Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-22/2023 06.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar Əfəndı̇ yev Tahı̇ r Əhmədı̇ yə oğlunun və Müştaqov Zaməddı̇ n Veysəl oğlunun Cavabdeh və maraqlı şəxs Qəbələ rayon Aydınqışlaq Bələdiyyəsinə qarşı “yolun açılmasına törədilən maneələrə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçılar Müştaqov Zaməddı̇ n Veysəl oğlunun və Əfəndı̇ yev Tahı̇ r Əhmədı̇ yə oğlunun iştirakları ilə, İddiaçılar Əfəndı̇ yev Tahı̇ r Əhmədı̇ yə oğlunun və Müştaqov Zaməddı̇ n Veysəl oğlunun Cavabdeh və maraqlı şəxs Qəbələ rayon Aydınqışlaq Bələdiyyəsinə qarşı “yolun açılmasına törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinə qarşı “yol yerinin açılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən ********** və ********** qeydiyyat nömrəli çıxarışlar üzrə 0.35 ha və 0.38 ha torpaq sahəsinə gediş-gəliş üçün yolun açılmasına törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdır ki, torpaq islahatı keçirilən zaman Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 29 saylı qərarı ilə mənə İddiaçı2 və digər ailə üzvlərimizə 0.35 ha torpaq sahəsi verilmişdir. Eyni tarixdə eyni qərarla ona - İddiaçı1 və digər ailə üzvlərinə 0.38 ha torpaq sahəsi verilmişdir. Torpaq sahələri İddiaçı1 adına ********** qeydiyyat nömrəli və İddiaçı2 adına ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Hər iki mülkiyyətə verilmiş torpaq sahələrinə yol yerinin (gediş-gəliş yolunun) olmaması səbəbindən Aydınqışlaq bələdiyyəsinə müraciət edilmiş və razılıq verlmişdir. Razılıqdan müəyyən müddət keçməsinə baxmayaraq yolun açılmasına nail ola bilməmişlər. Cavabdeh həmin ərazidə olan bələdiyyəyə məxsus torpaq sahəsini yol yerinin açılması üçün nəzərdə tutulan sahə ilə birlikdə kənarını hasarlamaqla zəbt etmişdir. Dəfələrlə yolun açılmasına törətdiyi maneələrdən yayınmağı təklif etsələr də, nəticəsi olmamış, əksinə yolun açılmasına imkan verməyəcəyini bildirmişdir. Aydınqışlaq bələdiyyəsi müracətimiz əsasında cavabdehlə söhbət aparmış, ancaq yolun açılmasına razılıq verməmişdir. Bələdiyyənin xx.xx.2022-ci il tarixli 01 saylı məktubu ilə bu fakt təsdiq edilir. Cavabdehin yolun açılmasına törətdiyi maneələr səbəbindən torpaq üzərində mülkiyyət hüququ həyata keçirə bilmirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələblərini qəbul etməyərək izahatında bildirmişdir ki, o, və ailə üzvləri heç bir yol yerini zəbt etməmişdir. İddiaçıları yol yeri olaraq tələb etdikləri torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Bu barədə onlara Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli, 26 nömrəli qərarına əsasən JN-395F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə də verilmişdir. İddiaçıların hazırki iddia tələbi birbaşa onun mülkiyyət hüquqlarını pozur. Mübahisəli torpaq sahəsi onun mülkiyyətindədir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinin nümayəndəsi - sədri Nümayəndə izahatında bildirdi ki, mübahisəli ərazidə üç torpaq sahəsi yerləşir. Bu torpaq sahələrindən ikisi iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində, üçüncüsü isə onların həmkəndlisinin mülkiyyətindədir. Həmin şəxs iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. İddiaçıların torpaq sahələri üçün xəritədə yol yeri nəzərdə tutulmamışdır. Lakin Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin yuxarı hissəsində Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinə məxsus torpaq sahəsi yerləşir, həmin ərazi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh şərait yaradarsa həmin ərazidən iddiaçıların torpaq sahəsinə yol açmaq mümkündür. Odur ki, müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və maraqlı şəxs Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçılarının “yolun açılmasına törədilən maneələrə son qoyulması” tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********62 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı2 Qəbələ rayonu, Aydınqışlaq kəndində yerləşən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 232 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********24 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı1 Qəbələ rayonu, Aydınqışlaq kəndində yerləşən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 232 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. İşdə olan JN-395F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli, 26 nömrəli qərarına əsasən, Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Aydınqışlaq kəndində 1.07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Aydınqışlaq Bələdiyyəsi tərəfindən verilmiş 01 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Qəbələ rayon X1 kənd sakinləri Əfəndı̇ yev Tahı̇ r Əhmədı̇ yə oğlu və Müştaqov Zaməddı̇ n Veysəl oğlu tərəfindən onların mülkiyyətində olan torpağına gediş-gəliş yolun olmaması səbəbindən bələdiyyə torpağından yol açılması ilə bağlı müraciət olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, həmin yol açılacaq bələdiyyə torpağı Cavabdeh zəbtindədir. Cavabdehla aparılan aparılan söhbətlərə baxmayaraq bələdiyyə torpağından yolun açılmasına razılıq vermir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb edilmiş və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı?
2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 25 oktyabr 2022-ci il tarixli, **********14 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki;
1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmamışdır.
2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazi Cavabdeh və Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinin mülkiyyətidir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddianın dəlillərinə aydınlıq gətirmək məqsədi ilə məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 25 oktyabr 2022-ci il tarixli, **********14 saylı mütəxəssis rəyii nəzərə alınaraq məhkəmə təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı?
2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8654 saylı ekspertiza rəyi ilə müəyyən edilir ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir
1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmamışdır.
2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazi Cavabdeh və Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinin mülkiyyətidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********62 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı2 Qəbələ rayonu, Aydınqışlaq kəndində yerləşən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 232 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********24 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı1 Qəbələ rayonu, Aydınqışlaq kəndində yerləşən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 232 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçılar Cavabdeh və maraqlı şəxs Qəbələ rayon Aydınqışlaq Bələdiyyəsinə qarşı “yolun açılmasına törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən ********** və ********** qeydiyyat nömrəli çıxarışlar üzrə 0.35 ha və 0.38 ha torpaq sahəsinə gediş-gəliş üçün yolun açılmasına törədilən maneələrə son qoyulmasını tələb edir. Cavabdeh isə Qəbələ rayonu Aydınqışlaq kəndində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahələrinin onun və maraqlı şəxs Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinin mülkiyyətdə olduğunu göstərib, iddiaçılara məxsus torpaq sahəsinə gedən yol yerini zəbt etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar onların xüsusi mülkiyyətlərində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********62 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu, Aydınqışlaq kəndində yerləşən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********24 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu, Aydınqışlaq kəndində yerləşən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən açılması tələbi ilə məhkəməyə müraciət etsələr də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri ümumiyyətlə nəzərdə tutulmadığı, eyni zamanda iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi torpaq sahəsinin Cavabdeh və Qəbələ rayon Aydınqışlaq Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin olması müəyyən edilmişdir. Beləliklə, iddiaçılar Əfəndı̇ yev Tahı̇ r Əhmədı̇ yə oğlu və Müştaqov Zaməddı̇ n Veysəl oğlu irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar Əfəndı̇ yev Tahı̇ r Əhmədı̇ yə oğlunun və Müştaqov Zaməddı̇ n Veysəl oğlunun Cavabdeh və maraqlı şəxs Qəbələ rayon Aydınqışlaq Bələdiyyəsinə qarşı “yolun açılmasına törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçılar Əfəndı̇ yev Tahı̇ r Əhmədı̇ yə oğlundan və Müştaqov Zaməddı̇ n Veysəl oğlundan oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ
İddiaçılar Əfəndı̇ yev Tahı̇ r Əhmədı̇ yə oğlunun və Müştaqov Zaməddı̇ n Veysəl oğlunun Cavabdeh və maraqlı şəxs Qəbələ rayon Aydınqışlaq Bələdiyyəsinə qarşı “yolun açılmasına törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçılar Əfəndı̇ yev Tahı̇ r Əhmədı̇ yə oğlundan və Müştaqov Zaməddı̇ n Veysəl oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elman İsayev