Məhkəmə qərarları › İş №2(025)-263/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-263/2021

12.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-263/2021 12.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qəbələ rayon Məhkəməsinin xx.xx.2020ci ıl tarixli 2(025)-323/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Qəbələ rayon Tikanlı kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda Balakən rayon Tülü kəndində yaşayır. 2011-ci ildə qeyri-qanuni nigahla Cavabdeh ilə evlənmişdir. Faktiki nigahdan xx xxxxxx 2012-ci ildə X4 adında bir uşağı oldu. Ailə tez-tez mübahisələr olurdu. Şadətin başqa qadınla əlaqəli münasibətinin olduğunu bildiyi üçün, bununla bağlı mütəmadi olaraq söz-söhbəti olurdu. Həmin vaxtlar cavabdeh ona heç bir hörmət qoymurdu. Hətta uşaqlarla maraqlanmırdı. O, heç bir yerdə işləmirdi. Atası evində müvəqqəti sığınacaq üçün yaşamağa icazə almışdı. Bu vəziyyət ona çox böyük çətinlik yaradırdı. Sıxıntıları getdikcə artırdı. Bundan sonra o, nigahın rəsmi qaydada pozulması və aliment tələb etmək üçün 2016-cı ilin dekabr ayında Qəbələ Rayon Məhkəməsinə müraciət etdi. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(025)-3375/2016 saylı qətnaməsinə əsasən xx.xx.2012-iİ il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2016-cı il tarixdən başlayaraq, Cavabdeh onun xeyrinə hər ay sabit pul məbləğində 80 (səksən) manat aliment tutulması qət etdi. Bu aliment təyin edilsə də Cavabdeh 2018-ci ilə kimi heç bir məbləğ ödəmədi. 2018-ci ildə gəlib ona dedi ki, “sən alimentdən imtina etmək haqqında icra şöbəsinə ərizə ver mən sizi Bakı şəhərinə aparıram. Orada işləyib həm səni, həm də uşağımı saxlayacam.” O da cavabdehin bu vədlərinə təklifinə etibar edib, icra şöbəsinə alimentdən imtina haqqında ərizə verdi. Lakin cavabdeh onu və uşağını Bakıya aparsa da 8-9 ay saxladıqdan sonra bəhanə etdi ki, onları Bakı şəhərində saxlamağa gücü çatmır. Onu oğlu ilə birlikdə atası evinə geri göndərdi ki, “siz orada müvəqqəti yaşayın mən sizə hər ay dolanacaq üçün pul göndərəcəm”. O da cavabdehi onu 2020-ci ilin mart ayına kimi gözlədi. O birdən-birə əlaqə saxlamadı, nə də bir manat da olsun pul göndərmədi. Bundan sonra başa düşdü cavabdeh onunla barışana qədər 2016-cı ildən yığılıb qalan, ödəyə bilmədiyi alimentin ləğv edilməsi üçün onu aldadıb, müvəqqəti olaraq barışırmış. Cavabdeh onun inamından və etibarından istifadə edib 2020-ci ilə qədər olan ödəyəcəyi alimenti dələduzluq yolu ilə onun ərizəsi ilə ləğv etdirib. O isə bu səbəbə görə 2018-ci ildə aralarında olan barışığın əsassız və dələduzluq metodu olduğunu anlayıb, 2016-cı il Qəbələ Rayon Məhkəməsinin 21 dekabr 2(025)-3375/2016 saylı qətnaməsinə əsasən təyin olunan 80 manat alimentin 2018-ci ildə onun və uşağını saxladığı təxminən 9 ayı çıxmaqla qalan illərdə olan hər ay 80 (səksən) manat olmaqla ödəniləsi alimentin qanun çərçivəsində hesablanaraq onun xeyrinə ödənilməsini tələb edir. Heç bir yerdə işləmədən uşağını atası evində yarı ac yarı tox saxlamaqda çətinlik çəkdiyi üçün, o, 2020-ci ilin mart ayında alimentin məbləğinin artırılması üçün Qəbələ Rayon Məhkəməsinə ərizə ilə müraciət etdi. Ərizədə oğlu xx xxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(025}-3375/2016 saylı qətnaməsi İlə müəyyən edilmiş alımentin miqdarının artırılaraq hər ay 160 (yüz altmış) manat təyin olunması ilə bağlı qətnamə çıxarılması haqda xahiş etmişdi. Qəbələ Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(025)023/2020 saylı qətnaməsi ilə Cavabdeh hər ay onun xeyrinə 100 (bir yüz) manat aliment tutularaq ona ödənilməsi haqqında qətnamə çıxardı. Lakin buna baxmayaraq 18.03,2020-ci il tarixdən yəni qərardadın verildiyi gündən bu günə kimi təxminən 10 aydır ki, afiment ödəmir. O, hal-hazırda heç bir yerdə işləmir. Atası evində neçə illərdir sıxıntı içərisində yaşayır. Neçə illərdir ki, ona Cavabdeh tərəfindən ödəniləcək alimentin verilməsinə ümid edib yaxınlarından borc alaraq, bir yaxınının adına kredit götürərək, ərzaq mağazalarına, apteklərə borc edərək çətin və dözülməz həyat tərzi yaşayır. Oğlunun sağlamlığını qorumaq, ona normal qulluq etmək, onun təhsil, məişət, inkişaf qayğılarını çəkmək üçün o, bu borcları etməyə məcbur olmuşdur. Artıq borclu olduğu üçün insanlar borcun qaytarılmasını mütəmadi olaraq tələb edirlər. Bununla yanaşı, hazırda uşağın maddi tələbatı gündən-günə artır. Alimentin müəyyən edilmiş miqdarı ödənilsə belə o məbləğ uşağın adi tələbatını ödəmir. O, uşağı saxlamaq üçün həddindən çox çətinlik çəkir. Təyin edilmiş məbləğ uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Digər tərəfdən Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış miııimumü uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi Qəbələ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-323/2020 nömrəli qətnaməsi ilə oğlu X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh hər ay onun xeyrinə tutulması müəyyən edilən 100 (bir yüz) manat, sabit pul məbləğində aliment Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa uyğun otaraq uşaqlar üçün 2020-ci il üçün müəyən edilmiş yaşayış minimumundan çox aşağıdır. Bu səbəbdən də cavabdehlə birgə nikahdan olan uşağın anası olaraq cavabdehin onun himayəsində olmasını, uşaqlar üçün qanunvericilikdə müəyyən edilmiş, yaşayış minimumunun həddini, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci İl tarixli 2(025)- 323/2020 saytı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona ödənilməlidir. Ona görə də alimentin miqdarının artırılması ilə bağlı iddia ərizəsi ilə məhkəməsinə müraciət etməyə məcbur qaldı. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli 2(025)-323/2020 saylı qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli 2(025)-3375/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, Cavabdeh xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılması, hər ay sabit pul məbləğində - 100 (bir yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir İşdə olan Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ № 479284 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 2012-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 788 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan X1 şöbəsi tərəfindən xx xxxxx 2015-ci il tarixdə verilmiş AZ-İ № 271272 saylı atalığın müəyyən edilməsi haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2012-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 92 nömrə ilə qeyd aparılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə qeyri-rəsmi nikah münasibətlərindən bir övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli 2(025)-3375/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, Cavabdeh xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılması, hər ay sabit pul məbləğində - 100 (bir yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 170 (bir yüz yetmiş) manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni zamanda, ölkədə ilbəil yaşayış minimumu artdığından, 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat təşkil etdiyi halda, 2021-ci ildə bu məbləğ 175 manata çatdırılmışdır. Ona görə də bir uşağın saxlanılması üçün 100 manat vəsait yetərli sayıla bilməz. Ancaq məhkəmə alimentin iddiaçının tələb etdiyi kimi X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 manat həddində artırılmasını da ədalətli və qanunauyğun hesab etmir. İddiaçı cavabdehin əlavə gəlirlərin, bununla da tələb etdiyi məbləğdə alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq 120 manat həddində müəyyən edilməsini məqsədə və qanuna müvafiq hesab edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx xxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar