Məhkəmə qərarları › İş №2(025)-28/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-28/2023

02.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-28/2023 02.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X5 qarşı "torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və torpaq sahəsinin boşaldılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı "torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və torpaq sahəsinin boşaldılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı cavabdeh X4 qarşı "torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və torpaq sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 tərəfindən Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində JN- 179 saylı kodu 40616028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə birgə paylı mülkiyyətinə verilmiş 0.30 ha torpaq sahəsindən isifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş kol çəpərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, torpaq islahatı keçirilən zaman ailə üzvülərinə Qəbələ rayon AİK-nin xx.xx.2002-ci il tarixli 17 saylı qərarı ilə 0.91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvülərinin birgə paylı mülkiyyətinə verilmiş və JN-179 saylı Dövlət aktı ilə adına rəsmiləşdirilmişdir. Birgə paylı mülkiyyyətinə verilmiş 0.91 ha torpaq sahəsi iki müxtəlif sahədən verilmişdir. Ailə üzvülərinin birgə paylı mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.30 ha hissəsini mülkiyyətçi olaraq istifadə edə bilmirlər. Cavabdeh 0.30 ha torpaq sahəsinin ətrafını kol hasarla bağlayaraq öz həyətinə qataraq istifadəyə imkan vermir. İslahatdan xeyli müddət keçməsinə baxmayaraq cavabdehlə dəfələrlə torpaq sahəsindən istifadənə törədilən maneələrə son qoymasını, torpağın boşaldılmasını xahiş etsələr də nəticəsi olmayıb. Bu hərəkətləri ilə cavabdeh onların 0.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozmaqla torpaqdan istifadəyə imkan vermir, əksinə çox ciddi problemlər yaradır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia tələbindən görünür ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi iddiaçının olmasını iddia edir. İstifadəsində olan torpaq sahənə 1996-cı ildə Aqrar islahat aparılan zaman ona verilmiş torpaq sahəsidir. İddiaçıya isə torpaq sahəsi 2002-ci il tarixdə verilib. Ona görə də iddia predmeti ilə onun istifadəsində olan torpaq sahəsinin eynilik təşkil etməsi mübahisə doğurur. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən  Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.  Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.  Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.  Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.  Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-0179 saylı, kod 40616028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.91 ha torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12in 16 dekabr 2022-ci il tarixli, **********38 saylı mütəxəssis rəyindən görünür ki, işin araşdırılması məqsədi ilə DƏDKR X12 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri 14 oktyabr 2022-ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki,

1. Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli, 17 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-0179 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən verilmiş 0,91 ha torpaq sahəsi iki konturda yerləşir. 179 nömrəli konturda yerləşən 0,3033 ha torpaq sahəsinin hüdudları müəyyən edildi. 179C nömrəli konturda yerləşən 0,6027 ha torpaq sahəsi isə mübahisə predmeti olmadığı üçün hüdudları müəyyən edilmədi.

2. Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli, 17 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-0179 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 179 konturunda verilmiş 0,3033 ha torpaq sahəsinin 0,1293 ha hissəsi cavabdeh X6 tərəfindən istifadə olunur cavabdehin istifadəsindədir.

3. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunan hissəsində cavabdehə məxsus metal borular üzərində inşa edilmiş talvar var. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/921 saylı ekspertiza rəyindən görünür ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir:

1. Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli, 17 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-0179 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən verilmiş 0,91 ha torpaq sahəsi iki konturda yerləşir. 179 nömrəli konturda yerləşən 0,3033 ha torpaq sahəsinin hüdudları müəyyən edildi. 179C nömrəli konturda yerləşən 0,6027 ha torpaq sahəsi isə mübahisə predmeti olmadığı üçün hüdudları müəyyən edilmədi.

2. Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli, 17 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-0179 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 179 konturunda verilmiş 0,3033 ha torpaq sahəsinin 0,1293 ha hissəsi cavabdeh X6 tərəfindən istifadə olunur.

3. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunan hissəsində cavabdehə məxsus metal borular üzərsində inşa edilmiş talvar var. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-0179 nömrəli (kod: ********) olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli, 17 nömrəli qərarına əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.91 ha torpaq sahəsi verilmişdir. Hazırda İddiaçı cavabdeh X5 qarşı "torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və torpaq sahəsinin boşaldılması" tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun JN-179 saylı kodu 40616028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə birgə paylı mülkiyyətinə verilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.30 ha torpaq sahəsindən isifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş kol çəpərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin cavabdeh X8 tərəfindən boşaldılması tələb edir. Cavabdeh X8 isə istifadəsində olan torpaq sahənə 1996-cı ildə Aqrar islahat aparılan zaman ona verilmiş torpaq sahəsi olduğunu, iddiaçıya isə torpaq sahəsi 2002-ci il tarixdə verildiyini, ona görə də iddia predmeti ilə onun istifadəsində olan torpaq sahəsinin eynilik təşkil etməsi mübahisə doğurduğunu göstərib, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı onun və ailə üzvilərinin ümumu birgə mülkiyyətlərində olan JN-0179 saylı, kod 40616028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.91 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə "torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və torpaq sahəsinin boşaldılması" tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması nəticəsində Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli, 17 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-0179 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə 179 konturunda verilmiş 0,3033 ha torpaq sahəsinin 0,1293 ha hissəsi cavabdeh X3 istifadəsində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılaya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli, 17 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-0179 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 179 konturunda verilmiş 0,3033 ha torpaq sahəsinin 0,1293 ha hissəsi cavabdeh X8 tərəfindən boşaldılmalı, iddiaçının istifadəsinə törədilən maneələrə son qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli, 17 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-0179 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 179 konturunda verilmiş 0,3033 ha torpaq sahəsinin 0,1293 ha hissəsi cavabdeh X8 tərəfindən boşaldılsın və iddiaçının istifadəsinə törədilən maneələrə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar