Məhkəmə qərarları › İş №2(025)-255/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-255/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-255/2021 30.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İddiaçı “FİNCA Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0049 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1919.86 AZN əsas, faiz borcu üzrə 56.99 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1976.87 (min doqquz yüz yetmiş altı manat, səksən yeddi qəpik) AZN; **********0036 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1009.23 AZN əsas, faiz borcu üzrə 30.34 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1039.57 (min otuz doqquz manat, əlli yeddi qəpik) AZN həmçinin, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nm xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı “FİNCA Azerbaijan” MM QBKT iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim edərək Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən yalnız Cavabdeh1 **********0049 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1919.86 AZN əsas, faiz borcu üzrə 56.99 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1976.87 (min doqquz yüz yetmiş altı manat, səksən yeddi qəpik) AZN; **********0036 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1009.23 AZN əsas, faiz borcu üzrə 30.34 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1039.57 (min otuz doqquz manat, əlli yeddi qəpik) AZN həmçinin, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0049 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1919.88 AZN (min doqquz yüz on doqquz manat, səksən səkkiz qəpik) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmçinin, eyni tarixli, **********0036 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1009.23 AZN (min doqquz manat, iyirmi üç qəpik) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0049 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1.65 AZN. dörd il müddətində isə hər ay 40.83 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. **********0036 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən isə borclunun bir il güzəşt müddətində hər ay 0.87 AZN. dörd il müddətində isə hər ay 21.46 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0049-979019 saylı və **********0036-979019 saylı Zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli, **********0049 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1919.86 AZN əsas, faiz borcu üzrə 56.99 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1976.87 (min doqquz yüz yetmiş altı manat, səksən yeddi qəpik) AZN təşkil edir. xx.xx.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli, **********0036 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1009.23 AZN əsas, faiz borcu üzrə 30.34 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1039.57 (min otuz doqquz manat, əlli yeddi qəpik) AZN təşkil edir. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsi Ramil Heydərov məhkəməyə ərizə ünvanlayaraq baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək göstərdi ki, onunla iddiaçı “FİNCA Azerbaijan” arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqavilələri əsasında 5 illik kredit götürmüşdür. Maddi imkanı olmadığına görə ödənişləri həyata keçirə bilməmişdir. Borcun qalan hissəsini də ayda 40-50 manat olaraq hisə-hissə ödəyə bilər. Odur ki, Cavabdeh1 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx.xx.2019-cu il tarixli **********0049 nömrəli Güzəştli Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1919.88 AZN qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh1 1919.88 manat məbləği bir il güzəşt müddəti ilə illik 1 %-lə, 60 ay müddətinə aylıq 40.83 manat, son ayda isə 40.86 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********0049 – 979019 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixli **********0049 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli **********0049 nömrəli kredit müqaviləsi üzrə 1919.88 manat əsas borcu və 56.99 manat faiz borcu olmaqla, cəmi 1976.87 manat borcu vardır. İş materiallarında olan, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx.xx.2019-cu il tarixli **********0036 nömrəli Güzəştli Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1009.23 AZN qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh1 1009.23 manat məbləği bir il güzəşt müddəti ilə illik 1 %-lə, 60 ay müddətinə aylıq 21.46 manat, son ayda isə 21.69 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********0036 – 979019 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixli **********0036 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli **********0036 nömrəli kredit müqaviləsi üzrə 1009.23 manat əsas borcu və 30.34 manat faiz borcu olmaqla, cəmi 1039.57 manat borcu vardır. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 103/69 saylı ölüm haqqında arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 260 nömrəli akt qeydi aparılmışdır. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh1 xx.xx.2019-cu il tarixli **********0049 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 1919.88 manat, faiz borcu 56.99 manat və xx.xx.2019-cu il tarixli **********0036 saylı kredit müqaviləsi üzrə əsas borcu 1009.23 manat, faiz borcu 30.34 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə xx.xx.2019-cu il tarixli **********0049 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1919.88 manat və faiz borcu üzrə 56.99 manat, xx.xx.2019-cu il tarixli **********0036 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1009.23 manat və faiz borcu üzrə 30.34 manat borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh (borclu) Cavabdeh1 **********0049 saylı kredit müqaviləsi üzrə 1919 manat 86 qəpik əsas, 56 manat 99 qəpik faiz borcu - cəmi 1976 manat 87 qəpik kredit borcu; **********0036 saylı kredit müqaviləsi üzrə 1009 manat 23 qəpik əsas, 30 manat 34 qəpik faiz borcu - cəmi 1039 manat 57 qəpik kredit borcu olmaqla, ümumilikdə 3016 manat 44 qəpik borc və 30 (otuz) manat dövlət rüsumu iddiaçı “FİNCA Azerbaijan” MM QBKT -nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 **********0049 saylı kredit müqaviləsi üzrə 1919 manat 86 qəpik əsas, 56 manat 99 qəpik faiz borcu - cəmi 1976 manat 87 qəpik kredit borcu; **********0036 saylı kredit müqaviləsi üzrə 1009 manat 23 qəpik əsas, 30 manat 34 qəpik faiz borcu - cəmi 1039 manat 57 qəpik kredit borcu olmaqla, ümumilikdə 3016 manat 44 qəpik borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar