiətə dəymiş ziyana görə 184,20 manat məbləğində maddi ziyanın 1 ay müddətinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının bank hesabına ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İşdə olan X8 hesablanması cədvəlindən görünür ki, X8 miqdarı 184,20 (bir yüz səksən dörd manat iyirmi qəpik) manat məbləğində müəyyən olunmuşdur. İşdə olan 05.05.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Bum meşəbəyliyi 01 saylı dolay xüsusi mühafizə olunan təbiət ərazisində meşəqırmaya görə Cavabdeh barəsində AR İXM-nin 253-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında ******* nömrəli 20 may 2021-ci il tarixli qərardan görünür ki, Şahdağ Milli Parkının direktor əvəzi Dərgah Rüstəmov Cavabdeh barədə tərtib edilmiş 05.05.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, Cavabdeh İXM-in 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan 12 aprel 2021-ci il tarixli 54190 nömrəli aktdan görünür ki, Milli Parkın Qəbələ bölməsi Bum meşəbəyliyi 01 saylı dolayında yoxlama tədbirləri həyata keçirərkən ərazidən qanunsuz olaraq vələs cinsindən 8 sm bir ədəd, 12 sm iki ədəd, 16 sm üç ədəd, 24 sm bir ədəd, fıstıq cinsindən 8 sm dörd ədəd, 18 sm on ədəd, 16 sm dörd ədəd, 20 sm iki ədəd, armud cinsindən 16 sm bir ədəd, əzgil cinsindən 8 sm bir ədəd olmaqla 31 (otuz bir) ədəd ağacın kök üstə yaş ağacların kəsdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə kəsilmiş ağacların foto-şəkilləri təqdim edilmiş və həmin foto-şəkillər iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı qərarı ilə təsdiq edilmiş “X8 Hesablanması və Ödənilməsi Qaydası”na əsasən təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Həmin qaydanın 4.3-cü bəndinə əsasən yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş zərərə görə iddiaçı təşkilat qarşısında maddi məsuliyyət daşıyır və həmin zərər ondan məcburi qaydada tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh barəsində AR İXM-nin 253-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş, Şahdağ Milli Parkının direktor əvəzi Dərgah Rüstəmov tərəfindən ******* nömrəli 20 may 2021-ci il tarixli qərar qəbul edilmiş və Cavabdeh 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Cavabdeh sözügedən qərardan şikayət verməmiş və həmin qərarı münahisələndirməmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinin tələbinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 184,20 (bir yüz səksən dörd manat iyirmi qəpik) manat məbləğində maddi zərər tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının hesabına ödənilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1848/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1848/2021
07.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver