Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-250/2021 02.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2510.78 AZN əsas və 83.48 AZN faiz borcu olmaqla ümumilikdə cəmi 2594.26 AZN məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, “Nikoyl İKB “ ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 02.09.2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim edərək, Cavabdeh2 vəfat etdiyindən onun cavabdehlər sırasından çıxarılaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2510.78 AZN əsal və 83.48 AZN faiz borcu olmaqla ümumilikdə cəmi 2594.26 AZN məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, “Nikoyl İKB “ ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 3825 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 05 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 29 dekabr 2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 2718.29 USD Mərkəzi Bankın 29.12.2016-cı il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə ) konvertasiya edilməklə 4801.04 AZN təşkil edir, kreditin müddəti 28.02.2021-ci il tarixədək uzadılmışdır. Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019- cu il tarixli Fərmanına əsasən Cavabdeh1nən əsas borcu 1966.25 AZN azaldılmışdır. Bundan başqa "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün kredit müqaviləsi bağlanarkən borclu və zaminlər tərəfindən banka təqdim olunmuş borclu Cavabdeh1 məxsus **********23 telefon nömərəsinə 21.11.2019-cu il tarixdə və zaminlər Cavabdeh2 qızma məxsus **********0 telefon nömrəsinə və Cavabdeh3 **********54 telefon nömrəsinə 25.11.2019-cu il tarixdə smslər göndərilərək banka dəvət edilmişlər. Lakin borclu və zamin banka gəlməməməsi səbəbindən və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icra müddəti 31.12.2019-cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır. 2020-ci il dekabrın 08dək Cavabdeh1 banka 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2510.78 AZN əsas və 83.48 AZN faiz borcu olmaqla ümumilikdə cəmi 2594.26 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ASCdən 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 28 faizlə 24 ay müddətinə 3825 ABŞ dolları kredit götürmüşdür. 2016-cı ildə kredit müaviləsi üzrə qalıq borcu manata çevirdilər. Müqavilə üzrə onun ödənilməli olan qalıq borcu düzgün hesablanmamış, olduğundan çox borc tələb olunur. Odur ki, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ASC tərəfindən 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 24 ay müddətinə 3825 ABŞ dolları kredit verilmişdir. Həmçinin eyni tarixdə bank ilə Cavabdeh1 öhdəlikləri üzrə zaminlik müqaviləsi imzalamışdır. Müqavilə üzrə ödənilməli olan qalıq borcu düzgün hesablanmamış, olduğundan çox borc tələb olunur. Odur ki, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (sonradan kredit müqaviləsinə uyğun Borcalan və Zamin) arasında bağlanan 05.09.2014-cü il tarixli 5-MZ2-2-0-2976-14 saylı “bank hesab, kredit və zaminlik” müqaviləsinə əsasən Borc alana 3825 ABŞ dolları məbləğində illik 28 % olmaqla 24 ay müddətinə kredit verilmişdir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 nəzərdə tutulmuş öhdəliyinin tam həcmdə icra edilməsi üçün Cavabdeh1 ilə birlikdə cavabdehdir. İş materiallarında olan 05.09.2014-cü il tarixli 5-MZ2-2-0-2976-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 3825 USD məbləği illik 28 %-lə, 24 ay müddətinə aylıq 210 USD, sonuncu ay isə annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.12.2016-cı il tarixli kreditin restrukturizasiya edilməsi ilə bağlı Sazişə əsasən kreditin qalıq məbləği 4801.04 manat təşkil edir. Kredit müqaviləsinin müddəti – 79 ay, illik faiz dərəcəsi 22 % təşkil edir. İş materiallarında olan 5-MZ2-2-0-2976-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 4801.04 AZN məbləği illik 22 %-lə, 50 ay müddətinə aylıq 147.48 AZN, son ayda isə 147.59 AZN annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nn 05.09.2014-cü il tarixli 5-MZ2-2-0-2976-14 nömrəli kredit müqaviləsi üzrə 2510.78 manat əsas borcu, 83.48 manat faiz borcu olmaqla, cəmi 2594.26 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 08.12.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmənin 01.04.2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 05.09.2014-cü il tarixli 5-MZ2-2-0-2976-14 №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan əsas borc və faiz borcu düzgün hesablanmışdırmı?
2. İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 05.09.2014cü il tarixli 5-MZ2-2-0-2976-14 №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.06.2021ci il tarixli, 9/2681 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 05.09.2014-cü il tarixli 5-MZ2-2-0-2976-14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 08.12.2020-ci il tarixə banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən: - əsas borc üzrə - 2804.42 manat, faiz borcu üzrə - 1260 manat Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh3 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 08.12.2020-ci il tarixə Cavabdeh1 əsas borcunun 2510.78 manat və faiz borcunun 83.48 manat olduğu müəyyən edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.06.2021-ci il tarixli, 9/2681 saylı rəyindən görünür ki, 08.12.2020-ci il tarixə Cavabdeh1 əsas borcunun 2804.42 manat və faiz borcunun 1260 manat olduğu müəyyən edilmişdir. Lakin İddiaçı ASC məhkəməyə bununla bağlı iddia tələbini həcminin artırlmasına dair ərizə təqdim etməmişdir. Məhkəmə bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçı bankın xeyrinə əsas borcu üzrə 2510.78 manat və faiz borcu üzrə isə 83.48 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli müqavilə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh3 müştərək qaydada 2510 manat 78 qəpik əsas borc və 83 manat 48 qəpik faiz borcu olmaqla, cəmi 2594 manat 26 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli müqavilə ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh3 müştərək qaydada 2510 manat 78 qəpik əsas borc və 83 manat 48 qəpik faiz borcu olmaqla, cəmi 2594 manat 26 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli müqavilə ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Elman İsayev