Məhkəmə qərarları › İş №2(025)-296/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-296/2021

14.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-296/2021 14.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia üzrə, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona verilməli olan 16080 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı maddi ziyanın əvəzinin ödənilməsi üçün 20.000 (iyirmi min) manat məbləğində maddi, 15.000 (iyirmi beş min) manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması və ona məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh iddiaçıdan ümumilikdə 20580 manat pul alaraq əvəzində xırdabuynuzlu heyvan gətirib verəcəyinə söz vermişdir. Vədinə tam əməl etməmiş, yəni 4500 manatı versə də ,yerdə qalan 16080 manat pulunu qaytarmamışdır. Bununla bağlı o, rəsmi olaraq Qəbələ rayon Polis şöbəsinə müraciət etdi. Qəbələ rayon Polis şöbəsində Fikrət barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi. İzahatı alınan Fikrət 16080 manat borcu olduğunu etiraf etmişdir. Bununla bağlı Qəbələ rayon Polis şöbəsində yazılı izahat da vermişdir. İş üzrə cavabdehin barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul ediəndən sonra, Qəbələ rayon Polis şöbəsi tərəfindən ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. Beləliklə, hüquqları tamamilə pozulmuş və cavabdeh göstərilən pulu könüllü olaraq ödəmir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o - Əhmədxanov X13 rayonu, Zərgərli kəndində yaşayır. Qəbələ rayonu, Cığatelli kəndində yaşayan İddiaçı ilə 2016-cı il tarixdən ət işi ilə məşğuldular. Belə ki, xırda buynuzlu heyvanlara görə az-az ona 16000 manat pul vermişdir, lakin bunun əvəzində o, Zaura ət verirdi. Gün ərzində 120-150 kilo civarında ət verirdi, hər ət verilişində onun gətirdiyi ətdən 3-4 kilo kəsirdi. Bundan sonra misal həmin gətirdiyi ətin pulu 1250 manat edirdisə həmin puldan 30 manat kəsirdi, belə-belə bu 3-4 il ərzində ona olan borcdan çıxılmış və nəticə hesabı ilə ona borcu yoxdur. Əksinə Zaurun ona borcu var. Hazırda mən son 6 aydır ki, onunla işləmir, hazırda onunla işləyən ətçilər ondan şikayətçidirlər. Həmin işlə bağlı onun güclü şahidləri var. Ona ümumilikdə 20.000 manatdan çox maddi və 15.000 manatdan çox mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşlıqlı iddia tələbini qəbul etməyərək məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbini qəbul etməyərək məhkəmədən qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin vəkili Vəkil qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, ilkn iddia tələbi təmin edilməlidir. X5 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, İddiaçı, onun qardaşı Qafqaz Şəmsəddinov və Arzu Əliyev birlikdə Qəbələ şəhərində yerləşən “Qəbələ” ticarət mərkəzində Zaurun icarayə götürdüyü ət dükanında işləyirlər. Ət dükanı Zaura məxsusdur, onları Zaur işə götürüb. Qəbələ rayon, Zərgərli kənd sakini Cavabdeh təxminən 4-5 ildir ki, tanıyır. Belə ki, Fikrət həmin vaxtdan onların dükanına quzu əti satır. 2019-cu ilin qurban bayramı ərəfəsində bayrama 2- 3 həftə qalmış Fikrət Zaurdan xahiş etdi ki, qurban bayramında satmağa heyvan almaq üçün 20- 25 min manat civarında pul versin. O heyvan alıb, qurban bayramına kimi saxlayıb, qurban bayramında isə onları satıb əldə etdiyi qazancdan pulu ödəməyi vəd etmişdir. Yaxud da pulun əvəzinə lazım olduqca quzu əti verəcək. Onlar belə fikirləşdilər ki, Fikrət onsuz da onlara tez-tez ət gətirir. Bu səbəbdən ona borc pul vermək olar. Zaur demişdi ki, “veriləcək pul hər üçümüzün payından olacaq”. Həmin ərəfədə Qafqaz maşını satdığı üçün pulun əksər hissəsini Zaur ondan götürüb vermişdir. Həm də Fikrətlə uzun müddətdir ki alver etdiklərinə görə ona inanmışdırlar. Beləliklə 2019-cu ilin yay aylarında dəqiq xatırlamadığı tarixlərdə hissə-hissə Fikrətə 20580 manat pul vermişdirlər. Həmin pulun 14500 manatı Qafqaza məxsus idi, 2080 manatı Zaurun, 2000 mantı onun, 2000 manatı isə Arzunun payına düşmüşdir. Fikrət onlardan 20580 pul aldıqdan sonra Qafqaz həqiqətən də onun heyvan alıb-almadığını yoxlamaq üçün Fikrətin həyətinə getmişdir. Qafqaz iki dəfə həyətə gedib baxandan sonra gəlib demişdir ki, Fikrətin həyətində 140-150 baş xırdabuynuzlu heyvan var. Qurban bayramının bitməsinə Fikrət xeyli sayda heyvan satdığına baxmayaraq onların pulunu qaytarmamışdır. Fikrət Zaura bir neçə gün möhlət verilməsini xahiş etmiş, pulu qaytaracağını, yaxud əvəzində ət gətirəcəyini söz vermişdir. Bundan da 2 ay keçməsinə baxmayaraq Fikrət vədinə əməl etməmişdir. Belə olan halda Zaur Fikrətə artıq onunla alver etməyəcəyini bildirmiş, borcu tələb etmişdir. Fikrət isə hər dəfə bir bəhanə gətirmiş, hətta Şaiq adlı qəssab, Fikrətin qardaşı və qaynı Zaurun yanına gəlib xahiş etmişlər ki, Fikrət ayda 2000 manat pul ödəsin, həm də yenidən Fikrətlə alver edilsin. Bundan sonra Fikrət 3 ay ərzində hər ay 1500-2000 manat olmaqla, 5000 manat ödədikdən sonra yerdə qalan 16000 manatı ödəmədi. Həmin pulun əvəzinə onlara quzu əti verəcəyini söz vermişdir. Bundan sonra yenə Fikrətdən may ayına heyvan almağa başlamışdırlar. Lakin, Fikrət pulu qaytarmamış, yaxud da əvəzinə vəd etdiyi quzuları da verməmişdir. Hətta son zamanlar Qurban bayramı ərəfəsində 20580 manat pul borc almasını inkar etməyə başlamışdır. Özündən uydurdu ki, guya Zaurla alver etdiyi müddətdə Zaur onun pulundan 20-30 manat kəsib və buna görə də Zaurun ona borcu yaranmışdır. Fikrət özünü günahsız çıxartmaq üçün, pulu mənimsəmək üçün bu cür yalanlar demişdirr. X1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Cavabdeh iddiaçı Zaurdan xırdabuynuzlu heyvanlar almaq üçün 20580 manat borc almışdır. Həmin pulun bir hissəsini ödəsə də 16080 manat hissəsini ödəməmişdir. Bu məsələlər barədə Fikrət özü ona danışmışdır. X2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən qəssablıq fəaliyyəti ilə məşğuldur. Qəbələ rayonu Zərgərli kənd sakini Fikrət adlı qəssabı, eləcə də Qəbələ şəhərində ət dükanı işlədən Zauru uzun illərdir ki, tanıyır. Onların hər ikisi ilə ət alveri etmişdir. Belə ki, müxtəlif vaxtlarda Fikrətdən xırdabuynuzlu heyvan almış, Zaura isə mal əti satmışdır. Buna görə də hər ikisi ilə münasibəti olmuş, heç biri ilə ədavəti və ya düşmənçiliyi yoxdur. 2019-cu ilin qurban bayramı ərəfəsində dəqiq xatırlamadığı tarixdə Zaurla Zarağan kəndində yerləşən ona məxsus ət dükanında görüşüb söhbət edən zaman bildirmiş ki, bayram ərəfəsində Fikrətə xırdabuynuzlu heyvan almaq üçün 21000 manata yaxın borca pul verib. Son zamanlar alver edən şəxslərin birbirinə uzun müddətli borclu qaldığını, ümumiyyətlə borcunu qaytarmayanları gördüyündən Zaura bildirmiş ki, gərək Fikrətə borc pul verməzdi. Qurban bayramından sonra Fikrətin özü ilə də görüşəndə sonuncu ona bildirmiş ki, Zaurdan heyvan almaq üçün 21000 manata yaxın pul alıb, həmin pulun 4500 manatını qaytarıb, lakin yerdə qalan pulu qaytarmayıb. Onu da bilirmiş ki, həmin 4500 manatı Fikrət “Şaka” ləqəbli qəssabın vasitəsi ilə Zaura ödəyib. Fikrətin özünün ona etiraf etdiyinə görə Zaura 16000 manat borcu qalıb. 2020-ci ilin may və ya iyun ayları olarmış ki, Zaur onunla görüşüb demiş ki, Fikrət ona olan 16080 manat borcunu qaytarmır, onun Fikrətlə yaxın münasibətləri olduğuna görə Zaur ondan xahiş etmiş ki, Fikrətə təsir göstərsin, onun pulunu qaytarsın. Bu barədə Fikrətə deyəndə bildirmiş ki, o, Zaurdan bir qədər möhlət istəsin, torpağını satıb Zaurun pulunu qaytaracaq. Bu barədə Zaura deyəndə sonuncu razılaşmışdır. Lakin, bir müddət keçmiş, yenə Zaur ona demiş ki, Fikrət pulu qaytarmır. Fikrət özü də sonradan bir neçə dəfə ondan xahiş etmiş ki, Zaurdan möhlət istəsin, onun pulunu hissə-hissə qaytaracaq. Təxminən Zaurdan 10-15 dəfə Fikrətə görə zəng vurub və ya görüşüb onun pulunu qaytarması üçün möhlət istəmişdir. Hətta 2 ay bundan əvvəl Fikrətin atası onun iş yerinə gəlib, o da xahiş etmiş ki, Zaurla olan münasibətindən istifadə edib ondan bir neçə aylıq möhlət götürsün, oğlu Fikrət Zaurun pulunu yaxın gələcəkdə qaytaracaq. Zaur da hər dəfə onun xahişini eşidib gözləyirmiş. Lakin, son 1 ay bundan əvvəl Zaur ona demiş ki, o, Fikrətin xahişini ondan etdiyi halda Fikrət polis şöbəsinə ondan ərizə yazaraq yalandan şikayət edib bildirib ki, guya Zaurun Fikrətə borcu var. Fikrətdən bu barədə soruşduqda özünü müdafiə etmək üçün ona da yalandan demiş ki, guya Zaur ona 4-5 il alver etdikləri müddətdə hər dəfə onun gətirdiyi heyvanın pulundan 20-30 manat kəsib. Amma o, bunun həqiqətə uyğun olub-olmadığını bilmədiyini, əgər belə bir şey olacağı halda Fikrətin özünün bir neçə dəfə Zaura borclu olduğunu ona deməməli olduğunu, hətta borcunu qaytarması üçün Zaurdan möhlət istəməsini xahiş etməməli idi. O, belə düşünür ki, Fikrət özünü müdafiə etmək üçün bu cür danışır. X3 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Fikrət onun bibisi oğludur. Zaur Fikrətə 16000 manat pul vermişdir, lakin bunun əvəzində Fikrət ona ət verirdi ki, Zaura aparsın. Gün ərzində 120-150 kilo civarında ət verirdi, hər ət verilişində onun gətirdiyi ətdən 3-4 kilo kəsirdi, ya da ki gətirdiyi ətin pulundan 30 manat kəsirdi, belə-belə bu 3-4 il ərzində Fikrətin ona olan borcundan çıxılmış və nəticə hesabı ilə ona borcu yoxdur. X6 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Fikrət onun dayısı oğludur. Fikrət onunla Zaura borclu olması barədə danışmışdır. O əti Fikrətə verir, Fikrət Zaura satırdı. Hər ət verilişində Fikrətin apardığı ətdən Zaur 3-4 kilo kəsirdi, ya da ki gətirdiyi ətin pulundan 30 manat kəsirdi. Qəbələ Rayon Məhkəməsi tərəfindən aparılmış sorğu nəticəsində məlum olmuşdur ki, İddiaçı müraciəti ilə bağlı xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Zərgərli kənd sakini Cavabdeh izahatı alınmışdır. Cavabdeh izahatında İddiaçı 2019-cu ildə 20580 manat borc aldığını etiraf etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı 4 il ərzində ondan aldığı ətin pulundan 20-30 manat kəsməklə həmin borcu tam şəkildə bağladığını bildirmişdir. Qəbələ Rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi polis mayoru Tural Hüseynov tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilən Cavabdeh izahatında görünür ki, Fikrət Qəbələdə ət alveri ilə məşğul olan İddiaçı 5-6 ildir tanımaqla 4 il müddətində onunla ət alveri etmişdir. Yəni başqa şəxslərdən diri quzu alaraq kəsib Zaura gətirib satmışdır. Hər dəfə Zaura satarkən ət alverinin qaydalarına uyğun olaraq iki kq ət pay vermiş, yəni qəssabların sözü elə desə “skitka” vermişdir. Bundan əlavə isə Zaurdan onunla alver etməyə təzə başlayan vaxtlarda təxminən 2016-cı ildə dəqiq xatırlamadığı tarixdə 5500 manat borca nəğd pul almış və belə razılşamışlar ki əvəzində ona lazım olduqca 5500 manatlıq quzu verəcək. Lakin o hər dəfə Zaura ət gətirib satarkən 2 kiloqram skitkadan əlavə onun 20-30 manat pulunu kəsirmiş. Səbəbini soruşanda deyirdi ki, onun alver qaydalarında skitkadan əlavə də pul tutulur, əgər xoşu deyilsə, ona heyvan gətirib satmamasını şərt qoyurdu. Onun da həm Zaurun özünə borcu olduğundan, digər şəxslərə heyvan alverindən borclu qaldığı üçün məcbur olub Zaurun qoyduğu şərtlərlə, yəni skitkadan əlavə hər dəfə 20-30 manat əksik pul almaqla alverini davam edirmiş. Ona heyvan satmayacağı təqdirdə isə Zaur borclu olduğu 5500 manatı bir dəfəyə tələb edirdi. Buna görə də o, məcbur olub Zaura onun şərtləri altında heyvan satırmış. Bu qaydada 2020- ci ilin may ayına kimi Zaurla alverə davam etmişdir. Bu dövürlər ərzində yenidən Zaurdan hissə-hissə borca pul götürmüş ki, əvəzində ona heyvan gətirəcək. Ümumilikdə 2019-cu ilin yay aylarına kimi Zaura 20580 manat borcu yaranmışdır. Həmin borcun 2500 manatını 2019-cu ilin qurban bayramı ərəfəsində almış ki, qurban bayramında satmaq üçün heyvan alsın və bir qədər qazanc əldə edərək borclarından azaltsın, Zaura isə həmişəki kimi heyvan verəcəyini bildirmişdir. Lakin, bundan başqa əvvəllər nisyə heyvan aldığı şəxslərə borcları olduğu üçün Zaurdan aldığı 2500 manatla həmin şəxslərə olan borcu vermiş və digər şəxslərdən ümumilikdə yenidən nisyə 50-60 baş quzu alıb qurban bayramı ərəfəsində Zaura satmışdır. Zaur həmin heyvanların pulunu nəğd şəkildə ona vermiş, o da aparıb həmin pulları nisyə heyvan aldığı şəxslərə vermişdir. Lakin, Zaurdan sonuncu dəfə aldığı 2500 manatla birlikdə ümumi 20580 manat puldan 4500 manatı hissə-hissə 2019-cu ilin payız aylarına qədər qaytarmış, yerdə qalan pulu qaytarmamışdır. Zaur 3-4 il ərzində onunla alver etdiyi dövürlərdə hər gün ona ət gətirib verərkən ondan əlavə 20-30 manat pul kəsmiş, o da hesablamış ki, hər gün 20-30 manatdan hesablasa 20000 manatdan artıq pul edir. Buna görə də Zaurdan 4 il ərzində hissə-hissə nəğd şəkildə aldığı puldan 16000 manatı qaytarmamışdır.Zaur ondan tələb etdikdə bildirmiş ki, ondan aldığı 20580 manatın əvəzində ona 4 il ərzində gətirib satdığı heyvanlardan hər gün 20-30 manat pul kəsmiş, buna görə də artıqlaması ilə ondan aldığı pulun əvəzini ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki Cavabdeh 2019-cu ildə Qəbələ şəhərində ət alveri ilə məşğul olan İddiaçı, eləcə də onunla birlikdə alver edən X4, X14 və X8 hissə-hissə ümumilikdə 20580 (iyirmi min beş yüz səksən) AZN məbləğində pul alaraq əvəzində qurban bayramında satmaq üçün xırdabuynuzlu heyvan alacağını bildirib, həmin heyvanları bayramda satıb qazanc əldə etdikdən sonra onların pulunu geri qaytaracağına, yaxud həmin pulun əvəzində onlara tələbat olduqca satmaları üçün xırdabuynuzlu heyvan əti gətirəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. (İşin qeyd olunan halını Qəbələ rayon Polis şöbəsində izahatı alınan zaman cavabdehin özü də etiraf etmişdir). Lakin cavabdeh qeyd olunan puldan 4500 (dörd min beş yüz) AZN məbləğini hissə-hissə bir neçə dəfəyə geri qaytarsa da, qalan 16080 (on altı min səksən) AZN məbləğində pulu hazırki dövrədək qaytarmayaraq və ya əvəzində İddiaçı və onunla olan digər şəxslərə xırdabuynuzlu heyvan əti verməyərək həmin şəxslər qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin aldığı borc pulunun qaytarılmadığını görən iddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qəbələ rayon Polis şöbəsinə bu barədə rəsmi ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında şöbədə HK-1/1051 saylı material toplanmış və müvafiq araşdırılma aparılaraq Qəbələ Rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi polis mayoru Tural Hüseynov tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Qərarın nəticə hissəsində İddiaçı dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək, həmçinin qərardan şikayət etmək barədə hüquqları izah olunmuşdur. Qəbul olunmuş qərarın surəti xx.xx.2020-ci il tarixli, 27/144-27510-1220 saylı məktubla nəzarət üçün Qəbələ rayon prokurorluğuna göndərilmişdir. Hazırda iddiaçı borc məbləğinin ödənilməmiş hissəsini cavabdehdən tələb edir Göründüyü kimi, tərəflər arasında bağlanmış borc müqaviləsinə görə borc verən pul məbləğinə olan mülkiyyət hüququnu borc alana keçirməyi, sonuncu isə həmin pulu müqavilə şərtlərinə uyğun olaraq borc verənə qaytarmağı öhdələrinə götürürlər və borclu öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyır. Buradan belə aydın olur ki, borc müqaviləsinin predmetini borc verilən pul məbləği təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1-ci maddəsi). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Məhkəmənin qənaətinə görə işin hallarından, həmçinin şahid ifadələrindən də göründüyü kimi, borc müqaviləsi üzrə cavabdehin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət etmiş, müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmiş, borc müqaviləsi cavabdehin iradəsinə və iradə ifadəsinə uyğun şəkildə bağlınmışdır. İddiaçının istinad etdiyi borc müqaviləsi isə etibarlı əqd olmaqla, onun irəli sürdüyü faktiki hallar iddia tələblərinin dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öhdəliklərini həyata keçirməməsi əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən İddiaçı tərəfindən Cavabdeh verilmiş 25080 (iyirmi beş min səksən) manat məbləğində pulun qaytarılmamış 16080 (on altı min səksən) manat hissəsi İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə İddiaçı maddi ziyanın əvəzinin ödənilməsi üçün 20.000 (iyirmi min) manat, həmçinin 15.000 (iyirmi beş min) manat məbləğində mənəvi ziyanın tutulmalı olmasını iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilsməli, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh 16080 manat pul vəsaiti və 30 manat dövlət rüsumu olmaqla, cəmi 16110 (on altı min bir yüz on) manat pul tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli, Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlkin iddia tələbi təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh 16080 manat pul vəsaiti və 30 manat dövlət rüsumu olmaqla, cəmi 16110 (on altı min bir yüz on) manat pul tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar