Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-225/2021 25.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh (Şirinov) Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh (Şirinov) Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından xx xxxxx 2012-ci ildə anadan olmuş Şirinova Ayşə Cavabdeh qızının 18 yaşı tamam olan günədək saxlanması üçün Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə təyin olunmuş 70 manat alimentin miqdarının artırılmasına, cavabdeh Şirinov Cavabdeh hər ay üzrə uşağa 170 (bir yüz yetmiş) manat miqdarında alimentin onun xeyrinə alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon məhkəməsinin xx.xx.2016cı il tarixli 2(025)-975/2016 saylı qətnaməsi ilə cavabdehlə olan xx.xx.2011-ci ildə Balakən rayon Qeydiyyat şöbəsində bağlanmış nikahları pozulmuş, birgə nikahlarından xx.xx.2012-ci ildə anadan olmuş Ayşə adlı uşaqları onun himayəsində saxlanılmış, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində hər ay 70 (yetmiş) manat alimentin cavabdehdən alınıb onun xeyrinə verilməsi qət olunmuşdur. Alimentin bu miqdarının 4 ildən artıq bundan əvvəl təyin olunmasından sonra yaşam xərcləri və qiymətlər, o cümlədən də uşaqların saxlanması xərcləri rəsmi olaraq artmağa doğru dəyişmişdir. Bu səbəbdən təyin edilmiş alimentin miqdarının artırılması üçün müraciət edir. Alimentin miqdarının təyin edilməsindən sonra uşaqlarının saxlanması xərcinin rəsmi olaraq bir neçə dəyişməklə artması, uşağı ilə birlikdə çətin maddi durumda, özü də maddi yardıma ehtiyacı olan qoca və ahıl anasının hesabına və maddi köməkliyi ilə yaşaması, işləməməsi, heç bir qazanc, gəlir yerinin olmaması, uşağının məktəbli olması, həmin miqdar alimentin uşağın cəmisi on günlük minimum maddi tələbatını ödəməyə kifayət etməsi, cavabdehin maddi imkanlarının kifayət qənaətbəxş olması, daimi qazanc və gəlirlərinin olması və digər hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh (Şirinov) Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını cavabdehin iştirakı olmadan keçirməyi məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-ci il tarixli 2(025)-975/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Şirinov Cavabdeh arasında xx xxxxxx 2011-ci il tarixdə Balakən rayonu Qeydiyyat şöbəsində bağlanaraq 181 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxxx 2012-ci il tarixdə anadan olmuş Şirinova Ayşə Cavabdeh qızının anası İddiaçı himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə Şirinov Cavabdeh xx xxxxx 2016-cı il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 70 (yetmiş) manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Balakən rayonu Qazma kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şirinzadə Ayşə Cavabdeh qızı xx.xx.2012-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 18 № ilə qeyd edilmişdir. Atası Şirinov Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2016ci il tarixli, AZ-İ seriyalı, 209019 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Şirinov Cavabdeh ilə İddiaçı arasında nikahın pozulması xx xxxxxx 2016-ci il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 55 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Şirinova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Vəndam qəsəbə inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1126 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır və Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş və Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx xxxxx 2012-ci il təvəllüdlü Şirinova Ayşə Cavabdeh qızı adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşaqları xx xxxxx 2012-ci il təvəllüdlü Şirinova Ayşə Cavabdeh qızı ananın yanındadır. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-ci il tarixli 2(025)-975/2016 saylı qətnaməsinə əsasən İddiaçı ilə Şirinov Cavabdeh arasında xx xxxxxx 2011-ci il tarixdə Balakən rayonu Qeydiyyat şöbəsində bağlanaraq 181 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxxx 2012-ci il tarixdə anadan olmuş Şirinova Ayşə Cavabdeh qızının anası İddiaçı himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə Şirinov Cavabdeh xx xxxxx 2016-cı il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 70 (yetmiş) manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı 70 manat məbləğində alimentin uşağın minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan xx xxxxx 2012-ci il təvəllüdlü Şirinova Ayşə Cavabdeh qızının saxlanması üçün 170 manat aliment tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını nəzərə alaraq xx xxxxx 2012-ci il təvəllüdlü Şirinova Ayşə Cavabdeh qızının saxlanılması üçün cavabdeh (Şirinov) Cavabdeh hər ay tutulan alimentin məbləğinin qismən artırılmasını, cavabdehdən hər ay sabit pul məbləğində 140 (bir yüz qırx) manat aliment tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 170 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övlada baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-ci il tarixli 2(025)-975/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, cavabdeh (Şirinov) Cavabdeh xx xxxxx 2012-ci il təvəllüdlü Şirinova Ayşə Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində - 140 (bir yüz qırx) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-ci il tarixli 2(025)-975/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh (Şirinov) Cavabdeh xx xxxxx 2012-ci il təvəllüdlü Şirinova Ayşə Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində - 140 (bir yüz qırx) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh (Şirinov) Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-225/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-225/2021
25.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver