Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-23/2024 25.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətdə olan torpaq sahəsinə gedən kənddaxili yol ərazisində yerləşən tikililərin sökülərək gediş-gəliş yolunun açılması və ərazinin bundan sonra tutulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və İddiaçı1 iştirakı ilə, iddiaçılar, İddiaçı1 və qeyrilərinin cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı mülkiyyətdə olan torpaq sahəsinə gedən kənddaxili yol ərazisində yerləşən tikililərin sökülərək gediş-gəliş yolunun açılması və ərazinin bundan sonra tutulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar, İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı mülkiyyətdə olan torpaq sahəsinə gedən kənddaxili yol ərazisində yerləşən tikililərin sökülərək gediş-gəliş yolunun açılması və ərazinin bundan sonra tutulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia qaldıraraq Qəbələ rayonu Çuxur- Qəbələ kəndində yerləşən JN-185 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,21 ha JN-185 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,55 ha həyətyanı torpaq sahəsinə gedən yol ərazisində inşa edilmiş bütün tikililərin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hesabına sökülərək gediş-gəliş yolunun açılması və ərazinin bundan sonra tutulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiıə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yaşayır. Torpaq islahatı nəticəsində ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Çuxur-Qəbələ kəndində biri-biri ilə həmsərhədd yerləşən 0,21 ha və 0,55 ha həyətyanı torpaq sahələri verilib ərazisi JN-185 A saylı və JN-185B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməydə göstərilən plan əsasında təhkim edilmişdir. O, ailə üzvləri ilə birlikdə uzun müddət RF Sank-Peterburq şəhərində yaşamış və torpaq sahəsindən istifadə etməmişdir. Həmin torpaq sahələrinə gedən gediş-gəliş yolundan müvəqqəti olaraq istifadə olunmadığından yol ərazisi Cavabdeh1 tərəfindən zəbt edilərək ailə üzvlərinə məxsus olan torpaq sahəsinə qatılmışdır. Cavabdeh1 gediş-gəliş yolunun açılmasını dəfələrlə tələb etsə də, indiyədək göstərdiyi səylər nəticəsiz qalmışdır. Ona görə də, ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu Çuxur-Qəbələ kəndində yerləşən JN-185 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,21 ha JN-185 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,55 ha həyətyanı torpaq sahəsinə gedən yol ərazisində inşa edilmiş bütün tikililərin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hesabına sökülərək gediş -gəliş yolunun açılması və ərazinin bundan sonra tutulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması haqqında iddia qaldırmışdır. İşdə olan JN-185 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Çuxur-Qəbələ kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsi İddiaçı1, X6, X1, X2 və Cəbrayılov X3 ümumi birə mülkiyyətindədir. İşdə olan JN-185 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Çuxur-Qəbələ kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsi İddiaçı1, X6, X1, X2 və Cəbrayılov X3 ümumi birə mülkiyyətindədir. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1201 saylı ekspert rəyində göstərilmişdir ki, Qəbələ rayonu Çuxur-Qəbələ kəndində yerləşən JN-185 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,21 ha JN-185 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,55 ha həyətyanı torpaq sahəsinə gedən yol yeri cavabdehlərin istifadəsindədir. Həmin yol yerinin kənarları cavabdehlər tərəfindən daş hasar və kol çəpər ilə bərkidilmişdir və torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən əraziyə başqa yerdən yol yeri nəzərdə tutulmamışdır; Qəbələ rayonu Çuxur Qəbələ kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən yol yerinin eni 12,0 metr, uzunluğu 35,0 metr olmaqla 420,0 kv/m sahə ( AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6348/2023 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 4 nömrəli Yerquruluşu planında qırmızı xətlərlə işarələnmiş ərazi )cavabdehlər tərəfindən istifadə olunur. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Qəbələ rayonu Çuxur-Qəbələ kəndində yerləşən JN-185 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,21 ha JN-185 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,55 ha həyətyanı torpaq sahəsinə gedən yol yeri zəbt olunmuşdur. Əraziyə başqa yerdən yol yeri nəzərdə tutulmamışdır və faktiki olaraq heç yerdən yol yoxdur. AR Mülki Məcəlləsinin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. AR Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinə əsasən ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aiddir. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması( zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, mübahisəli ərazi ümumi istifadədə olan torpaqlara aid olmaqla bələdiyyə mülkiyyətinə daxil olduğundan cavabdehlər tərəfindən zəbt edilməsi qanunsuz olmuşdur. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Qəbələ rayonu Çuxur-Qəbələ kəndində yerləşən JN-185 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,21 ha və JN-185 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,55 ha həyətyanı torpaq sahəsinə gedən yol ərazisində ( AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6348/2023 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 4 nömrəli Yerquruluşu planında qırmızı xətlərlə işarələnmiş 12,0 metr eni, 35,0 metr uzunluğu, ümumi sahəsi 420,0 kv/m olan torpaq sahəsində) inşa edilmiş daş hasar və qurulmuş kol çəpəri öz hesablarına sökərək gediş -gəliş yolunu açmalı və iddiaçılar, İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə qəsd edən ümumi istifadədə olan gediş-gəliş yolunun bundan sonra tutulmasına yönəlmiş qanunsuz hərəkətlərdən çəkinməlidirlər. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçılar, İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətdə olan Qəbələ rayonu Çuxur-Qəbələ kəndində yerləşən JN-185 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,21 ha və JN-185 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,55 ha həyətyanı torpaq sahəsinə gedən yol ərazisində ( AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6348/2023 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 4 nömrəli Yerquruluşu planında qırmızı xətlərlə işarələnmiş 12,0 metr eni, 35,0 metr uzunluğu, ümumi sahəsi 420,0 kv/m olan torpaq sahəsində) inşa edilmiş daş hasar və qurulmuş kol çəpər cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hesabına sökülərək gediş -gəliş yolu açılsın və həmin ərazidən gediş-gəliş yolu kimi istifadə edilməsinə törədilən maneçilik aradan qaldırılsın. Cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 50,0 manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1(bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(025)-23/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-23/2024
25.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver