Məhkəmə qərarları › İş №2(025)-323/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-323/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-323/2021 02.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan “AGBank" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan “AGBank" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı “kredit borcu tələbi”nə dair mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 müştərək qaydada 05.06.2014-cü il tarixli, 111.LN.2102.050614.00002 saylı kredit müqaviləsi üzrə 06.03.2020-ci il tarixə 4105.48 (dörd min bir yüz beş manat, 48 qəpik) manat əsas borc, 3221.21 (üç min iki yüz iyirmi bir manat, 21 qəpik) manat faiz borcu və 3221.21 (üç min iki yüz iyirmi bir manat, 21 qəpik) manat cərimə borcu, cəmi 10547.90 (on min beş yüz qırx yeddi manat, 90 qəpik) manat borcun; cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsi üzrə 06.03.2020-ci il tarixə 948.85 (doqquz yüz qırx səkkiz dollar, 85 sent) ABŞ dolları əsas borc, 463.82 (dörd yüz altmış üç dollar, 82 sent) ABŞ dolları faiz borcu və 463.82 (dörd yüz altmış üç dollar, 82 sent) ABŞ dolları cərimə borcu, cəmi 1876.49 (bir min səkkiz yüz yetmiş altı dollar, 49 sent) ABŞ dolları borcun; mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30.40 (otuz manat, 40 qəpik) manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 18 fevral 2021-ci il tarixdə iddiaçı ləğv prosesində olan “AGBank" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 05.06.2014-cü il tarixli, 111.LN.2102.050614.00002 saylı kredit müqaviləsi üzrə cəmi 11269,31 (on bir min iki yüz altmış doqquz manat otuz bir qəpik) manat – bundan 4105.48 (dörd min bir yüz beş manat, 48 qəpik) manat əsas borc, 6502,63 (altı min iki manat altmış üç) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 661,20 (altı yüz altmış bir manat iyirmi qəpik) manat faiz borcu, cavabdehlər Bayramova kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 661,20 (altı yüz altmış bir manat iyirmi qəpik) manat faiz borcu, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsi üzrə cəmi 2023 (iki min iyirmi üç) ABŞ dolları – bundan 949 (doqquz yüz qırx doqquz) ABŞ dolları əsas, 933 (doqquz yüz otuz üç) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 141 (yüz qırx bir) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10 avqust 2021-ci il tarixdə iddiaçı ləğv prosesində olan “AGBank" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsi üzrə cəmi 2023 (iki min iyirmi üç) ABŞ dollları – bundan 949 (doqquz yüz qırx doqquz) ABŞ dolları əsas, 933 (doqquz yüz otuz üç) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 141 (yüz qırx bir) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Ağdaş” filialı ilə Cavabdeh1 arasında 05.06.2014-cü il tarixli, 111.LN.2102.050614.00002 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə illik faiz dərəcəsi 26% (iyirmi altı) faiz ödənilmək şərtilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 ilə 111.CL.050614.00002/d nömrəli, X6 ilə 111.CL. 050614.00002/b nömrəli və X9 ilə 111.CL.050614.00002/c nömrəli zaminlik müqavilələri bağlanmışdır. 26.10.2016-cı il tarixli 3 saylı razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış 05.06.2014-cü il tarixli, 111.LN.2102.050614.00002 saylı kredit müqaviləsinə uyğun ayrılmış kredit (kredit xətti) Kreditor tərəfindən restrukturizasiya edilir və buna müvafiq olaraq Borcalana verilmiş kreditin (ayrılmış kredit xəttinin) məbləği 7905.54 (yeddi min qəpik) manat təşkil etmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 ilə 111.CL. 050614.00002/g nömrəli və X6 ilə 111.CL.050614.00002/f nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin 2-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh2 və X6 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və borcalan ilə birlikdə birgə məsuliyyət dayışır. Lakin borclu hər iki kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. İddiaçı ASC-nin “Ağdaş" filialı ilə Cavabdeh1 arasında arasında 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik faiz dərəcəsi 23% (iyirmi üç) faiz ödənilmək şərtilə 3200 (üç min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh3 ilə 111.CL.170815.00001/b nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh3 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və borcalan ilə birlikdə birgə məsuliyyət dayışır. Lakin borclu hər iki kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. İddiaçı Ləğv prosesində olan “AGBank" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Elmar Əliyev məhkəməyə teleqram göndərərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərdi ki, 111.LN.2102.050614.00002 saylı 05.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunu tam olaraq bağlamışdır və bank tərəfində məhkəməyə təqdim edilən ərizədə həmin kredit borcu ilə tələblərinin olmadığını bildirmişlər. 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsi üzrə ekspert rəyində göstərilmiş həcmdə borcun tutulmasına etiraz etmir. Həmçinin hesablanmış cərimə məbləği ilə razılaşmır və hesab edir ki, bank tərəfindən hesablanmış cərimə onun ağır maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Cərimə məbləğinin azaldılmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad ekspertizaları şöbəsinin eksperti, İİİ dərəcəli ədliyyə qulluqçusu X12 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2021-ci il tarixli, 9/4843 nömrəli rəyində 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcu hesablanarkən səhvən borc manatla göstərilmişdir. Lakin iş materiallarından görünür ki, 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 bank tərəfindən kredit dollarla verilmişdir. Həmçinin sözügedən kredit müqaviləsinin nömrəsi düzgün göstərilsə də, tarixi səhvən 2015-ci il əvəzinə 2014-cu il kimi göstərilmişdir. Göstərilənlərin qətnamə qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 02.09.2021-ci il tarixdə dəftərxana vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə görə verilmiş tələbə iddia müddətinin tətbiq olunması və ona qarşı irəli sürülmüş iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh1 və şahidin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-i ilə Cavabdeh1 arasında bağlanmış 111.LN.2102.050614.00002 saylı 05.06.2014-cü il tarixli Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 26 faizlə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 111.CL.050614.00002/b saylı 05.06.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, X1 Yeganə Əliqulu qızının "xxxx"dan götürdüyü kredit üzrə öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 111.CL.050614.00002/c saylı 05.06.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, X2 Yeganə Əliqulu qızının "xxxx"dan götürdüyü kredit üzrə öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 111.CL.050614.00002/d saylı 05.06.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 "xxxx"dan götürdüyü kredit üzrə öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-i ilə Cavabdeh1 arasında bağlanmış 111.LN.2102.050614.00002 saylı 26.10.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə 3 saylı Razılaşmanın şərtlərinə uyğun olaraq 111.LN.2102.050614.00002 saylı 05.06.2014-cü il tarixli kredit müqaviləsinə uyğun ayrılmış kredit kreditor tərəfindən restrukturizasiya edilmiş və buna müvafiq olaraq borclana verilmiş kreditin məbləği 7905,54 manat təşkil etmişdir. Həmçinin borcalanın istifadə etdiyi kreditə görə illik faiz 24 % olmuşdur. İş materiallarında olan 111.CL.050614.00002/f saylı 26.10.2016-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, X1 Yeganə Əliqulu qızının "xxxx"dan 111.LN.2102.050614.00002 saylı 26.10.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə 3 saylı Razılaşmaya əsasən götürdüyü kredit üzrə öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 111.CL.050614.00002/g saylı 26.10.2016-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 "xxxx"dan 111.LN.2102.050614.00002 saylı 26.10.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə 3 saylı Razılaşmaya əsasən götürdüyü kredit üzrə öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-i ilə Cavabdeh1 arasında bağlanmış 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 23 faizlə 24 ay müddətinə 3200 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 111.CL.170815.00001/b saylı 17.08.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 "xxxx"dan götürdüyü kredit üzrə öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 0512 nömrəli 06 mart 2020-ci il tarixli maliyyə arayışından görünür ki, 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsinə əsasən hal-hazırda 948,85 ABŞ dolları əsas borc, 463,82 ABŞ dolları faiz borcu, 463,82 ABŞ dolları cərimə borcu, ümumilikdə 1876,49 ABŞ dolları təşkil edir. İş materiallarında olan 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsinə əlavə kreditin ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh1 3200 ABŞ dolları məbləği 24 ay müddətinə illik 23 % faizlə hər ay 167,59 ABŞ dolları, sonuncu ay isə 167,74 ABŞ dolları annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 12.03.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə pul öhdəliklərinin təmin edilməsi üçün aidiyyəti üzrə məhkəmə orqanlarına göndəriləcəyi bildirilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.01.2019cu il tarixli, AZ-İ seriyalı, 978923 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X6 “mədənin bədxassəli yenitörəməsi” xəstəliyindən 26.08.2018-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 11.01.2019-cu ildə 03 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 21.04.2014-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1979-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 11.08.2005-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1968-ci il tarixdə Qəbələ rayonu Soltan Nuxa kəndində doğulmuş, Qəbələ rayonu, Soltan Nuxa kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 19.05.2015-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1979-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin 29 iyun 2021-ci il tarixli, 2(025)-323/2021 nömrəli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2021-ci il tarixli, 9/4843 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 “AGBank" ASC-dən 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsi üzrə alınmış kredit vəsaiti üzrə banka 10.03.2020-ci il tarixə 942,55 manat əsas, 944,12 manat faiz (illik 5 % dərəcəsi ilə hesablanmaqla) borcu vardır. Beləliklə məhkəmədə müəyyən edildi ki, "xxxx" ASC-i ilə Cavabdeh1 arasında bağlanmış 111.LN.2102.050614.00002 saylı 05.06.2014-cü il tarixli və 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqavilələri əsasında, sonuncu Bankdan kredit alaraq üzərinə həmin müqaviləsi üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kreditin təminatı olaraq Cavabdeh2, X6 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. İş üzrə iddiaçı "xxxx" ASC-i kredit müqavilələrində nəzərdə tutulmuş məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Həmçinin 10 avqust 2021-ci il tarixdə iddiaçı ləğv prosesində olan “AGBank" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə Cavabdeh1 111.LN.2102.050614.00002 saylı 05.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunu tam olaraq bağladığını bildirmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsi üzrə kredit borcunu tələb etmişdir. Göründüyü kimi 111.LN.2102.050614.00002 saylı 05.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini yerinə yetirdiyindən və iddiaçı bankın həmin müqavilə üzrə heç bir tələbi olmadığından məhkəmə 111.LN.2102.050614.00002 saylı 05.06.2014-cü il tarixli müqavilə üzrə yaranmış borc tələbinə münasibət bildirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2 maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə kredit borcunun tutulması hissəsində qismən əsaslıdır. Göründüyü kimi, Cavabdeh1 “AGBank" ASC-dən 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsi üzrə 3200 ABŞ dolları məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 “AGBank" ASC-yə vurduğı zərər nəticəsində sonuncu 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı qismən haqlıdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2021-ci il tarixli, 9/4843 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 “AGBank" ASC-dən 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsi üzrə alınmış kredit vəsaiti üzrə banka 942,55 ABŞ dolları əsas borcu vardır. Lakin iddiaçı iddia ərizəsində cavabdehlərdən 949 ABŞ dolları əsas borc təşkil etmişdir. Bu səbəbdən məhkəmə Cavabdeh1 942,55 ABŞ dolları əsas borcunun tutulmasını əsaslı hesab edir. Tələb olunan faiz (illik 5 % dərəcəsi ilə hesablanmaqla) borcuna qiymət verən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2021-ci il tarixli, 9/4843 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 “AGBank" ASC-dən alınmış kredit vəsaiti üzrə banka 10.03.2020-ci il tarixə (illik 5 % dərəcəsi ilə hesablanmaqla) 944,12 ABŞ dolları faiz borcu vardır. Lakin iddiaçı iddia ərizəsində cavabdehlərdən 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsi üzrə 141 ABŞ dolları tələb etmişdir. Həmçinin məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməmişdir. Məhkəmə bu səbəbdən Cavabdeh1 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsi üzrə iddiaçı bankın xeyrinə faiz (illik 5 % dərəcəsi ilə hesablanmaqla) borcu üzrə 141 ABŞ dolları borcun tutulmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bankuçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 933 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 90 ABŞ dollarına endirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Beləliklə, məhkəmə iddianı qismən əsaslı hesab edib, Cavabdeh1 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsi üzrə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 942,55 ABŞ dolları əsas borc, 90 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 141 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcu olmaqla, cəmi 1173,55 (bir min bir yüz yetmiş üç dollar əlli beş sent) ABŞ dolları kredit borcunun tutulması qənaətinə gəlir. Məhkəmə kredit öhdəliyinin zaminliklə təmin edilməsi, bu səbəbdən cavabdehlərin iddiaçı qarşısında birgə məsuliyyət daşımasına da qiymət verib aşağıdakıları qeyd edir. Belə ki, işin hallarından göründüyü kimi 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı Kredit müqaviləsi üzrə öhdəliyin son icra müddəti 17 avqust 2017-ci il müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4.). Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq banklar tərəfindən təklif olunur. Bu mənada, hazırkı zaminlik müqavilələri üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində qüvvədə olmuşdur. Hazırkı işüzrə zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtıisə 17 avqust 2017-ci il tarixdə başa çatmışdır. Lakin, iddiaçı 1 ilərzində (iddia ərizəsi məhkəməyə 07.09.2020-ci ildə daxil olmuşdur) zaminə qarşı iddia irəli sürmədiyindən, Cavabdeh3 zaminlikliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Ona görə də iddiaçının həmin cavabdehə münasibətdə tələbi əsassızdır. Beləliklə, məhkəmə iddianı Cavabdeh3 aid hissədə əsassız hesab edərək, həmin hissədə onun təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul cavabdeh Cavabdeh1 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh (Cavabdeh1 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsi üzrə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 942,55 ABŞ dolları əsas borc, 90 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 141 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcu olmaqla, cəmi 1173,55 (bir min bir yüz yetmiş üç dollar əlli beş sent) ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 17.08.2015-ci il tarixli, 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsi üzrə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 942,55 ABŞ dolları əsas borc, 90 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 141 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcu olmaqla, cəmi 1173,55 (bir min bir yüz yetmiş üç dollar əlli beş sent) ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul cavabdeh Cavabdeh1 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar