Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-31/2021 12.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı «X11» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «X11» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh oğuna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, «X11» MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4618 (dörd min altı yüz on səkkiz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X11» MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 30.03.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə administrator vəzifəsinə qəbul olunmuş və “X7” haqqında müqavilə imzalanmışdır. 11.10.2019-cu il tarixli 447-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasında yol vermişdir. Belə ki, 15.07.2019-cu il tarixdə Oba – Nərimanov 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 15.07.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8368 (səkkiz min üç yüz altmış səkkiz) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 3750 (üç min yeddi yüz əlli) manat güzəşt edilmiş, qalıq borc 4618 (dörd min altı yüz on səkkiz) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı «X11» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 məhkəməyə teleqram göndərərək, işə iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, həmin məbləğ əsassız olaraq onun adına yazılmışdır. Onun heç bir borcu yoxdur. Lakin təəssüf ki, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmir. Məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyində 17.06.2016-ci il tarixdə «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmış «X3in dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən görünür ki, «X11» MMC dövlət qeydiyyatı VÖEN ********** olmaqla, hüquqi ünvanı Sumqayıt şəhəri, 9 MKR, ev 25C ünvanı təşkil etməklə, təsisçisi X4r. Çıxarış 05.03.2019-cu il tarixdə **********755200 nömrə ilə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyində «bir pəncərə» prinsipi ilə 05.03.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış «Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, «X11» MMC VÖEN ********** təşkil etməklə vergi ödəyicisi kimi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 05 mart 2019-cu il tarixdə **********3755200 nömrəsi ilə qeydiyyata alınmış «X11» MMC-nin nizamnaməsinin təsdiq olunmuş surətindən görünür ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul ola bilər. İş materiallarında olan Cavabdeh «X11» MMC-nin direktoru X5 yazdığı 30 mart 2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh administrator vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan «X11» MMC-nin 30 mart 2017-ci il tarixli, 157-K nömrəli Əmrdən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA Marketlər Şəbəkəsinə 30.03.2017-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə administrator vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan «X11» MMC ilə Cavabdeh arasında bağlanmış 30.03.2017-ci il tarixli “Əmək müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 30.03.2017-ci il tarixdən 30.03.2018-ci il tarixədək bir il müddətinə cəmiyyətin administrator vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 30.03.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, «X11» MMC ilə Cavabdeh arasında bağlanmış 30.03.2017-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu müəssisədə administrator vəzifəsinə işə qəbul olunmuş, ona 175 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. İş materiallarında olan işəgötürən cəmiyyət tərəfindən 10.11.2016-ci il tarixdə tərtib olunmuş və «tanış oldum» qeydi ilə Cavabdeh tərəfindən imzalanmış, satıcının “Vəzifə Təlimatı”nın təsdiqlənmiş surətindən görünür ki, Azərbaycan Respublikası qanunlarını və qüvvədə olan Şirkətin, Cəmiyyətin təlimat, əsasnamə və digər qaydalarını doğru və zamanında icra etmədikdə; şirkətin, kommersiya, maliyyə və daxili sirlərinin aidiyyatı olmayan şəxslər arasında yayılmasından, müvafiq sənəddə göstərilən vəzifələri doğru və zamanında icra etmədikdə, səlahiyyətində olan invertarları yararlı şəkildə istifadə etmədikdə; mal qəbulu zamanı məhsulların sayının sistemə doğru tanıdılmasından; mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirmədiyinə və şirkətə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən; tabeçiliyində olan satış məhsullarının sayımı zamanı əksik gəldikdə məsuliyyət daşıması Cavabdeh nəzərinə çatdırılmışdır. İş materiallarında olan 30.03.2017-ci il tarixli “X7 haqqında” (əmək müqaviləsinə əlavə) müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh həmin müqavilənin müvafiq bəndlərində işçi olaraq maddi məsuliyyətinin əsasları sadalanmışdır. Müqavilənin müvafiq bəndlərinə görə cavabdeh ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. Həmçinin işəgötürənin aşağıdakı tələblərini yerinə yetirməlidir: İşəgötürən işçiyə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasıvə görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmalıdır; qəbul edilmiş qaydalar əsasında invertarizasiyanı həyata keçirməlidir. Bundan əlavə maddi məsul şəxsin təqsiri (qəsdən və ya ehtiyatsızlığı) üzərində işəgötürənə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi aşağıdakı qaydada həyata keçirirlir: İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir: İşəgötürənin əsas fondu hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda pərakəndə satış üzrə mövcud olan faktiki bazar qiyməti ilə hesablanır; işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib olunur; işçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə işəgötürənin qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır. Bu halda işəgötürənin müəyyən olunmuş ziyanla bərabər ziyanın məbləği üzərindən hər gün üçün 0,5 % miqdarında dəbbə pulunun işçidən tutularaq ona ödənilməsini tələb etmək hüququ vardır. Dəbbə pulu ilə yanaşı işəgötürənin qanunvericilikdə müəyyən olunmuş bank uçot dərəcəsinə uyğun hesablanmış faizlərin və digər zərərlərin ödənilməsini tələb edə bilər. İş materiallarında olan Cavabdeh «X11» MMC-nin direktoru X5 yazdığı 19 sentyabr 2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh 11.10.2019-cu il tarixdən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan «X11» MMC-nin 11 oktyabr 2019-cu il tarixli, 447-K nömrəli Əmrdən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA X1 əmək müqaviləsinə 11.10.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Əmrdə əsas olaraq Cavabdeh ərizəsi qeyd edilmişdir. İş materiallarında olan 11.10.2019-cu il tarixdə sistemə daxil edilmiş «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, 30.03.2017-ci il tarixdə «X11» MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68 maddəsinin a bəndinə əsasən 11.10.2019-cu il tarixdə xitam verilmişdir. İş materiallarında olan 15 iyul 2019-cu il tarixli “İmtina Aktı”ndan görünür ki, «X11» MMCnin Bakı şəhəri Nərimanov R.F.X. Xoyski 110 küçəsində yerləşən “NƏRİMANOV 2” (169) “15” iyul 2019-cu il tarixinə təyin olunmuş təhvil təslim yoxlamasında, mağazada öhdəsində olan ticari malların təhvil təsliminin aparılması məqsədi ilə təhvil verən maddi məsul şəxs Cavabdeh edilmiş şifahi müraciətlərə və şirkətə məxsus ***-***-**-** nömrəli xidməti telefonuna edilən zənglərə baxmayaraq o, bütün bu çağırışlara məhəl qoymayaraq, mağazaya gəlməmiş və bununla da o, malların təhvil təslimində iştirak etməkdən imtina etmişdir. İş materillarında olan «X11» MMC tərəfindən Cavabdeh ünvanlanmış 13.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 4618 manat vurulmuş ziyanın 3 gün müddətində ödənilməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan 10 may 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ümumilikdə «X11» MMC-nə 4618 manat borcu qalmışdır. Məhkəmənin 05 aprel 2021-ci il tarixli, 2(025)-31/2021 nömrəli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2021-ci il tarixli, 9/2782 nömrəli rəyi ilə Cavabdeh hesabında olan çatışmazlıq 4618,00 (8368,00-3750,00) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. 42-ci maddəsinin 1-ci bəndinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 57-ci maddəsinə görə işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyən etməlidir. 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. 69-cu maddəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşin faktiki halları ilə müəyyən olunur ki, «X11» MMC ilə Cavabdeh arasında bağlanmış 30.03.2017-ci il tarixli “Əmək müqaviləsi”nə əsasən sonuncu 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X7” haqqında müqavilə imzalanmışdır. 11.10.2019-cu il tarixli 447-K saylı əmrlə işdən azad edilmişdir. İşəgötürənlə işçi arasında bağlanmış 30.03.2017-ci il tarixli “X7 haqqında” (əmək müqaviləsinə əlavə) müqavilələrinə əsasən Cavabdeh ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmağı, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamağı və ziyankarlığa qarşı mübarizə aparmağı; işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməyi və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmağı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməyi; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmağı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməyi; inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməyi, işəgötürən işçiyə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasıvə görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmağı; qəbul edilmiş qaydalar əsasında invertarizasiyanı həyata keçirməyi öhdəsinə götürmüşdür. İşəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinə əsasən də tərəflərin əmək qanunvericiliyi ilə tənzimlənən qarşılıqlı hüquq və vəzifələri yaranmışdır. Hazırkı iş üzrə materiallarda olan əmək müqaviləsinə görə də cavabdehin üzərinə düşən vəzifələr şərh olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci bəndinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinini 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqdan ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 199-cu maddəsinə görə işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X7 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;…ç) əmlakı və digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda… 200-cü maddənin 1-ci bəndinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması və başqa əməliyyatların apralması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X7 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Hazırkı iş üzrə məhkəmə qeyd etməyi zəruri hesab edir: İşdə olan sübutlarla müəyyən olunur ki, işəgötürənlə cavabdeh arasındakı 30.03.2017-ci il tarixli “X7 haqqında” (əmək müqaviləsinə əlavə) müqaviləsinə əsasən Cavabdeh həmin müqavilənin müvafiq bəndlərində işçi olaraq maddi məsuliyyətinin əsasları sadalanmışdır. Müqavilənin müvafiq bəndlərinə görə cavabdeh ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. Həmçinin işəgötürənin aşağıdakı tələblərini yerinə yetirməlidir: İşəgötürən işçiyə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasıvə görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmalıdır; qəbul edilmiş qaydalar əsasında invertarizasiyanı həyata keçirməlidir. Bundan əlavə maddi məsul şəxsin təqsiri (qəsdən və ya ehtiyatsızlığı) üzərində işəgötürənə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi aşağıdakı qaydada həyata keçirirlir: İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir: İşəgötürənin əsas fondu hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda pərakəndə satış üzrə mövcud olan faktiki bazar qiyməti ilə hesablanır; işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib olunur; işçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə işəgötürənin qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır. Məhkəmə hesab edir ki, «X11» MMC ilə Cavabdeh arasında bağlanmış 30.03.2017-ci il tarixli “X7 haqqında” (əmək müqaviləsinə əlavə) müqavilə Əmək Qanunvericiliyinin tələblərinə riayət olunmaqla (maddə 200, 1-ci bəndinə) tam qanuni əsaslarla tərtib olunmuşdur. Həmin müqavilə üzrə də cavabdehin iddiaçı qarşısında X7i yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə müəyyən edilir. 203-cü maddəsinin 1-ci bəndinə görə işəgötürən ona vuralan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 205-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X7 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Beləliklə, iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasında yol vermişdir. Belə ki, 15.07.2019-cu il tarixdə NƏRİMANOV 2 (169) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 15.07.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8368 (səkkiz min üç yüz altmış səkkiz) manat məbləğində zərər vurması məlum olmuşdur. 3750 (üç min yeddi yüz əlli) manat güzəşt edilmiş, nəticədə 4618 (8368-3750) manat borcu qalmışdır. İşin bu halı iş materiallarında olan “İnventarizasiya Nəticələrinə” dair Aktdan və ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, müvafiq qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2021-ci il tarixli, 9/2782 nömrəli rəyi ilə Cavabdeh hesabında olan çatışmazlıq 4618 (8368-3750) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Əmək qanunvericiliyinin 191-ci maddəsinini 2-ci bəndinə əsasən hesab edir ki, ziyanın həqiqətən vurulduğu aşkar olunduğu, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd, eləcə də təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduğu, işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə 4618 (dörd min altı yüz on səkkiz) manat müəyyən edildiyi nəzərə alınaraq «X11» MMC-nin iddia tələbi təmin olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının və 15.07.2019-cu il tarixdə NƏRİMANOV 2 (169) mağazasında aparılmış təhvil-təslim nəticələrinə dair aktın düzgünlüyünü mübahisələndirməmişdir və həmin aktın düzgün olmaması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı «X11» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə vurulmuş zərərə görə 4618 (dörd min altı yüz on səkkiz) manat məbləğində pul tutularaq iddiaçı «X11» MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və AzərbaycanRespublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı «X11» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə vurulmuş zərərə görə 4618 (dörd min altı yüz on səkkiz) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-31/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-31/2021
12.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver