Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-28/2022 21.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin istifadəsində olan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: cavabdeh tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin istifadəsində olan maneələrin aradan qaldırılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin istifadəsində olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin istifadəsində olan maneələrin aradan qaldırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, JN-221A, KOD 40615048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə əsasında xüsusi mülkiyyətlərinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin istifadəsində olan maneələrin aradan qaldırılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmış ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 20 dekabr 1999-cu il tarixli, 20 saylı qərarı ilə ona və digər ailə üzvləri, həyat yoldaşı X3, oğlu X9, qızları X6 Qəbələ rayonu, Yemişanlı kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsinə görə ona JN-221A, KOD 40615048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sonradan JN-221A, KOD 40615048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni itirmişdir. Bu barədə 20 fevral 2019-cu il tarixdə “Qəbələ” qəzetində elan dərc edilmiş, bundan sonra Qəbələ rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Qəbələ rayon Polis şöbəsində bu barədə axtarış tədbirləri keçirilmiş, lakin 23 fevral 2019-cu il tarixədək itmiş sənəd barədə tapıntı kimi heç bir məlumat Qəbələ RPŞ-yə daxil olmamışdır. Bu məqsədlə şəhadətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsindən surətinin alınması və çıxarış almaq barədə müraciət etmişdir. Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, oğlunun, yəni X1 və adı səhvən “Məmmədşərifova Pərvanə”, “oğlu” yerinə isə “qızı” kimi yazılmışdır. Şəhadətnamədə olan səhvin düzəldilməsinə görə oğlu Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2020-ci il tarixli 2(025)-827/2020 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilmiş, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 20 dekabr 1999-cu il tarixli, 20 saylı qərarı ilə Qəbələ rayonu, Yemişanlı kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsinə görə JN-221A, KOD 40615048 saylı Torpağın mülkiyyyətə verilməsinə dair Şəhadətnamənin oğluna, yəni X9 məxsus olması faktı müəyyən edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-827/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra torpaq sahəsinə mülkiyyət sənədi çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə əsasən Ərazi İdarəsinin mütəxəssisləri mülkiyyətində olan torpaq sahəsinin texniki inventarlaşdırılması üçün əraziyə gəlmişlər, lakin qardaşı Cavabdeh tərəfindən əsası olmayan torpaq sahəsi üzərində sərhəd mübahisə olduğundan söz-söhbətlə maneələr yaradılmış, ölçmə işlərinin aparılması mümkün olmamışdır. Ona görə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli **********20 nömrəli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina verilməsi barədə bildiriş verilməmişdir. Dəfələrlə torpaq sahəsinin istifadəsində olan maneələrin aradan qaldırılmasına dair olan mübahisənin öz aralarında həll etmək istəsə də, bu baş tutmamış, razılıq olmamışdır. O da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qeyd edilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş rəylə tanış olmuş, həmin rəydə də cavabdehin ona məxsus torpaq sahəsini faktiki olaraq istifadə etməsi və ona maneəçilik törətməsi müəyyən edilmişdir. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh İddiaçı həmçinin 50 4181641 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. 03 avqust 2021-ci il tarixi məhkəmə iclasında izahat verən Cavabdeh ifadəsində bildirmişdir ki, həmin torpaq səhəsini o, 1996-cı il tarixdə rayon Torpaq şöbəsindən almış, həmin torpaq sahəsini qardaşının və onun ailə üzvlərinin adına rəsmiləşdirmişdir. Qardaşı ilə olan razılaşmaya əsasən o da öz adına olan torpaq sahəsini ona vermişdir ki, istifadə etsin. O isə qardaşınan adına olan torpaq sahəsində oğlu üçün fərdi yaşayış evi inşa etmişdir. O, həmin toraq sahəsini qardaşına qaytarmaq fikiri yoxdur və iddai tələbini qəbul etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan JN-211A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən İddiaçı, X2, X5, X10 və X4 birgə mülkiyyətinə 0,12 ha həyətyanı sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 may 2022-ci il tarixli, **********27 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki, Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarı ilə İddiaçı, X2, X5, X10 və X4 birgə mülkiyyətinə JN-211A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarı ilə İddiaçı, X2, X5, X10 və X4 birgə mülkiyyətinə JN-211A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsi bütövlükdə Cavabdeh istifadəsindədir. Qəbələ rayon AİK-in 20 dekabr 1999cu il tarixli 20 nömrəli qərarı ilə İddiaçı, X2, X5, X10 və X4 birgə mülkiyyətinə JN-211A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin kənarları Cavabdeh tərəfindən metal tor və kol çəpər vasitəsi ilə bağlanılmış, həyətyanı sahə kimi istifadə olunur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış 04 dekabr 2020-ci il tarixli, **********20 nömrəli məktubda göstərilmişdir ki, ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün əraziyə getmiş, lakin torpaq sahəsi üzərində sərhəd mübahisə olduğundan ərazidə texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-827/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən İddiaçı, X8, X11, X12 və X4 mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 211A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ailə üzvləri ilə birlikdə X9 məxsus olması hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı 09 oktyabr 2005-ci il tarixdən Qəbələ rayonu, Abrıx kəndində qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki,Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəliqərarı ilə JN-211A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətəverilməsinə dair» şəhadətnaməyə əsasən İddiaçı, X2, X5, X10 və X4ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Yemişanlı kəndində 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir.Lakin iddiaçı və onun ailə üzvlərimülkiyyətlərinə verilmiş torpaq sahəsinin sənədləşdirilməsinə, eyni zamanda torpaq sahəsinin istifadəsinə cavabdeh tərəfindən maneəçilik törədilməsi nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 may 2022-ci il tarixli, **********27 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyindəQəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarı ilə İddiaçı, X2, X5, X10 və X4 birgə mülkiyyətinə JN-211A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin bütövlükdəCavabdeh istifadəsində olduğu, torpaq sahəsinin kənarlarının Cavabdeh tərəfindən metal tor və kol çəpər vasitəsi ilə bağlanıldığı, həyətyanı sahə kimi istifadə olunması göstərilmişdir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, sənədləşdirilməsinə və istifadəsinə törədilən maenələrə son qoyulması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Həmin maddədən göründüyü kimi iddiaçının cavabdehin torpaq sahəsinin sənədləşdirilməsinə və istifadəsinə törədilən maenələrə son qoyulmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahələrinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçının təqdim etdiyi JN- 211A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə və mütəxəssis rəyi ilə sübut olunur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi və mülkiyyətində olan torpaq sahəsi 0,12 hektar təşkil edir. Qəbələ rayon AİK-in 20 dekabr 1999cu il tarixli 20 nömrəli qərarı ilə İddiaçı, X2, X5, X10 və X4 birgə mülkiyyətinə JN-211A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsibütövlükdə Cavabdeh istifadəsində olduğundan, torpaq sahəsinin kənarları Cavabdeh tərəfindən metal tor və kol çəpər vasitəsi ilə bağlanılaraq həyətyanı sahə kimi istifadə olunduğundaniddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.1-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneələr mövcud olduğundan iddia tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə və ailə üzvlərinə məxsus olmasına baxmayaraq, həmin torpaq sahəsinin sənədləşdirilməsinə və istifadəsinə cavabdeh tərəfindən maneələr törədilir ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 315,0 (üç yüz on beş) manat məbləğində pul iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin müvafiq hesabına ödənilmiş və iddiaçı həmin məbləği cavabdehhən tələb etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, JN-211A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən qanunsuz maneələrə son qoyulmalı və torpaq sahəsinin istifadəsində olan maneələr aradan qaldırılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. JN-211A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən qanunsuz maneələrə son qoyulsun və torpaq sahəsinin istifadəsində olan maneələr aradan qaldırılsın. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-28/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-28/2022
21.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver