Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-23/2022 09.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı "yol yerinin açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X6rşı "yol yerinin açılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarı və JN-344F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onların mülkiyyətinə verilmiş 0,42 ha torpaq sahəsinə cavabdeh X11 tərəfindən törədilən manelərə son qoyulması, gediş-gəliş yolunun və cavabdeh tərəfindən tutulmuş yol yerinin açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 17.06.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, X10 əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasl MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə 17 iyun 2021-ci il tarixdə keçirilən iclasda X10 mülki iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarı ilə ailə üzvlərinə 0,42 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə gedən yol yerini cavabdeh X11 zəbt etmiş və bağlamışdır, həmin torpaq sahəsinə gedən yolun açılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq yol yerinin açmayacağını birdaha bildirmişdir. Belə olan halda da onun öz torpağına gedən yol yeri bağlanmış sayılır. Bundan başqa onlar dəfələrlə bələdiyyəyə və digər idarə və təşkilatlara məlumat vermişlər və heç bir nəticəsi olmamışdır. Ona görə də onlar məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək, mütəxəssis rəyləri və ekpsertiza rəyi ilə tanış olduqlarını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh və üçüncü şəxs X11 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh həmçinin 50 306 72 19 mobil telefon nömrəsinə, üçüncü şəxs X11 50 306 72 19 “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşlar. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-344F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 25 nömrəli qərarına əsasən İddiaçı1 Qaraqinoviçin, X4, X3, X7, X8, X5 və X1 ümumi birgə mülkiyyətinə 0,42 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09.06.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, Cavabdeh adına Qəbələ rayonu, Nic qəsəbəsində 0,47 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən 07.02.2013cü il tarixdə 406-66/137 nömrəli «Fərdi yaşayış evi»nin texniki pasportu tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 08 iyul 2021-ci il tarixli, **********50 nömrəli mütəxəssis rəyində göstərilmişdir: Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarı ilə İddiaçı1 və 6 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN- 344F (Kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,42 ha torpaq sahəsinə Ərazi İdarəsində mövcud olan elektron kadastr (dwg) məlumat bazasında gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına görə gediş-gəliş üçün nəzərdə tutulmuş yol cavabdeh tərəfindən tutulmuş və faktiki olaraq onun istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 09.06.2021-ci il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” nəzərə alınmaqla cavabdehin mülkiyyətinə toxunmadan yol yerinin açılması mümkündür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 sentyabr 2021-ci il tarixli, **********72 nömrəli mütəxəssis rəyində göstərilmişdir: Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarı ilə İddiaçı1 və 6 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-344F (Kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,42 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və reallıqda həmin yol yeri cavabdeh tərəfindən istifadə olunur. Nəzərdə tutulmuş gediş-gəliş yerinə dair sahə və ölçülər tərtib edilmiş sxemdə öz əksini tapmışdır. Nəzərdə tutulmuş gedişgəliş yeri cavabdehin istifadəsindədir. Həmin gediş-gəliş yeri (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09.06.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış» nəzərə alınmaqla) cavabdehin mülkiyyətinə verilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.01.2022-ci il tarixli, 10/5992 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi İlkin Əzizovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarı ilə İddiaçı1 və 6 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-344F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən mülkiyyətlərinə verilmiş 0,42 hektar torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsinə nəzərdə tutulmuşdur və reallıqda həmin yo yeri cavabdeh tərəfindən istifadə olunur. Nəzərdə tutulmuş gediş-gəliş yerinə dair sahə və ölçülər tərtib edilmiş sxemdə öz əksini tapmışdır. (mütəxəssis rəyinə əlavə edilmiş sxem 3). Nəzərdə tutulmuş gediş-gəliş yeri cavabdehin istifadəsindədir. Həmin gediş-gəliş yeri (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09.06.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ı nəzərə alınmaqla) cavabdehin mülkiyyətinə verilməmişdir. (mütəxəssis rəyinə əlavə edilmiş sxem 4). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 və onların ailə üzvlərinin mülkiyyətinə Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 25 nömrəli qərarına əsasən JN- 344F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən 0,42 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin iddiçılar, həmin torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər. İddiaçılar həyətyanı torpaq sahələrinə gediş-gəliş yoluna cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmasını, cavabdeh tərəfindən tutulmuş yol yerinin açılmasını tələb edirlər. Cavabdeh isə yol yerinin onun mülkiyyətində olduğunu, iddiaçılara heç bir maneəçilik törətmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.01.2022-ci il tarixli, 10/5992 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi İlkin Əzizovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarı ilə İddiaçı1 və 6 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN- 344F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən mülkiyyətlərinə verilmiş 0,42 hektar torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsinə nəzərdə tutulmuşdur və reallıqda həmin yo yeri cavabdeh tərəfindən istifadə olunur. Nəzərdə tutulmuş gediş-gəliş yerinə dair sahə və ölçülər tərtib edilmiş sxemdə öz əksini tapmışdır. (mütəxəssis rəyinə əlavə edilmiş sxem 3). Nəzərdə tutulmuş gediş-gəliş yeri cavabdehin istifadəsindədir. Həmin gediş-gəliş yeri (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09.06.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ı nəzərə alınmaqla) cavabdehin mülkiyyətinə verilməmişdir. (mütəxəssis rəyinə əlavə edilmiş sxem 4). Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü madəsi təşkil edir. Həmin maddənin tələbinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən maddənin dispozitiv şərtlərinə görə iddia qaldırmış şəxs ya mülkiyyətçi, ya da əmlakın qanuni sahibi olmalı və onun mülkiyyətinə və ya qanuni sahibliyində olan əmlaka qəsd və ya başqa maneə mövcud olmalıdır. Beləliklə, iddiaçının iddia tələbindən görünür ki, iddiaçılar həyətyanı torpaq sahələrinə gedən yolun istifadəsinə cavabdeh tərəfindən törədilən manelərə son qoyulmasını və yol yerinin açılmasını tələb edir. Hazırkı iddia tələbi üzrə ekspert rəyindən və mütəxəssis rəylərindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların ailə üzvlərinə məxsus 0,42 ha həyətyanı torpaq sahələrinə gedən yol ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və reallıqda həmin yo yeri cavabdeh tərəfindən istifadə olunur. Həmçinin iddiaçıların həyətyanı torpaq sahələrinə gedən yol ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və müəyyən edilən yol yeri cavabdehin mülkiyyətində deyil. Göründüyü kimi ekspert rəyindən və mütəxəssis rəylərindən də müəyyən edilir ki, iddiaçıların həyətyanı torpaq sahələrinə gedən yol yeri cavabdehin mülkiyyətində deyil və cavabdeh tərəfindən bağlanmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia etdikləri və mülkiyyətlərində olan 0,42 ha həyətyanı torpaq sahələrinə gediş-gəliş yolu ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və faktiki olaraq mövcuddur. Reallıqda həmin yol yeri cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh həmin yol yerinin onun mülkiyyəti olduğunu qeyd etsə də, ekspert rəyindən göründüyü kimi həmin yol yeri cavabdehin mülkiyyətində deyil və cavabdeh bunun əksini sübut edəcək heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim etməmişdir. İddiaçılar yol yerinin açılmasını tələb edir və ekspert və mütəxəssis rəylərinə əsasən də müəyyən olunmuşdur ki, həmin yol yeri cavabdeh tərəfindən bağlanmışdır. Bu səbəbdən iddiaçılar sözügedən yol yerindən istifadə edə bilmir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçılarnın mülkiyyətində olan torpaq sahələrinə gedən yol yeri açılmalı və həmin yol yerinə cavabdeh tərəfindən maneələrə son qoyulmalıdır. Beləliklə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneə mövcud olduğundan iddia əsaslıdır və bu səbəbdən iddia tələbi təmin edilməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İşdə olan mütəxəssis rəylərinə və ekspert rəyinə əsasən iddiaçılara məxsus torpaq sahələrinə gedən yol yerinin cavabdehin faktiki istifadəsində olması və cavabdeh tərəfindən tutulmuşdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis və ekspert rəylərinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, JN-344F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı1 Qaraqinoviçin, X4, X3, X7, X8, X5 və X1 birgə mülkiyyətinə verilmiş 0,42 ha torpaq sahəsinə gediş-gəliş yolu (mütəxəssis rəyinə əlavə edilmiş sxem 3 nəzərə alınmaqla) cavabdeh tərəfindən açılmalı və cavabdeh tərəfindən yol yerindən istifadəyə törədilən maneələrə son qoyulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. JN-344F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı1 Qaraqinoviçin, X4, X3, X7, X8, X5 və X1 birgə mülkiyyətinə verilmiş 0,42 ha torpaq sahəsinə gediş-gəliş yolu (mütəxəssis rəyinə əlavə edilmiş sxem 3 nəzərə alınmaqla) cavabdeh tərəfindən açılsın və cavabdeh tərəfindən yol yerindən istifadəyə törədilən maneələrə son qoyulsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-23/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-23/2022
09.03.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver