Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-25/2024 20.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçıllar, Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, işdə iştirak edən şəxslər, Nümayəndə1, İddiaçı2, İddiaçı3 və Cavabdeh, Vəkil1 iştirakı ilə, iddiaçıllar, Nümayəndə1 və qeyrilərinin Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi və maddi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinə və iddiaçı Cavabdehlər, Nümayəndə1 və qeyrilərinə qarşı dəymiş zərərəin ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçıllar, Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi və maddi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq islahat nəticəsində ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş JN-338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsinin hüdudlarına tor və ağacla çəkilmiş çəpərin sökülməsi, ərazidən vaqon evin çıxarılaraq torpaq sahəsinin boşaldılması və istifadəsinə törədilən maneçilik aradan qaldırılması, o cümlədən mülkiyyətdən məhrumedilmə nəticəsində dəymiş 15.000,0 manat məbləğində maddi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdehlər, Nümayəndə1 və qeyrilərinə qarşı dəymiş zərərəin ödənilməsi tələbi barədə qarşılıqlı iddia qaldıraraq tələbi barədə iddia qaldıraraq istifadəsində olan JN-338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsində görülən çəpərləmə, torpaq işləri, göllərin qazılması və bənd çəkilməsinə sərf edilən 12550,0 manat məbləğində pulun cavabdehlər, Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə1 izahatında göstərmişdir ki, İslahat nəticəsində beş nəfərdən ibarət olan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq verilmiş və JN-338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən plan əsasında təhkim edilmişdir. Həmin torpaq sahəsi 2007-ci ildə Cavabdeh tərəfindən zəbt olunmuş və ətrafına tor və ağacla çəpər çəkilərək qanunsuz yolla sahiblənmişdir. Torpaq sahəsində vaqon ev qoyulmuş, meyvə ağacları əkilmiş və ərazisindən otlaq sahəsi kimi istifadə edilmişdir. Cavabdeh torpaq sahəsindən istifadəsinin qanunsuz olduğu dəfələrlə izah edilsə də, onun ərazidən çıxarılması üçün indiyədək göstərilən səylər nəticə verməmiş, aralarında mütəmadi olaraq baş verən münaqişə zamanı X4 ağır xəsarətlər almış və uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Ona görə də, ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş JN-338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsinin hüdudlarına tor və ağacla çəkilmiş çəpərin sökülməsi, ərazidən vaqon evin çıxarılaraq torpaq sahəsinin boşaldılması və istifadəsinə törədilən maneçilik aradan qaldırılması, o cümlədən mülkiyyətdən məhrumedilmə nəticəsində dəymiş 15.000,0 manat məbləğində maddi zərərin ödənilməsi barədə iddia qaldırmışdır. Cavabdeh izahatında göstərmişdir ki, JN-338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsini on yeddi il bundan qabaq X4 ilə razılaşma yolu ilə əldə etmişdir. Belə ki, torpaq sahəsi çayın sahili boyunca yerləşdiyindən sel sularından qorunması məqsədilə bənd çəkilməsi və digər torpaq işlərinin görülməsi X1 imkanı daxilində olmamış və valideynlərindən miras qalmış 3,0 ha həyətyanı torpaq sahəsi və iki fərdi yaşayış evindən ona düşən payla əvəzləşdirilmişdir. Torpaq sahəsi həmin vaxtdan onun istifadəsində olmuş, çəpərləmə, torpaq işləri, göllərin qazılması və bənd çəkilməsinə indiyədək cəmi 12550,0 manat məbləğində xərc çəkilərək qorunmuşdur. Ərazidə meyvə ağacları əkilməmiş və bağ salınmamışdır. Torpaq sahəsini subasmadan qorumaq məqsədilə hüdudları boyunca kol bitkiləri əkilmiş və ərazinin daş və kəsəkdən təmizlənmiş hissəsindən ancaq otlaq məqsədilə istifadə olunmuşdur. Ona görə də, JN- 338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsində görülən çəpərləmə, torpaq işləri, göllərin qazılması və bənd çəkilməsinə sərf edilən 12550,0 manat məbləğində pulun cavabdehlər, Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tutularaq onun xeyrinə ödənilməsi haqqında iddia qaldırmışdır. . İşdə olan JN-338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X4, Nümayəndə1, İddiaçı2, X5, İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan AZ-İİ 249546 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 023/21-1 saylı Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Qiymətləndirici Rəyinə əsasən Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin dəyəri-çəpərləmə işləri üçün 3000 manat, torpaq işləri üçün 5500 manat, göllərin qazılması üçün 750,0 manat və bəndin salınması üçün 6000,0 manat olmaqla, ümumilikdə 12550,0 manat təşkil edir. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9137 saylı ekspert rəyinə əsasən JN-338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsi bütünlüklə Cavabdeh istifadəsindədir və ərazidə hər hansı bir tikili yoxdur. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Cavabdeh JN-338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsini 2007-ci ildə X4 ilə razılaşma yolu ilə əldə etdiyi müəyyən edilməmişdir. AR Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş ( zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh JN-338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsinə girmək və ərazidən hər hansı bir məqsədlə istifadə etmək hüququ olmamışdır. Ona görə də, Cavabdeh həmin torpaq sahəsində görülən çəpərləmə, torpaq işləri, göllərin qazılması və bənd çəkilməsinə çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ yoxdur. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh Nümayəndə1, İddiaçı2, İddiaçı3 və X3 ümumi birgə mülkiyyətində olan JN 338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsinin hüdudları boyunca kol, ağac və torpaq qalağı ilə çəkilmiş çəpəri öz hesabına sökməli və ərazini azad edərək qanuni sahiblərin öz əmlakından istifadəsinə törədilən maneçiliyi aradan qaldırmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçılar, Nümayəndə1 və qeyrilərinin Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi və maddi zərərin ödənilməsi barədə iddia tələbi qismən təmin olunsun: İddiaçılar, Nümayəndə1, İddiaçı2, İddiaçı3 və X3 ümumi birgə mülkiyyətində olan JN 338 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Tikanlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsinin hüdudları boyunca kol, ağac və torpaq qalağı ilə çəkilmiş çəpər Cavabdeh hesabına sökülsün və həmin torpaq sahəsi qanunsuz sahiblikdən azad edilərək istifadəsinə törədilən maneçilik aradan qaldırılsın. İddiaçı Cavabdehlər, Nümayəndə1 və qeyrilərinə qarşı dəymiş zərərəin ödənilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Cavabdeh 100,0 manat dövlət rüsumu alınıb Nümayəndə1 xeyrinə ödənilsin və 50,0 manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(025)-25/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-25/2024
20.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver