Məhkəmə qərarları › İş №2(025)-2010/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-2010/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-2010/2021 18.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsini Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsini Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsinin forma və məzmununa əməl edilməmiş, iddianın əsası kimi istinad edilən sənədlərin cavabdehlərə çatacaq surətləri və cavabdehlərin sayına uyğun olaraq iddia ərizəsinin surətləri əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. Həmin Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Qeyd olunan Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Göründüyü kimi 01.10.2021-ci il tarixdən qüvvəyə minən qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçı iddia ərizəsinin forma və məzmununa əməl edilməmiş, iddianın əsası kimi istinad edilən sənədlərin cavabdehlərə çatacaq surətlərini əlavə etməmişdir. Həmçinin, iddiaçı tərəfindən cavabdeh və maraqlı şəxslərə təqdim etmək üçün iddia ərizəsinin surətləri iddia ərizəsinə əlavə olunmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsini Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsini Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar