Məhkəmə qərarları › İş №2(025)-318/2022

Qəbələ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(025)-318/2022

14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-318/2022 14.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2360 (iki min üç yüz altmış) AZN və mediasiya xərci üçün ödənilmiş 50 (əlli) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 17.01.2020-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X5” haqqında müqavilə imzalanmışdır. 10.06.2020-ci il tarixli 320-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X5” haqqında müqavilə imzalanmışdır. 13.11.2020-ci il tarixli 697-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 24.09.2020-ci il tarixdə İddiaçı MMC-nin OBA Bakıxanov 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 24.09.2020-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 3214 (üç min iki yüz on dörd) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0,5 %) tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlməyə görə 2360 (3214-170708*0,5%) manat borc yaranmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2360 (iki min üç yüz altmış) manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına yazılı razılığının olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyində 17.06.2016-ci il tarixdə «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmış «Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MMC dövlət qeydiyyatı VÖEN ********** olmaqla, hüquqi ünvanı Sumqayıt şəhəri, 9 MKR, ev 25C ünvanı təşkil etməklə, təsisçisi X2r. Çıxarış 03.06.2020-ci il tarixdə **********351200 nömrə ilə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 03 iyun 2020-ci il tarixdə **********351200 nömrəsi ilə qeydiyyata alınmış İddiaçı MMC-nin nizamnaməsinin təsdiq olunmuş surətindən görünür ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul ola bilər. İş materiallarında olan Cavabdeh «X8» MMC-nin direktoru X3 yazdığı 17 yanvar 2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin 17 yanvar 2020-ci il tarixli, 021-K nömrəli Əmrdən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 4 şöbəsinə 17.01.2020-ci il tarixdən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan «X8» MMC ilə Cavabdeh arasında bağlanmış 17.01.2020-ci il tarixli “Əmək müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 17.01.2020-ci il tarixdən 17.02.2020-ci il tarixədək bir il müddətinə cəmiyyətin satıcı-kassir vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 17.01.2020-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, «X8» MMC ilə Cavabdeh arasında bağlanmış 17.01.2020-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu müəssisədə satıcı-nəzarətçi, kassir vəzifəsinə işə qəbul olunmuş, ona 260 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin 10 iyun 2020-ci il tarixli, 320-K nömrəli Əmrdən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 4 şöbəsinə 10.06.2020-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. Əmrdə əsas olaraq Cavabdeh razılıq ərizəsi və əmək müqaviləsi qeyd edilmişdir. İş materiallarında olan 17.06.2020-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17.06.2020-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu müəssisədə administrator vəzifəsinə keçirilmiş, ona 345 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. İş materiallarında olan işəgötürən cəmiyyət tərəfindən tərtib olunmuş və Cavabdeh tərəfindən imzalanmış, satıcının “Vəzifə Təlimatı”nın təsdiqlənmiş surətindən görünür ki, Azərbaycan Respublikası qanunlarını və qüvvədə olan Şirkətin, Cəmiyyətin təlimat, əsasnamə və digər qaydalarını doğru və zamanında icra etmədikdə; şirkətin, kommersiya, maliyyə və daxili sirlərinin aidiyyatı olmayan şəxslər arasında yayılmasından, müvafiq sənəddə göstərilən vəzifələri doğru və zamanında icra etmədikdə, səlahiyyətində olan invertarları yararlı şəkildə istifadə etmədikdə; mal qəbulu zamanı məhsulların sayının sistemə doğru tanıdılmasından; mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirmədiyinə və şirkətə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən; tabeçiliyində olan satış məhsullarının sayımı zamanı əksik gəldikdə məsuliyyət daşıması Cavabdeh nəzərinə çatdırılmışdır. İş materiallarında olan 17.01.2020-ci il tarixli və 10.06.2020-ci il tarixli “X5 haqqında” (əmək müqaviləsinə əlavə) müqavilələrinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh həmin müqavilənin müvafiq bəndlərində işçi olaraq maddi məsuliyyətinin əsasları sadalanmışdır. Müqavilənin müvafiq bəndlərinə görə cavabdeh ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. Həmçinin işəgötürənin aşağıdakı tələblərini yerinə yetirməlidir: İşəgötürən işçiyə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasıvə görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmalıdır; qəbul edilmiş qaydalar əsasında invertarizasiyanı həyata keçirməlidir. Bundan əlavə maddi məsul şəxsin təqsiri (qəsdən və ya ehtiyatsızlığı) üzərində işəgötürənə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi aşağıdakı qaydada həyata keçirirlir: İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir: İşəgötürənin əsas fondu hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda pərakəndə satış üzrə mövcud olan faktiki bazar qiyməti ilə hesablanır; işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib olunur; işçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə işəgötürənin qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır. Bu halda işəgötürənin müəyyən olunmuş ziyanla bərabər ziyanın məbləği üzərindən hər gün üçün 0,5 % miqdarında dəbbə pulunun işçidən tutularaq ona ödənilməsini tələb etmək hüququ vardır. Dəbbə pulu ilə yanaşı işəgötürənin qanunvericilikdə müəyyən olunmuş bank uçot dərəcəsinə uyğun hesablanmış faizlərin və digər zərərlərin ödənilməsini tələb edə bilər. İş materiallarında olan İddiaçı MMC-nin 13 noyabr 2020-ci il tarixli, 697-K nömrəli Əmrdən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 4 Şöbəsinin Administratorunun əmək müqaviləsinə 13.11.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Əmrdə əsas olaraq Cavabdeh ərizəsi qeyd edilmişdir. İş materiallarında olan 13.11.2020-ci il tarixdə sistemə daxil edilmiş «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, 13.11.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68 maddəsinin a bəndinə əsasən 13.11.2020-ci il tarixdə xitam verilmişdir. İş materillarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 11.03.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 2359,93 manat vurulmuş ziyanın 3 gün müddətində ödənilməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan 16 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ümumilikdə İddiaçı MMC-nə 2360 manat borcu qalmışdır. İş materiallarında olan “X1 iştirak edilməməsi Barədə” 2021-005966 nömrəli, 11 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, cavabdeh X1 iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X1 iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X1 iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Bakı şəhərində fəaliyyət göstərən mediator Cabbar Həsənova müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinə uyğun olaraq “X1 iştirak edilməməsi Barədə” arayış verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. 42-ci maddəsinin 1-ci bəndinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 57-ci maddəsinə görə işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyən etməlidir. 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. 69-cu maddəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 17.01.2020-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X5” haqqında müqavilə imzalanmışdır. 10.06.2020-ci il tarixli 320-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X5” haqqında müqavilə imzalanmışdır. 13.11.2020-ci il tarixli 697-K saylı əmrlə işdən azad edilmişdir. İşəgötürənlə işçi arasında bağlanmış 17.01.2020-ci il tarixli və 10.06.2020-ci il tarixli “X5 haqqında” (əmək müqaviləsinə əlavə) müqavilələrinə əsasən Cavabdeh ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmağı, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamağı və ziyankarlığa qarşı mübarizə aparmağı; işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməyi və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmağı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməyi; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmağı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməyi; inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməyi, işəgötürən işçiyə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasıvə görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmağı; qəbul edilmiş qaydalar əsasında invertarizasiyanı həyata keçirməyi öhdəsinə götürmüşdür. İşəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinə əsasən də tərəflərin əmək qanunvericiliyi ilə tənzimlənən qarşılıqlı hüquq və vəzifələri yaranmışdır. Hazırkı iş üzrə materiallarda olan əmək müqaviləsinə görə də cavabdehin üzərinə düşən vəzifələr şərh olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci bəndinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinini 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqdan ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 199-cu maddəsinə görə işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;…ç) əmlakı və digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda… 200-cü maddənin 1-ci bəndinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması və başqa əməliyyatların apralması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X5 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Hazırkı iş üzrə məhkəmə qeyd etməyi zəruri hesab edir: İşdə olan sübutlarla müəyyən olunur ki, işəgötürənlə cavabdeh arasındakı 17.01.2020-ci il tarixli və 10.06.2020-ci il tarixli “X5 haqqında” (əmək müqaviləsinə əlavə) müqavilələrinə əsasən Cavabdeh həmin müqavilənin müvafiq bəndlərində işçi olaraq maddi məsuliyyətinin əsasları sadalanmışdır. Müqavilənin müvafiq bəndlərinə görə cavabdeh ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. Həmçinin işəgötürənin aşağıdakı tələblərini yerinə yetirməlidir: İşəgötürən işçiyə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasıvə görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmalıdır; qəbul edilmiş qaydalar əsasında invertarizasiyanı həyata keçirməlidir. Bundan əlavə maddi məsul şəxsin təqsiri (qəsdən və ya ehtiyatsızlığı) üzərində işəgötürənə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi aşağıdakı qaydada həyata keçirirlir: İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir: İşəgötürənin əsas fondu hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda pərakəndə satış üzrə mövcud olan faktiki bazar qiyməti ilə hesablanır; işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib olunur; işçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə işəgötürənin qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır. Məhkəmə hesab edir ki, «X8» MMC (İddiaçı MMC) ilə Cavabdeh arasında bağlanmış 17.01.2020-ci il tarixli və 10.06.2020-ci il tarixli “X5 haqqında” (əmək müqaviləsinə əlavə) müqavilə Əmək Qanunvericiliyinin tələblərinə riayət olunmaqla (maddə 200, 1-ci bəndinə) tam qanuni əsaslarla tərtib olunmuşdur. Həmin müqavilə üzrə də cavabdehin iddiaçı qarşısında X5i yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə müəyyən edilir. 203-cü maddəsinin 1-ci bəndinə görə işəgötürən ona vuralan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 205-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X5 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Beləliklə, iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 24.09.2020-ci il tarixdə İddiaçı MMC-nin OBA Bakıxanov 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 24.09.2020-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 3214 (üç min iki yüz on dörd) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0,5 %) tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlməyə görə 2360 (3214- 170708*0,5%) manat borc yaranmışdır. İşin bu halı iş materiallarında olan “İnventarizasiya Nəticələrinə” dair Aktdan və maliyyı arayışı ilə öz təsdiqini tapmışdır. Məhkəmə Əmək qanunvericiliyinin 191-ci maddəsinini 2-ci bəndinə əsasən hesab edir ki, ziyanın həqiqətən vurulduğu aşkar olunduğu, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd, eləcə də təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduğu, işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə 2360 (iki min üç yüz altmış) manat müəyyən edildiyi nəzərə alınaraq İddiaçı MMC-nin iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X4” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.4-ci maddəsinə əsasən Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “X4” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya prosesi ilə bağlı 50 (əlli) manat ödənilmişdir. Bu səbəbdən mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə vurulmuş zərərə görə 2360 (iki min üç yüz altmış) manat və mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş zərərə görə 2360 (iki min üç yüz altmış) manat və mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar