Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-26/2022 13.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, onun vəkili X3, cavabdehlər Cavabdeh7 Mövlam oğlunun, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X13, Cavabdeh3, Cavabdeh6 və üçüncü şəxs Bum bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh7 Mövlam oğlu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X23, Cavabdeh3 və Cavabdeh6 qarşı “maddi ziyan tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh7 Mövlam oğlu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X23, Cavabdeh3 və Cavabdeh6 qarşı “maddi ziyan” tələbinə dair məhkəmədə iddia qaldıraraq, icarəsində olan 5,42 ha torpaq sahəsində əkdiyi taxılın 3,75 hektarını mal-qaraya otarmaqla vurulan 3730 manat məbləğində ziyanın cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X8, Cavabdeh3 və Cavabdeh6 müştərək qaydada, eyni zamanda cavabdehlər X15, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X23, Cavabdeh3 və Cavabdeh6 800 ədəd 3 illik tut tinklərinin tut əkini sahəsindən çıxardaraq vurduqları ziyana görə tut tinklərinin əkinini sahəyə yenidən əkərək bərpa etməklə 4500 (dörd min beş yüz) manat məbləğində ziyanın tutularaq (müştərək qaydada) verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 29 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Bum bələdiyyəsi cavabdehlər tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 31 mart 2022-ci il tarixdə İddiaçı məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək, cavabdehlər siyahısında 1-ci sırada Cavabdeh7 Mövlam oğlunun adı və ata adı texniki səhv olaraq “Abdulla Möylam” oğlu kimi qeyd edildiyini, düzgün olaraq “Cavabdeh7 Mövlam oğlu” kimi qeyd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ildən hazırki dövrədək adları qeyd olunan bir qrup torpaq mülkiyyətçisi olan vətəndaşlarla torpaq icarə müqaviləsi bağlanaraq onların qanunla mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bir il müddətinə icarəyə götürərək həmin sahələrə əkin səpərək (əkərək) taxıl istehsalı ilə məşğul olur. Tərəflərlə icarə müqaviləsi hər il təzələnmiş, yəni illik müddətinə müqavilə bağlanmışdır. Torpaq icarə müqaviləsinə əsasən icarəçi olaraq o, torpağı icarəyə verənə məhsul yığıldıqdan sonra hər hektar torpaq sahəsinə 3 sentener taxıl və ya taxılın həmin ərəfədə bazar qiyməti dəyərində pul təyin edilir. Keçən 9 il ərzində torpaq icarəyə verənlərlə heç vaxt mübahisə yaranmamışdır. 13.10.2020-ci il tarixdə X19 ******* saylı çıxarışla mülkiyyətində olan 1,62 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini, 13.10.2020-ci il tarixdə X9 JN-717 saylı kodu 40600038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,93 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini, 13.10.2020-ci il tarixdə X5 JN-691 saylı kodu 40600038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,59 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini, 15.10.2020-ci il tarixdə X1 JN-596 saylı kodu 40600038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,90 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini, 15.10.2020-ci il tarixdə X16 JN-744 saylı kodu 40600038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, 01.10.2020-ci il tarixdə X10 JN-688 saylı kodu 40600038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,22 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini torpaq icarəsi müqaviləsi əsasında bir il müddətinə icarəyə götürməklə cəmi 5,42 ha pay torpaq sahəsində buğda toxumu səpmişdir. Ancaq cavabdehlərdən X15, Cavabdeh1, Cavabdeh2, X23, Cavabdeh3 və Cavabdeh6 qrup halında 5,42 ha əkin sahəsinin 3,75 ha mal-qaraya qəsdən otarmaqla ona və ailə üzvlərinə 3730 (üç min yeddi yüz otuz) manat maddi ziyan vurmuşlar. Əkin sahəsinə cavabdehlər tərəfindən vurulmuş ziyanı müəyyən etmək üçün orta ixtisas təhsilli aqronom mütəxəssis dəvət edərək ilkin ziyanlığın müəyyən edilməsi barədə yerində əkin sahəsi müayinədən keçirilmişdir. Məhv edilmiş sahə ölçülərkən müəyyən edilmişdir ki, buğda sahəsinin 3,15 ha tamamilə yararsız vəziyyətə salınmışdır. 0,60 ha taxıl əkilmiş sahənin isə 60-70 %-nə ziyan dəymişdir. Taxıl sahəsinə nəzəri olaraq məhsuldarlıq orta hesabla 24-27 sentener müəyyən edilmiş və dəymiş ziyan qiymətləndirilmişdir. 3,15 (hektar) x 25,5 sen=7,8 ton buğda məhsulu məhv olunmuşdur. Mütəxəssis həmçinin 0,60 ha dəyən ziyanı da hesablamışdır. 0,60 ha x 25,5= 1,8 ton, həmçinin məhsulun 60%-i 1080 kq təşkil edir. Dəymiş ziyan pulla ifadə edilərsə 7,8 ton+1080kq=8880 buğda məhsulu bazar qiyməti ilə qiymətləndirdikdə 8880 kq x 42 qəpik = 3730 manat. Cavabdehlərin tərəfindən icarəyə götürərək əkdiyi taxıl sahəsinin 3,75 hektarını mal-qaraya otarmaqla cəmi 3730 manat məbləğində ziyan vurmuşlar. Cavabdehlərdən X15, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 onun və ailə üzvlərinin 3 (üç) il ərzində 1200 ədəd tut ağacından 1000 (bir min) ədədinin 80%-ni əkin yerindən çıxarmaqla ziyan vurmuşlar. Həmin tut ağaclarının 3 (üç) il ərzində yetişdirilməsinə "xxxx" ASC-də oğlunun götürdüyü 3000 manat məbləğində kredit pulunu xərcləməklə cavabdehlər onların ailəsinə həmin məbləğdə ziyan vurmuşlar. Bütün ailələrinin zəhməti və götürülmüş kredit vəsaiti hesabına 3 illik tut bağını cavabdehlər tərəfindən heç bir məsuliyyət hiss etmədən məhv edilməsi ailələrinin gələcək gəlir sahəsini bərpası mümkün olmayan vəziyyətə salmaqla həm də dövlətin ipəkçiliyin inkişafına qarşı çıxmaq kimi qiymətləndirilməlidir. X2 3000 (üç min) manat, həyat yoldaşı X11 isə 1500 (bir min beş yüz) manat məbləğində cəmi 4500 manat məbləğində kredit almaqla 3 il ərzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qəbələ X38 mərkəzi tərəfindən verilmiş 850 ədəd və bundan əlavə öz hesablarına aldıqları təxminən 200 ədəd, cəmi 1050 ədəd tut tinginin əkilib becərilməsinə xərcləsələr də, cavabdehlər tərəfindən əkin yerindən çıxardılaraq atılmış, yararsız vəziyyətə salınmış və son nəticədə ailələrinə 4500 manat ziyan vurulmuşdur. Beləliklə, cavabdehlər X15, Cavabdeh1, Cavabdeh2, X23, Cavabdeh3 və Cavabdeh6 3,75 ha əkin sahəsini mal-qaraya otarmaqla 3730 manat ziyan vurmuşlar. Cavabdehlər öz qanunsuz hərəkətləri ilə ona icarəyə götürdüyü 5,42 ha torpaq sahəsinin 3,75 ha mal-qarata otarmaqla torpaq sahəsi üzərində icarəçi hüquqları pozmaqla 3730 manat məbləğində ziyan vurmuşlar. Bundan əlavə cavabdehlər X15, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 Azərbaycan dövlətinin ipəkçiliyin inkişafına dair qərarından ruhlanaraq müvafiq razılıq əsasında əkdikləri tut tinklərinin 1000 ədədinin təxminən 800 ədədini (80 %) tut bağı formasına düşmüş və 3 il qulluq edib becərdikləri ərazidən çıxarıb atmaqla onlara 4500 manat məbləğində ziyan vurmuşlar. Cavabdehlər ona ziyan vurmaqla yanaşı torpaq icarəyə verən mülkiyyətçilər qarşısında öhdəsinə götürdüyü vəzifələrin layiqincə yerinə yetirməsinə maenələr yaratmışlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda məhkəməyə təqdim etiraz ərizəsinə uyğun çıxış edərək göstərmişdir ki, onun əkdiyi sahə məhkəməyə təqdim etdiyi birinci şəkildə peyk vasitəsi ilə çəkilmiş düzbucaqlı şəkildə olan taxıl əkilmiş sahədir. Həmin əkdiyi ərazi də, vətəndaşlara məxsus pay torpaqlarıdır. Taxıl əkdiyi sahənin uzunluğu 80 metr, eni isə 118 metrdir. Bundan artıq yer əkmək mümkün deyil. Çünki həmin sahəsi şimal hissəsi Bum bələdiyyəsinə məxsus olan meşə sahəsidir. Həmin ərazi Bum bələdiyyəsi tərəfindən Zərgərli kənd sakini Əsgərov Saşaya uzun müddətli icarəyə verilmişdir. Həmin vətəndaş bələdiyyənin göstərişi ilə o əkdiyi ərazi ilə icarəyə götürdüyü ərazini xəndək qazaraq sərhədləşdirmişdir. O əkdiyi ərazinin cənub hissəsi ilə Mirzəbəyli kənd zolağıdır. Həmin meşə sahəsi isə Bum bələdiyyə sakini Muradov Hikmətə verdiyi ərazidir. O əkdiyi taxıl sahəsinin şimal və qərb hissəsi necəki Saşada və Hikmətdə icarədə olan sahə ümumi istifadədə olan örüş sahəsidir. Şərq hissəsi ilə Meşə fonduna aid əkinə yararsız kolluq hissədir. Məhkəməyə təqdim etdiyi şəkildə də aydın göstərilmişdir. Rəydə göstərilən otarılan ərazi 2,83 hektardır. 2021-ci ilin aprel ayının 27-sində taxıl aparılan aqronom İbrahimli Fətul tərəfindən baxış keçirilmiş, ərazi 3,75 hektar qeydə alınaraq akt tərtib edilmişdir. Şimal tərəfdən otarılmış ərazi 2,17 hektar əkilmiş örüş göstərilmişdir. Həmin otarılmış ərazinin soldan uzunluğu 163 metr sağdan 283 metr olan 2,17 hektar əkinə yararlı sahə varsa onda vətəndaşların pay torpaqları ilə həmsərhəd olan Mirzəbəyli kənd bələdiyyəsinə məxsus olan əraziyə düşmüş olur. Bu isə mümkün olası hal deyil. Həmin əkilmiş əkinə yararlı ərazinin cənub eni 118 metrdir. Ekspert rəyini nəzərə alıb cənubda əkilmiş ərazinin eni 118 metr həmin ərazi ilə paralel vətəndaşların pay torpağı da göstərilib. Pay torpağının da aşağı hissədən eni 75 metrdir, onu da cəmləsələr həmin ərazinin eni 193 metr edir. Axı həmin nöqtədə əkinə yararlı 193 metr enində torpaq yoxdur. Səbəb sol tərəfi Muradov Hikmətə bələdiyyə tərəfindən verilmiş meşə zolağıdır. Sağ tərəf isə meşə fonduna məxsus kolluq hissədir. Taxıl əkdiyi sahənin uzunluğu 480 metr, eni isə 118 metrdir. Bu sahədən artıq sahə əkilməsi mümkün deyil. Səbəbi isə yuxarıda göstərdiyi hallardır. Ekspert rəyi isə otarılan sahəni onun əkdiyi sahənin yuxarı hissəsində göstərmişdir. Həmin əkdiyi sahə kənarda qalıb, tam başqa ərazinin, hansıkı əkilməsi mümkün olmayan və yaxud bələdiyyənin vətəndaşlara icarəyə verdiyi kolluq meşə zolağını əkinə yararlı torpaq sahəsi kimi göstərib və həmin sahəni taxıl əkilmiş yer kimi ekspert rəyində qeyd etmişdir. Vətəndaşlara məxsus olan pay torpağını isə əkilmiş kimi göstərmişdir. Bu halda mümkün olası hal deyil. Göstərilənlərə əsasən iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X12 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçıya məxsus əkin sahəsindən 2,21 ha hissəsinin cavabdehlər tərəfindən mal-qaraya qəsdən otarılması nəticəsində vurulmuş ziyanın məbləğinin və üç il ərzində əkilmiş və becərilmiş 1000 ədəd tut tinginin ərazidən çıxarılması səbəbindən dəymiş ziyanın məbləği 2225 manat + 1176 manat = 3401 (üç min dörd yüz bir) manat təşkil etmişdir. Göstərilən halların nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər X15, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X23, Cavabdeh3 və Cavabdeh6 hər biri ayrılıqda iddia tələbini qəbul etməyərək, eyni məzmunda izahat verərək göstərdilər ki, İddiaçı iki il örüş sahəsini əkib becərmişdir. Dəfələrlə xəbərdarlıq etmişlər, lakin o əkib-becərməyə davam elədiyinə görə onlar da mal-qaralarını örüş ərazisində onun əkin əkdiyi sahədə otarmışlar. Lakin onun icarəyə götürdüyü əraziyə heç kim heyvan salmamışdır. Tut tinglərini də örüş sahəsində əkmişlər. Həmin ərazidə əkməyinin səbəbi də həmin örüş sahəsini ələ keçirmək olmuşdur. Onlar da iki il möhlət vermişlər ki, həmin tinglərin yerin dəyişsin, hətta təklif eləmişlər ki, həyətyanı torpaq sahələrinin sərhədində əksin. İki il gözlədikdən sonra rəhbərliyə, o cümlədən bələdiyəyəy məlumat verib polis işçilərinin müşayiəti ilə tut tinglərini örüş ərazidən çıxarıb, özünə təhvil vermişlər. Məhkəmə iclasında üçüncü şəxs Bum bələdiyyəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Rəmzi bir neçə ildir ki, kənd camaatının örüş yerini əkin əkir. Dəfələrlə xəbərdarlıq olunmuş, ancaq iddiaçı həmin sahəni əkib becərməkdə davam edir. İki il güzəşt olunmuş, növbəti dəfə də o örüş sahəsində əkin əkəndə, vətəndaşlarla birlikdə kadastr idarəsinə müraciət etmişlər, onun icarəyə götürdüyü digər vətəndaşlara məxsus torpaq sahəsinin sərhədlərini müəyyən edib mərz nişanları qoymuşlar. Daha sonra Rəmzi izi itirmək üçün həmin mərz nişanların götürmüşdür. Kənd camaatı örüş sahəsinin ərazisinə düşən İddiaçı əkin əkdiyi sahəni mal-qaraya yedirtmişlər. Onun icarəyə götürüb əkib becərdiyi yerə isə mal-heyvan salan olmamışdır. Rəmzinin əkin əkdiyi sahənin ətrafında 74 ha örüş sahəsi var. Hətta Rəmzidən kənd camaatı şikayət eləmişdir. Oğlu Vətən müharibəsi iştirakçısı olduğuna görə akt yazıb şikayətlərini geri götürmüşlər. Rəmzinin əkdiyi sahənin yaxınlığında 160 ha kənd təsərrüfatı təyinatlı torpa sahələri var ki, bu da Bum və Zərgərli sakinlərinə pay torpağı sahəsi kimi verilib. Hamısında əkin əkilir və camaatın mal-qarası da əkin biçildikdən sonra sahəyə buraxılır. Tut tingləri ilə bağlı isə ona iki il vətəndaşlar güzəşt eləmişdir. O, iddiaçıya demiş ki, istifadəsində 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, yanında da bələdiyyə torpağı var, apar ağacları ora ək, amma nəticəsi olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı ilə X20 arasında bağlanmış 01 noyabr 2020-ci il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, X39 rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə JN-688 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,22 hektar torpaq sahəsini 01 noyabr 2021-ci il tarixə kimi İddiaçı icarəsinə vermişdir. İşdə olan İddiaçı ilə X26 arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, X40 rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə JN-744 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 1,16 hektar torpaq sahəsini 15 sentyabr 2021-ci il tarixə kimi İddiaçı icarəsinə vermişdir. İşdə olan İddiaçı ilə X6 arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, X36 rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə JN-596 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,90 hektar torpaq sahəsini 15 sentyabr 2021-ci il tarixə kimi İddiaçı icarəsinə vermişdir. İşdə olan İddiaçı ilə X17 arasında bağlanmış 13 oktyabr 2020-ci il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, X27 rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə JN-691 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,59 hektar torpaq sahəsini 13 sentyabr 2021-ci il tarixə kimi İddiaçı icarəsinə vermişdir. İşdə olan İddiaçı ilə X21 arasında bağlanmış 13 oktyabr 2020-ci il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, X33 rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə JN-717 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,93 hektar torpaq sahəsini 13 sentyabr 2021-ci il tarixə kimi İddiaçı icarəsinə vermişdir. İşdə olan İddiaçı ilə X29 arasında bağlanmış 13 oktyabr 2020-ci il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, Rasim İsayev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.10.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» ilə mülkiyyətinə verilmiş 1,62 hektar torpaq sahəsini 13 sentyabr 2021-ci il tarixə kimi İddiaçı icarəsinə vermişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 19 avqust 2021ci il tarixli, **********36 nömrəli mütəxəssis rəyində göstərilmişdir: İddiaçı icarə əsasında istifadə etdiyi JN-688 (Kod:********), JN-744 (Kod:********), JN-596 (Kod:********), JN-691 (Kod:********), JN-717 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları ilə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 07.10.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş torpaq sahələrinin hüdudları müəyyən edilmişdir. Cavabdehlər tərəfindən mal qaranın otarıldığı ərazi, İddiaçı icarə əsasında istifadə etdiyi JN-688 (Kod:********), JN-744 (Kod:********), JN-596 (Kod:********), JN- 691 (Kod:********), JN-717 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları ilə və DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 07.10.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş torpaq sahələrinin hüdudları eynidir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 28 fevral 2022-ci il tarixli, **********98 nömrəli mütəxəssis rəyində göstərilmişdir: İddiaçı icarə əsasında istifadə etdiyi JN-688 (Kod:********), JN-744 (Kod:********), JN-596 (Kod:********), JN-691 (Kod:********), JN-717 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları ilə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.10.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş torpaq sahələrinin hüdudları GPS aləti vasitəsilə müəyyən edilmişdir. Cavabdehlər tərəfindən mal qaranın otarıldığı ərazi, İddiaçı icarə əsasında istifadə etdiyi JN-688 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0,22 hektar, JN-691 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0,46 hektar, JN-717 (kod: ********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0,93 hektar, JN-734 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0,46 hektar və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.10.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» ilə mülkiyyətə verilmiş 1,62 hektar torpaq sahəsinin 0,14 hektar hissələri ilə üst-üstə düşür. JN-596 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi mübahisəli ərazidə yerləşmir. JN-744 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi iddiaçı tərəfindən göstərilmiş və faktiki naturada ölçülmüş ərazi ilə üst-üstə düşmür. İşdə olan X14 ilə "xxxx" ASC arasında bağlanmış 15 mart 2019-cu il tarixli, CC/77858/67/13 nömrəli Kredit Sazişindən görünür ki, Fəzail Səbzəliyevə 48 ay müddətinə, 23 % dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. İşdə olan X11 ilə "xxxx" ASC arasında bağlanmış 06.03.2018-ci il tarixli 149CLM********** nömrəli Kredit müqaviləsindən görünür ki, Minayə Səbzəliyevaya 31 ay müddətinə, 25,84 % dərəcəsilə 1500 manat məbləğində kredit verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X41 Mərkəzinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Qəbələ rayon Vəkil Bürosunun 07.04.2022-ci il tarixli, 20\17 saylı müraciətinə əsasən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçıya məxsus əkin sahəsindən 2,21 ha hissəsinin cavabdehlər tərəfindən mal-qaraya qəsdən otarılması nəticəsində vurulmuş ziyanın məbləğinin və üç il ərzində əkilmiş və becərilmiş 1000 ədəd tut tinginin ərazidən çıxarılması səbəbindən dəymiş ziyanın məbləği 2225 manat + 1176 manat = 3401 (üç min dörd yüz bir) manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qəbələ X41 Mərkəzi tərəfindən Zərgərli kənd sakini İddiaçı ünvanlanmış 26 may 2021-ci il tarixli, 66 nömrəli məktubda göstərilmişdir ki, 2018-ci ildə kənd ərazi nümayəndəsi və bələdiyyənin xahişini nəzərə alaraq İddiaçı əkmək üçün 850 ədəd tut tingi verilmişdir. İşdə olan Qəbələ rayon Bum qəsəbəsi tərəfindən Qəbələ rayon Polis şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanlanmış 11 avqust 2020-ci il tarixli və 07 dekabr 2020ci il tarixli Müraciətlərdə Bum bələdiyyəsinin Zərgərli kəndi ərazisinə yaxın yerdə yerləşən 2 ha kollu örüş ərazisini Zərgərli kənd sakini İddiaçı qanunsuz zəbt etdiyini, dəfələrlə onlar tərəfindən və kənd icra nümayəndəsi tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq ərazini boşaltmaması, zəbt olunmuş ərazinin boşaldılmasına kömək edilməsi xahiş edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə görə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehlər X7, Cavabdeh1, Cavabdeh2, X13, Cavabdeh3 və Cavabdeh6 qrup halında 5,42 ha əkin sahəsinin 3,75 ha mal-qaraya qəsdən otarmaqla ona və ailə üzvlərinə 3730 (üç min yeddi yüz otuz) manat maddi ziyan vurduqlarını, bundan əlavə cavabdehlər X7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 Azərbaycan dövlətinin ipəkçiliyin inkişafına dair qərarından ruhlanaraq müvafiq razılıq əsasında əkdikləri tut tinklərinin 1000 ədədinin təxminən 800 ədədini (80 %) tut bağı formasına düşmüş və 3 il qulluq edib becərdikləri ərazidən çıxarıb atmaqla on 4500 manat məbləğində ziyan vurduqlarını, həmin maddi ziyanın cavabdehlərdən alınaraq ona verilməsini xahiş edir. Cavabdehlər isə iddiaçının iki il örüş sahəsini əkib becərdiyini, dəfələrlə xəbərdarlıq etmişlər, lakin o əkib-becərməyə davam elədiyinə görə onlar da mal-qaralarını örüş ərazisində onun əkin əkdiyi sahədə otardıqlarını, lakin onun icarəyə götürdüyü əraziyə heç kimin heyvan salmadığını, iddiaçının tut tinglərini də örüş sahəsində əkdiklərini, onlar da iki il möhlət verdiklərini, həmin tinglərin yerin dəyişməyi də hətta təklif elədiklərini, iki il gözlədikdən sonra rəhbərliyə məlumat verib polis işçilərinin müşayiəti ilə tut tinglərini örüş ərazidən çıxarıb, özünə təhvil verdiklərini bildirmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində icarəsində olan 5,42 ha torpaq sahəsində əkdiyi taxılın 3,75 hektarını cavabdehlər tərəfindən mal-qaraya otarıldığını, eyni zamanda 800 ədəd 3 illik tut tinklərinin cavabdehlər tərəfindən tut əkini sahəsindən çıxarıldığını qeyd etsə də, cavabdehlər tərəfindən otarıldığını iddia etdiyi 3,75 hektar torpaq sahəsinin və 800 ədəd əkilmiş tut tinklərinin əkilmidiyi ərazilərin onun icarəsində olmasını dair hər hansı sübut təqdim etməmişdir. Cavabdehlər isə məhkəmə zamanı verdikləri ifadələrində iddiaçının əkdiyi taxıl sahəsini otardıqlarını, eyni zamanda iddiaçıya məxsus tut tinklərinin çıxarılaraq iddiaçıya etiraf etsələr də, həmin torpaq sahələrinin iddiaçının icarə əsasında istifadə etdiyi torpaq sahəsində olmadığını, həmin ərazilərin bələdiyyənin mülkiyyətində olan örüş sahəsi olduğunu bildirmişlər. İddiaçı isə bunun əksini isbat edən sübutları məhəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 19 avqust 2021-ci il tarixli, **********36 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, cavabdehlər tərəfindən mal qaranın otarıldığı ərazi, İddiaçı icarə əsasında istifadə etdiyi JN- 688 (Kod:********), JN-744 (Kod:********), JN-596 (Kod:********), JN-691 (Kod:********), JN-717 (Kod:********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları ilə və DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 07.10.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş torpaq sahələrinin hüdudları eynidir. Bundan əlavə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 28 fevral 2022-ci il tarixli, **********98 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, cavabdehlər tərəfindən mal qaranın otarıldığı ərazi, İddiaçı icarə əsasında istifadə etdiyi JN-688 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0,22 hektar, JN-691 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0,46 hektar, JN-717 (kod: ********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0,93 hektar, JN-734 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0,46 hektar və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.10.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» ilə mülkiyyətə verilmiş 1,62 hektar torpaq sahəsinin 0,14 hektar hissələri ilə üst-üstə düşür. JN-596 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi mübahisəli ərazidə yerləşmir. JN-744 (kod:********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi iddiaçı tərəfindən göstərilmiş və faktiki naturada ölçülmüş ərazi ilə üst-üstə düşmür. Sözügedən ekspert rəylərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, həm Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 19 avqust 2021-ci il tarixli, **********36 nömrəli mütəxəssis rəyində, həm də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 28 fevral 2022-ci il tarixli, **********98 nömrəli mütəxəssis rəyində “İddiaçı tərəfindən göstərilmiş naturada ölçülmüş torpaq sahəsi” qeydi göstərilmişdir. Yəni sözügedən ekspert rəyləri iddiaçının göstərdiyi ərazilərə əsasən cavabdehlər tərəfindən onun icarəsində olan torpaq sahələrinin 2,83 torpaq sahələrinin otarıldığını qeyd etmişdir. Lakin cavabdehlər bununla razılaşmamış, iddiaçının qeyd etdiyi torpaq sahələrinin deyil, ümumi istifadədə olan örüş sahəsinin otarıldığını qeyd etmişlər. İddiaçı isə məhz icarəsində olan torpaq sahələrinin otarılmasına dair əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının 800 ədəd 3 illik tut tinklərinin tut əkini sahəsindən çıxardaraq vurduqları ziyana görə tut tinklərinin əkinini sahəyə yenidən əkərək bərpa etməklə 4500 (dörd min beş yüz) manat məbləğində ziyanın cavabdehlərdən tutulması hissəsində qeyd edir ki, iddiaçı tut tinklərinin mülkiyyətində və icarəsində olan torpaq sahəsində əkməsinə dair məhkəməyə dair heç bir sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə iclasında üçüncü şəxs Bum bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadəsində qeyd etmişdir ki, tut tingləri ilə bağlı iddiaçıya iki il vətəndaşlar güzəşt eləmişdir. Belə ki, iddiaçı tut tinglərini örüş sahəsində əkmişdir və vətəndaşlar tut tinglərini örüş sahəsindən çıxararaq iddiaçının özünə təhvil vermişlər. Bundan əlavə tut tingələrinin əkilməsi üçün bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi ayrılmamışdır. Həmçinin cavabdehlər də məhkəmə iclasında ifadələrində göstərmişlər ki, tut tinkləri örüş ərazisində əkilmiş və bu səbəbdən tut tinklərini çıxararaq iddiaçıya təhvil vermişlər. İddaçı isə bunun əksini sübut edən halları, yəni tut tinklərinin öz mülkiyyətində və icarəsində olan torpaq sahəsində əkməsinə dair sübut təqdim etməmişdir. Həmçinin cavabdehlər tut tinklərinə ziyan vurmadıqlarını, tut tinklərinin çıxararaq iddiaçıya verdiklərini qeyd etmişlər. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı tərəflərin iradəsi və fəallığı ilə şərtləndirilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 9.3-cü maddəsinə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Beləliklə, mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək iddiaçı tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdehlər tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki,Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göründüyü kimi məhkəmə sadalanan hallara riayət etmiş, lakin iddiaçı cavabdehlər tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə 95 (doxsan beş) manat mütəxəssis xərci iddiaçıdan tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, Kapital Bank ASC Qəbələ rayon filialı, KOD 200491, VÖEN **********, hesab AZ53AİİB********************, S.W.İ.F.T.BİK___AİİBAZ 2X, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər X15, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X23, Cavabdeh3 və Cavabdeh6 qarşı “maddi ziyan” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X15, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X23, Cavabdeh3 və Cavabdeh6 qarşı “maddi ziyan” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu və ödənilmiş mütəxəssis xərci iddiaçıya aid edilsin. İş üzrə 95 (doxsan beş) manat mütəxəssis xərci iddiaçıdan tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, Kapital Bank ASC Qəbələ rayon filialı, KOD 200491, VÖEN **********, hesab AZ53AİİB********************, S.W.İ.F.T.BİK___AİİBAZ 2X, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-26/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-26/2022
13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver