Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-29/2021 04.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması”na dair iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 469.81 ABŞ dolları əsas, 2147.99 ABŞ dolları faiz, 1554.36 ABŞ dolları cərimə borcu olmaqla xx.xx.2016-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 514.2 ABŞ dolları məbləğində əldən tıxmış fayda olmaqla, ümumilikdə cəmi 4686.36 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə borc məbləğinin ödənilməsi barədə məhkəmədən kənar razılıq əldə olunduğunu bildirmiş, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlmədiklərinə görə onların işin mahiyyəti üzrə həll olunmasını tələb edib-etmədiklərini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmiş, ekspertizanın xərci 300 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti aparılmış tədqiqatın dəyəri olaraq 300 manat ekspertiza xərci yüksək hesablanmış, ağlabatan deyil. Bu səbəbdən, onun məbləği azaldılmalıdır. Məhkəmə hesab edir ki, 50 manat məbləğində ekspertiza xərcinin tutulması ədalətli olmaqla yanaşı, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin mənafeləri qorunmuş olur. Odur ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.7, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın və ərizə baxılmamış saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi hesaba köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verlilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-29/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-29/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver