Məhkəmə qərarları › İş №2(025)-27/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-27/2024

21.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-27/2024 21.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol olaraq istifadə edilən torpağın boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və servitutun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: yol olaraq istifadə edilən torpağın boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və servitutun müəyyən edilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı6 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2, İddiaçı3, cavabdehlər Cavabdeh1, onun etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə4, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə1 və üçüncü şəxs Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə3 iştirakları ilə İddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3Əhməd oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol olaraq istifadə edilən torpağın boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və servitutun müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Nümayəndə2, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol olaraq istifadə edilən torpağın boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və servitutun müəyyən edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində bağladıqları ümumi istifadədə olan yolun açılması, cavabdehlər tərəfindən yolun bələdiyyə mülkiyyətinə aid olan zəbt edilmiş hissəsinin boşaldılması, Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün servitutun müəyyən edilməsi, həmin torpaq sahəsində quraşdırılmış maneələrin aradan qaldırılaraq torpaqdan istifadəyə məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı Nümayəndə2 məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, onun əsl iddiaçı X33 ilə əvəz edilməsini xahiş etmişdir və məhkəmə tərəfindən iddiaçı Nümayəndə2 əsl iddiaçı X33 ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı X33 əsl İddiaçı6 ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Eyni zamanda xx.xx.2023-cü il tarixdə iddiaçı Nümayəndə2 məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 3-cü şəxs kimi işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi üçüncü şəxs kimi mülki işə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X34 iddiaçı tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 16 yanvar 2024-cü il tarixdə İddiaçı6 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 məhkəməyə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 tərəfindən Qəbələ rayonunun Nohurqışlaq kəndində zəbt edilmiş bələdiyyə mülkiyyətinə aid edilmiş 0,21253 ha torpaq sahəsinin boşaldılması, cavabdehin hesabına həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin 250 kvadrat metr hissəsindən (zəbt edilmiş bələdiyyə torpaqlarının arasından), Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin isə 250 kvadrat metr hissəsindən piyada və nəqliyyat vasitəsi ilə keçmək üçün servitutun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Qəbələ rayonunun Nohurqışlaq kəndinin sakinləri olaraq uzun müddətdir ki, cavabdehlərin qanunsuz əməllərinin qurbanına çevrilərək əziyyət çəkmək məcburiyyətində buraxlılmışlar. Belə ki, hələ dədə-babadan Nohurqışlaq kəndinə gedən iki yol mövcuddur. Bir müddət əvvəl həmin yoldan biri cavabdehlər tərəfindən tutularaq camaatın gediş-gəlişi məhdudlaşdırılmışdır. Hansısa qanunsuz yollarla Cavabdeh1 kənd camaatının illərlə yol kimi istifadə etdiyi torpaq sahəsinin 42 metr hissəsini adına sənədləşdirməyə nail olmuş, bununla kifayətlənməyərək yolun bələdiyyə mülkiyyətində olan 36 metr uzunluğunda olan hissəsinin də daxil olduğu 1600 kvadrat metr torpaq sahəsini də zəbt edərək öz istifadəsinə qatmış, yolun üzərində maneələr yaradaraq 1 kilometrlik kənd yolunun ortasından 70 metrini bağlayaraq camaatın gediş-gəlişini məhdudlaşdırmışdır. Digər Cavabdeh2 da Cavabdeh1 qoşularaq öz tərəfindən yolun bir hissəsinə məhdudiyyətlər yaradaraq qanunsuz şəkildə yolun zəbt edilməsində iştirak etməkdədir. Cavabdehlərə ümumi istifadədə olan yolun açılması ilə bağlı aparılmış danışıqlar zamanı Cavabdeh1 yolun açılması və həyətinin hasarlanaraq yoldan ayrılması üçün kənd camaatından 6000 manat pul istəmiş, bunun müqabilində tərəflərindən ona nağd şəkildə 1600 manat pul verilmiş, eyni zamanda 3000 manat dəyərində tikinti materialları təqdim olunmuşdur. Ancaq Cavabdeh1 sonradan fikrini dəyişdirərək və yolun açılması müqabilində kənd camaatından əvvəlcə 10000 manat, daha sonra isə 20000 manat pul tələb edərək aralarında əldə olunmuş razılşamanı da pozmuş, nəticədə nə onlardan nağd şəkildə aldığı 1600 manat pulu, nə də 3000 manat dəyərində tikinti materiallarını geri qaytarmayaraq hesablarına əsassız.şəkildə varlanmışdır. Digər Cavabdeh2 da yolun açılması müqabilində onlardan aldığı 700 manat pulu mənimsəyərək sonradan özünə aid hissədə bağladığı yolun açılmasından imtina etmişdir. Nəticədə cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən onlar da daxil olmaqla bütün kəndin sakinləri nəinki öz yaşadıqları fərdi yaşayış evlərinə normal şəkildə getmək imkanından məhrum edilmişlər, həm də pullarını da aldadılaraq əllərindən alınaraq ziyana uğradılmışlar. Cavabdehlərin kənd camaatının ümumi istifadəsində olan yolunu bağlamasının qanunsuz olması müraciətləri əsasında Fövqəladə Hallar Nazirliyi X36 Xidmətinin X26 Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən 08 fevral 2023-cü il tarixdə tərtib edilmiş aktda da öz əksini tapmışdır. Həmin aktda cavabdehlərin ümumi istifadədə olan yolu bağlamalarının həmin ərazidə baş verə biləcək hər hansı fövqəladə vəziyyətin tez bir zamanda qarşısını almağa çətinliklər yaratdığı bildirilmiş və bğlanmış yolun açılmasının məqsədəuyğun olduğu qeyd edilmişdir. Hesab edirlər ki, cavabdehlərin bu qanunsuz əməllərinə məhkəmə qaydasında son qoyulmalı, bütün kəndin iki insanın süni şəkildə yaratdıqları əngəllərdən qurtulmaları təmin edilməlidir. Onu da bir daha bildirmək istəyirlər ki, cavabdehlərin zəbt etdikləri yolun açılması üçün tərəflərindən onlara ağlabatan məbləğdə pul da təklif edilmiş, yolun abadlaşdırılası üçün müəyyən məbləğdə pul və tikinti materialları da verilmişdir. Buna baxmayaraq cavabdehlər bələdiyyə mülkiyyətində olan torpaq da daxil olmaqla qanunsuz olaraq illərlədir yol kimi istifadə olunan torpaq sahəsini zəbt etmiş və qanunsuz əməllərinə bu günədək son qoymamışdır. Yaranmış problemin həlli üçün bir neçə dəfə aidiyyəti qurumlara müraciət etsələr də, bunun hər hansı bir nəticəsi olmamış və onlara məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Bütün bunları nəzərə alaraq, onlar öz pozulmuş hüquqlarının müdafiə olunması və ən azından,mübahisələndirilən torpaq sahəsinə dair servitutun müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi lazım bilmişlər.xx.xx.2023-cü il tarixdə cavabdeh X13 etibarnamə üzrə nümayəndəsi (oğlu) X35 məhkəməyə dəftərxana vasitəsilə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçılar X16, X17, X18, X6 və X42 ona qarşı məhkəmədə iddia qaldıraraq, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən artezian qurğusundan istifadəyə suni maneələrin aradan qaldırılması, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qeyd edir ki, iddiaçıların iddiaları əsassızdır. Belə ki, iddiaçılar özləri də iddia ərizələrində qeyd etmişlər ki, artezian quyusu, su çəni və transfomator onun mülkiyyətində olan torpaq sahəsində yerləşir. Bu işin mübahisəsiz halıdır və bu halı iddiaçılar iddia ərizələrində etiraf etmişlər. Bildirir ki, artezian quyusu, su çəni və transfomator xx.xx.2007-ci il tarixli, MH 000205 saylı Çıxarışla mülkiyyətimə verilmiş torpaq sahəsində yerləşir. İddiaçılar isə xx.xx.2007-ci il tarixli, MH 000205 saylı Çıxarışın etibarsız hesab olunaraq ləğv olunmasına dair Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər və onların iddiaları təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə də qüvvədə qalmışdır. Bütün bunlar onu göstərir ki, iddiaçılar əsassız olaraq mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneəçilik törədilər. Nəticədə mülkiyyətində olan torpaq üzrə mülkiyyət hüququnu lazımı qaydada həyata keçirə bilmir. İndi isə əsassız olaraq mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun açılmasını tələb edirlər. İddiaçılar iddia ərizəsində mülkiyyətindən yol tələb etsələr də, bunu hansı qanuni əsaslarla etmələrini izah etməmişlər. Çünki belə bir qanuni əsas yoxdur. Əksinə olaraq bələdiyyənin mülkiyyətində kifayət qədər torpaq sahələri var və istələr həmin artezian quyusu, su çəni və transfomatoru həmin ərazidən çıxararaq bələdiyyə mülkiyyətində yerləşdirə bilərlər. Lakin bələdiyyə tərəfindən belə bir təşəbbüs göstərilməmişdir. Bələdiyyənin buna maddi və hər cəhətdən imkanı vardır. Mülkiyyət hüququ pozulan şəxs iddiaçılar deyil, odur. Həmçinin onu da bildirirəm ki, iddiaçılara artezian quyusu, su çəni və transfomatorın onun mülkiyyətindəki torpaq sahəsindən çıxardılaraq başqa yerdə quraşdırılmasını da təklif etmişdir. Lakin iddiaçılar əsassız olaraq onun mülkiyyətinə qanunsuz müdaxilə etmək istəyirlər. Eyni zamanda bildirir ki, iddiaçılar həmin torpaq sahəsini ondan qanunda nəzərdə tutulmuş “servitut” hüququna əsasən əldə edə bilərdilər. Göstərinlərlə bağlı qanunvericiliyin tələbindən göründüyü kimi, servitutla bağlı tərəflər öz aralarında razılığa gəlməli, bu bardə müqavilə bağlamalı, müqavilə notarial qaydada təsdiq edilməsi və servitutla bağlı hüquq qeydə alınamlıdır. Servitutla bağlı haqqın müəyyənləşdirilməsilə bağlı tərəflər arasında mübahisə olduqda, bu mübahisəyə məhkəmə qaydasında baxıla bilər. İstinad olunan maddi hüquq normalarına görə onun üzərinə servitutla bağla məhkəmədə qaydasında müqavilə bağlamaq öhdəliyinin qoyulması istisna edilir. Əks halda bu Mülki Məcəllənin 390-cı maddəsi ilə təsbit olunmuş müqavilə azadlığı prinsipinə zidd olar. O isə belə müqavilə bağlamaq niyyətində deyil. Göründüyü kimi iddiaçıların iddialarının heç bir hüquqi əsası yoxdur. Yuxarıda göstərilən qanunvericilik aktı normalarını nəzərə alaraq məhkəmədən, iddiaçıların iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı6 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2ddia ərizəsində göstərilənlərə uyğun izahat verib, məhkəmə ekspertizasının sonuncu rəyi nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə4 iddia tələbini qəbul etməyərək göstərdilər ki, mütəxəssis və ekspert rəylərində də göstərilmişdir ki, iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolu mövcuddur və həmin yoldan maneəsiz istifadə edirlər. Onlar isə mülkiyyətlərindən servitut müəyyən olunmasına razı deyillər. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə1 iddia tələbini qəbul etməyərək, mülkiyyətlərində olan torpaq sahələrindən servitut verilməsinə razı olmadığı, bu səbəblə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə3 müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, üçüncü şəxslərX34na və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İddiaçı4 məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini, işləri ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini və iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5 və üçüncü şəxslər X19 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,10 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X20 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,22 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********64reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı5 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********61 reyestr nömrəli, Seriya MH ******* saylı «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Nohurqışlaq kəndində 0,18003 ha torpaq sahəsi İddiaçı3, X14, X21 və X22 ümumi birgə mülkiyyətinə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,27 ha torpaq sahəsi Cavabdeh2, Nümayəndə1, X3, X4 və X11 adına qeydiyyata alınmışdır İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,2921 ha torpaq sahəsi Cavabdeh2, Nümayəndə1, X3, X1 və X11 adına qeydiyyata alınmışdır İşdə olan JN-298C (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli 17 nömrəli qərarına əsasən Cavabdeh2, Nümayəndə1, X3, X1 və X11 mülkiyyətinə JN-298C (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,27 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-298F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli 17 nömrəli qərarına əsasən Cavabdeh2, Nümayəndə1, X3, X1 və X11 mülkiyyətinə JN-298C (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-298B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli 17 nömrəli qərarına əsasən Cavabdeh2, Nümayəndə1, X3, X1 və X11 mülkiyyətinə JN-298B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********94 reyestr nömrəli, Seriya MH ******* saylı «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Nohurqışlaq kəndində 0,42097 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan JN-298F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli 17 nömrəli qərarına əsasən Cavabdeh1, Nümayəndə4, X7 və X2 mülkiyyətinə JN-266F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,32 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 08 fevral 2023-cü il tarixli Aktdan görünür ki, FHN DYNX Şimal- Qərb regional DYNİ-nin DYNŞ-nin inspektoru daxili xidmət kapitanı X28, həmin şöbənin böyük inspektoru daxili xidmət mayoru X29, Qəbələ rayon DYMH-nin rəis müavini X12, Qəbələ rayonu Nohurqışlaq kənd Bələdiyyəsinin sədiri Nümayəndə3, Qəbələ rayonu Nohurqışlaq kənd İƏD-sı üzrə nümayəndəsi X8 iştirakı ilə Qəbələ rayonu Nohurqışlaq kənd sakinləri tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-18-74 /1- 245/2023 nömrəli Şimal-Qərb regional DYNl-nə daxil olmuş məktuba kollektiv müraciət ilə əlaqədar, ünvan 2 ünvana baxış keçirilmiş və akta əsasə aşağıdakılar müəyyən edilmişdi: -Cavabdeh1 torpaq sahəsinin N**********94 nömrəli çıxarış var. -Komissiya üzvlərinin iştirakı ilə baxış zamanı yolun sərt döngəli və uzaq olduğu üçün gələcəkdə həmin ərazidə baş verə biləcək hər hansı fövqəladə vəziyyətin qarşısını tez bir zamanda almaq üçün həmin əraziyə girişin çətin olduğunu nəzərə alaraq digər istiqamətdə olan hal hazırda bağ sahəsindən keçən, bağlanan yolun açılması məqsədəyönlü hesab edilir. Baxış zamanı təqdim olunmuş və mübahisələndirilən yolun digər yol ilə arasında təqribən 125m uzunluğunda hissəsi cavabdehlər tərəfindən hasara alınaraq istifadəsində olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 dekabr 2023-cü il tarixli, 3-21-3- 42/2-6806/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir: İşin araşdırılması məqsədi ilə DƏDKR X49 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri 10 Noyabr 2023-cü il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki:

1. Cavabdeh2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş JN-298C, (Kod: ********) nömrəli <<Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışa əsasən qeydiyyata alınmış 0,27 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. **********31 nömrəli çıxarışa əsasən qeydiyyata alınmış 0,2921 ha, JN-298F, (Kod: ********) nömrəli <<Torpağın mülkiyyətə verilməsinə dair>> Şəhadətnaməyə əsasən 0,25 ha və JN- 298B, (Kod: ********) nömrəli <<Torpağın mülkiyyətə verilməsinə dair>> Şəhadətnaməyə əsasən 0,15 ha torpaq sahələri mübahisə predmeti olmadığı üçün hüdudları müəyyən edilməmişdir.

2. Cavabdeh X9 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışa əsasən qeydiyyata alınmış 0,42097 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. JN-266F (Kod: ********) nömrəli <<Torpağın mülkiyyətə verilməsinə dair>> şəhadətnaməyə əsasən Cavabdeh1, Nümayəndə4 Xasənməd qızının, X7 və X2 mülkiyyətinə verilmiş 0,32 ha həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli çıxarışa əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində X20 adına qeydiyyata alınmış 0,10 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Cavabdehlər tərəfindən yol yeri tutulmamışdır.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli çıxarışa əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində İddiaçı1 adına qeydiyyata alınmış 0,22 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Cavabdehlər tərəfindən yol yeri tutulmamışdır.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********64 reyestr nömrəli çıxarışa əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində İddiaçı5 adına qeydiyyata alınmış 0,08 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Cavabdehlər tərəfindən yol yeri tutulmamışdır.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli çıxarışa əsasən X23, X14, X24 və X25 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Hohurqışlaq kəndində yerləşən 0,18003 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Cavabdehlər tərəfindən yol yeri tutulmamışdır.

7. Sözügedən torpaq sahələrinə yol yerləri reallıqda mövcuddur. Nəzərdə tutulmuş yol yerləri hal-hazırda işlək vəziyyətdədir və vətəndaşlar tərəfindən istifadə olunur.

8. Sözügedən torpaq sahələrinə yol yerləri reallıqda mövcuddur. Cavabdehlərin istifadəsində və mülkiyyətinə verilmiş torpaq sahələrindən yol nəzərdə tutulmamışdır. Cavabdehlər tərəfindən reallıqda olan yol yerinə heç bir maneəçilik törədilmir.

9. İddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinə ərazinin ümumi xəritəsində yol yeri (ictimai yol) nəzərdə tutulmuşdur. Həmin yol yeri reallıqda mövcuddur. İddiaçıların iddia etdiyi yol yeri ərazinin ümumi xəritəsində nəzərdə tutulmamışdır və cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin üzərinə düşür.

10. İddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gedən yol yeri ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Həmin yol yeri reallıqda mövcuddur. Reallıqda mövcud yol yeri bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan ərazidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29fevral 2024-cü il tarixli, 3-16-16/2-10/1067 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Cavabdeh2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş JN-298C, (Kod: ********) nömrəli <<Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışa əsasən qeydiyyata alınmış 0,27 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. **********31 nömrəli çıxarışa əsasən qeydiyyata alınmış 0,2921 ha, JN-298F, (Kod: ********) nömrəli <<Torpağın mülkiyyətə verilməsinə dair>> Şəhadətnaməyə əsasən 0,25 ha və JN-298B, (Kod: ********) nömrəli <<Torpağın mülkiyyətə verilməsinə dair>> Şəhadətnaməyə əsasən 0,15 ha torpaq sahələri mübahisə predmeti olmadığı üçün hüdudları müəyyən edilməmişdir. Cavabdeh X9 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışa əsasən qeydiyyata alınmış 0,42097 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. JN-266F (Kod: ********) nömrəli <<Torpağın mülkiyyətə verilməsinə dair>> şəhadətnaməyə əsasən Cavabdeh1, Nümayəndə4 Xasənməd qızının, X7 və X2 mülkiyyətinə verilmiş 0,32 ha həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli çıxarışa əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində X20 adına qeydiyyata alınmış 0,10 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Cavabdehlər tərəfindən yol yeri tutulmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli çıxarışa əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində İddiaçı1 adına qeydiyyata alınmış 0,22 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Cavabdehlər tərəfindən yol yeri tutulmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********64 reyestr nömrəli çıxarışa əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində İddiaçı5 adına qeydiyyata alınmış 0,08 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Cavabdehlər tərəfindən yol yeri tutulmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli çıxarışa əsasən X23, X14, X24 və X25 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Hohurqışlaq kəndində yerləşən 0,18003 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Cavabdehlər tərəfindən yol yeri tutulmamışdır. Sözügedən torpaq sahələrinə yol yerləri reallıqda mövcuddur. Nəzərdə tutulmuş yol yerləri halhazırda işlək vəziyyətdədir və vətəndaşlar tərəfindən istifadə olunur. Sözügedən torpaq sahələrinə yol yerləri reallıqda mövcuddur. Cavabdehlərin istifadəsində və mülkiyyətinə verilmiş torpaq sahələrindən yol nəzərdə tutulmamışdır. Cavabdehlər tərəfindən reallıqda olan yol yerinə heç bir maneəçilik törədilmir. İddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinə ərazinin ümumi xəritəsində yol yeri (ictimai yol) nəzərdə tutulmuşdur. Həmin yol yeri reallıqda mövcuddur. İddiaçıların iddia etdiyi yol yeri ərazinin ümumi xəritəsində nəzərdə tutulmamışdır və cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin üzərinə düşür. İddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gedən yol yeri ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Həmin yol yeri reallıqda mövcuddur. Reallıqda mövcud yol yeri bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan ərazidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06avqust 2024-cü il tarixli, 3-16-16/2-10/1067 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki,Ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikasının Fövqələdə Hallar Nazirliyi Tikintidə X10 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilməli mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət verilmişdir. Tədqiqat obyektinə xx.xx.2024-cü il tarixdə baxış keçirildikdən uzun müddət keçməsinə baxmayaraq hər-hansı bir sənəd (mütəxəssis rəyi) Mərkəzə təqdim edilmədiyindən qərardadda qoyulmuş suallar üzrə tədqiqt aparılması mümkün olmamışdır. İş materiallarında olan FHN DYNX Şimal- Qərb regional DYNİ-nin DYNŞ-nin, Qəbələ rayon DYMH-nin, Qəbələ rayonu Nohurqışlaq kənd Bələdiyyəsinin, Nohurqışlaq kənd lƏD- si tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktda tədqiq olunan ərazidə baxış zamanı yolun sərt döngəli və uzaq olduğu üçün gələcəkdə həmin ərazidə baş verə biləcək hər hansı fövqəladə vəziyyətin qarşısını tez bir zamanda almaq üçün həmin əraziyə girişin çətin olduğunu nəzərə alaraq digər istiqamətdə olan hal hazırda bağ sahəsindən keçən, bağlanan yolun açılması məqsədəyönlü hesab edildiyi göştərilmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 158.3-cü maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqları sayılır. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 239-cu maddəsinə əsasən Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 255.1-ci maddəsinə əsasən Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.4-cü maddəsinə əsasən Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.8-ci maddəsinə əsasən Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 54-cü maddəsinin 1-ci bəndinə əsasən servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. 54-cü maddəsinin 2-ci bəndinə əsasən servitut - torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçılar mülkiyyətlərində olan torpaq sahələrinə 2 yol yerinin olduğunu, həmin yol yerinin birinin cavabdehlər tərəfindən tutulduğunu iddia edirlər. Cavabdehlər tərəfindən mübahisəli yol yerinin açılmasını 2 halla əsaslandırır. 1-ci hal ondan ibarətdir ki, yolun tutulması nəticəsində mülkiyyətlərinə daha uzaq yolla getmək məcburiyyətdə qalırlar. 2-ci hal isə ondan ibarətdir ki, Fövqəladə Hallar Nazirliyi X36 Xidmətinin X26 Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən 08 fevral 2023-cü il tarixli aktda göstərilmiş əsasa, yəni sözügedən yol yerinin bağlanması nəticəsində hər hansı fövqəladə vəziyyətin tez bir zamanda qarşısını almağın çətinliyi ilə əsaslandırırlar. Bunun əsasında iddiaçılar cavabdehlərə servitut müəyyən edilməklə, yoldan istifadə hüququ əldə etmək istədiyini bildirlər. Cavabdeh1 və Cavabdeh2 isə iddiaçıların açılmasını tələb etdikləri yol yerinin onların mülkiyyətində olduğunu, servitut verilməsinə razı olmadıqlarını, əsas kimi isə iddiaçıların mülkiyyətlərinə gedən alternativ yol yerinin olması ilə əsaslandırırlar. İddiaçıların iddia tələblərinin qanuni əsasını, yəni onların mülkiyyətlərinə verilmiş torpaq sahələrinə gedən yol yerinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsini müəyyənləşdirmək üçün məhkəmə tərəfindən mütəxəssis rəyi və ekspert rəyləri alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 dekabr 2023-cü il tarixli, 3-21-3-42/2-6806/2023 nömrəli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/1067 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli çıxarışa əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində X20 adına qeydiyyata alınmış 0,10 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Cavabdehlər tərəfindən yol yeri tutulmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli çıxarışa əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində İddiaçı1 adına qeydiyyata alınmış 0,22 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Cavabdehlər tərəfindən yol yeri tutulmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********64 reyestr nömrəli çıxarışa əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində İddiaçı5 adına qeydiyyata alınmış 0,08 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Cavabdehlər tərəfindən yol yeri tutulmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli çıxarışa əsasən X23, X14, X24 və X25 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Hohurqışlaq kəndində yerləşən 0,18003 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Cavabdehlər tərəfindən yol yeri tutulmamışdır. Sözügedən torpaq sahələrinə yol yerləri reallıqda mövcuddur. Nəzərdə tutulmuş yol yerləri halhazırda işlək vəziyyətdədir və vətəndaşlar tərəfindən istifadə olunur. Sözügedən torpaq sahələrinə yol yerləri reallıqda mövcuddur. Cavabdehlərin istifadəsində və mülkiyyətinə verilmiş torpaq sahələrindən yol nəzərdə tutulmamışdır. Cavabdehlər tərəfindən reallıqda olan yol yerinə heç bir maneəçilik törədilmir. İddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinə ərazinin ümumi xəritəsində yol yeri (ictimai yol) nəzərdə tutulmuşdur. Həmin yol yeri reallıqda mövcuddur. İddiaçıların iddia etdiyi yol yeri ərazinin ümumi xəritəsində nəzərdə tutulmamışdır və cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin üzərinə düşür. İddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gedən yol yeri ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Həmin yol yeri reallıqda mövcuddur. Reallıqda mövcud yol yeri bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan ərazidir. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələblərində ilk növbədə Cavabdeh1 tərəfindən Qəbələ rayonunun Nohurqışlaq kəndində zəbt edilmiş bələdiyyə mülkiyyətinə aid edilmiş 0,21253 ha torpaq sahəsinin boşaldılması, cavabdehin hesabına həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasını tələb etmişlər. Göründüyü kimi iddiaçılar ilk növbədə mübahisəli yol yerinin bələdiyyə mülkiyyətinə olmasını, bələdiyyə mülkiyyətinə aid edilmiş 0,21253 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılmasını tələb etmişlər. Lakin iddiaçılar açılmasını tələb etdikləri yol yerinin Nohurqışlaq bələdiyyəsinin mülkiyyətində olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. İddiaçıların açılmasını tələb etdikləri mübahisəli yolun Nohurqışlaq bələdiyyəsinin mülkiyyətində olması ekspert və mütəxəssis rəyləri ilə təkzib olunmuşdur. Belə ki, mütəxəssis rəyində və ekspert rəyində göstərilmişdir ki, iddiaçıların iddia etdiyi yol yeri ərazinin ümumi xəritəsində nəzərdə tutulmamışdır və cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin üzərinə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar bələdiyyə mülkiyyətinə aid torpaq sahələrini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyillər. Göründüyü kimi mütəxəssis rəyində və ekspert rəylərində iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulduğunu, yol yerlərinin hal-hazırda işlək vəziyyətdə və vətəndaşlar tərəfindən istifadə olunduğu, cavabdehlər tərəfindən reallıqda olan yol yerinə heç bir maneəçilik törədilmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin mülkiyyətində olan torpaq sahəsinə yol yeri tələb etmə əsasları Mülki Məcəllənin 175.1-ci maddəsi və 255-ci maddəsi ilə (servitut) nəzərdə tutulmuşdur. Məhkəmə Mülki Məcəllənin 175.1-ci maddəsinin tələbləri baxımından iddiaçılara yol verilməsinin mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 175.1-ci maddəsinin mənasından göründüyü kimi, öz sahəsindən ictimai yola keçidi olmayan torpaq sahəsinin mülkiyyətçisi qonşulardan tam əvəzi ödənilməklə ona zəruri keçid ayırmasını tələb edə bilər və tələb ilk növbədə keçidin daha yolverilən və daha az zərər vurduğu qonşuya yönəlməli, qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların ictimai yola keçidləri vardır və həmin torpaq sahəsindən maneəsiz şəkildə istifadə edilər. Bu hal həmçinin məhkəmə tərəfindən alınmış mütəxəssis və ekspert rəyləri ilə sübuta yetirilmişdir. Həmçinin məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirərkən də müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinə yol yeri kifayət qədər geniş ərazini əhatə etməklə kənd camaatının çox hissəsi tərəfindən istifadə edilməkdədir. Beləliklə də, iddiaçıların ictimai yola keçidləri olduğundan Mülki Məcəllənin 175.1-ci maddəsinə istinad edilməklə iddiaçılara cavabdehlərin mülkiyyətlərində olan torpaq sahəsindən yol verilməsi mümkün deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələblərində servitutun müəyyən edilməsi yolu ilə cavabdehlər tərəfindən onlara yol verilməsini tələb etmişlər. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən servitut-bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut-torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; torpaq sahəsində drenaj işləri aparmaq; torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); torpaq sahəsindən malqaranı keçirmək; yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və mal-qara otarmaq; torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti istifadə etmək; qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçən tikililər və qurğular ucaltmaq; qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların ucaldılmasını qadağan etmək; torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər təbiətqoruyucu obyektlər yaratmaq; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. Kənd əhalisinin və onların birliklərinin xeyrinə müəyyən edilən kənd təsərrüfatı servitutlarına görə ödəniş tutulmur. Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq sahəsi üzərində hüququn formasından asılı olmayaraq, bütün torpaq sahəsinə servitut müəyyən edilə bilər. Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməlidir. Torpaq sahəsi başqa şəxslərə keçdikdə, qanunvericiliklə müəyyən edilmiş servitutlar saxlanılır. Müəyyən edilmiş servitutun əsasları sonradan aradan götürülərsə, torpaq mülkiyyətçisinin tələbinə görə həmin servitut dayandırıla bilər. Üzərində servitutun müəyyən edilməsi nəticəsində torpaq sahəsindən məqsədli təyinatına görə istifadə edilməsi mümkün olmadığı hallarda, həmin sahənin mülkiyyətçisinin bu servitutun məhkəmə qaydasında dayandırılmasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə Mülki Məcəllənin servitut institutunu təsbit edən müddəalarına istinad edərək qeyd edir ki, servitutla bağlı tərəflər öz aralarında razılığa gəlməli, bu barədə müqavilə bağlamalı, müqavilə notarial qaydada təsdiq edilməli və servitutla bağlı hüquq qeydə alınmalıdır. Servitutla bağlı haqqın müəyyənləşdirilməsilə bağlı tərəflər arasında mübahisə olduqda, bu mübahisəyə məhkəmə qaydasında baxıla bilər. İstinad olunan maddi hüquq normalarına görə cavabdehlərin üzərinə servitutla bağlı məhkəmə qaydasında müqavilə bağlamaq öhdəliyinin qoyulması istisna edilir. Əks halda bu Mülki Məcəllənin 390-cı maddəsi ilə təsbit olunmuş müqavilə azadlığı prinsipinə zidd olar. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/1067 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə də münasibət bildirirək məhkəmə qeyd edir ki, ekspert rəyində yalnız FHN DYNX Şimal- Qərb regional DYNİ-nin DYNŞ-nin, Qəbələ rayon DYMH-nin, Qəbələ rayonu Nohurqışlaq kənd Bələdiyyəsinin, Nohurqışlaq kənd lƏD- si tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş akta istinad olunmuşdur. Bu səbəbdən məhkəmə qeyd edir ki, sözügedən ekspert rəyində göstərilən hallar Mülki hüquq normalarına uyğun olmadığından iddiaçıların iddialarının təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu və mütəxəssis xərcləri iddiaçılara aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli) manat məbləğində pul iddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5 və İddiaçı3 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis və ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol olaraq istifadə edilən torpağın boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və servitutun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol olaraq istifadə edilən torpağın boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və servitutun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu və mütəxəssis xərcləri iddiaçılara aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli) manat məbləğində pul iddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5 və İddiaçı3 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar