Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-25/2022 04.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin sənədləşdirilməsi və istifadəsinə dair manelərə son qoyulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Torpağa sahəsinin sənədləşdirilməsi və istifadəsinə dair manelərə son qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-336F KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında xüsusi mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən qanunsuz meneələrə son qoyulması və torpaq sahəmin istifadəsində olan maneələrin aradan qaldırılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.1967-ci ildə Qutqaşen (indiki Qəbələ) şəhərində anadan olmuşdur. 1994-cü ildə X2 ilə nikaha daxil olaraq ailə qurmuş və ərinin soyadı olan “Məhərrəmova” soyadını qəbul etmişdir. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə ona Qəbələ rayonu ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsinə görə ona JN-336 F, KOD 40601004 saylı Torpağın ftıülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Sonradan JN-336 F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni itirmişdir. Bu barədə 13 avqust 2018-ci il tarixdə “Qəbələ” qəzetində elan dərc edilmiş, bundan sonra Qəbələ rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Qəbələ rayon Polis Şöbəsində bu barədə axtarış tədbirləri keçirilmiş, lakin 17 avqust 2018-ci il tarixədək itmiş sənəd barədə heç bir məlumat Qəbələ RPŞ-yə daxil olmamışdır. Bu məqsədlə Şəhadətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsindən surətinin alınması və çıxarış almaq barədə müraciət etmişdir. Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, onun adı yəni-X1 ata adı səhvən “Rümən” kimi yazılmışdır. Şəhadətnamədə adda olan səhvin düzəldilməsinə görə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş və 08.07.2020-ci il tarixli, 2(025)-614/2020 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilmiş Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə Qəbələ rayonu ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsinə görə JN-336 F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona yəni-Məhərrəmova (Rüstəmova) Vüsalə Rüstəm qızma məxsus olması faktı müəyyən edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 08.07.2020-ci il tarixli, 2(025)-614/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra torpaq sahəsinə mülkiyyət sənədi çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişəm. Müraciətinə əsasən Ərazi İdarəsinin mütəxəssisləri mülkiyyətində olan torpaq sahəsinin texniki inventarlaşdırılması üçün əraziyə gəlmiş, lakin qardaşı Cavabdeh1 və onun həyat yoldaşı X3 tərəfindən əsası olmayan söz-söhbətlə maneələr yaradılmış, mübahisə olduğundan ölçmə işlərinin aparılması mümkün olmamışdır. Ona görə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi 02.10.2020-ci il tarixli **********69 nömrəli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina verilməsi barədə Bildiriş verilmişdir. Onun torpaq sahəsi ilə qardaşı İmranın torpaq sahələri bitişik formadadır və qonşudurlar. Torpaq sahələri bitişik olduğundan ətrafı dövlət tərəfindən daş hasarla hörülmüşdür. Əvvəllər onun torpaq sahəsinə də qardaşı baxdığından və torpaq sahəsinə olan giriş qapısının açarı da onda olmuşdur. Dəfələrlə torpaq sahəsin istifadəsində olan maneələrin aradan qaldırılmasına dair olan mübahisənin oz aralarında həll etmək istəsə də bu baş tutmamış, razılıq olmamışdır. O da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarından müəyyən olur ki, JN-336F saylı, kod 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən Qəbələ şəhərində İddiaçı Rümən qızının tam mülkiyyətinə 0.06 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 08.07.2020-ci il tarixli, 2(025)- 614/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X1 mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 336F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Məhərrəmova (Rüstəmova) Vüsalə Rüstəm qızına məxsus olması hüquqi faktı müəyyən edilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(025)-889/2021 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin ekspertlərinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. JN-336F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Qəbələ şəhərində İddiaçı tam mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuşdurmu?
2. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?
3. Zəbt edilmişdirsə həmin torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi? İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27.10.2021-ci il tarixli **********278 saylı məktubundan görünür ki, mülki İşin araşdırılması məqsədi İlə 03.09.2021-cl il tarixdə Şəki Layihə- Tədqiqat İdarəsinin mütəxəssisi Qəbələ şəhəri ərazisində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirmək üçün ərazidə olmuşdur. Cavabdehləri əvvəlcədən məlumat verilməsinə baxmayaraq, lakin onların iştirakı təmin olunmadığından, çöl ölçmə işlərinin aparılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Bundan sonra, Qəbələ Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(025)-889/2021 nömrəli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunaraq mütəxəssis rəyinin verilməsi "xxxx" MMC-nə həvalə edilmiş, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03nömrəli qərarı ilə İddiaçı tam mülkiyyətinə JN-336F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.06 ha torpaq sahəsinin hüdudları müəyyən edilsin.
2. Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03nömrəli qərarı ilə İddiaçı tam mülkiyyətinə JN-336F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.06 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmuşdurmu? Olunmuşdursa hansı həcmdə? (kordinatları müəyyən edilsin)
3. Əgər iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmuşdursa zəbt olunmuş sahədə hər hansı tikili var mı? İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 22.02.2022-ci il tarixli **********30 saylı mütəxəssis rəyindən görünür ki işin araşdırılması üçün DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri Qəbələ rayonu Qəbələ şəhərində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki,
1. Qəbələ AİK 26 Fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə JN-336F nömrəli (kod:********) "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən İddiaçı tam mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir (yerquruluşu planı 1).
2. Qəbələ AİK 26 Fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə JN-336F nömrəli (kod:********) "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən İddiaçı tam mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsindədir (yerquruluşu planı 2).
3. JN-336F nömrəli (kod :********) "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən İddiaçı tam mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər hansı bir tikili inşa edilməmişdir. Ekspertiza tədqiqatının dəyəri 95 manat təşkil edir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ şəhəribdə yerləşən 0.06 ha torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-336F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmişdir. Qəbələ şəhəribdə yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. Cavabdehlər qeyd olunan torpaq sahəsində sənədləşdirmə üçün ölçü işlərinin aparılmasına iddiaçıya maneə yaradır. Həmçinin həmin torpaq sahəsini zəbt edərək, torpaq sahəsindən istifadəyə iddiaçıya maneələr yaradır. Hazırda iddiaçı JN-336F KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında xüsusi mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən qanunsuz meneələrə son qoyulması və torpaq sahəsinin istifadəsində olan maneələrin aradan qaldırılmasını tələb edir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, məhkəmə araşdırması zamanı aparılan ekspertiza nəticəsində məlum oldu ki, iddiaçının mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdehlər tərəfindən maneələr yaradılmış, torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunaraq istifadəyə və sənədləşdirilmə işlərinin aparılmasına maneələr yaradılır. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və JN-336F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı tam mülkiyyətində olan Qəbələ rayonunda yerləşən 0.06 ha torpaq sahəsindən istifadəyə və sənədləşdirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulmalı, ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı qaytarılmalı, mütəxəssis tədqiqatının dəyəri olan 95 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət e t d i:
İddia təmin edilsin. JN-336F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı tam mülkiyyətində olan Qəbələ rayonunda yerləşən 0.06 ha torpaq sahəsindən istifadəyə və sənədləşdirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulsun. Ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı qaytarılsın. Mütəxəssis tədqiqatının dəyəri olan 95 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elman İsayev