Məhkəmə qərarları › İş №2(025)-281/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-281/2021

15.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərəri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-281/2021 15.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X5 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasına qarşı “əmək haqqı, vuruluş maddi və mənəvi zərər” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasına qarşı “əmək haqqı, vurulmuş maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Mərkəzi Xəstəxanasından onun xeyrinə xx xxxx 2019-cu il tarixdən xx xxxxxxx 2020 ci il tarixədək olan dövr üzrə almalı olduğu əmək haqqının, hüquqi yardıma görə ödədiyi 500 (300.00 + 200.00) manat pulun, gediş-gəlişə görə çəkdiyi 300 manat məbləğində xərcin, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat kompensasiyanın və ödədiyi 30 manat məhkəmə dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı iddia tələbinin azaldılması ilə bağlı ərizə təqdim edərək Qəbələ rayon Mərkəzi Xəstəxanasından onun xeyrinə hüquqi yardıma görə ödədiyi 500 (300.00 + 200.00) manat pulun və ödədiyi 30 manat məhkəmə dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir Bayramovun xx.xx.2019-cu il tarixli, 578-K saylı əmri ilə birtərəfli qaydada işdən azad edilmişdir. Qəbələ rayon Məhkəməsi (hakim Abbas Əliyev) baş həkim Sabir Bayramovun əmrinin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməyi barədə xx.xx.2019-cu il tarixli, 2 (025)- 1271/2019 saylı Qətnamə qəbul etdi. Həmin qətnamədən baş həkim Sabir Bayramov apellyasiya şikayəti verdi. Şəki apellyasiya məhkəməsi (hakim Ələddin Məcidov) xx.xx.2020-ci il tarixli 2(107)- 191/2020 saylı Qətnamə qəbul edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədin saxladı. Baş həkim Sabir Bayramov həmin qətnamədən kassasiya şikayəti verdi. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)-3252/2020 saylı Qərarı ilə kassasiya şikayətini rədd edilərək, apellyasiya instansiya məhkəməsinin qətnəməsini qüvvədə saxladı. Qəbul edilmiş qətnamələrin icrası ilə bağlı xeyli mübahisə apardıqdan və dəfələrlə gedib-gəldikdən sonra Qəbələ rayon Mərkəzi Xəstəxanası xx.xx.2020-ci il tarixli 1301-K nömrəli Əmr verdi. Əmrə əsasən xx.xx.2019-cu uil tarixdən əvvəlki vəzifəyə bərpa edilmişdir. Eyni zamanda, həmin əmrdə göstərilmişdir ki, “xx.xx.2019-cu il tarixdən - xx.xx.2020-ci il tarixədək mənə ödənilməli olan əmək haqqı ödənilsin”. Qeyd etdiyi əmrin qüvvədə olmasına baxmayaraq ona ödənilməsi məcburi olan, əmrdə göstərilmiş ödənişin ödənilməsindən Mərkəzi Xəstəxanasının rəhbərliyi imtina edir. Bundan başqa, həm əvvəlki məhkəmələrlə, həm də hazırkı məhkəmə işi ilə bağlı hüquqi yardıma görə vəkilə 500 manat məbləğində və məhkəmələrə gedib-gəlməklə bağlı 300 manat məbləğində pul ödəyib maddi zərər çəkmişdir. Bundan əlavə, bir ildən artıq müddət ərzində işini itirməklə bağlı stress və əsab keçirmişdir, məhkəmələrə gedib-gəlməklə bağlı yollardakı çətinlik səbəbindən 63 yaşına rəğmən əzab-əziyyət çəkmişdir. Həm ona dəyən real maddi zərəri, həm də keçirdiyim stress, əsəb və əzabəziyyətin əvəzi olaraq, cavabdehdən mənəvi zərərin kompensasiyasını tələb etmək qərarına gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək həmçinin bildirdi ki, cavabdeh “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X3 xx xxxx 2019-cu il tarixdən xx xxxxxxx 2020 ci il tarixədək olan dövr üzrə almalı olduğu əmək haqqını tam şəkildə ödəmişdir. Hazırda yalnız hüquqi yardıma görə ödədiyi 500 manat pulun və ödədiyi 30 manat məhkəmə dövlət rüsumunun tutularaq ona verilməsini tələb edir. Odur ki, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil bildirmişdir ki, cavabdeh “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X6 iddiaçıya xx xxxx 2019-cu il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək olan dövr üzrə ödəməli olduğu əmək haqqını tam şəkildə ödəmişdir. Hal-hazırda tərəflər arasında bu hissədə, həmçinin gediş-gəlişə görə iddiaçının çəkdiyi 300 manat məbləğində xərcin və iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat kompensasiyanın ödənilməsinə dair mübahisə mövcud deyil. Odur ki, Qəbələ rayon X1 Qalya Qriqoryevnanın xeyrinə hüquqi yardıma görə ödədiyi 500 (300.00 + 200.00) manat pulun və 30 manat dövlət rüsumunun tutularaq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X5 nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı tələb etdiyi xx xxxx 2019-cu il tarixdən xx xxxxxxx 2020 ci il tarixədək olan dövr üzrə almalı olduğu əmək haqqı iddiaçı tərəfindən məhkəməyə müraciət olunduqdan sonra ödənmişdir. “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X6 iddia tələbini qalan hissədə - hüquqi yardıma görə ödədiyi 500 (300.00 + 200.00) manat pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi hissəsində qəbul etmir. Belə ki, əmək haqqı tamamilə ödənildiyindən qeyd olunan iddia tələbləri tamamilə əsassızdır. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-1271\2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qəbələ Rayon X2 Qalya Qriqoryevnanın işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli, K-578 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Qəbələ rayonu Nic qəsəbə sahə xəstəxanasına əvvəlki vəzifəsinə bərpa olunması qət edilmişdir. İşdə olan “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X4 direktoru Sabir Bayramovun xx xxxxxxx 2020-ci il tarixli 1301-K saylı əmrindən görünür ki, İddiaçı barəsində verilmiş 578-K saylı, xx.xx.2019-cu il tarixli əmri ləğv edilmiş, həmin tarixdən onun ştat vahidindən Nic ASM bölməsində qalmış 0.25 ştat vahidi mama və Cərrahiyə şöbəsinin əməliyyatxana bölməsində 0.25 ştat vahidi tibb bacısı vəzifəsinə işə bərpa olunmuş və ona xx xxxx 2019-cu il tarixdən xx xxxxxxx 2020 ci il tarixədək olan dövr üzrə aylıq əmək haqqının ödənilməsi Maliyyə şöbəsinin müdiri V.Mirzəliyevaya tapşırılmışdır. İşin materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, 478408 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı vəkil xidməti üçün 300 manat ödəniş etmişdir. İşin materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, 478409 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı vəkil xidməti üçün 200 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1271\2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qəbələ Rayon X2 Qalya Qriqoryevnanın işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli, K-578 nömrəli əmri ləğv edilmiş, İddiaçı Qəbələ rayonu Nic qəsəbə sahə xəstəxanasına əvvəlki vəzifəsinə bərpa olunmuşdur. Cavabdeh Qəbələ Rayon Mərkəzi Xəstəxanası tərəfindən yuxarı instansiya məhkəmlərinə verilmiş apellyasiya və daha sonra kassasiya şikayətləri təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1271\2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X4 direktoru Sabir Bayramovun xx xxxxxxx 2020-ci il tarixli 1301-K saylı əmri İddiaçı əvvəlki vəzifəsinə işə bərpa olunmuş və ona xx xxxx 2019-cu il tarixdən xx xxxxxxx 2020 ci il tarixədək olan dövr üzrə aylıq əmək haqqının ödənilməsi Maliyyə şöbəsinə tapşırılmış, əmək haqqı ödənilmədiyindən məhkəməyə müraciət etmək məcbur olmuşdur. Bundan başqa, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırıldıqdan sonra – xx xxxx 2021-ci il və xx xxxx 2021-ci il tarixlərdə cavabdeh “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X6 tərəfindən iddiaçıya ona xx xxxx 2019-cu il tarixdən xx xxxxxxx 2020 ci il tarixədək olan dövr üzrə aylıq əmək haqqı üzrə ödənişlər edilmişdir. Hazırda İddiaçı 500 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə prosesində “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X5 nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X6 tərəfindən İddiaçı hesabına xx xxxx 2021-ci il tarixdə 2500 manat və xx xxxx 2021-ci il tarixdə 345 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə işə baxılması ilə əlaqədar vəkil xidmətinin göstərilməsi üçün 500 manat pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumu ödənilməsi barədə aşağıdakıları qeyd edir. İddiaçı vəkilə görə ödədiyi 500 manat pulun və ödədiyi dövlət rüsumu cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində həmçinin məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsində işə baxılması ilə əlaqədar məsrəflərə nələrin daxil olduğu göstərilmişdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1 -ci maddəsinə əsasən məhkəmə nümayəndərin yə ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Vəkilə çəkilmiş xərclərə görə tələb olunan 500 manat pulun cavabdehdən tutulmasını məhkəmə qismən əsaslı hesab edir. Belə ki, işin xarakteri, mürəkkəbliyi, məhkəmə iclaslarının sayı və iclasın keçirilməsi müddəti (1 hazırlıq, 2 baxış iclası) nəzərə alınarsa məhkəmə vəkilə görə ödənilmiş 500 manatdan 200 manatının cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. Həmçinin İddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu tutulmuş, məhkəmə hesab edir ki, həmin pul vəsaiti Qəbələ rayon Mərkəzi Xəstəxanasından da, tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasından hüquqi yardıma görə 200 manat pul vəsaiti və 30 manat dövlət rüsumu olmaqla, cəmi 230 (iki yüz otuz) manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasından hüquqi yardıma görə 200 manat pul vəsaiti və 30 manat dövlət rüsumu olmaqla, cəmi 230 (iki yüz otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar