Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-267/2021 28.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 dəymiş maddi zərərin əvəzi olaraq 3815 (üç min səkkiz yüz on beş) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29.09.2020-ci il tarixdə saat 21:30 radələrində Qəbələ rayon Kürd kənd sakini Cavabdeh idarə etdiyi Vaz 21099 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ-Ağdaş yolunun Qəbələ rayon Kürd kəndindən keçən hissəsi ilə üzü Ağdaş rayonu istiqamətdə hərəkətdə olarkən sola, yəni, əks istiqamətli yola çıxaraq Kürd kəndinin mərkəzinə getmək üçün dönmə əməliyyatı edən zaman əks istiqamətli yolla hərəkət edən onun idarə etdiyi Vaz 21120 minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön tərifi Vaz 21099 markalı avtomobilin sağ yan tərəfi ilə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Qəbələ RPŞ-nin İB-nin müstəntiqi polis kopitanı Loğman Abduixalıqovun 07 dekabr 2020-ci il tarixli qərarı ilə toplanmış HK-1/1160 saylı materialda cinayət hadisəsi aşkar olunmadığından material üzrə cinayət işinin başlanması rədd edilməsi, Cavabdeh onun idarə etdiyi avtomobili hadisədən öncə 200 metr məsafədən görməsi üzrə xüsusat real gerçəkliyi əks etdirməməməsi, əgər real gerçəkliyi əks etdirsə belə, sürücü İddiaçı, yəni onun həmin yolda avtomobili icazə verilən maksimum sürət həddindən artıq sürətdə idarə etmədiyindən onun hərəkət və hərəkətsizliyində baş vermiş hadisə ilə səbəbli əlaqə olmaması kimi hesab edilməsi, Məhəmmədli Əzimovun avtomobili sola dönmək üçün xəbərdarlıq işıqlarını yandırıb-yandırmaması müəyyən edilmədiyindən onun "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozması kimi qiymətləndirilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün aidiyyəti üzrə Qəbələ RPŞ-nin DYPB-nə verilməsi, mənim əməlimdə inzibati xəta tərkibi olmaması hesab edilməsi qərara alınmış, avtomobilimə dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada məhkəmə orqanlarına müraciət etməli olduğu izah edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2020-ci il tarixli 8/1818 saylı məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası rəyinə əsasən Vaz 21099 minik markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanının olması müəyyən edilmişdir. Həmçinin Qəbələ RPŞ-nin. İB-nin müstəntiqi polis kopitanı Loğman Abduixalıqovun 07 dekabr 2020-ci il tarixli "cinayət işinin rədd edilməsi haqqında" qərarında göstərilmişdir ki, onun maşınına, yəni Vaz 21120 minik markalı, **-LU-*** dövlət nişanlı avtomobilə 3815 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. 07 dekabr 2020-ci il tarixli "cinayət işinin rədd edilməsi haqqında" qərardan göründüyü kimi, X2 onun mülkiyyətində olan Vaz 21120 minik markalı, **-LU-*** dövlət nişanlı avtomobilə 3815 manat ziyan vurması iş materialları ilə sübuta yetirilmişdir. Həmin qərardan X3 tərəfindən yuxarı orqana və məhkəmə nəzarəti qaydasında şikayət verilməmiş və qərar öz qanuni qüvvəsini almışdır. Lakin buna baxmayaraq X3 ona dəymiş ziyanı bu günə qədər ödəməmişdir və özünə müraciət edəndə isə ödəməyəcəyini bildirmişdir. Belə olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı 3815 manat maddi ziyan tələbinə dair iddiasını qəbul etmir. İddiaçı ondan qeyd olunan məbləğdə ziyanı aşağıda qeyd edəcəyi səbəblərə görə əsassız tələb edir. 29.09.2020-ci il tarixdə iki əkiz oğlu Taylan və Tayfur Vətən müharibəsinə göndərmələri üçün hərbi komisarlığa çağrılmışlar. Ailə üzvləri ilə birlikdə uşaqlarını Vətən müharibəsinə yola salmaq üçün rayona getmişdilər. Təxminən axşam saat 8-9 radələrində oğlum Taylanı yola saldılar,Tayfuru isə başqa vaxt aparası oldular. Uşağı yola saldıqdan sonra geriyə, yəni Kürd kəndinə qayıtdılar. Uşaqda narahatlıq olduğundan (Çölə çıxmaq üçün) maşını sola çəkib quruntavoyda saxladı. Maşını saxlayandan təxminən 2-3 dəqiqə sonra Ağdaş istiqamətində Qəbələ istiqamətinə səsindən yüksək sürətlə gəldiyi- hiss olunan maşının gəldiyini və onun hadisə baş verən anda üzü Ağdaş istiqamətində sol tərəfində quruntavoyda saxladığı VAZ 21 099 markalı 36 Bİ-094 dövlət nömrə nişanlı avtomobilin sağ yan tərəfində vuraraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra məlum oldu ki, nəqliyyat hadisəsini hazırki iş üzrə İddiaçı idarə etdiyi 21120 markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədərək, əks yola çıxaraq təxminən 60 metr gedərək Qəbələ rayonu istiqamətində yolun solunda olan qoz ağacına çırpılaraq dayanmışdır. Həmin hadisədən sonra hadisə yerinə YPX-nin əməkdaşları gəlmiş, hadisə nəticəsində xəsarət alan olduğuna görə müstəntiq gələcəyi bildirilmiş və təxminən 30-40 dəqiqə sonra müstəntiq gəlmiş, hadisə yerinin sxemi və fotoşəkillər çəkilmiş və hadisənin şahidləri müəyyən edilmişdir. Səfərbərlik üzrə çağırışçı oğlu hadisə nəticəsində xəsarət aldığına görə xəstəxanaya göndərilmiş və ilkin tibbi yardım almışdır.Sonradan Vətən müharibəsinə gedən oğlu Suqovuşan və Hadrut uğrunda gedən döyüşlərdə iştirak edərək bir ay əvvəl Vətən müharibəsinin iştirakçısı kimi evə qayıdıb. Hadisənin ertəsi günü, yəni 30.09.2021-ci il tarixdə İddiaçı qaynatası ilə birgə onlara gələrək ondan üzr istəməklə şikayətçi olmamağını xahiş etməklə onun maşınını özləri düzəldəcəyinə söz verdilər. O həmin şəxslərin sözünə inandı və şikayətçi olmadı. Bundan əlavə oğlu Tayfur Vətən müharibəsində olduğundan bir müddət hadisə ilə bağlı polis araşdırması ilə maraqlanmadı. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin surətini aldıqdan sonra ona araşdırmanın nəticələri məlum olub. Hadisənin baş verdiyi anda orda olan şahidləri var. Hamı görmüşdü ki,hadisə anında onun maşını hərəkətdə olmayıb. Hadisəyə düzgün hüquqi qiymət verilməmiş və bundan istifadə edən hadisədən bir gün sonra ondan qaynatasının iştirakı ilə üzr istəyən maşınına dəyən ziyanı (ziyanın məbləği 1750 manat məbləğindədir və həmin məbləği tələb edirəm) ödəyəcəyinə söz verən hadisəni törədən, hazırki iş üzrə İddiaçı ondan real ziyan məbləğini artıraraq 3815 manat pul tələb edir. Hansı ki, onun özünün günahı üzündən ondan 1750 manat, özünə isə şişirdilmiş məbləğ olsa da özünün etirafına görə 3815 manat ziyan dəyib. Sürücü olaraq onun ərnəlinin ”Yol hərəkəti haqqında” AR-sı Qanununun 42.3-cü maddəsinin tələbinin pozulması kimi qiymətləndirilməsini, barəsində AR-sı İXM-nin 327.2-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün aidiyyəti üzrə Qəbələ rayon PŞ-nin DYPR-nə göndərilməsini də ona qarşı haqsızlıq hesab edir. Hadisə baş verən anda onun idarə etdiyi VAZ- 21099 markalı .36Bİ-094 dövlət qeydiyyatnişanlı avtomobil yol nəqliyyat hadisəsi baş verməmişdən 2-3 dəqiqə əvvəl öz istəyi ilə Kürd kəndinə giriş hissədə asfalt yoldan kənarda quruntavoyda tam dayanmış vəziyyətdə olmuşdur. Polis şöbəsində aparılan araşdırma qəbul edilmiş qərar həqiqətə uyğun deyil. İddiaçı isə ədalətsiz qərardan bəhrələnmək istəyir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 05 oktyabr 2020-ci il il tarixdə tərtib edilmiş avtobilə dəymiş zərər barədə ziyan aktından görünür ki, «VAZ-21120» markalı, ** UL *** dövlət nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 3815 (üç min səkkiz yüz on beş) manat təşkil edir. İşdə olan Qəbələ RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Loğman Abdulxalıqov tərəfindən qəbul edilmiş 07 dekabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Qəbul edilmiş qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün adiyyəti üzrə Qəbələ RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. İşdə olan AP ******* №-li, 09.12.2020-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. İşdə olan MN ******* №-li, 09.12.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2021-ci il tarixli 9/2049 saylı rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində «VAZ-21120» markalı, ** LU *** dövlət qeydiyyat nişanlı 2005-ci il buraxılışlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 3135 (üç min bir yüz otuz beş) manat müəyyən olunur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, «VAZ-21120» markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində İddiaçı istifadə, sahiblik və sərəncam hüququna malikdir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsi İddiaçı qanuni istifadəsindədir və həmin nəqliyyat vasitəsi üzərində əmlak hüququ vardır. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 29.09.2020-ci il tarixdə yol hərəkətinin qaydalarını pozaraq idarə etdiyi «VAZ-21099» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçıya məxsus olan «VAZ-21012» markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı «VAZ-21012» markalı, ** LU ***dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər dəymişdir. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, «VAZ- 21012» markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyişməli hissələrinin qiyməti 1835,00 manat, təmir-bərpa işlərinin qiyməti 1300,00 manat, cəmi 3135,00 manat olduğu öz təsdiqini tapmışdır. Lakin məhkəmə iclasında iddiaçı 3815 (üç min səkkiz yüz on beş) manat məbləğində zərər dəydiyini iddia etsə də bu tələbini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 3135 (üç min bir yüz otuz beş) manat və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat olmaqla cəmi 3165 (üç min bir yüz altmış beş) manat tutulmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidr. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 3135 (üç min bir yüz otuz beş) manat və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat olmaqla cəmi 3165 (üç min bir yüz altmış beş) manat tutulsun. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-267/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-267/2021
28.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver