Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-33/2021 16.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə törədilən manelərə son qoyulması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinə qadağa qoyulması və yol yerinin açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə törədilən manelərə son qoyulması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinə qadağa qoyulması və yol yerinin açılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, mülkiyyətində olan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”la adına rəsmiləşmiş 0,04 ha və 0,015 ha həyətyanı torpaq sahəsindən istifadəyə Cavabdeh tərəfindən törədilən manelərə son qoyulması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinə qadağan edilməsi və yol yerinin açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2019-cu il tarixində Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisindən Cavabdeh 0.04 ha torpaq sahəsini rəsmi olaraq alqısatqı müqaviləsi əsasında almış və həmin 0,04 ha torpaq sahəsini xx.xx.2019-cu il tarixində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xitməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”la adına rəsmiləşdirilmişdir. Bundan sonra onun aldığı torpaq sahəsinin yanında cavabdehə məxsus 0.02 ha torpaq sahəsi də əlavə olaraq olmuşdur. Cavabdehlə həmin 0.02 ha torpaq sahəsini də ona satması barədə razılaşmışlar. Cavabdehlə rəsmi alqısatqı edib həm torpaq sahəsinin 0.015 ha hissəsini almış, lakin onunla 0.02 ha torpaq sahəsinə razılaşmışlar. Alqı-satqı aparılan zaman ona məlum olmuş ki, 0.02 ha yox 0.015 ha torpaq sahəsini alqı-satqı edirlər. O, bununla da razılaşmış və problem yaratmamışdır. Hazırda onun 0.055 ha torpaq sahəsi var və həmin torpaq sahələrini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xitməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlak Dövlət reyestrindən “Çıxarışla adına rəsmiləşdirmişdir. Hazırda həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək istəyir. Onun mülkiyyətində olan həyatyanı torpaq sahəsinə Cavabdeh icazəsiz girir-çıxır və buralar onundu deyir. Halbuki, həmin torpaq sahəsi onun adına rəsimləşmişdir. Hazırda həmin torpaq sahəsinə gedən yol yerindən istifadəyə maneçilik törədir və istifadə etməyə qoymur, halbuki, həmin torpaq sahəsinə gedən yol yeri torpaq sənədlərində də öz əksini tapır ki, yol yeri mövcuddur. Hazırda həmin torpaq sahəsində ustalar işləyir və cavabdeh tez-tez gəlib ustalarla dalaşır, narahatçılıq yaradır. Dəfərlərlə cavabdehə xəbərdarlıq etməyinə baxmayaraq onun dediklərinə məhəl qoymamışdır. O da məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur ki, işini qanunla həll etsin. Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəmə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının mülkiyyətində 0,04 və 0,015 ha torpaq sahəsi onunla qonşuluqda vardır. O, həmin torpaq sahələrindən onun istifadəsinə heçbir formada maneəçilik törətməmişdir. Həmin torpaq sahələrinin kənarları açıqdır. Ona məxsus mal, yaxud quşların keçməsi ilə bağlı ora gedibgəlsə də digər məqsədi olmamışdır. Özünə məxsus sahənin kənarlarını bağladığı halda həmin sahəyə keçməyinə ehtiyac qalmayacaqdır. Yolun açılması tələbi ilə bağlı onu bildirir ki, əvvəldən onun və daha 3 nəfər ailə üzvülərinin, cəmi 4 nəfər olmaqla, mülkiyyətlərində tam, tərkibinə heçbir yol ərazisi daxil olmayan ( torpaq sahəsinin plan və ölçüsü seriya "A" nömrə 208799, çıxarış seriya RX nömrə 1161619) 0,24 ha həyətyanı torpaq sahəsi olmuşdur. Daha sonra onlar həmin torpaq sahəsini iki nəfərə, o cümlədən 0,04 ha və 0,015 ha hissəsini hazırkı iddiaçıya satmışlar. Onlar torpaq sahəsi alan zaman yol üçün ayrıca torpaq hissəsi istəməmişlər və almamışlar. Onlara satılan torpaq sahələrinə dair Plan və Ölçü kadastrı əldə etmişlər və aldıqları torpaq sahələrinin koordinatları həmin kadastrda göstərilmişdir. Alqısatqılardan sonra 0,24 ha torpaq sahəsindən mülkiyyətlərində cəmi 0,035 ha torpaq sahəsi qalmışdır. Həmin 0,035 ha torpaq sahəsinə dair Daşınmaz əmlakın dövlət reyestrində 183 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********05 olan Çıxarış almışlar. Bununlada həmin 0,035 ha torpaq sahəsi üzərindəki mülkiyyət hüquqları təsdiqlənərək dölət qeydiyyatına alınmışdır. Lakin, sonradan bilmişlər ki, bölgü planı tərtib edən şəxs onlara heçbir izah vermədən, onun və anası X1 istifadə edərək bölgü planının 0,035 hissəsində özbaşına “yol yerinə düşür" sözləri yazmışdır. Halbuki, həmin sahə onların mülkiyyətlərində qalmış və həmin sahəyə dair Çıxarış almışlar. Odur ki, özbaşına yazılmış "yol yerinə düşür" sözləri heç bir hüquqi əhəmiyyət kəsb etmir. Bölgü planı aralıq sənədi olmaqla dövlət qeydiyyatına alınmır və hüquqmüəyyənedici sənəd deyildir. Hal-hazırda, iddiaçı həmin bölgü planını əsas kimi nəzərə alaraq, mülkiyyətlərində olan torpaq sahəsini özününkü hesab edir və ona təhvil verilməsini tələb edir. Eyni zamanda, iddiaçı aldığı 0,04 və 0,015 ha torpaq sahəsinə keçid yolunun verilməsini onlardan qanuni surətdə istədiyi halda, bu məsələ ona ödənişli servitut vermək, satmaq, yaxud mülki qanunvericilikdə nəzərdə tutulmuş digər əqdlər üzrə məhkəmə çəkişməsi olmadan razlaşdırıla bilinər. Məhkəmə iclasında İddiaçı qeyd edilənlərə uyğun izahat verib göstərdi ki, “xxxx” MMCnin rəyləri ilə tanış olmuşdur. Rəylərdən də görünür ki, onun mülkiyyətində olan torpaq sahələrinə gedən yol yeri cavabdehin mülkiyyətində deyildir. Həmçinin rəylərdə göstərilmişdir ki, həmin yol yeri cavabdeh tərəfindən bağlanmamışdır. Lakin yol yeri cavabdeh tərəfindən bağlanmasa da, cavabdeh həmin yol yerini şumlayaraq gediş-gəlişi imkansız etmişdir. Ekskavatorla onun qapısına qədər yol yeri də daxil olmaqla şumlamışdır. Nəticədə ekspert rəylərində də göstərilmiş yol yerindən istifadə edə bilmir. Cavabdeh əsassız olaraq yol yerinin onun mülkiyyətində olduğunu və həmin yol yerini pulunu ödəcəyi təqdirdə yol verəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasında iddianı etiraf etməyərək çıxışında göstərmişdir ki, “xxxx” MMC-nin rəyləri ilə tanış olmuşdur. O, iddiaçıya heç bir maneəçilik törətmir. İddiaçının iddia etdiyi həmin yol yerində 0,03 ha torpaq sahəsi var və iddiaçı tərəfindən pul ödənilərsə yol yeri verməyə hazırdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, İddiaçı adına Qəbələ rayonu, Vəndam qəsəbəsində 0,015 ha həyətyanı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 183 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9 tərəfindən xx.xx.2020-ci il tarixdə həmin torpaq sahəsinə dair A 472218 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, İddiaçı adına Qəbələ rayonu, Vəndam qəsəbəsində 0,04 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9 tərəfindən xx.xx.2019-cu il tarixdə həmin torpaq sahəsinə dair A 416667 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, X4 adına X6, X2 və Cavabdeh ilə paylı mülkiyyət əsasında Qəbələ rayonu, Vəndam qəsəbəsində 0,35 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 348 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərə əsasən İddiaçı məxsus 0,015 ha (reyestr nömrəsi – **********81) və 0,04 ha (reyestr nömrəsi – 416667) həyətyanı torpaq sahələrinə gedən yol ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Lakin nəzərdə tutulan yol iddiaçının iddia etdiyi ərazidən şərq istiqamətdə təsvir edilmişdir. Ərazidə mövcud olan metal çəpərdən aşağı döngəsindən 3 metr şərqə tərəf, yuxarı tərəfədn 5,5 metr şərq tərəfdən yolun sol kənarı yerləşir. Nəzərdə tutulan yolun eni 4 metr göstərilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 348 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, GPS ölçü aləti vasitəsilə tədqiq olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını naturada müəyyən etmək üçün iddiaçı və cavabdehin iştirakı ilə çöl geodeziya ölçmə işləri aparılmış, ekspertiza baxışının keçirilməsi barədə tərəflərin iştirakı ilə yerində baxış aktı tərtib edilmişdir. Çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə hüquqmüəyyənedici sənədlərə, Kompleks Yerquluşu xəritəsinə, torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto xəritə materiallarına və Google Earth xəritə məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 558 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 348 saylı rəyi ilə İddiaçı məxsus 0,015 ha (reyestr nömrəsi – **********81) və 0,04 ha (reyestr nömrəsi – 416667) həyətyanı torpaq sahələrinə gedən yolun ərazinin ümumi xəritəsində nəzərdə tutulmasını nəzərə alınmaqla müəyyən edilən yol yeri cavabdehin mülkiyyətində deyil. Hüquqmüəyyənedici sənədlərə əsasən müəyyənləşdirilən yol yeri cavabdeh tərəfindən bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətinə Qəbələ rayonu, Vəndam qəsəbəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la 0,015 ha və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la 0,04 ha torpaq sahələri verilmişdir. İddiaçı həyətyanı torpaq sahələrindən istifadəyə Cavabdeh tərəfindən törədilən manelərə son qoyulmasını, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinə qadağan edilməsi və yol yerinin açılmasını tələb edir. Cavabdeh isə iddiaçıya məxsus torpaq sahələrindən onun istifadəsinə heçbir formada maneəçilik törətmədiyini, yol yerinin onun mülkiyyətində olduğunu və ödənişli servitut vermək, satmaq, yaxud mülki qanunvericilikdə nəzərdə tutulmuş digər əqdlər üzrə məhkəmə çəkişməsi olmadan razlaşaraq yol yeri verə biləcəyini bildirmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 348 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərə əsasən İddiaçı məxsus 0,015 ha (reyestr nömrəsi – **********81) və 0,04 ha (reyestr nömrəsi – 416667) həyətyanı torpaq sahələrinə gedən yol ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Lakin nəzərdə tutulan yol iddiaçının iddia etdiyi ərazidən şərq istiqamətdə təsvir edilmişdir. Ərazidə mövcud olan metal çəpərdən aşağı döngəsindən 3 metr şərqə tərəf, yuxarı tərəfdən 5,5 metr şərq tərəfdən yolun sol kənarı yerləşir. Nəzərdə tutulan yolun eni 4 metr göstərilmişdir. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. xxxx” MMCnin xx.xx.2020-ci il tarixli, 558 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 348 saylı rəyi ilə İddiaçı məxsus 0,015 ha (reyestr nömrəsi – **********81) və 0,04 ha (reyestr nömrəsi – 416667) həyətyanı torpaq sahələrinə gedən yolun ərazinin ümumi xəritəsində nəzərdə tutulmasını nəzərə alınmaqla müəyyən edilən yol yeri cavabdehin mülkiyyətində deyil. Hüquqmüəyyənedici sənədlərə əsasən müəyyənləşdirilən yol yeri cavabdeh tərəfindən bağlanmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü madəsi təşkil edir. Həmin maddənin tələbinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən maddənin dispozitiv şərtlərinə görə iddia qaldırmış şəxs ya mülkiyyətçi, ya da əmlakın qanuni sahibi olmalı və onun mülkiyyətinə və ya qanuni sahibliyində olan əmlaka qəsd və ya başqa maneə mövcud olmalıdır. Beləliklə, iddiaçının iddia tələbindən görünür ki, iddiaçı həyətyanı torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən manelərə son qoyulmasını, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinə qadağan edilməsini və yol yerinin açılmasını tələb edir. Hazırkı iddia tələbi üzrə ekspert rəylərindən görünür ki, İddiaçı məxsus 0,015 ha (reyestr nömrəsi – **********81) və 0,04 ha (reyestr nömrəsi – 416667) həyətyanı torpaq sahələrinə gedən yol ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Lakin nəzərdə tutulan yol iddiaçının iddia etdiyi ərazidən şərq istiqamətdə təsvir edilmişdir. Ərazidə mövcud olan metal çəpərdən aşağı döngəsindən 3 metr şərqə tərəf, yuxarı tərəfdən 5,5 metr şərq tərəfdən yolun sol kənarı yerləşir. Nəzərdə tutulan yolun eni 4 metr göstərilmişdir. Həmçinin iddiaçının həyətyanı torpaq sahələrinə gedən yol ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və müəyyən edilən yol yeri cavabdehin mülkiyyətində deyil. Bundan əlavə yol yeri cavabdeh tərəfindən bağlanmamışdır. Göründüyü kimi ekspert rəylərindən də müəyyən edilir ki, iddiaçının həyətyanı torpaq sahələrinə gedən yol yeri cavabdehin mülkiyyətində deyil və cavabdeh tərəfindən bağlanmamışdır. Lakin məhkəmə zamanı iddiaçının izahatından, ekspert rəyinə əlavə edilmiş mübahisəli yol yerinin foto-şəkillərindən görünür ki, cavabdeh ekspert rəylərində göstərilən yol yerindən faktiki istifadə edə bilmir. Buna səbəb isə cavabdeh tərəfindən sözügedən yol yeri bağlanmasa da, həmin yol yeri cavabdeh tərəfindən faktiki olaraq şumlanaraq yararsız vəziyyətə salındığından iddiaçı həmin yol yerindən istifadə edə bilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 74-cü maddəsinə əsasən ümumi istifadədə olan torpaqlar, o cümlədən kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yollarının altındakı torpaqlar bələdiyyə mülkiyyətinə aiddir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğularınsö külməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia etdiyi və mülkiyyətində olan 0,04 ha və 0,015 ha həyətyanı torpaq sahələrinəgediş-gəliş yolu ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və faktiki olaraq mövcuddur. Cavabdeh həmin yol yerinin onun mülkiyyəti olduğunu qeyd etsə də, ekspert rəylərindən göründüyü kimi həmin yol yeri cavabdehin mülkiyyətində deyil və cavabdeh bunun əksini sübut edəcək heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh məhkəmə təqdim etdiyi etiraz ərizəsində də göstərmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahələrinə dair torpaq sahəsinin planı və ölçüsündə"yol yerinə düşür" sözləri yazılmışdır.İddiaçı yol yerinin açılmasını tələb edir və ekspert rəylərinə əsasən də müəyyən olunmuşdur ki, həmin yol yeri cavabdeh tərəfindən bağlanmamışdır. Lakin məhkəmə zamanı müəyyən olundu ki, cavabdeh həmin yol yerini şumlayaraq yarasız vəziyyətə salmışdır. Bu səbəbdən iddiaçı sözügedən yol yerindən istifadə edə bilmir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahələrinə gedən yol yerinin şumlanaraq yararsız vəziyyətə gətirilməsi qadağan edilməlidir. Beləliklə, İddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneə mövcud olduğundan iddia həmin hissədə əsaslıdır və bu səbəbdən həmin hissədə yəni, yol yerindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində 0,04 ha və 0,015 ha həyətyanı torpaq sahələrindən istifadəyə Cavabdeh tərəfindən törədilən manelərə son qoyulması və həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinə qadağan edilməsini xahiş etmişdir. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, eyni zamanda məhkəmə zamanı verdiyi ifadəsində də bu maneələrin nədən ibarət olması barədə heç bir söz deməmişdir. Əksinə cavabdeh iddiaçıya torpaq sahəsindən istifadə ilə bağlı heç bir maneə törətmədiyini qeyd etmişdir. Göründüyü kimi, cavabdehin bildirdikləri ilə iddia tələbi həmin hissədə təkzib olunur. İddiaçı isə cavabdehin bildirdiyinin əksini sübut edə bilmir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən tərəfindən törədilən maneələrin nədən ibarət olması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinin nə də ifadə olunması barədə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və X7 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə Cavabdeh tərəfindən törədilən manelərə son qoyulması və həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinə qadağan edilməsi hissəsində iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 600 (altı yüz) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “X5” MMC-nin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»lara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,015 ha və 0,04 ha torpaq sahələrinə gedən yoldan istifadəyə Cavabdeh tərəfindən törədilən manelərə son qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»lara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,015 ha və 0,04 ha torpaq sahələrinə gedən yoldan istifadəyə Cavabdeh tərəfindən törədilən manelərə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 600 (altı yüz) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “X5” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-33/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-33/2021
16.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver