Məhkəmə qərarları › İş №2(025)-319/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-319/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-319/2021 25.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Cavabdeh hüquqi varisi X3 iştirakı ilə X10 Kredit Təşkilatı «xxxx» MMC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X10 Kredit Təşkilatı «xxxx» MMC Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 715,59 (yeddi yüz on beş manat əlli doqquz qəpik) manat, xx xxxxxx 2017-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0,0 (sıfır) manat, cərimə üzrə 0,0 (sıfır) manat olmaqla ümumilikdə 715,59 (yeddi yüz on beş manat əlli doqquz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin X12 Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulması, tutmanın xx xxxxxx 2015-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 192 ABŞ dollar dəyərində olan çəkisi 12.7 qr olan üzük 3 (üç) ədəd 1 qaş yox əyyarı 583, 150 ABŞ dollar dəyərində olan çəkisi 12.5 qr olan dəst əzik 3 (üç) qaş yox əyyarı 583 və 102 ABŞ dollar dəyərində olan çəkisi 7.4 qr olan boyunbağı qırıq əzik əyyarı 375 olan qızıl-zinyət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə olunan vəsaitin X12 Təşkilatı “xxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X12 Təşkilatı «X11» MMC-nin Ağdaş filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 18(on səkkiz) ay müddətinə xx xxxxxx 2017-ci il tarixə qədər illik 22.1 % dərəcəsini tətbiq etməklə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. BOKT “X11" MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxx" MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və X10 Kredit Təşkilatı “xxxx" MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx xxxxxx 2015-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus 192 ABŞ dollar dəyərində olan çəkisi 12.7 qr olan üzük 3 (üç) ədəd 1 qaş yox əyyarı 583,150 ABŞ dollar dəyərində olan çəkisi 12.5 qr olan dəst əzik 3 (üç) qaş yox əyyarı 583 və 102 ABŞ dollar dəyərində olan çəkisi 7.4 qr olan boyunbağı qırıq əzik əyyarı 375 olan qızıl-zinyət əşyaları X12 Təşkilatı «X11» MMC-yə girov qoyulmuşdur. Həmçinin, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikası Maliyyə X4 tərəfindən təqdim edilən kompensasiya düşən şəxslərin siyahısına əsasən iş üzrə cavabdehə kompensiyasiya düşüb-düşməməsi dəqiqləşdirilmişdir. Belə ki, dövlət büdcəsi vəsaiti hesabına həmin cavabdehə görə iddiaçıya kompensiyasiya ödənilməmişdən əvvəl Cavabdeh kredit müqaviləsi üzrə BOKT “X11" MMC-yə 991,59 manat əsas borcu, 90,66 manat faiz borcu və 99,15 manat cərimə borcu olmuşdur. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə həmin əsas borcdan 276 manat dövlət büdcəsi hesabına ödənilmiş, 90,66 manat faiz borcu və 99,15 manat cərimə borcu isə BOKT “X11" MMC tərəfindən həmin şəxsə kompensasiya düşdüyündən tam olaraq silinmişdir. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli arayışa əsasən BOKT «xxxx» MMC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 715,59 (yeddi yüz on beş manat əlli doqquz qəpik) manat, faiz borcu üzrə 0,00 (sıfır) manat, cərimə üzrə 0,00 (sıfır) manat olmaqla ümumilikdə 715,59 (yeddi yüz on beş manat əlli doqquz qəpik) manat təşkil edir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə vavabdeh Cavabdeh vəfat etdiyindən onun oğlu X3 prosessual hüquqi varis kimi tanınması və onu əvəz etməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə X10 Kredit Təşkilatı «xxxx» MMC-nə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh hüquqi varisi X6 iddianı qəbul edərək göstərdi ki, əsas borc məbləğini ödəyərək girov predmetlərini geri qaytarmaq niyyətindədirlər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə cavabdehin hüquqi varisinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, X12 Təşkilatı «X11» MMC-nin Ağdaş filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə xx.xx.2017-ci il tarixə qədər illik 22,1 % dərəcəsini tətbiq etməklə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan « xx xxxxxx 2015-ci il tarixli, LD********** saylı Kredit müqaviləsinə 1 saylı Əlavə»nin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ona verilmiş kredit vəsaitini hər ay 112,0 manat, sonuncu ay isə 96 manat məbləğində ödənişlər etməklə 18 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan LD********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx.xx.2015-ci il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh məxsus qızıl-zinət əşyaları X12 Təşkilatı «X11» MMC-nə girov qoyulmuşdur. İş materiallarında olan « xx xxxxxx 2015-ci il tarixli, LD********** saylı Girov müqaviləsinə 1 saylı əlavə»nin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus və aşağıda qeyd olunan qızıl-zinət əşyaları X12 Təşkilatı «X11» MMC-nə girov qoyulmuşdur: Tv Supergeneral 1 ədəd, qaz sobası nord 1 ədəd, mətməx mebeli 1 ədəd, xalça 5 ədəd, mebel (dəst) yataq 2 ədəd, mebel (dəst) 1 ədəd X12 Təşkilatı «X11» MMC-nə girov qoyulmuşdur. İş materiallarında olan “Qızıl və Zinət Əşyalarının Götürülməsi Haqqında” xx xxxxx 2012-ci il tarixli Aktdan görünür ki, 192 ABŞ dollar dəyərində olan çəkisi 12.7 qr olan üzük 3 (üç) ədəd 1 qaş yox əyyarı 583,150 ABŞ dollar dəyərində olan çəkisi 12.5 qr olan dəst əzik 3 (üç) qaş yox əyyarı 583 və 102 ABŞ dollar dəyərində olan çəkisi 7.4 qr olan boyunbağı qırıq əzik əyyarı 375 olan qızıl-zinyət əşyaları X12 Təşkilatı «X11» MMC tərəfindən X1 götürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilənin bitdiyi, yəni xx.xx.2017-ci il tarixə Cavabdeh 715,59 (yeddi yüz on beş manat əlli doqquz qəpik) manat əsas borcu vardır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh X12 Təşkilatı «X11» MMC-nin xəzinadarlığından 2.000 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 3 gün müddətində kredit öhdəliklərinin icra edilməsinə dair xəbərdarlıq edilmişdir. İşdə olan Qəbələ rayon Mıxlıqovaq kənd X8 tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli, AZ-İ seriyalı, 814483 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, Cavabdeh “ürək çatmamazlığı” xəstəliyindən xx.xx.2016-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-ci ildə 14 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE seriyalı, 14624729 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci il tarixdə Kəlbəcər rayonu Şurtan kəndində doğulmuş, Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır və təmin olunmalı, X12 Təşkilatı «X11» MMC-i ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh hüquqi varisi X2 əsas məbləğ üzrə 715,59 (yeddi yüz on beş manat əlli doqquz qəpik) manat iddiaçının xeyirinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbini kreditin tutmaya yönəldilməsi hissəsində, qismən təmin edilməli, xx xxxxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə tutulacaq kreditin təminatı kimi 192 ABŞ dollar dəyərində olan çəkisi 12.7 qr olan üzük 3 (üç) ədəd 1 qaş yox əyyarı 583, 150 ABŞ dollar dəyərində olan çəkisi 12.5 qr olan dəst əzik 3 (üç) qaş yox əyyarı 583 və 102 ABŞ dollar dəyərində olan çəkisi 7.4 qr olan boyunbağı qırıq əzik əyyarı 375 olan qızıl-zinyət əşyaları hərracda satılmalı və satışdan əldə ediləcək məbləğ hesabına cavabdehin banka olan borcu ödənilməlidir. Məhkəmə hesab edir ki, girov predmeti olan qızıl-zinyət əşyalarının dəyəri hərrac zamanı müəyyən olunacağından və həmin qızıl-zinyət əşyalarının hazırkı dövrdə dəyərinin iddia ərizəsində göstərilən dəyərdə qiymətləndirilməsi yolverilməzdir. Bu səbəbdən iddia tələbi girov predmeti olan qızıl-zinyət əşyalarının dəyərinin iddia ərizəsində göstərilən qiymətlə qiymətləndirilməsi issəsində əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, borc ödənildikdən sonra girov predmetinin satışından qalan məbləğ cavabdehin hüquqi varisi X5 qaytarılmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehin hüquqi varisindən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh hüquqi varisi X2 xx xxxxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsi əsasən 715,59 manat əsas borc olmaqla, cəmi 715,59 (yeddi yüz on beş manat əlli doqquz qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu X12 Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulmalı, tutulacaq məbləğ kreditin təminatı kimi girov qoyulmuş çəkisi 12,7 qr olan 1 qaş 3 (üç) ədəd üzük, çəkisi 12,5 qr olan dəst əzik 3(üç) qaş yox və çəkisi 7,4 qr olan qırıq əzik boyunbağı qızıl-zinyət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları hərracda qiymətləndirərək satılmalı və satışdan əldə ediləcək məbləğ hesabına cavabdehin banka olan borcu ödənilməli, borc ödənildikdən sonra girov predmetinin satışından qalan məbləğ cavabdeh X5 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh hüquqi varisi X2 xx xxxxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsi əsasən 715,59 manat əsas borc olmaqla, cəmi 715,59 (yeddi yüz on beş manat əlli doqquz qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu X12 Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulsun. Tutulacaq məbləğ kreditin təminatı kimi girov qoyulmuş çəkisi 12,7 qr olan 1 qaş 3 (üç) ədəd üzük, çəkisi 12,5 qr olan dəst əzik 3(üç) qaş yox və çəkisi 7,4 qr olan qırıq əzik boyunbağı qızıl-zinyət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları hərracda qiymətləndirərək satılsın və satışdan əldə ediləcək məbləğ hesabına cavabdehin banka olan borcu ödənilsin. Borc ödənildikdən sonra girov predmetinin satışından qalan məbləğ cavabdehin hüquqi varisi X5 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar