Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-29/2024 09.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icarə müqaviləsinin etibarsız hesab olunması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi Nümayəndə4, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə3 və üçüncü şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, tərəflər “İcarayəverən” Qəbələ rayon Bum Bələdiyyəsi ilə "xxxx" Azercell Telekom MMM” birgə müəssisəsi arasında bağlanmış № 2007-0546 saylı, 23 iyul 2007-ci il tarixli İcarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Qəbələ rayon İcra Hakimiyyəti və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişlər. Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağ müharibəsi iştirakçısı olmuşdur, İ qrup müharibə əlilidir. Əlilliyinə görə dövlət tərəfindən ona imtiyaz verilərək əsaslı şəkildə Qəbələ rayon İcra Hakimiyyəti Başçısının № 31 saylı, 08 fevral 1999-cu il tarixli Sərəncamı ilə ona Qəbələ rayonu, Bum kəndinin qərb hissəsində əkinə-biçinə yaramayan Bələdiyyənin ehtiyyat fond torpağından 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi uzun illər onun istifadəsində olmuşdur. Ona yaxın müddətdə məlum olmuşdur ki, onun üçün ayrılmış torpaq sahəsinin bir hissəsini, yəni ki, 150 (bir yüz əlli) kvadrat metr torpaq sahəsini Qəbəli rayonu Bum Bələddiyəsi özbaşına olaraq qeyri qanuni yolla "xxxx" Birgə Müəssisəsinə illik ƏDV nəzərə alınmamaqla 700 (yeddi yüz) ABŞ dollarının Azərbaycan manatına nisbəti məbləiğində müəyyən edilərək 50 il müddətinə icarəyə vermişdir. Qeyd etmək istəyir ki, həmin torpaq sahəsi onun istifadəsində olduğu dövrdə, sərəncam ləğv olunmadan, ona məlumat verilmədən və razılığı alınmadan tərəflər arasında bağlanmış müqavilədir. Bütün bunlar adıçəkilən müqavilənin etibarsız hesab olunması üçün əsasdır. Bununla da səlahiyyəti və hüququ olmadan Bələdiyyə onun hüquqlarını kobud şəkildə pozaraq özbaşınalıq etmişdir. Bundan başqa onda olan məlumata əsasən icra müqaviləsi Dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi cavabdehlərin etdiyi bütün hərəkətlər tam qanunsuz olmuşdur. Ona məxsus mübahisə predmeti olan əmlak qeyri-qanuni yol ilə, iradəsi ziddinə bağlanılmış müqavilə ilə cavabdehlər tərəfindən ələ keçirilmiş və nəticədə o, əmlakından məhrum olmuşdur. İddiaya etiraz: xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddia tələblərini faktiki və hüquqi baxımdan əsassız hesab edirlər. İlk növbədə onu bildirirlər ki, "xxxx" MMC ölkənin bütün bölgələrini, o, cümlədən Qəbələ rayonunun ərazisini mobil rabitə xidməti ilə təmin etməyi qarşısına məqsəd qoymuşdur. Bu məqsədlə qeyd edilən ərazidə FO kabelin quraşdırılması işi planlaşdırılmış və həmin radio-baza stansiyası lazımi rəsmiləşdirmə işləri aparılmaqla və müvafiq müqavilə bağlanmaq şərti ilə quraşdırılmışdır ki, bu da yeni texnologiyalar əsasında ölkədə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi və inkişaf etdirilməsi, respublikanın bütün ərazisi üzrə fiziki və hüquqi şəxslərin telekommunikasiya xidmətlərinə çıxışının təmin olunmasına xidmət edir. İddia ərizəsində qeyd edilən ərazi ilə bağlı bildirirlər ki, "xxxx" MMC ilə Qəbələ rayon Bum Bələdiyyəsi arasında 23 iyul 2007-ci il tarixində 2007-0546 saylı torpaq icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Bələdiyyənin mülkiyyətində olan Bum Bələdiyyəsinin torpaq sahəsində radio-baza stansiyasının qurulması üçün qeyd edilən torpaq sahəsini icarəyə götürmüşdür. Bələdiyyə tərəfindən təqdim edilmiş mülkiyyətlərində olmasını əks etdirən rəsmi sənədlərə əsasən müqavilə bağlanmışdır. Qeyd edilən torpaq sahəsinin iddiaçıya məxsus olması barədə hər hansı bir sənəd yoxdur. Belə olan halda onlara qarşı olan iddia tələbi faktiki və hüquqi baxımdan əsassız olduğundan rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin göstərdi ki, verilmiş mütəxəssis rəyləri və ekspert rəyləri ilə razı deyildir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə4 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə3 müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iclasında üçüncü şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Cavabdeh2 MMC-yə və üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 MMC-nin nümayəndəsinin və üçüncü şəxs X1 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X10 şahid qismində verdiyi izahatında göstərmişdir ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan iş üzrə mübahisəli yerə baxış keçirilmiş və cizgilər müəyyən edilmişdir. Bu səbəbdən hazırki iş üzrə hadisə yerinə baxış keçirilməsinə və tərəflərin iştirakının təmin edilməsinə ehtiyac olmamışdır. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin plan və ölçüsü olmadığından rəy verilməsi mümkün olmamışdır. Cavabdeh2 MMC tərəfindən inşa edilmiş radio-baza stansiyası bələdiyyəyə məxsus kolluq ərazidə yerləşməkdədir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X7 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı böyük qardaşıdır. Qardaşının torpaq sahəsi var, həmin torpaq sahəsində yanacaqdoldurma məntəqəsi olmuş, qardaşı həmin yanacaqdoldurma məntəqəsi üçün sənədlər düzəldib, hətta sənədlər düzələndən sonra bankdan kredit götürmək üçün bankla razılaşmışdır. Lakin elə həmin ərəfədə o torpaq sahəsi qardaşının əlindən çıxmışdır. Sonrdan həmin torpaq sahəsində maldarlıqla bağlı iki otaqdan ibarət bir obyekt tikmişlər. Onda qardaşına “sən niyə buna razı oldun” demişdir. Qardaşı isə ona “xeyirxah işdi, ona görə razılıq verdim, hal-hazırda o torpaq sahəsindən istifadə etmirəm” deyə bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X8 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o, həmin yanacaqdoldurma məntəqəsində işləmişdir. Yanacaqdoldurma məntəqəsində benzin və dizel satmışlar. O, orda satıcı işləmişdir, lakin əmək müqaviləsi olmamışdır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X2 şahid qismində verdiyi izahatında göstərmişdir ki, həmin torpaq sahəsində yanacaqdoldurma məntəqəsi olmuşdur. Həmin yanacaqdoldurma məntəqəsi o vaxt toy olanda video çəkilişdə düşmüşdür. Orada əvvəllər qardaşı işləmişdir. Sonra qardaşı Rusiyaya getmiş, yanacaqdoldurma məntəqəsində o işləmişdir. Əmək müüqaviləsi olmamış, nə qədər əmək haqqı aldığını xatırlamır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Cavabdeh2 MMC ilə Qəbələ rayon Bum Bələdiyyəsi arasında 23 iyul 2007-ci il tarixində 2007-0546 saylı “Torpaq İcarə” müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “İcarayəverən”in mülkiyyətində olan və Bum qəsəbəsindəki Heyvanların süni mayalanma məntəqəsi binasının yaxınlığında yerləşən 150 (bir yüz əlli) kvadrat metr (eni 10 metr, uzunu 15 metr) torpaq sahəsinin "xxxx"yə məxsus radio-baza stansiyasının qurulması məqsədilə verilməsi, müqavilənin müddətinin 50 il olması, icarə haqqı 1 (bir) ildə, əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamaqla, 700 (yeddi yüz) ABŞ dollarının Azərbaycan manatına nisbəti məbləğində müəyyən edilməsi və bu müqavilə imzalandığı tarixdən hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamının surətindən görünür ki, Qarabağ uğrunda gedən döyüşlərdə əlil olmuş İddiaçı avtomobillərə yanacaq doldurma məntəqəsinin tikintisi üçün Bum kəndinin qərb hissəsində əkin-biçinə yaramayan bələdiyyənin ehtiyat fond torpağından 0,10 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarından müəyyən olunur ki, Qəbələ rayonu Bum kənd sakini İddiaçı kəndin quru hissəsində, çaylaq sahəsində avtomobil yanacaqdoldurma məntəqəsi üçün ayrılmış torpaq sahəsinin “Sxematik Planı” çəkilmişdir. İş materiallarından müəyyən olunur ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon icra hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 31 saylı sərəncamı ilə Qəbələ rayon Bum bələdiyyəsinin ehtiyat fondu torpaqlarından “yanacaq doldurma məntəqəsi”nin tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair xx.xx.2022-ci il tarixli 2-1(116)-934/2022 saylı mülki iş üzrə mübahisəli torpaq sahəsinin Yerquruluşu Planları tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 17 avqust 2023-cü il tarixli, 3-21-3-42/2-3883/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir: Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin plan ölçü sənədi olmadığına görə hüdudlarını müəyyən etmək mümkün deyil. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin plan ölçü sənədi olmadığına görə Cavabdeh2 MMC tərəfindən inşa edilmiş radiobaza stansiyası həmin torpaq sahəsinin hüdudları daxilində yerləşməsini müəyyən etmək mümkün deyil. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6998 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin plan ölçü sənədi olmadığına görə hüdudlarını müəyyən etmək mümkün deyil. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin plan ölçü sənədi olmadığına görə Cavabdeh2 MMC tərəfindən inşa edilmiş radio-baza stansiyası həmin torpaq sahəsinin hüdudları daxilində yerləşməsini müəyyən etmək mümkün deyil. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 07 mart 2024-cü il tarixli, 3-21-3-42/2-1379/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir: Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 hektar torpaq sahəsinə dair üzərində məkan göstəriciləri və koordinatlar qeyd edilmiş sənədlər (plan ölçü) olmadığına görə hüdudlarını müəyyən etmək mümkün deyil. Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 hektar torpaq sahəsinə dair üzərində məkan göstəriciləri və koordinatlar qeyd edilmiş sənədlər (plan ölçü) olmadığına görə iddiaçının mübahisələndirdiyi Cavabdeh2 MMC tərəfindən inşa edilmiş radio-baza stansiyasının sözügedən torpaq sahəsinin hüdudları daxilində yerləşib yerləşməməsini müəyyən etmək mümkün deyil. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlarDaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 MMC ilə Qəbələ rayon Bum Bələdiyyəsi arasında 23 iyul 2007-ci il tarixində bağlanmış 2007-0546 saylı “Torpaq İcarə” müqaviləsinə əsasən “İcarayəverən”in mülkiyyətində olan və Bum qəsəbəsindəki Heyvanların süni mayalanma məntəqəsi binasının yaxınlığında yerləşən 150 (bir yüz əlli) kvadrat metr (eni 10 metr, uzunu 15 metr) torpaq sahəsinin "xxxx"yə məxsus radio-baza stansiyasının qurulması məqsədilə verilməsi, müqavilənin müddətinin 50 il olması, icarə haqqı 1 (bir) ildə, əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamaqla, 700 (yeddi yüz) ABŞ dollarının Azərbaycan manatına nisbəti məbləğində müəyyən edilməsi və bu müqavilə imzalandığı tarixdən hesablanması müəyyən edilmişdir. İddiaçı isə sözügedən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh2 MMC ilə Qəbələ rayon Bum Bələdiyyəsi arasında 23 iyul 2007-ci il tarixində bağlanmış 2007-0546 saylı “Torpaq İcarə” müqaviləsinin etibarsızlığını 2 halla əsaslandırır. 1-ci hal kimi sözügedən icarə müqaviləsində nəzərdə tutulmuş torpaq sahəsinin Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən onun mülkiyyətində olmasını, 2-ci hal kimi isə icarə müqaviləsinin dövlət reyestrində qeydə alınmaması ilə əsaslandırmaqdadır. Məhkəmə tərəfindən iddiaçının müqavilənin etibarsızlığını əsaslandırdığı İ hal, yəni icarə müqaviləsində nəzərdə tutulmuş torpaq sahəsinin Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən iddiaçının mülkiyyətində olmasını müəyyənləşdirmək üçün məhkəmə tərəfindən mütəxəssis və ekspert rəyləri alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 17 avqust 2023-cü il tarixli, 3-21-3-42/2-3883/2023 nömrəli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6998 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin plan ölçü sənədi olmadığına görə hüdudlarını müəyyən etmək mümkün deyil. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin plan ölçü sənədi olmadığına görə Cavabdeh2 MMC tərəfindən inşa edilmiş radio-baza stansiyası həmin torpaq sahəsinin hüdudları daxilində yerləşməsini müəyyən etmək mümkün deyil. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 07 mart 2024-cü il tarixli, 3-21-3-42/2-1379/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 hektar torpaq sahəsinə dair üzərində məkan göstəriciləri və koordinatlar qeyd edilmiş sənədlər (plan ölçü) olmadığına görə hüdudlarını müəyyən etmək mümkün deyil. Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 hektar torpaq sahəsinə dair üzərində məkan göstəriciləri və koordinatlar qeyd edilmiş sənədlər (plan ölçü) olmadığına görə iddiaçının mübahisələndirdiyi Cavabdeh2 MMC tərəfindən inşa edilmiş radio-baza stansiyasının sözügedən torpaq sahəsinin hüdudları daxilində yerləşib yerləşməməsini müəyyən etmək mümkün deyil. Göründüyü kimi iddiaçının Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ona verilmiş torpaq sahəsi ilə Cavabdeh2 MMC ilə Qəbələ rayon Bum Bələdiyyəsi arasında 23 iyul 2007-ci il tarixində bağlanmış 2007-0546 saylı “Torpaq İcarə” müqaviləsinə əsasən Cavabdeh2 MMC-nə verilmiş torpaq sahəsi ilə eyni olmasını müəyyənləşdirmək üçün məhkəmə tərəfindən müvafiq araşdırılma aparılmış, lakin Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin plan ölçü sənədi olmadığına görə hüdudlarını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə məsələni Mülki Məcəllənin 14-cü fəslində nəzərdə tutulan «Əqdlərin etibarsızlığı» müddəaları çərçivəsində araşdırmışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 324.2-ci maddəsinə əsasən Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas mövcud deyildir. İddiaçı Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulmuş torpaq sahəsi ilə Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ona ayrılmış 0,10 ha torpaq sahəsinin eyni torpaq sahəsi olmasını ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə məhkəmə tərəfindən mütəxəssis rəyləri və ekspert rəyi alınmışdır. Mütəxəssis rəyləri və ekspert rəyi ilə iddiaçının iddia etdikləri sübuta yetirilməmişdir. Ona görə də məhkəmə iddiaçı tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı dəlillərin formal olaraq irəli sürüldüyünü, həmin dəlillərin işin hallarına uyğun olmamaqla məhkəmə araşdırması zamanı sübuta yetmədiyi qənaətinə gəlir. Məhkəmə iddiaçının icarə müqaviləsinin etibarsızlığını icarə müqaviləsinin dövlət reyestrində qeydə alınmaması ilə əsaslandırması ilə bağlı qeyd edir ki, iddiaçı hazırki halda Cavabdeh2 MMC ilə Qəbələ rayon Bum Bələdiyyəsi arasında 23 iyul 2007-ci il tarixində bağlanmış 2007-0546 saylı “Torpaq İcarə” müqaviləsi üzrə tərəf deyil. Bu baxımdan o, əqdi həmin əsasla mübahisələndirə bilməz. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Belə ki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçıların üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə və ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-29/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-29/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver