Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-217/2020 03.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçıoviçin, cavabdehlər X6, X3 və X9 iştirakları ilə, İddiaçıoviçin cavabdehlər X14, X7 və X4rşı “torpaq sahəsindən istifadəyə edilən maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçıoviç cavabdehlər X14, X7 və X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən mülkiyyətində olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0.675 hektar torpaq sahəsindən istifadə hüququnun həyata keçirilməsinə edilən qanunsuz maneənin məhkəmə qaydasında aradan qaldırılması, cavabdehlər tərəfindən qanunsuz müdaxilə nəticəsində torpaq sahəsindən isitifadə edə bilmədiyinə görə ona vurulmuş maddi və mənəvi ziyanın məhkəmə qaydasında hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu X2 xx xxxxxx 1999-cu il tarixli, 04 saylı qərarı ilə Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.20 hektar həyətyani torpaq sahəsi, kollektiv bağlar və fərdi yaşayış evi mərhum atası X10 və mərhum anası X8 birgə mülkiyyətinə verilmişdir. Atası X10 sağlığında Qəbələ rayonu Dövlət Notariat Kontoruna müraciət edərək ona məxsus Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən yaşayış evini, bütün tikililəri və adına olan torpaq sahələrini övladı olan X12 vəsiyyət etmək istədiyini bildirmiş və Qəbələ rayonu Dövlət Notariat Kontorunda xx xxxxxx 2006-cı ildə müvafiq Vəsiyyətnamə tərtib edilmişdir. Atası X10 xx.xx.2008-ci ildə vəfat etdiyinə görə anası X5 məxsus Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən yaşayış evini, bütün tikililəri və adına olan torpaq sahələrini övladı olan ona vəsiyyət etmək üçün Qəbələ rayonu Dövlət Notariat Kontoruna müraciət etmiş və Notariat Kontorunda xx xxxx 2009-cu il tarixində müvafiq Vəsiyyətnamə tərtib edilmişdir. Anası və atasına məxsus yuxarıda qeyd edilə bütün əmlaklar notarial qaydada qəbul edildikdən sonra müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələlri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən seriya RX № ******* Çıxarışı ona təqdim edilmişdir. Yuxanda qeyd edilən Çıxarış ona təqdim edildikdən sonra o, artıq iki ilə yaxındır ki. xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0.675 hektar torpaq sahəsindən əmisi X16 və onun ailə üzvləri tərəfindən edilən qanunsuz müdaxilə nəticəsində istifadə edə bilmir. Bununla bağlı onlarla dəfələrlə izahedici söhbətlər aparsa da onlar yenə də öz qanunsuz hərəkətlərini davam etdirirlər. Məhkəmə iclasında iştirak edən İddiaçıoviç iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddianı qəbul etməyərək göstərdi ki, Qəbələ rayon, Nic qəsəbəsində yerləşən bəhs olunan torpaq sahəsi onların mülkiyyətindədir. Bu mülkiyyət hüququnu təsdiq edən sənədləri də var. Onların atasının tək vərəsəsi İddiaçıoviç deyil. Onlar 8 qardaşdılar. Sənədlərdə torpağın hamısının iddiaçının mülkiyyəti kimi göstərilməsi texniki səhvdir. Bu səbəblərdən də iddiaçının tələbləri tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X14 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçıoviçin tələbləri tamamilə əsassızdır. İddiaçı həmin torpaq sahəsi ilə bağlı saxta sənədlər düzəltdirib, əksinə onların mülkiyyətində olan torpaq sahəsini zəbt etmək istəyir. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X16 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçıoviçin tələbləri tamamilə əsassızdır. Qəbələ rayon, Nic qəsəbəsində yerləşən bəhs olunan torpaq sahəsi ümumi birgə mülkiyyətdədir. Bu mülkiyyət hüququnu təsdiq edən sənədləri də var. O, və onun ailə üzvləri iddiaçının torpaq sahəsini zəbt etməmiş, özlərinə məxsus torpaq sahəsində yerləşirlər. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mübahisənin tam və ədalətli həlli, habelə xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışına əsasən Qəbələ rayonu Nic kəndində İddiaçıoviçin tam mülkiyyətində olan 0,675 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi cavabdehlər X14, X7 və X16 tərəfindən zəbt olunmuşdurmu? Zəbt olunmuşdursa həmin torpaq sahəsindən iddiaçının istifadə etməsinə cavabdehlər tərəfindən hər hansı bir (tikili, hasara alma, qurğu və s.) maneə törədilmişdirmi? Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin verdiyi xx.xx.2020-ci il tarixli 210 saylı rəydən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X17 tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışda qeyd edilən 0.675 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmədiyindən mübahisəli torpaq sahəsinin naturada coğrafi yerləşmə mövqeyini təyin etmək mümkün olmamışdır. Sözügedən sənədin işlənməmə səbəbi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X17 tərəfindən xx xxxxxx 2018-ci il tarixli **********69 nömrəli məktubu qeyd olunmuşdur. Bu səbəbdən mübahisəli ərazi barədə Ekspert rəyi hazırlanmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan (reyestr nömrəsi – **********15; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2018-ci il) görünür ki, Qəbələ rayonu Nic kəndində yerləşən 0,675 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində İddiaçıoviçin tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 47 nömrəli vərəqinə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan (reyestr nömrəsi – **********97; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2015-ci il) görünür ki, Qəbələ rayonu Nic kəndində yerləşən 0,5745 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X16, X7, X14, X13 və X1 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 120 nömrəli reyestr kitabının 61 nömrəli vərəqinə qeydiyyata alınmışdır. Məhkəmə iddianın “torpaq sahəsinin qaytarılması” tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən mübahisəli 1.20 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi Qəbələ rayonu X2 xx xxxxxx 1999-cu il tarixli, 04 saylı qərarı ilə iddiaçının mərhum atası X10 və mərhum anası X8 birgə mülkiyyətinə verilmişdir. Valideynləri vəfat etdikdən sonra həmin torpaq sahəsinin 0,675 ha hissəsi vəsiyyət üzrə vərəsəlik əsasında İddiaçıoviçin mülkiyyətinə keçmişdir. Hazırda iddiaçı ona məxsus torpaq sahəsindən istifadəyə X14, X7 və X16 tərəfindən maneələr törədildiyini iddia edir və törədilmiş maneələrin aradan qaldırılması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Cavabdehlər isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Qəbələ rayonu Nic kəndində yerləşən 0,5745 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının olduğunu göstərib, İddiaçıoviçə məxsus 0,675 ha torpaq sahəsinin zəbt etmədiklərini bildirmişlər. Məhkəmə hesab edir ki, İddiaçıoviç cavabdehlər tərəfindən mülkiyyətində olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0.675 hektar torpaq sahəsindən istifadə hüququnun həyata keçirilməsinə edilən qanunsuz maneənin məhkəmə qaydasında aradan qaldırılması, cavabdehlər tərəfindən qanunsuz müdaxilə nəticəsində torpaq sahəsindən isitifadə edə bilmədiyinə görə ona vurulmuş maddi və mənəvi ziyanın məhkəmə qaydasında hesablanaraq ona ödənilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş, manelərin nədən ibarət olduğu, ümumiyyətlə torpaq sahəsini cavabdehlər tərəfindən zəbt etdiklərini, həmçinin vurulmuş ziyanın səbəbi və məbləği ilə bağlı əsaslı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeydedilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçıoviçin cavabdehlər X14, X7 və X4rşı “torpaq sahəsindən istifadəyə edilən maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçıoviçdən tutularaq Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddiaçıoviçin cavabdehlər X14, X7 və X4rşı “torpaq sahəsindən istifadəyə edilən maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçıoviçdən tutularaq Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Elman İsayev