Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-209/2021 15.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh Aliosman oğlunun iştirakları ilə İddiaçı Cavabdeh Aliosman oğluna qarşı "dəymiş ziyanın ödənilməsi və əldən çıxmış fayda" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Aliosman oğluna qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Aliosman oğlundan onun xeyrinə 150 min manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixdə İddiaçı məhkəməyə poçt vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, Cavabdeh Aliosman oğlundan onun xeyrinə 150 min manat əsas məbləğ, 37500 manat illik 5 faiz olmaqla cəmi 187500 (bir yüz səksən yeddi min beş yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2008-ci ildən Oğuz rayonunun Xalxal kəndində kiçik balıqçılıq təsərrüfatı yaratmışdır. 2010-cu ildə Türkiyədən gəlmiş Cavabdeh Aliosman oğlu özünü iş adamı və balıqçılıq üzrə mütəxəssis kimi ona tanıdaraq birgə iş qurmağı təklif etdikdə ona etimad edərək 2010-cu ildə birgə fəaliyyət haqqında təklif etdiyi müqaviləni imzalamışlar. 1 ay keçmiş bəlli olmuş ki, bu adam yalançıdır və təsərrüfata heç bir sərmayə qoymaq imkanı və niyyəti yoxdur. Müqavilə imzalamazdan əvvəl vəd verdiyi sərmayə qoyuluşunu icra etmədiyinə və təsərrüfata hər hansı xeyir vermədiyinə görə aralarında məhkəmə mübahisələri yaranmışdır. İddiaçı L.Turanla aralarında bağlanmış müqavilənin etibarsızlığına dair iddia qaldırmaq məcburiyyətində qalmış, L.Turan isə, guya, birgə işbirliyində təsərrüfata sərf etdiyi pulun ondan alınmasına dair İddiaçı qarşı iddialar qaldırmışdır. O zaman Azərbaycanda vəkil (hüquqşünas) kimi fəaliyyət göstərən Qurban Məmmədov L.Turana himayədarlıq edirdi. Məhkəmə mübahisəsi təzə başlayan ərəfədə Qurban Məmmədov Bakıda Nərimanov rayonunda yerləşən ofisinə İddiaçı çağırmış, ona qarşı 150 min manatlıq iddia qaldırıldığını, özünün və Cavabdeh hüquq-mühafizə orqanlarında əlaqələrindən istifadə edərək, əvvəlcə 150 min manatı, sonra da təsərrüfatı əlindən alacaqlarını, müqavimət göstərdiyi halda özünü də həbs etdirəcəklərini, onun özünə 50 min manat verəcəyi halda bu işdən kənarda duracağını demişdi. O zaman Q.Məmmədovun bu hədələrini ciddiyə almayaraq, hüquq-mühafizə və məhkəmə orqanlarının ədalətli, qanun əsasında fəaliyyət göstərdiyinə ümid edərək Q.Məmmədov və ya L.Turanla heç bir danışığa getməmişdir. X10 ssenarisi əsasında L.Turan bir çox vəzifəli şəxsləri və vəzifəli şəxslərin qohumlarını, hətta, məhkəmə hakimlərini də şantaj edərək öz məqsədinə çatmağı bacarmışlar. Belə ki, L.Turan məhkəmədə ona qarşı iddia qaldıraraq, guya, təsərrüfata kapital qoyuluşu kimi xərclədiyi 139000 manat pulun ondan tutulmasını tələb etmişdir. Oğuz və Qax rayon məhkəmələrinin ayrı-ayrı işlər üzrə qəbul etdikləri qətnamələrlə L.Turanın təsərrüfata 139 000 manat vəsait qoyuluşuna dair iddiasının əsassızlığı müəyyən olunaraq iddia tələbi rədd olunmuşdur. Sözügedən qətnamələr Şəki Apellyasiya Məhkəməsinin qətnamələri ilə dəyişdirilmədən, apellyasiya qətnamələri isə Ali Məhkəmənin qərarları ilə dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. 2015-ci ildə L.Turan təkrar olaraq ona qarşı iddaia qaldırmış, təsərrüfata vəsait qoyulması adı ilə 132.500 manat, təsərrüfatdan gəlir, əldən çıxmış fayda və s. şəklində külli miqdarda pul tələb etmişdir. İşin Qəbələ rayon məhkəməsində baxıldığı ərəfədə, 2015-ci ildə L.Turan ona qarşı DİN-ə şikayət etmişdi. O da öz növbəsində L.Turanın təsərrüfatını dağıtmağına, məhkəmə qərardadı ilə saxlanca verilmiş balıqları talan etdiyinə görə və onu təhdid etdiyinə görə DİN-ə şikayət etmişdir. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şikayətlərin araşdırılması zamanı L.Turanın tələblərindən və aralarında olan xx.xx.2010-cu il tarixli “təsis müqaviləsi”ndən birdəfəlik qurtulmaq üçün razılığa gəlmişlər və baş müstəntiq Hacı Əfəndiyevin tərtib etdiyi protokol əsasında ondan 150 min manat pul alınaraq L.Turana verilmişdir. Nəzərə alınmalıdır ki, 2010-2015-ci illərdə L.Turanın ona qarşı pul tələbinə dair iddiaları rədd edilmişdir, onun təsərrüfata hər hansı məbləğ qoymadığı müəyyən olunmuşdur. Onun L.Turana hər hansı borcu olmadığı və DİN-ə onun barəsində şikayət etdiyi halda, L.Turan müstəntiqləri də yüksək vəzifəli şəxslərin adları ilə şantaj edərək pul qoparmağa nail olmuşdur. Ona vəkillik və himayədarlıq edən Qurban Məmmədovun sonradan qaçıb İngiltərəyə getməsi, Azərbaycan Dövlətinə və Prezidentinə qarşı xəyanətkar mövqe tutmasına dair son vaxtlar araşdırılan məlumatlar da göstərir ki, həmin dövrdə Q.Məmmədov vəzifədə olan bəzi naqis məmurlara arxalanaraq qanunsuz əməllər törətməyə nail olmuşdur. 2010-cu ildən davam edən məhkəmə çəkişmələrindən və L.Turanın şantajçı hərəkətlərindən yaxa qurtarmaq, aralarındakı münaqişəni birdəfəlik bitirmək üçün qarşılıqlı razılıq əsasında 150 min manatı BMCMİ-nin müstəntiqi vasitəsilə L.Turana vermişdir. xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli Protokol DİN BMCMİ-nin baş müstəntiqi Hacı Əfəndiyev tərəfindən tərtib edilmiş, L.Turan və onun tərəfindən (vəkil Nizami Abasovun iştirakı ilə) imzalanmışdır. xx.xx.2015-ci il tarixli Protokolda Cavabdeh Oğuz rayon dövlət notariat kontorunda bağlanmış xx xxxx 2010-cu il tarixli təsis müqaviləsini ləğv edəcəyini və Qəbələ rayon məhkəməsində təsis müqaviləsindən yaranan pul tələbinə dair iddiasından imtina edəcəyini, bundan sonra da İddiaçı və balıqçılıq təsərrüfatından heç bir tələbi və şikayəti olmayacağı öhdəliyini götürmüşdür. Lakin göstərilən Protokollar əsasında ondan 150 min manat pulu aldıqdan sonra L.Turan nümayəndəsi Qurban Məmmədovla birgə Qəbələ rayon məhkəməsində baxılan iş üzrə iddia tələbini dəyişdirərək qeyd etmişdir ki, Protokol əsasında ondan aldığı 150 min manat, guya, təsərrüfata 2008-2010-cu illərdə pay şəklində qoyduğu məbləğdir, tələb etdiyi 132 500 manat isə 2010-2014-cü illər üzrə təsərrüfatın gəlirindən şərik olaraq onun payına düşən məbləğdir. Beləliklə, L.Turan dəyişdirilmiş iddia ilə ondan 132 5xx xxxxx 2010-2014-cü illər üzrə gəlirdən pay və əldən çıxmış fayda şəklində külli miqdarda pul tələbi ilə mülki işin baxılmasını davam etdirmişdir. Bu halda tərəfindən Qəbələ rayon məhkəməsində qarşılıqlı iddia verilərək, Azərbaycan Respublikası DİN BMCMİ-nin müstəntiqi Hacı Əfəndiyev tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli müqavilə-protokol razılaşmasının etibarsız hesab olunması və s. tələblə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ rayonMəhkəməsinin (Sədrlik edən hakim F.Abbasov) xx xxxx 2016-cı il tarixli 2(025)-03/2016 saylı qətnaməsi ilə iş üzrə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Qarşılıqlı iddia tələbimin təmin edilməməsinə dair mövqeyini məhkəmə belə əsaslandırmışıdr ki, xx.xx.2015-ci il tarixli Protokol cinayət-prosessual təqibi çərçivəsində tərtib edilmiş prosessual sənəd olduğundan və tərəflər həmin “Protokol-müqaviləni” öz könüllü iradə ifadələri ilə imzaladıqlarından onun etibarsızılığı məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün əsaslar olmamışdır. Qəbələ rayonMəhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(025)-03/2016 saylı qətnaməsindən həm L.Turan, həm də İddiaçı apellyasiya şikayəti vermişdir. İşə təkrar baxan Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2018-ci il tarixli 2(107)-304/2018 saylı qətnaməsi ilə Qəbələ rayon məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, L.Turanın iddiası qismən təmin olunaraq İddiaçı L.Turanın xeyrinə 132 500 manat pul tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin MK-nın 2(102)-5596/2018 saylı, xx.xx.2018-ci il qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, ondan Protokolla (razılaşma) 150 min manat pul aldıqdan sonra L.Turan, həmin məbləğin alınması müqabilində üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir, əksinə, məhkəmədə ona qarşı iddiasını davam etdirmiş və nəticədə Şəki Apellyasiya Məhkəməsində ondan əlavə 132.500 manat pul alınmasına dair qətnamə çıxarılmışdır. Sonuncu dəfə L.Turan, təkrar olaraq xx.xx.2010-cu il tarixli “təsis müqaviləsinə” istinad edərək 2015-2019-cu illər 150 min manat və gələcəkdə hər ay üçün 2.500 manat pul tutulmasına dair iddia qaldırmışdır. Oğuz rayon məhkəməsinin qətnaməsi ilə L.Turanın sözügedən iddia tələbi rədd edilmiş, Şəki Apellyasiya və Ali Məhkəmənin qərarı ilə L.Turanın şikayətləri təmin olunmamış və Oğuz rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. L.Turan ondan 150 min manat alması müqabilində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə və iddialarını, əsassız tələblərini davam etdirməklə, həmçinin, xx.xx.2010-cu il tarixli “təsis müqaviləsini” ləğv etdirmək üçün onunla birgə notariat orqanına gəlmədiyinə görə mənə 150 min manat məbləğində real maddi ziyan vurmuşdur. Həmçinin, İddiaçı iddia ərizəsinə əlavəni və tələbin artırılmasını belə əsaslandırmışdır ki, göstərilən protokol-razılaşmalar əsasında ondan 150 min manat pulu aldıqdan sonra, L.Turan aralarındakı razılaşmanı pozmuş və ona qarşı iddialarını davam etdirmiş, təsis müqaviləsini ləğv etdirəcəyinə dair öhdəliyini icra etməmiş, beləliklə, ona ziyan vurmaqda davam etmişdir. İddia ərizəsində yazdığı iddianın faktiki və hüquqi əsaslarını müdafiə edir, əlavə olaraq bildirir ki, hazırki iş üzrə tələb etdiyi 150 min manat pulu özündə saxlamaqla ona vaxtında qaytarmadığına görə, 150 min manat məbləğdən əlavə, 2015-ci ildən hazırki vaxtadək həmin məbləğə illik 5% əlavə pul tələb etməkdə haqlıdır. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib eyni zamanda göstərdi ki, DİN BMCQMİ-də 150 min manatı L.Turana ona görə vermişdir ki, aralarındakı münaqişəni birdəfəlik həll etsinlər, aralarında olan xx.xx.2010-cu il tarixli “təsis müqaviləsini” ləğv etmək üçün L.Turan da notariat kontoruna getməliydi, ona pulu verərəkən tərtib edilən Protokolda da xüsusi olaraq bu öhdəlik yazılmışdır. Əgər o zaman L.Turanın ondan pul aldıqdan sonra “təsis müqaviləsini” ləğv etdirmək üçün notariata müraciətdən yayınacağını və ona qarşı Qəbələ rayon məhkəməsində iddiasını davam etdirəcəyini bilsəydi, L.Turana pul verməzdi. 150 min manat pulu yalnız həmin Protokolla razılaşdırılmış məqsəd üçün vermişdir və razılaşmanı pozmaqla L.Turan ona maddi və mənəvi ziyan vurmuşdur. Həmçinin onun pulunu qanunsuz saxlamaqla ona əlavə maddi ziyan vurmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Aliosman oğlu iddia tələbinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdi. L.Turan izahatında göstərdi ki, 2015-ci ilin noyabr ayında İddiaçı 60 min manat və 90 min manat olmaqla, cəmi 150 min manat pul almışdır. Lakin İddiaçı qarşı iddialarından əl çəkəcəyini, məhkəmədən iddiasını geri götürəcəyini vəd verməmişdir. Həmçinin göstərdi ki, hazırkı iddia tələbi ilə qanunla nəzərdə tutulmuş müddət ötmüşdür. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil xx.xx.2021-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək göstərilənləri məhkəmə çıxışı kimi qəbul edərək iddia ərizəsinin dəlilləri ilə birgə qiymətləndirməklə idianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə elektron qaydada göndərilmiş ərizədə (çıxışda) göstərilmişdir ki, İddiaçıla cavabdeh L.Turan arasında 2015-ci ilin noyabr ayında DİN BMCQMİ-də müstənqiq H.Əfəndiyevin tərtib etdiyi protokol onların qarşılıqlı razılaşmasının rəsmiləşdirilməsidir. Yəni, onların arasında rəsmiləşdirilmiş protokol əslində qarşılıqlı iradə ifadəsini əks etdirən müqavilədir. Həm İddiaçı, həm də L.Turan könüllü olaraq qarşılıqlı razılaşmışlar ki, İddiaçı 150 min manat pul verməsi müqabilində L.Turan onunla aralarında xx.xx.2010-cu ildə notariat orqanında rəsmiləşdirilmiş “Təsis müqaviləsi”ni ləğv edəcəyini, İddiaçı qarşı Qəbələ rayon məhkəməsində qaldırdığı iddiasından imtina edəcəyini, bundan sonra da ona qarşı hər hansı iddia irəli sürməyəcəyini öhdəlik kimi üzərinə götürmüşdür. Bununla faktiki olaraq tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı öhdəliyi 150 min manat pul vermək olmuşdur, o, öz öhdəliyini yerinə yetirmişdir. Nəzərə alınmalıdır ki, həmin vaxtadək İddiaçı sözügedən xx.xx.2010-cu il tarixli “təsis müqaviləsi”nin ləğvinə və etibarsızlığına dair ayrı-ayrılıqda iddia qaldırmış, lakin məhkəmələr tətəfindən onun iddiaları təmin edilməmişdir. L.Turan 2010-cu il müqaviləsinə istinad edərək İddiaçı pul tələblərində davam edirdi, ona görə də İddiaçı yeganə çıxış yolu idi ki, L.Turanla razılığa gələrək ona pul ödəməklə müqaviləni könüllü ləğv etsinlər. Bu niyyətlə də “Protokol”u imzaladılar və İddiaçı öhdəliyini yerinə yetirərək 150000 manatı vermişdir. L.Turanın öhdəliyi isə aralarındakı təsis müqaviləsini qarşılıqlı ləğv etdirmək və İddiaçı qarşı məhkəmədə davam edən pul tələbinə dair iddiasından imtina etmək olmuşdur. Lakin L.Turan öz öhdəliklərini yerinə yetirməmiş və 150 min manat pulu aldıqdan sonra da İddiaçıla aralarındakı “təsis müqaviləsini” ləğv etdirməkdən yayınmış, hətta, həmin “təsis müqaviləsi”nə istinad edərək İddiaçı qarşı pul iddiasını davam etdirmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı L.Turanın xeyrinə 132 500 manat pul tutulması qət olunmuşdur. Bundan sonra İddiaçı ümid etmişdir ki, L.Turan müqavilənin ləğvi üçün tədbir görəcəkdir, lakin L.Turan iddialarını davam etdirmiş, 2019-cu ildə növbəti iddia qaldıraraq yenə təsis müqaviləsinə istinadla ondan pul tələb etmişdir. Ona görə də İddiaçı haqlı olaraq hazırki iddianı irəli sürmüşdür, çünki, L.Turanın ondan 150 min manat pul alması ilə Protokolla rəsmiləşdirilmiş üzərinə düşən öhdəliyi yerinə yetirməməsi ilə İddiaçı real maddi zərər vurmuşdur. L.Turan İddiaçı 150000 manat pulu almaqla xx.xx.2010-cu il tarixli “təsis müqaviləsi”ni ləğv etdirəcəyini üzərinə öhdəlik kimi götürmüşdür. L.Turanın hazırki məhkəmə iclasında iddiaya etirazı kimi qeyd etdiyi guya, Protokola imza atanda oxumadığını, üzərinə öhdəlik götürmədiyini qeyd etməsi heç bir ciddi dəlilə söykənmir, yalnız öz subyektiv mülahizəsidir. Həmçinin, nəzərə alınmalıdır ki, L.Turanın aldığı 150 000 manatın onun İddiaçıla birgə təsərrüfata verdiyi “pay qoyuluşu” olduğunu iddia etməsi də əsassızdır. Belə ki, iddia ərizəsində də istinad olunan, iş materialında olan qanuni qüvvəsində olan məhkəmə qətnamələri ilə birmənalı müəyyən və sübut olunmuşdur ki, L.Turan xx.xx.2010-cu il tarixli “təsis müqaviləsi” çərçivəsində təsəsrrüfata hər hansı pay qoyuluşu etməmişdir. Nəzərə alınmalıdır ki, həmin qanuni qüvvəsində olan qətnamələrdə, məhz L.Turanın “pay qoyuluşu etmədiyi” müəyyən olunduğuna görə onun 139 000 manat iddia tələbi rədd edilmişdir. Beləliklə, iş materialında təhqiq olunmuş sübutlarla birmənalı müəyyən olunur ki: L.Turan 2015-ci ilin noyabr ayında İddiaçı 150000 manat pulu alaraq aralarındakı müqaviləni ləğv etdirəcəyini və ondan sonra İddiaçı hər hansı tələbinin olmayacağını vəd etmişdir; 2) L.Turanın aldığı 150000 manat pulun ondan qabaq təsərrüfata “pay qoyuluşu” olmadığı məhkəmə aktları ilə müəyyən olunmuşdur; 3) Ona görə də L.Turanla İddiaçı qarşıllqlı razılıq əsasında imzaladıqları xx.xx.2015-ci il tarixli “Protokol” onların arasında yeni bir müqavilədir; 4) L.Turan tərəfindən həmin müqavilənin şərtləri pozulmaqla İddiaçı aldığı pulun həcmində və ondan daha artıq maddi zərər vurmuşdur. Həmçinin işin hallarından göründüyü kimi, L.Turan xx.xx.2015-ci il tarixdə 150000 manatı alaraq Protokolu imzalamaqla üzərinə götürdüyü öhdəliyini çox asanlıqla icra edə bilərdi, onun qarşısında hər hansı maneə olmamışdır, L.Turan istənilən vaxt yaşadığı Qəbələ rayonunda notariat kontoruna gedib xx.xx.2010-cu il tarixli müqavilənin ləğvinə dair tədbir görə bilərdi. Lakin o bunu etməməklə öhdəliyini pozmuşdur. Qeyd olunanları nəzərə alaraq, hazırki işdə məhkəmə nəzərə almalıdır ki, L.Turanın İddiaçı qarşılıqlı razılaşaraq, üzərinə öhdəlik götürərək 150000 manat pul alması, sonradan isə bu qədər keçən müddətdə vəziyyətdən sui-istifadə edərək öhdəliyini icra etməməklə İddiaçı real maddi zərər vurmuşdur. Bu zərərin üzərinə MM-in 445-ci maddəsində nəzərdə tutulmuş faiz hesablanmaqla İddiaçı qaytarılmalıdır.Həmçinin cavabdeh L.Turan mübahisəyə iddia müddətinin tətbiqinə dair əriz vermişdir. Hesab edirik ki, hazırki iş üzrə iddia müddətinin tətbiqi qanunla yolverilən deyil, bu səbəbdən məhkəmə tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə nəzərə alınmamalıdır. Belə ki, cavabdeh mübahisə üzrə MM-in 375-ci maddəsində nəzərdə tutulmuş 3 illik (müqavilələr üzrə) müddətin tətbiqini xahiş edir. Əvvəla, nəzərə alınmalıdır ki, cavabdeh də belə ərizə verməklə İddiaçıla aralarındakı xx.xx.2015-ci il tarixli “Protokol”un məhz müavilə olduğunu, hər birində öhdəlik yaratdığını etiraf etmiş olur. Həmçinin, nəzərər alınmalıdır ki, qanunvericilik iddia müddətinin tətbiqini yalnız o hallar üçün nəzərədə tutur ki, iddiaçının subyektiv hüququnun pozulduğu və iddianın əsaslı olması məhkəmə tərəfindən tam müəyyən olunmuşdur, yalnız iddia müddətinin keçməsini kimi müstəqil əsasla iddia tələbi təmin edilməyə bilər. İddia müddətinin keçib-keçmədiyini müəyyənləşdirmək üçün məhkəmə tərəfindən iddia müddətinin axımının başlanma anının müəyyənləşdirilməsi zəruridir. Bu baxımdan hazırki işdə nəzərə alınmalıdır ki, xx.xx.2015-ci il tarixili “Protokol”da L.Turanın üzərinə düşən öhdəliyi yerinə yetirməsi üçün müddət müəyyənləşdirilməmiş, yəni, öhdəliyin icrası müddəti konkret tarixlə məhdudlaşdırılmamışdır. Bu halda İddiaçı istənilən vaxt gözləyirdi ki, L.Turan notariat kontoruna müqavilənin ləğvi üçün müraciət edəcəkdir. Bunu gözləməyə İddiaçı tam əsasları vardı, çünki, xx.xx.2010-cu il tarixli müqavilənin ləğvi üçün L.Turanın addım atması kifayət idi. Aralarındakı müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrası üçün konkret zaman müəyyənləşdirilmədiyinə görə İddiaçı hüququnun pozulduğu anı konkret müəyyənləşdirmək olmur. Ona görə də hesab edirik ki, L.Turan tərəfindən iddia müddətinin tətbiqinə dair verilmiş ərizəyə qiymət verərkən məhkəmə bu xüsusatları nəzərə almalıdır. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatını dinləyərək, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsininin çıxış ərizəsini nəzərə alaraq, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı 2015-ci ilin 24 noyabr və 27 noyabr tarixlərində rəsmiləşdirilmiş protokollar əsasında cavabdehlə aralarındakı münaqişənin birdəfəlik həll edilməsi məqsədilə cavabdehə 150 min manat pul verdiyini, lakin cavabdehin həmin protokolların imzalanması zamanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə ona faktiki maddi ziyan vurduğunu, bununla onun pulda ifadə olunan əmlak mənafeyinin pozulduğunu qeyd etmişdir. Məhkəmə tərəflərin izahatları, təhqiq olunan iş materialları əsasında belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh L.Turana 2015-ci ilin 24 və 27 noyabr tarixlərində 60000 manat və 90000 manat olmaqla cəmi 150 000 manat pul verməsi işin mübahisə olunmayan, tərəflərin də öz izahatları ilə təsdiqlədiyi halıdır. İddiaçı məhkəməyə verdiyi izahatında da göstərilən məbləği verməklə cavabdehin ona qarşı iddialarından imtina edəcəyini və aralarındakı xx.xx.2010-cu il tarixli təsis müqaviləsini ləğv edəcəyini razılaşdıqlarını bildirmiş, cavabdeh isə məhkəməyə izahatında İddiaçı 2015-ci ilin noyabr ayında aldığı 150 min manat pulun xx.xx.2010-cu il tarixli təsis müqaviləsi ilə təsərrüfata qoyduğu vəsati geri aldığını, başqa heç bir öhdəlik götürmədiyini bildirmişdir. İş materiallarında olan, tərəflərin imzası isə təsdiq olunmuş xx.xx.2015-ci il tarixli Protokolda aşağıdakılar göstərilmişdir: “Mən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X7 tərtib edirəm həmin protokolu Azərbaycan Respublikası CPM-in 51 və 85-ci maddələrinin tələblərinə riayət etməklə Levent X15, X3 və Abşeron rayon hüquq məsləhətxanasının vəkili X5 iştirakı ilə ondan ötrü ki, icraatımda olan Türkiyə Respublikasının vətəndaşı Levent X11 şikayət ərizəsi əsasında yuxarıda qeyd edilən tarixdə X1 Turanın təsərrüfatda olan payından tələb etdiyi 150.000 manat puldan qalan 60.000 manatını ödədi və bununla da Cavabdeh təsərrüfatda olan payından tələb etdiyi 150.000 manat pul Yunis İskəndərov tərəfindən tam olaraq ödənildi. Cavabdeh Oğuz rayon dövlət notarial kontorunda bağlanmış xx xxxx 2010-cu il tarixli təsis müqaviləsini ləğv edəcəyini və Qəbələ rayon məhkəməsində təsis müqaviləsindən yaranan pul tələbinə dair iddiasından imtina edəcəyini bildirdi. Bundan sonra da X2 və balıqçılıq təsərrüfatından heç bir tələbi və şikayəti olmayacağını bildirdi.” İş materialında olan L.Turanın Qəbələ rayon məhkəməsində İddiaçı qarşı “pul tələbinə dair” iddia ərizəsinə əlavədə (L.Turanın öz imzası ilə təsdiq edilmiş) göstərilir: «Belə ki, həmin 132.500 manat, mənim cavabdehlə birgə təsərrüfat fəaliyyətimə görə, 2008-2010-cu illər üçün sərmayə kimi qoyduğum 150.000 manatın 64 ayda gətirdiyi qazancın mənə çatmalı olan hissəsidir. İstər əsas kapital olaraq 2015-ci ilin noyabrında mənə ödənilmiş 150 000 manatın, istərsə də, gəlirlərdən mənə çatmalı olan 132 500 manatın 64 ay müddətində cavabdehdə qalması nəticəsində mənə xeyli ziyan dəymişdir…». L.Turanın həmin sözügedən və hazırki məhkəmə icraatında verdiyi izahatlarla müəyyən olunur ki, 2015-ci ilin noyabr ayında İddiaçı 150 000 manat aldığını etiraf etmiş, lakin həmin məbləğin xx.xx.2010-cu il tarixli “təsis müqaviləsi”ndən yaranan pay haqqı olduğunu bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, L.Turanın İddiaçıla aralarındakı xx.xx.2010cu il tarixli “təsis müqaviləsi” üzrə pay qoyuluşu etmədiyi tərəflər arasında göstərilən müqavilə üzrə yaranmış mübahisələrə dair qanuni qüvvəsində olan məhkəmə aktları ilə müəyyən olunduğundan həmin məhkəmə aktlarının preyudusiallığına istinad olunması məqsədəuyğundur. Belə ki, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsində müəyyən olunur ki,İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Oğuz rayon DNK) xx.xx.2010-cu il tarixli təsis müqaviləsinin etibarsız hesab edilməsi və s. tələblərinə dair iş üzrə Oğuz rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsindən verilmiş şikayət üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsində qeyd olunmuşdur ki,«…Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış təsis müqaviləsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, həmin tərəflər arasında müqavilənin bağlandığı vaxtadək mövcud olmuş münasibətlərin deyil, müqavilənin bağlandığı andan sonra ortaqlıq yaradaraq birgə həyata keçiriləcək fəaliyyətin tənzimlənməsinə yönəlmiş iradə ifadəsini müəyyən edir. Yəni, tərəflər müqavilədən sonra mövcud təsərrüfatın yenidən qurulması və təsərrüfatın genişləndirilərək Oğuz rayonu Mollalı kəndində yerləşən balıqçılıq təsərüfatının da inkişaf etdirilməsini və hər iki təsərrüfatda tərəflərin ortaq olmasını nəzərdə tutur. Müqavilənin məzmununa görə tərəflər balıqçılıq təsərrüfatında bütün yenidən qurma və əlavə tikinti işlərinin aparılmasında bərabər hüquqlu olmaqla çəkilmiş xərclərin 50 faizini ödəməlidirlər…» (Qətnamənin 5-ci səhifəsi). Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsində müəyyən edilmişdir ki, balıqçılıq təsərrüfatına Cavabdeh Aliosman oğlu tərəfindən çəkilmiş xərcin ümumi məbləğinin nə qədər olmasını təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən Cavabdeh Aliosman oğlu tərəfindən 139.000 manat məbləğində xərcin çəkilməsinə dair iddia tələbi həmin hissədə əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında isə göstərilmişdir ki, Cavabdeh Aliosman oğlunun 139.000 manat pul tələbinə dair iş üzrə kassasiya şikayəti verilmədiyindən baxış predmeti olmamışdır. Odur ki, məhkəmə izah edir ki, cavabdeh tərəfindən balıqçılıq təsərrüfatına 139.000 manat xərc çəkilməsinə dair iddia tələbi birinci və apellyasiya instansiya məhkəmələrində araşdırılmış, hüquqi həllini tapmış və hazırda Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi Cavabdeh Aliosman oğlu tərəfindən balıqçılıq təsərüfatına 139.000 manat məbləğində xərcin çəkilməsinin əsassız hesab edilməsinə dair hissədə qanuni qüvvəsini almışdır. Eyni hüquqi mövqe L.Turanla İddiaçı arasında xx.xx.2010-cu il tarixli “təsis müqaviləsi” mübahisələndirilməsinə və L.Turanın İddiaçı “pul tələbinə” (kapital qoyuluşunun geri tələb edilməsi) iddiasına dair olmuş mülki mübahisə üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsində də təsbit olunmuş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli və xx.xx.2013-cü il tarixli qətnaməsi istinad olunan hissədə qanuni qüvvəyə minmişdir. Həmçinin, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsindədir. Beləliklə, yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunur ki, tərəflər arasındakı əvvəlki mübahisələrdə L.Turan xx.xx.2010-cu il tarixli müqavilə üzrə təsərrüfata 139.000 manat pul xərclədiyini idddia edərək İddiaçı həmin məbləğin ödənilməsinə dair məhkəmədə iddia qaldırmış, Oğuz rayon və Qax rayon məhkəmələrinin ayrı-ayrılıqda qəbul etdikləri qətnamələrlə L.Turanın İddiaçı 139.000 manat pul tələbinə dair iddiası rədd edilmişdir. Beləliklə, qanuni qəvvəsində olan məhkəmə aktları ilə L.Turanın xx.xx.2010-cu il tarixli müqavilə üzrə birgə fəaliyyətə hansısa məbləğdə xərc qoyduğunun sübut edilməməsi müəyyən olunmuş, bu əsasla, əvvəlki iddialarında 139.000 manat pul tələbinin rədd edilməsi qət edilmişdir. Bundan başqa, məhkəmə nəzərə alır ki, qanuni qüvvəsində olan sözügedən məhkəmə aktları ilə müəyyən olunduğu kimi, xx.xx.2010-cu ildə iddiaçı L.Turanla cavabdeh İddiaçı arasında müqavilə bağlanmasından cəmi 1 (bir) ay sonra İddiaçı L.Turana qarşı müqaviləni mübahisələndirmişdir və 2010-cu ilin avqust ayından (müqavilənin bağlandığından 1 ay keçməmiş) onların arasında işbirliyi münasibətləri pozulmuşdur. (Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi) Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilikkimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Məhkəmə hazırki iş materiallarını, tərəflərin izahatlarını və yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə aktlarının preyudusiallığını nəzərə alaraq qeyd edir ki, L.Turanın hazırki iddia tələbinə etirazının əsası kimi irəli sürdüyü dəlili, yəni, 2015-ci ilin noyabr ayında DİN BMCMİ-nin müstəntiqi H.Əfəndiyevin tərtib etdiy protokol əsasında İddiaçı aldığı 150000 manat pulun onların arasında xx.xx.2010-cu il tarixli “təsis müqaviləsi” əsasında təsərrüfata “pay qoyuluşu” şəklində yatırdığı vəsait olmasına dair mülahizəsi eyni tərəflər arasında mövcud olmuş mübahisələrə dair mülki işlər üzrə qanuni qüvvəsini almış məhkəmə aktları ilə təkzib olunduğundan, eləcə də müstəntiq H.Əfəndiyevin tərtib edərək imzası ilə təsdiq etdiyi, İddiaçı, onun vəkili N.Abbasov və L.Turanın imzası ilə təsdiq olunmuş (xx.xx.2015-ci il tarixli) Protokolda L.Turanın pul alması müqabilində aralarındakı “təsis müqaviləsi”nin ləğvi üçün notariat kontoruna müraciət edəcəyini və İddiaçı qarşı Qəbələ rayon məhkəməsində iddiasından imtina edəcəyini öhdəlik kimi üzərinə götürməsi müəyyən olunduğundan L.Turanın 150 000 manat pul alması məhz onunla İddiaçı arasında istinad edilən protokolda razılaşdırılmış münasibətləri çərçivəsində qiymətləndirilməlidir. Belə ki, qanuni qüvvəsini alımış yuxarıda istinad olunan məhkəmə qərarları ilə L.Turanın xx.xx.2010-cu il tarixli “təsis müqaviləsi” üzrə təsərrüfata pay qoyuluşu etmədiyi müəyyən olunduğundan və bu xüsusatın hazırki məhkəmə prosesində mübahisələndirilməsi və ya təkrar sübut edilmə yolverilməz olduğundan L.Turanın aldığı 150000 manat pulun müqabilində İddiaçıla aralarındakı xx.xx.2010-cu il tarixli “təsis müqaviləsi”ni ləğv edəcəyini öhdəlik kimi üzərinə götürdüyü müəyyən olunur. Həmçinin, məhkəmə tərəfindən araşdırılan iş materialları və istinad olunan məhkəmə qərarları ilə müəyyən olunur ki, L.Turan xx.xx.2015-ci il tarixli Protokolla üzərinə götürdüyü bu öhdəliyini icra etməməklə yanaşı, İddiaçı qarşı pul tələbinə dair iddialarını davam etdirmiş, eləcə də xx.xx.2010-cu il tarixli “təsis müqaviləsi”nə əsaslanaraq 2019-cu ildə Oğuz rayon məhkəməsində İddiaçı qarşı yenidən iddia qaldıraraq pul tələbi irəli sürmüşdür. İşdə olan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-5231/2020 saylı iş üzrə qərarından görünür ki, L.Turanın İddiaçı qarşı pul tələbinə dair növbəti iddiası Oğuz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-1256/2020 saylı qətnaməsi ilə Oğuz rayon məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin MK-nın xx.xx.2020-ci il tarixli qərarı ilə iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarında və tərəflərin izahatlarında L.Turanın İddiaçı 150 000 manat almasının məhz onlar arasında rəsmiləşdirilmiş Protokol əsasında razılaşdırılmış münasibətləri tənzimlədiyi müəyyən olunduğundan hazırki iddianın obyektiv, tam və hərtərəfli araşdırılmış hallarına Mülki qanunvericiliyin öhdəlik hüququ münasibətlərini tənzimləyən müddəaları tətbiq edilməklə hüquqi qiymətləndirmə aparılmalıdır. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Mülki Məcəllənin 405.1-ci maddəsinə müvafiq olaraq, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər. Konstitusiya Məhkəməsinin Plenumununn qərarlarında şərh olunduğu kimi, Mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarı) Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında, həmçinin göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırkı mübahisə üzrə tərəflərin qarşılıqlı münasibətləri və tədqiq olunan sübutlarla müəyyən olunur ki, İddiaçı və L.Turan aralarında bağlanmış xx.xx.2010-cu il tarixli “təsis müqaviləsi”ndən irəli gələn bir neçə məhkəmə mübahisəsindən sonra, qarşılıqlı iddialarını və tələblərini öz aralarında həll etmək üçün 2015-ci ilin 14 noyabr və 27 noyabr tarixlərində razılığa gələrək protokol formasında yazılı müqavilə imzalamışlar. Müqavilənin məzmunundan müəyyən olunur ki, İddiaçı aralarında şərtləşdirilmiş öhdəliyini dərhal icra etmiş, 150000 manat pulu L.Turana vermişdir. Sözügedən protokollarda L.Turanın üzərinə düşən öhdəliyinin icra müddəti göstərilməmişdir. Belə ki, L.Turan 2010-cu ildən başlayaraq aralarında məhkəmə mübahisələrinə və hüquq-mühafizə orqanlarına qarşılıqlı şikayətlərə zəmin olmuş “təsis müqaviləsi”nin ləğv etdirəcəyi və Qəbələ rayon məhkəməsində təsis müqaviləsindən yaranan pul tələbinə dair iddiasından imtina edəcəyini öhdəliyini götürmüş, bundan sonra da İddiaçı və balıqçılıq təsərrüfatından heç bir tələbi və şikayəti olmayacağını bildirmişdir, lakin bu öhdəliyin icrası vaxtı göstərilməmişdir. Ondan sonra L.Turan xx.xx.2016-cı ildə Qəbələ rayon məhkəməsində (hakim F.Abbasovun sədrliyi ilə) baxılan iş üzrə iddia ərizəsinə əlavə verərək, 2015-ci ilin noyabr ayında ona 150000 manatın ödənildiyini, həmin məbləğin isə 2008-2010-cu illərdə təsərrüfata qoyduğu kapital olduğunu bildirmiş, eyni zamanda irəli sürdüyü 132.500 manat iddia tələbinin təsərrüfatdan almalı olduğu gəlir olduğunu, həmin məbləğlərin vaxtında verilmədiyinə görə əldən çıxmış fayda şəklində əlavə pul tələblərini irəli sürmüşdür. Həmin iş üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək aralarında olan “Protokol-müqavilə”nin etibarsız hesab edilməsi və ona vurulmuş zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Qəbələ rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsində İddiaçı qarşılıqlı iddia tələbinə qiymət verən məhkəmə İddiaçıla L.Turan arasında xx.xx.2015-ci il tarixli “Protokol”a tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında bağlanmış müqavilə kimi qiymət vermiş, bu müqavilənin bağlanması zamanı tərəflərin sərbəst iradə ifadəsinə əsaslandıqlarını, hər hansı kənar təsirin, o cümlədən, MM-in 339-cu maddəsində nəzərədə tutulan halların olmadığını müəyyən edərək məhz Müqavilə kimi qiymətləndirdiyi xx.xx.2015-ci il tarixli Protokolun etibarsızlığı üçün əsas olmadığı qənaətinə gəlmişdir (xx.xx.2016-cı il tarixli qətnamənin 18-ci səh). Qətnamədən hər iki tərəfin verdiyi şikayət üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Qəbələ rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, L.Turanın ilk iddiası qismən təmin edilərək İddiaçı onun xeyrinə 132500 manat pulun tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-5596/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, L.Turan tərəfindən xx.xx.2010-cu il tarixli “təsis müqaviləsi”nə istinadla, həmin müqavilədən irəli gələn öhdəliklərin icrası tələbi olaraq İddiaçı qarşı Oğuz rayon məhkəməsində iddia qaldırılmışdır. Oğuz rayon məhkəməsinin 2(054)-12/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Aliosman oğlunun İddiaçı qarşı «vurulmuş ziyana görə pul tələbi barədə» iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın 2(107)-1256/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)- 5231/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, 14 və xx xxxxxx 2020-ci il tarixli “Protokol-müqavilə”nin imzalanması ilə tərəflər arasında xx.xx.2010-cu il tarixli “təsis müqaviləsi”ndən irəli gələn münasibətlər tərəflərin sərbəst iradə ifadələri ilə yeni məzmun kəsb etmiş, həmin “Protokolmüqavilə” tərəflərin münasibətini tənzimləməklə onların hər biri üçün aydın, şəffaf və müəyyənləşdirilə bilən öhdəliklər yaratmışdır. xx.xx.2015-ci il tarixli “Protokol-müqavilə” üzrə İddiaçı 150000 manat pul aldığını həm əvvəlki məhkəmə işlərində yazaraq öz imzası ilə təsdiqlədiyi ərizələrdə, həm də hazırki məhkəmə iclasında açıq etiraf edən L.Turanın hazırki iddia tələbinə etirazının əsası kimi irəli sürdüyü – xx.xx.2010-cu il tarixli “təsis müqaviləsini” ləğv etdirmək öhdəliyini götürmədiyinə dəlilini – məhkəmə tərəfindən onun öz öhdəliyindən yayınması məqsədilə subyektiv mülahizəsi kimi qiymətləndirilməklə yanaşı, qeyd edilməlidir ki, İddiaçı qarşı iddia tələblərindən imtina edəcəyinə dair qeyd edilmiş öhdəlik Azərbaycan Respublikası MPM-in 4.2-ci maddəsində nəzərədə tutulmuş əsaslara görə belə öhdəlik əhəmiyyətsiz olmaqla etibarsızdır. Bununla belə, məhkəmə hesab edir ki, razılaşdırılmış pul məbləğini alması müqabilində aralarındakı xx.xx.2010-cu il tarixli “təsis müqaviləsi”ni ləğv edəcəyinə dair L.Turanın üzərinə götürdüyü öhdəlik müqavilə şərti kimi qiymətləndirilməklə, bu öhdəliyini yerinə yetirməməsi Mülki Məcəllənin öhdəliklərin icrasına dair yuxarıda sadalanan müddəalarının tələbləri baxımından qiymətləndirilməklə, L.Turanın bu öhdəliyini icra etməməsi nəticəsində kontragentdən (Protokol-müqavilənin digər tərəfindən) aldığı 150000 manat pul məbləğində İddiaçı real zərər vurduğu qənaətinə gəlinməsi əsaslı, qanuni və ədalətlidir. Məhkəmə qeyd edir ki, istinad olunan xx.xx.2015-ci il tarixli “Protokol” tərəflər arasında yeni münasibətlərin yaranmasına əsas olmuş müqavilə olduğundan və məhkəmə tərəfindən tərəflərin qarşılıqlı münasibətləri üzrə işin müəyyənləşdirilmiş həqiqi hallarına Mülki Məcəllənin öhdəlik hüquq münasibətləri və öhdəliklərin icra edilməməsinin nəticələrinə dair müddəalarının tətbiqi ilə hazırki iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması irəli sürülmüş iddia tələbinin qanuni və əlalətli həllinə yönəlməklə iddiaçının pozulmuş hüququnun bərpası ilə nəticələnməlidir. Məhkəmə cavabdeh L.Turanın mübahisəyə iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli QərarındaKonstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur. Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün, ilk növbədə, nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (Mülki Məcəllənin 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (Mülki Məcəllənin 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il Qərarı) Məhkəmə hazırki iş üzrə iddia müddətinin tətbiqi məsələsinə qiymət verərkən Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, işin məhkəmə tətəfindən müəyyən edilən həqiqi halları və tətbiq edilən maddi hüququ normalarının tələblərinə görə iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququnun olduğu, cavabdehin isə üzərinə götürdüyü öhdəliklərini icra etmədiyinə görə iddiaçının hüquq və mənafelərini pozduğu məhkəmə tərəfindən müəyyən edilir. Bununla belə, məhkəmə iddiaçının subyektiv hüququnun cavabdeh tərəfindən pozulması anının, yəni, iddia müddətinin axımının başlamması anının müəyyənləşdirilməsi baxımından xüsusilə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə (“Protokol”) cavabdeh L.Turanın üzərinə götürdüyü öhdəliyin icra müddəti göstərilməmiş, tərəflər arasındakı təsis müqaviləsini ləğv etdirəcəyinə dair öhdəliyin konkret icra anı və tarixi müəyyənləşdirilmədiyindən, belə öhdəliyin icrası üçün cavabdehin müəyyən hərəkət etməyə hər zaman addım atmaq imkanı olduğundan iddiaçı subyektiv olaraq, cavabdehin onun hüququnu pozan hərəkət etməsinin konkret anını müəyyənləşdirə bilməzdi. Belə ki, icra müddətinin müəyyənləşdirilmədiyi öhdəliyin icrasından yayınma ilə hüququnun pozulması anının müəyyənləşdirilməsi iddiaçıdan asılı ola bilmədiyindən və hüququ pozulan şəxs öz mülahizəsinə görə istənilən vaxt məhkəməyə iddia ilə müraciət etmək hüququna malik olduğundan hazırki mübahisə üzrə verilmiş ərizəyə uyğun olaraq 3 illik iddia müddətinin tətbiq edilməsi ilə iddia tələbininin rədd edilməsi üçün lazımi əsaslar mövcud deyildir. Məhkəmə qeyd edir ki, İddiaçı “Protokol-müqavilənin etibarsız hesab edilməsinə dair” Qəbələ rayon məhkəməsində irəli sürdüyü qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair qətnamənin Ali Məhkəmənin MK-nın xx.xx.2018-ci il tarixli qərarı ilə qanuni qüvvəsini almasından sonra da öhdəliyinin icrasına zaman müddəti məhdudlaşdırılmayan L.Turan tərəfindən təsis müqaviləsini ləğv etdirəcəyini gözləməsi onun pozulmuş subyektiv hüququnun bərpası üçün öz daxili inamı ilə hüququnun pozulması anını və məhkəməyə müraciət etmək müddətinin ötürülmədiyi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi illik 5 faiz olmaqla 37500 manat pulun cavabdehdən tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinin tələbinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 445.7.-ci maddəsinin tələbinə görə, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdmış hüquqi mövqeylərində şərh olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17,01.1970-ci İİ tarixli qərarı; “Pıersaek Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X12rşı” işi. üzrə xx.xx.1984- cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir". Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin, qeyd edir ki, MPM-in 217.1-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız prosessual hüquq normalarına dəqiq riayət edilməklə və müvafiq münasibətlərə tətbiq edilməli olan maddi hüquq normalarına tam uyğun olaraq çıxarıldıqda qanuni hesab olunur. Bu isə prosessual normalarla yanaşı qərarın təsviriəsaslandırıcı hissəsində müvafiq hüquqi münasibətlərə tətbiq edilməli olan maddi qanunun göstərilməsini də tələb edir. (M.Bağırovun şikayəti üzrə Konstitusiya məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı) "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 5-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Həmin qərarın 6-cı bəndində göstərilir ki: "Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir…(6.2. " Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir (6.3). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilə bağlı tələb irəli sürmədiyindən dövlət rüsumu İddiaçı aid edilməlidir. Beləliklə, məhkəmə iddianı qismən əsaslı hesab edib, Cavabdeh Aliosman oğlundan 150000 manat pul tutularaq İddiaçı ödənilməsi hissəsində təmin olunması, qalan hissədə isə təmin olunmaması qənaətinə gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin olunsun. Cavabdeh Aliosman oğlundan 150000 (bir yüz əlli min) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-209/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-209/2021
15.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver