Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-332/2022 25.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Ağazadə Elçı̇ n Yaqub oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əhmədova Həqı̇ qət Oruc qızına, Cavabdeh4 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı Ağazadə Elçı̇ n Yaqub oğlunun, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Ağazadə Elçı̇ n Yaqub oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əhmədova Həqı̇ qət Oruc qızına, Cavabdeh4 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İşin halları İddiaçı Ağazadə Elçı̇ n Yaqub oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əhmədova Həqı̇ qət Oruc qızına, Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 139000 (yüz otuz doqquz min) ABŞ dolları pulun (ekvivalenti manatla 236300 AZN), 15000 (on beş min) manat pulun, əldə çıxmış fayda olan 63000 (altmış üç min) manat pulun və 606 (altı yüz altı) manat dövlət rüsumunun, ümumilikdə 314906 (üç yüz on dörd min doqquz yüz altı) manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, keçmiş qaynatası X5, 2014-cü ilin iyun ayından başlayaraq, həmin ilin dekabr ayınadək, 139.000 (yüz otuz duqquz min) ABŞ doları və 15.000 (iyirmi min) manat pulu borc olaraq vermiş və bu günədək həmin pulu X8 ona qaytarmamışdır. Beləki, o, uzun illər Rusiya Fedarasiyasında yaşayaraq orada ticarətlə məşğul olmuş, 2018-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikasına köçərək Oğuz rayonunda yaşamağa başlamışdır. 2012-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbə sakini X4 qızı Cavabdeh1 ilə ailə həyatı qurmuş və bundan sonra Telman Əhmədovla qohumluq əlaqəsi yaranmışdır. Cavabdeh1 ilə birgə nigahımızdan 20 fevral 2014-cü il təvəllüdlü Emil adlı bir oğlumuz dünyaya gəlmişdir. 2013-cü ildə, o, qaynatası Telman Əhmədovgildə qonaq olarkən, o, dedi ki, Oğuz-Şəki yolunun üstündə olan və işlətdiyi kafe köhnə, balaca və şəraitsiz vəziyyətdədir, orada müasir restoran tikib yaxşı pul qazanmaq olar. Telman Əhmədov ona təklif etdi ki, “sən maliyyə dəsdəyi göstərərək Rusiyadan mənə pul göndər, məndə köhnə kafeni söküb yerində daha müasir və böyük restoran tikdirim və restoranı birlikdə işlədib qazanc əldə edək”. O, Telmanın təklifi ilə razılaşaraq dedi ki, Rusiya Fedarasiyasına qayıtdıqdan sonra qazancına baxıb ona dəqiq bir fikir deyər. Bu söhbətdən 10-15 gün sonra o, Rusiya Fedarasiyasına qayıtdı. Orada olarkən 2014-cü ilin iyun ayında Telman Əhmədov ona zəng vurub restoran tikməklə bağlı fikrinin nə yerdə olduğunu soruşdu. O da dedi ki, hələlik nəğd pul göndərə bilmir, onun Qəbələ rayonunda olan 5-6 ay əvvəl 24.000 (iyirmi dörd min) ABŞ dollarına aldığı 6 sot torpağı satıb əldə olunmuş pulla restoranın tikintisinə başlasın, özü də həmin ilin sentyabr ayında qayıdıb Azərbaycan Respublikasına gələcək və tikintiyə lazım olan əlavə pulu verəcək. 15-20 gün sonra Telmam Əhmədovla telefon vasitəsi ilə danışarkən, ona bildirdi ki, onun torpağını satıb, restoranın tikintisinə başlayıb, hətta restoranın lahiyyəsi barədə də ona məlumat verdi. Həmin ilin iyul ayında Telman Əhmədov ona zəng edərək bildirdi ki, ona məxsus satdığı torpağın pulunu tikintiyə xərcləyib qurtarıb, əlavə pul lazımdır. O da Bakıda yaşayan əmisi oğlu X9 zəng vurub dedi ki, Rusiyada onun dostu olan Şəmistan adlı şəxs hazırda Bakıdadı, gedib ondan 10.000 (on min) ABŞ dolları götürüb Qəbələ rayonunda Telman Əhmədova versin. Əvvəlcə Şəmistana zəng edib bildirdi ki, 10.000 ABŞ dolları pul versin. Rusiyada ona verəcək, o, da razılaşdı, bundan 2-3 gün sonra əmisi oğlu X12 Bakı şəhərində 10.000 ABŞ dolları pulu götürüb Telman Əhmədova vermişdir. Telman Əhmədov telefon vasitəsi ilə bildirdi ki, Vaqif Məmmədov ona 10.000 ABŞ dolları pulu gətirib verdi, o, da bu pulu restoranın tikintisinə xərclədi. 2014-cü ilin sentyabr ayının 1-i Azərbaycana qayıtdı və Qəbələ rayonu Nic qəsəbəsinə gəlib restoranın tikintisi ilə maraqlananda gördü ki, restoranın beton çərçivəsi və divarı qurulub. Bundan sonra özü restoranın sxemini çəkdi və kabinetlərin ölçülərini müəyyən etdi və hər gün gedib tikintiyə nəzarət edirdi. Restoranın tikintisini aparan ustaları Telman Əhmədov dəvət etmişdi, həmin ustalar Şəki rayonundan gəlmişdilər, tikinti qiymətinidə Telman Əhmədov danışmışdı, o pulu Telman Əhmədova verirdi, o da, pulu ustalara verirdi. Azərbaycan Respublikasına gəldikdən sonra, sentyabr ayından başlayaraq həmin ilin dekabr ayınadək birinci dəfə 20.000 (iyirmi min) ABŞ dolları, ikinci dəfə 25.000 (iyirmi beş min) ABŞ dolları, üç, dörd və beşinci dəfə hər dəfəsində 20.000 ABŞ dollar, sonuncu dəfə isə 15.000 (on beş min) manat pul vermişdir. Həmin pullardan birinci dəfə verdiyi 20.000 ABŞ dolları Rusiya Fedarasiyasından özü ilə gətirmişdi, 65.000 ABŞ dolları pulu Rusiyada yaşayan və taxta biznesi ilə məşğul olan dostu Arazın vasitəsi ilə onun Xanlar rayonunda yaşayan Mobil adlı qohumundan 3 dəfəyə götürmüşdü, hətta hər dəfə pulu götürmək üçün əmisi oğlu Sadiqlə birlikdə onun avtomobili ilə getmişlər. 20.000 (iyimi min) ABŞ dolları pulu da əmisi oğlu Sadiqdən borc götürərək Telmana vermişdi. Sonuncu dəfə verdiyi 15.000 (on beş min) manatı isə yenə əmisi oğlu Sadiqin adına Qəbələ rayonunda yerləşən "Nikoil" bankdan kredit götürüb vermişdi. Telmana hər dəfə restoranın tikintisi üçün pul verəndə əmisi oğlu Sadiq də yanımda olmuşdur. Sonuncu dəfə Sadiqin adına kredit götürüb verdiyi 15.000 manat belə danışmışdılar ki, restoran işləməyə başlayanda Telman özü ödəyəcək. Çünki, bütün xərcləri o, çəkmişdi. 2014-cü ilin dekabr ayında restoranın tikintisi başa çatmış və içərisinin stol, stul və digər əşyalarını Telmanla birlikdə sifariş verib, sonra 2015-ci ilin yanvar ayında Rusiya Fedarasiyasına qayıtdı. 2016-cı ildə əmisi oğlu Sadiq ona zəng vurub bildirdi ki, onun adına götürülmüş kreditdən Telman cəmi 4-5 ay pul ödəyib, yerdə qalan pulu ödəmir, o, bu barədə Telmanla danışanda onu kobudlayaraq deyib ki, "get pulu kimə vermisən ondan al". Telman onu nəzərdə tutmuş, çünki Sadiqdən pulu o götürüb Telmana vermişdi. O, utandığından Telmana krediti ödəməsini demədi. Sadiqə dedi ki, krediti özü ödəsin, o, qayıdandan sonra, həmin kredit pulunu və ondan götürdüyü 20.000 ABŞ dolları pulu birlikdə qaytaracaq. Lakin 7 il keçməsinə baxmayaraq Telman Sadiqin adına götrülmüş krediti ödəməmişdir. Sadiq isə, həm nəğd şəkildə borc verdiyi 20.000 ABŞ dolları pulu, həmdə kredit kimi alınmış və özü tərəfindən ödənilib qurtarmış 15.000 manat pulu tələb etmişdi. Rusiyadakı işləri qaydasında getmədiyindən qazanc yox idi, maddi vəziyyəti pisləşmişdi, buna görə də qərara aldım ki, Telmanı Rusiyaya dəvət edib başa salsın ki, əmisi oğlu Sadiqdən aldığı 20.000 ABŞ dolları və onun adına kredit kimi götrülmüş 15.000 manatı Sadiqə qaytarsın, restoran üçün xərclənmiş digər pulları ona bağışlayacaq. Telman mənim bu təklifimlə razılaşıb dedi ki, Azərbaycana qayıdıb Sadiqə olan borcu qaytaracaq. Lakin, Telman Sadiqin borcunu qaytarmamışdı. Artıq başa düşürdü ki, Telman onu aldadır. Onun işləri Rusiyada alınmadığına görə 2018-ci ilin fevral ayında birdəfəlik Azərbaycana qayıdıb gəldi. Fikirləşdi ki, restoranı işlətdiyinə görə Telmandan icarə haqqı alsın və ailəsini dolandırsın. Telmana dedi ki, dolanışığı yoxdu, maddi vəziyyəti ağırdır, 5 il müddətində restoranı işlətdiyi hər ay üçün ona 500 manat icarə haqqı versin. Bu isə 60 ay üçün üçün 30.000 manat pul edir. Telman 30.000 manat verəcəyinə söz versədə, cəmi 21.000 manat icarə pulu vermişdi. 2019-ci ildə Telmana dedi ki, restoranı başqa adama icarəyə verir. Çünki, Telman aylıq icarəni tam vermirdi və deyirdi ki, qazanc yoxdur. Fikri var idi ki, restoranı başqa adama 1.000 manata icarəyə versin, həmin puldan 500 manatda Telmana versin ki, o da dolansın. Hətta restoranı işlətmək üçün Qəbələ rayonunda yaşayan Altay adlı şəxslədə danışıb razılaşmışdı. Telman isə ona dedi ki, restoranı başqa adama 1.000 manata icarəyə verməkdənsə, mənə 500 manata icarəyə ver, o da razılaşdı. 2019-cu ilin fevral və mart aylarında Telman ona iki ay 500 manatdan icarə haqqı ödəsə də, sonradan dedi ki, qazanc azdı, icarə haqqını verə bilmir. Telmana dedi ki, restorandan çıx. Onu başqa adama icarəyə verirəm. Telman isə bildirdi ki, çıxmayacaq, ölənə kimi restoranı işlədəcək, öləndən sonra isə restoran onun oğlu Emilə qalacaq. Belə olduqda, o, Telman Əhmədovdan, restoranın tikintisinə çəkdiyi 139.000 ABŞ doları və 15.000 manat pulun ona qaytarılmasını tələb etdi, lakin o, pulu qaytarmaqdan qəti imtina etdi. Evdə həyat yoldaşı atasına görə onunla mübahisələr edirdi və atasına demişdi ki, gəlib onu aparsın. Telmanda gəlib onun həyat yoldaşını və oğlunu götürüb apardı və heç bir əsas olmadan onun ailəsini dağıtdı. Restoranın tikintisi üçün Telmana verdiyi 139.000 (yüz otuz doqquz min) ABŞ dolları pulu və 15.000 (on beş min) manat pulu Telmandan almaq üçün 21 noyabr 2020-ci il tarixdə Qəbələ rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciyyət etdi və şikayəti üzrə mülki qayda da məhkəməyə müraciyyət etməyim barədə Qəbələ rayon polis şəbəsinin istintaq bölməsində 19 dekabr 2020-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmişdi. Telman Əhmədovun məndən borc almasını qismən etiraf etməsinə baxmayaraq, həmin qərarla, Telman Əhmədovun ondan 139.000 (yüz otuz doqquz min) ABŞ doları və 15.000 (onbeş min) manat pul alması və həmin məbləğin qaytarılmaması tam təsdiqini tapmışdır. Ona olan borc məbləğinin qaytarılması barədə danışıqlar aparılarkən 29 avqust 2021-ci il tarixdə Telman Əhmədov dünyasını dəyişmişdi. Həmçinin restoranın tikintisi ilə əlaqədar borc aldığı 65.000 (almış beş min) ABŞ dollarını ödəmək üçün Rusiya Fedarasiyasında olan evini banka girov qoyaraq, 105.000 (yüz beş min) ABŞ dolları pul götürüb borcunu ödəmiş və hal-hazırda həmin evi bankda girovdadır. Telman Əhmədova verdiyi 139.000 ABŞ dolları və 15.000 manat pulu, ala bilmədiyi 7 il ərzində istifadə etsəydi, həmin pulun hesabına indiyə kimi təxminən 100.000 (yüz min) manat pul qazanardı. Oxşar müqayisəni göstərə bilər ki, onun 139.000 ABŞ dolları və 15.000 manat pulu hesabına tikilmiş restoranı 1.000 manata icarəyə istəyirdilər və o razılaşmışdı da, lakin, Telman Əhmədovun təkidi ilə həmin razılaşma pozulmuşdur. 7 il ərzində həmin restoran icarədə olsaydı, o, bu günədək, 84.000 (səksən dörd min) manat gəlir əldə edərdi. Telman Əhmədov isə, bu müddətdə mənə cəmi 21.000 (iyirmi bir min) manat icarə haqqı ödəmişdir. Bununlada açıq-aşkar müəyyən olunur ki, Telman Əhmədov minumum ona 63.000 (almış üç min) manat ziyan vurmuş və bu isə öz növbəsində əldə çəxmış faydadır. Telman Əhmədov dünyasını dəyişdikdən sonra, onun həyat yoldaşı Cavabdeh3, qızları; Cavabdeh1, Cavabdeh4 və kürəkəni Cavabdeh2 onun əmlaklarını, o cümlədən onun pulu ilə tikilən restoranı işlətməyə başladılar. Bununlada, həmin şəxslər faktiki olaraq Telman Əhmədovdan qalan əmlaklara sahibliyi və isttfadəni həyata keçirirlər. Beləki, sorğuya cavab olaraq, Qəbələ rayonu İcra Hakimiyyəti Başçısının Nic qəsəbə inzibati Ərazi dairəsi üzrə nümayəndəsi cənab İbrahim Məmmədovun 11 oktyabr 2021-ci il tarixli, 892/31 saylı cavab məktubunda göstərilmişdir ki, "Qəbələ rayonu, Nic qəsəbə inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi sizin 08 oktyabr 2021-ci il tarixli, 327 saylı məktubunuza cavab olaraq bildiririk ki, X8 29.08.2021-ci il tarixdə vəfat edənə kimi Qəbələ rayonunun Nic qəsəbəsində qeydiyyatda olmaqla arvadı Cavabdeh3 və qızı Cavabdeh1 ilə bir yerdə yaşamışdılar. X4 ölümündən sonra onun təsərrüfatını, fərdi yaşayış evini və torpaq sahələrini arvadı Cavabdeh3 və qızı Cavabdeh1 idarə edir. Nic qəsəbə ərazisində olan "Restoran" kimi fəaliyyət göstərən obyektini isə kürəkəni Cavabdeh2 tərəfindən idarə olunur". Həmçinin, digər sorğuya cavab olaraq, Qəbələ rayonu Nic Bələdiyyə sədri cənab V.R.Dallari 12 oktyabr 2021-ci il tarixli, 105 saylı cavab məktubunda göstərilmişdir ki, "Qəbələ rayonu, Nic Bələdiyyəsi sizin 08 oktyabr 2021-ci il tarixli, 328 saylı məktubunuza cavab olaraq bildiririk ki, X8 29.08.2021-ci il tarixdə vəfat edənə kimi Qəbələ rayonunun Nic qəsəbəsində qeydiyyatda olmaqla arvadı Cavabdeh3 və qızı Cavabdeh1 ilə bir yerdə yaşamışdılar. X4 ölümündən sonra onun təsərrüfatını, fərdi yaşayış evini və torpaq sahələrini arvadı Cavabdeh3 və qızı X10 idarə edir. Nic qəsəbə ərazisində olan "Restoran" kimi fəaliyyət göstərən obyektini isə kürəkəni Cavabdeh2 tərəfindən idarə olunur". Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Ağazadə Elçı̇ n Yaqub oğlu iddia ərizəsinə uyğun izahat verərək iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iş materiallarında iddiaçının cavabdehlərdən tələb etdiyi məbləği mərhum X5 verməsi barədə heç bir mötəbər sübut yoxdur. İddiaçı məhkəmə iclasında verdiyi izahatında və iddia ərizəsində hazırda tələb etdiyi məbləği X5 2014-cü ildə verdiyini bildirmişdir. Həmin məbləği borc məqsədi ilə vermədiyini, Telman Əhmədovun ona yalnız 22000 manat icarə haqqı qaytardığını bildirmişdir. Halbuki iş materiallarında icra müqaviləsi mövcud deyil. İddia tələbini əsassız hesab edir və mövqeyini aşağdakı kimi əsaslandırır. 1. İddiaçı tərəfindən X5 iddia ərizəsində cavabdehlərdən tələb olunan məbləğin verilməsi heç bir mötəbər sübutla təsdiq olunmur. 2. İddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçının X8 ilə gəldikləri razılığa görə onun verdiyi vəsaitlə iş qurulmalı və ondan hər iki tərəf fayda götürməli idi. Lakin T.Əhmədov ona heç bir vəsait qaytarmamış, yalnız icarə haqqının əvəzi olaraq 22000 manat qaytarmışdır. Sözügedən mübahisənin xarakterini Mülki Məcəllənin 1091 və 1092-ci maddələri baxımından qiymətləndirilsə aşağıdakı nəticəyə gəlmiş olunar: Hansı ki, Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Hazırkı mübahisə üzrə də məhkəmə bu maddənin tələbini nəzərə almalı və iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun məlum olduğu vaxtdan 8 ilə yaxın müddət keçdiyini nəzərə alaraq iddia təlbini rədd etməlidir. Sözügedən müddət isə kəsici müddət olduğundan bu halda cavabdehlərin hər hansı ərizə verməyinə zərurət yoxdur. Belə ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: -iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; -iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25.06.2020 tarixli 2(102)-3230 saylı qərarındakı mövqeyi) X2 iddiaçının verdiyi pul vəsaitindən istifadə etməklə əsassız varlanmağımı güman etsə belə bununla bağlı bir daha Mülki Məcəllənin 1095-ci maddəsinin tələbi hazırkı iddia tələbinin rəddinə yönəldiyini qeyd edir. 3. Məsələyə borc mübahisəsi kimi qiymət versə belə yenə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin tələbləri iddianın rəddinə yönəlir. İddiaçı qanunla nəzərdə tutulan iddia müddətini buraxmışdır. İş materiallarına, iddia ərizəsnə və iddiaçının məhkəmə iclasında verdiyi izahatlara nəzər yetirəndə məlum olur ki, guya iddiaçı 2014-cü ilin iyun-dekabr aylarında T.N.Əhmədova 139000 ABŞ dolları və 15000 manat pul vermiş, T.N.Əhmədov isə həmin puldan heç nə qaytarmamış və yalnız icarə haqqının dəyərini ödəmişdir. Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3cü maddəsinə görə, 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2- ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 378-ci maddəsinə görə Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Mülki qanunvericilikdə iddia müddətinin tətbiqi və bərpası məsələləri əsaslı dəyişikliyə uğramışdır. 1 sentyabr 2000-ci il tarixinə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və münsiflər məhkəməsi tərəfindən tətbiq edilirdi. Yəni mülki mübahisələrə baxmağa səlahiyyələri olan orqanlar tərəflərin vəsatətlərindən asılı olmayaraq iddia müddətini məcburi tətbiq edirdi. Aralarında mübahisəyə baxıldıqda nə iddiaçı, nə də cavabdeh iddia müddətinin tətbiqindən imtina edə bilməzdi. Mülki mübahisəyə baxan orqanlar isə borclu idilər ki, öz təşəbbüsləri ilə iddia müddətlərini, həmin müddətlərin dayandırılması, axımının kəsilməsi qaydalarını rəhbər tutsunlar və iddia müddətinin keçməsinin səbəblərini aydınlaşdırsınlar. Göstərilən orqanlar bu hallardan asılı olaraq iddia müddətinin tətbiqi məsələsini həll edir, iddia müddəti aid edilməyən tələblər üzrə isə müvafiq normaları rəhbər tuturdu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətləri və onların hesablanması ilə bağlı qaydalar bir sıra ölkələrin (Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Almaniya, Fransa, Türkiyə və s.) qanunvericiliklərində də müəyyən edilmişdir. Bu dövlətlərin qanunvericiliklərində iddia müddətləri müxtəlif müəyyən edilsə də, mahiyyət etibarı ilə eyni məqsədə xidmət edir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında əks olunmuşdur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı 139000 ABŞ dolları və 15000 manat borc tələbinə dair iş üzrə kəsici müddətin və yaxud iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Şahid qismində dindirilən X13 məhkəmə prosesində verdiyi izahatında bildirdi ki, Elçin onun əmisi oğludur, o əvvəllər Rusiyada yaşayırdı və orada işləyirdi. 2014-cü ilə əmisi oğlu Elçin Azərbaycanda olarkən onunla tez-tez görüşürdü. Bir gün söhbət zamanı bildirdi ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən qaynatası, onun da əvvəllər tanıdığı Telman adlı şəxsin köhnə kafesini söküb orada müasir tipli restoran tikmək qərarına gəliblər. Bu işi görməyə Telmanın pulu olmadığına görə danışıqları belə olub ki, tikintiyə pul vəsaitini Elçin buraxacaq, Telman tikinti işlərinə nəzarət edəcək, restoran tikildikdən sonra birlikdə işlədib qazanc əldə edəcəklər və ya restoran gələcəkdə oğlu Emilin qazanc yeri olacaq. Restoranın tikintisi Elçin hələ Rusiyada olarkən başlayıb, bunu sonradan Elçin özü ona dedi. Bildirdi ki, onun Qəbələdə torpağı olub, Telmana zəng vurub deyib ki, həmin torpağı satıb əldə etdiyi pulla tikintiyə başlasın, sonra nəğd pul göndərəcək. Elçin Oğuzda olarkən Elçinin özü ilə bir neçə dəfə restoran tikilən yerə gedib görmüşdü. Hətta tikinti başlandıqdan təxminən iki ay sonra Elçin ona zəng vurub dedi ki, özü Nic qəsəbəsində restoran tikilən yerdədir, tikintiyə pul lazımdır, Rusiyadan ona tanışları tərəfindən pulun göndərilməsi ləngiyib, buna görə ondan 20000 ABŞ dolları borca pul istədi. Dedi ki, əgər tapa bilirsə, həmin pulu Nic qəsəbəsinə aparıb ona versin. O da özünə məxsus puldan 20000 ABŞ dolları pulu həmin gün Nic qəsəbəsinə aparıb tikilən restoranın qarşısında Elçinə verdi, Elçin də pulu götürüb Telmanın yanına getdi və pulu ona verdi. Sonra Elçinlə birlikdə tikinti gedən ərazidə dayandılar. Elçin tikinti işləri ilə maraqlandı, bundan sonra birlikdə Oğuza getdilər. Daha sonra Elçin həmin restoranın tikintisinə xərcləmək üçün şəxsən onunla birlikdə 4-5 dəfə Xanlar rayonuna gedib, orada onun tanımadığı taxta biznesi ilə məşğul olan şəxsdən ümumilikdə 50-60 min dollar pul götürüb gətirərək Telmana vermişdi. Pulu onun gözünün qabağında verməsə də ikisi təklikdə kabinetə girirdilər, orada Elçin pulu Telmana verib çıxırdı, bir neçə dəqiqə orada qalıb tikinti ilə maraqlanırdı, sonra birlikdə gedirdilər. Sonuncu dəfə 2014-cü ildə yenə də əmisi oğlu Elçin restoranın tikintisinə pul lazım olduğunu bildirib ondan 15000 manat borc istədi. O da dedi ki, nağd pulu yoxdur, ona adına kreditə pul götürüb verər. Buna görə də Qəbələ rayonunda yerləşən Nikoil bankdan öz adına 15000 manat kreditə pul götürüb əmisi oğlu Elçinə verdi, Elçin də onunla birlikdə Nic qəsəbəsinə gedib Telmanla görüşüb pulu ona verdi. Həmin vaxt o, çöldə maşında oturub gözləyirdi. Elçin və Telman ona bildirdilər ki, onun adına olan kreditin pulunu hər ay Telman ödəyəcək. Lakin, Telman 5-6 ay krediti ödəsə də, qalan pulu ödəmədi. Həmin ərəfələrdə əmisi oğlu Elçinin Rusiyada məşğul olduğu biznesi zəiflədi və maddi vəziyyəti çətinləşdi. Ondan aldığı 20000 dolları və 15000 manat pulu qaytara bilmədi. Məcbur olub krediti özü ödədi. İndiyə kimi Elçin restoranın tikintisinə xərcləmək üçün ondan aldığı ümumilikdə 20000 dollar pulu və öz adına kreditə götürüb ona verdiyi 15000 manat pulu ödəmədi. Telmandan bir neçə dəfə adına götürüb Elçin vasiəsi ilə ona verdiyi pulu ödəməsin xahiş etsə də, o ödəyə bilmədiyini dedi. Hətta sonra bildirdi ki, pulu ona deyil Elçinə verib, gedib Elçindən də tələb etsin. Restoran tikilib qurtardıqdan sonra oranı Telman işlətməyə başladı. Elçinin ona dediyinə görə Telmanla belə razılaşmışdı ki, 4-5 il restoranı Telman işlədəcək, gələcəkdə Rusiyadakı işi zəifləsə o, Azərbaycana qayıtdıqda restoranın Telmanla birlikdə şərikli işlədəcəklər. Elçinin Rusiyadakı biznesi 2-3 il əvvəl tamamilə çökdü və o Azərbaycana qayıtdı, hazırda da Oğuz rayonunda yaşayır. Elçinin ona dediyinə görə o, Azərbaycana gəldikdən sonra Telmana deyib ki, dolanmağa iş yeri yoxdur, vəziyyəti ağırdı, 4 il müddətində restoranı işlətdiyi hər ay üçün 500 manatdan ona icarə haqqı ver. Telman belə olan halda bağını satıb Elçinə 20000 manat icarə pulu vermişdir. Elçin sonradan obyekti başqa adama ayı 1000 manatdan icarəyə vermək istədikdə Telman ondan xahiş edib ki, başqasına verməkdənsə ona ayı 500 manatdan icarəyə versin. Elçin də qaynatası olduğu Telmanla 500 manat aylıq icarə haqqına razılaşıb. Lakin, Telman 2019-cu ildə cəmi iki ay ona 500 manatdan olmaqla cəmi 1000 manata icarə haqqını vermiş, sonra icarə haqqı verməkdən imtina etmişdir. Belə olan halda Elçin Telmana demiş ki, restorandan çıxsın başqa adama icarəyə verəcək. Telman isə restorandan çıxmayacağını, ölənə qədər oranı özü işlədəcəyini, öləndən sonra Elçinin oğlu Emilə qalacağını bildirmişdir. Elə həmin ərəfələrdə Elçinin həyat yoldaşı Pərvanə ilə arasında münasibətlər pisləşdi və mübahisələri yarandı, Telman qızını və nəvəsini həmin vaxtdan Elçindən ayırıb öz evinə apardı, hazırda qızı və nəvəsi Telmanın evində qalır. Elçinin Telman və onun ailə üzvüləri ilə münasibətləri pozulduğundan Elçinə restoranı şərikli işlədəcəkləri barədə verdiyi vədə əməl etmədiyinə görə Elçin restoranın tikintisinə xərclədiyi pul tələbi ilə polisə şikayət etdi. Onun bildiyinə görə Elçin Telmanın hazırki işlətdiyi restoranın tikintisinə ******* (bir yüz otuz doqquz min) ABŞ dolları və 15000 (on beş min) manat pul xərcləyib, həmin pulun 20000 dollarını və 15000 manatı ondan borc alıb, təxminən 50-60 min dollarını onun yanında digər şəxslərdən alaraq Telmana verdiyini təsdiq edir. Şahid qismində dindirilən X18 məhkəmə prosesində verdiyi izahatında bildirdi ki, təxminən 2014-cü ildə yay aylarının sonu payızın əvvəllərində Qəbələ rayonu Nic qəsəbəsində həmin qəsəbənin sakini Telman adlı şəxsə məxsus sökülmüş köhnə kafenin yerində tikilən müasir tipli restoranın tikintisində başlamışdır. Telmanı o əvvəldən tanıyırdı. Bu səbəbdən həmin tikinti ərazisinə arabir gedirdi. Oğuz rayonu Kərimli kənd sakini və həmin vaxt Rusiyada yaşayan Elçin adlı şəxsi də qeyd etdiyi restoranın tikintisində gələrkən görüb tanımışdır. Belə ki, Elçin tez-tez restorana gələrək tikinti ilə maraqlanırdı. Məlum olmuş ki, o, Telmanın kürəkənidir. Orada işləyən ustaların və fəhlələrin danışıqlarından məlum olurdu ki, Telman restoranı həmin Elçin adlı kürəkəninin sərf etdiyi pulla tikir, yəni obyekt Elçinin qoyduğu pul hesabına tikilirdi. Lakin iddiaçı tərəfindən pulun Telmana verilməsinin şahidi olmamışdır. Şahid qismində dindirilən X14 məhkəmə prosesində verdiyi izahatında bildirdi ki, mərhum X6 əvvəlcədən tanımışdır. O, Qəbələ rayonu Nic qəsəbəsində kafe işlədirdi. 2014-cü ildə kafenin yerində müasir tipli restoranın tikintisində başlamışdır. Həmin tikinti ərazisinə arabir gedirdi. Telmanın kürəkəni - Oğuz rayonu Kərimli kənd sakini və həmin vaxt Rusiyada yaşayan Elçin adlı şəxsi də qeyd etdiyi restoranın tikintisində gələrkən görüb tanımışdır. Belə ki, Elçin tez-tez restorana gələrək tikinti ilə maraqlanırdı. Telman ona demişdir ki, restoranı həmin Elçin adlı kürəkəninin sərf etdiyi pulla tikir, yəni obyekt Elçinin qoyduğu pul hesabına tikilirdi. O şəxsən iddiaçı tərəfindən pulun Telman adlı şəxsə verilməsinin şahidi olmamışdır. Şahid qismində dindirilən X7 məhkəmə prosesində verdiyi izahatında bildirdi ki, Qəbələ rayonu Nic qəsəbə sakini Telman Əhmədovu 20 ildən artıqdır ki, tanıyır, belə ki, dəfələrlə onun Nic qəsəbəsinin mərkəzində işlətdiyi kafeyə müştəri qismində getmiş və belə olub tanışlığı yaranmışdır. Telman onun tikinti işlərində uzun illər təcrübəsinin və biliyinin olduğunu, müxtəlif tikintilərdə usta kimi işlədiyini bilirdi. Təxminən 6-7 il bundan əvvəl təxminən 2014-cü ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə Telmanla Nic qəsəbəsində görüşəndə sonuncu ona bildirdi ki, köhnə tikilidən ibarət kafesini söküb, yerində müasir tipli böyük restoran tikmək qərarına gəlib, özünün tikinti işlərindən anlayışı olmadığı üçün tikinti işlərini aparan ustalara nəzarət etməyi ondan xahiş etdi. Əvəzində zəhmət haqqı olaraq tikinti başa çatana kimi aylıq ona 200-300 manat pul verəcəyini, hətta santexnika işlərini şəxsən onun özünə gördürəcəyini bildirdi. Çünki o, özü santexnik ustası kimi fəaliyyət göstərirdi. O da Telmanın bu təklifi ilə razılaşdı. Telman bu barədə onunla danışarkən bildirdi ki, artıq restoranın sxem planı hazırdı və həmin planı Mingəçevirdə hazırladıb. Çertyoju ona göstərib bildirdi ki, restoran həmin çertyoja uyğun tikilməlidir. Bu söhbətdən 10-15 gün sonra Telmanın köhnə tikilidən ibarət kafesi tamamilə sökülüb yeri konla küründü və yerində yeni restoranın bünövrədən tikintisini başlanmışdı. Tikinti başlayan gündən həftədə 2-3 gün ora gedərək tikintidə işləyən ustalara nəzarət edirdi. Onların səhvlərini gördükdə düzəliş verirdi. Tikintidə 2-3 qrupdan ibarət ustalar işləmiş, santexnika işlərini şəxsən özü görmüşdür. Bundan əlavə bir neçə dəfə də restorana lazım olan tikinti materiallarını almağa Telman onunla birlikdə gedib və hər dəfəsində minimum 4-5 min manatlıq tikinti materialları alırdı. Restoranın tikintisi 5-6 ay sonra başa çatdı. Oğuz rayonu Kərimli kənd sakini Elçin Məmmədovu da həmin restoranın tikintisi zamanı tanıdı və orada bildi ki, o Telmanın kürkənidir. Həmin vaxt Rusiya Federasiyasında işləyirdi və məlum oldu ki, restoranın tikintisinə maliyə dəstəyi verən Elçindir. Yəni tikintiyə pulu Elçin buraxırdı. Hətta restoranın çöl divarına vurmaq üçün ağ lay daşları alarkən Telman özü ona dedi ki, lazım olan 13 min manat dəyərində pulu kürəkəni Elçin göndərəcək. Elçini birinci dəfə o, restoranın dəmir beton işləri, divar hörgüsü və dam örtüyü işləndikdən sonra orada gördü. Telman bildirdi ki, Elçin onun kürəkənidir, əslən Oğuzdandır, Rusiyada işləyir və hərdən Azərbaycana gəlib-gedir. Restoranın damı örtüldükdən sonra Elçin çertyoju bəyənmədi. Çünki əvvəlki planda ancaq restoranın zalı var idi, kabinetləri yox idi. Elçin də dedi ki, kabinetsiz restoran yaxşı alınmaz, buna görə də özü restoranın həyətində ümumi binadan kənarda 3 və ya 4 ədəd kabinetin çertyojunu verdi və bundan sonra həmin kabinetlər tikildi. Aşkar surətdə aydın idi ki, restoran Elçinin maliyyə dəstəyi, yəni onun verdiyi pullarla tikilir. Həm də uzun illərdir ki, Telmanı tanıyırdı, onun maddi vəziyyəti məlum idi, buna görə də bilirdi ki, bu cür müasir tipli restoranı tikməyə Telmanın maddi imkanı çatmaz. Həm də Elçin özü tez-tez gəlib tikinti ilə maraqlanırdı, çertyoja düzəliş edirdi və Telman restoranın tikintisində hər məsələni Elçinlə məsləhətləşirdiş. Bütün bu faktlar onu göstərir ki, restoranın tikintisində Elçinin marağı var və maliyyə dəstəyini Elçin verirdi. Restoranın tikintisi başa çatdıqda Telman tikintiyə nəzarət etməsi, eləcə də santexnika işlərini görməsi müqabilində hissə-hissə hər dəfəsində 200 və ya 300 manat olmaqla cəmi ona 1100 və ya 1200 manat pul verdi. Restoranın tikintisi başa çatdıqdan sonra Telman onu restoranın açılışına da dəvət etdi. Sonradan o eşitdi ki, Elçin və Telmanın qızı bir-birindən ayrılıblar, Telman qızını uşağı ilə birlikdə öz evinə gətirib və bundan sonra Telmanla Elçin arasında münasibətlər pisləşib. Elçin də bundan sonra Telmandan ya restoranın tikintisinə xərclədiyi pulu, ya da restoranı şərikli işlətməyi tələb edib. Telman da Elçinin şərtləri ilə razılaşmadığına görə Elçin polisə müraciət edib. Hətta Elçin özü sonradan onunla görüşəndə bildirdi ki, restoranın tikintisinə təxminən 150000 (bir yüz əlli min) manat pul xərcləyib, bütün tikintinin pulunu Telmana o verib, lakin münasibətləri pisləşdikdən sonra Telman bunu inkar edərək onun pulunu qaytarmayıb, həmçinin restoranı şərikli işlətmələrinə razı olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16.10.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Qanunvericiliyin tələbindən göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin və şahidlərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Qəbələ Rayon Polis Şöbəsinin müstəntiqi polis mayoru Tural Hüseynov tərəfindən qəbul edilmiş 19 dekabr 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara əsasən X8 barəsində Azərbaycan Respublikasının 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, cavabdeh X3 rayon Polis şöbəsində verdiyi izahatda ona məxsus köhnə kafeni söküb yerində kürəkəni İddiaçı pul vəsaiti hesabına yeni müasir tipli restoran tikərək gələcəkdə həmin restoranı birlikdə işlədib şərikli qazanc əldə etmək barədə İddiaçı ilə şifahi razılığa gəldiyini, ümumilikdə ondan tikintiyə xərcləmək üçün 50000 (əlli min) manat pul aldığını, gələcəkdə maddi vəziyyəti pisləşəndə və yaxud öldükdə nəvəsi Emil üçün obyekt olduğunu etiraf etmişdir. İş materillarında olan, Qəbələ rayonu İcra Hakimiyyəti Başçısının Nic qəsəbə inzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 11 oktyabr 2021-ci il tarixli, 892/31 saylı məktubundan görünür ki, X8 29.08.2021-ci il tarixdə vəfat edənə kimi Qəbələ rayonunun Nic qəsəbəsində qeydiyyatda olmaqla arvadı Cavabdeh3 və qızı Cavabdeh1 ilə bir yerdə yaşamışdılar. X4 ölümündən sonra onun təsərrüfatını, fərdi yaşayış evini və torpaq sahələrini arvadı Cavabdeh3 və qızı X10 idarə edir. Nic qəsəbə ərazisində olan "Restoran" kimi fəaliyyət göstərən obyektini isə kürəkəni Cavabdeh2 tərəfindən idarə olunur". İş materillarında olan, Qəbələ rayonu Nic Bələdiyyəsinin 12 oktyabr 2021-ci il tarixli, 105 saylı məktubundan görünür ki, X8 29.08.2021-ci il tarixdə vəfat edənə kimi Qəbələ rayonunun Nic qəsəbəsində qeydiyyatda olmaqla arvadı Cavabdeh3 və qızı Cavabdeh1 ilə bir yerdə yaşamışdılar. X4 ölümündən sonra onun təsərrüfatını, fərdi yaşayış evini və torpaq sahələrini arvadı Cavabdeh3 və qızı Cavabdeh1 idarə edir. Nic qəsəbə ərazisində olan "Restoran" kimi fəaliyyət göstərən obyektini isə kürəkəni Cavabdeh2 tərəfindən idarə olunur". Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 2014-cii ildə dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu Nic qəsəbə sakini X8 və kürəkəni, həmin vaxtlar Rusiya Federasiyasında yaşayan və ticarətlə məşğul olan Oğuz rayonu Kərimli kənd sakini İddiaçı arasında sonuncunun pul vəsaiti hesabına Telman Əhmədova məxsus Qəbələ rayonu Nic qəsəbəsində yerləşən köhnə tipli kafeni sökərək, yerində müasir tipli restoran tikməklə gələcəkdə həmin restoranı birlikdə işlədərək, şərikli qazanc əldə edəcəklərinə dair razılığa gəldikdən sonra 2014-cü ilin iyun ayından başlayaraq həmin ilin dekabr ayına kimi İddiaçı hissə-hissə sərf etdiyi pul vəsaiti hesabına Telman Əhmədova məxsus sökülmüş köhnə kafenin yerində yeni, müasir tipli restoranın tikintisi başa çatmışdır. Bundan sonra, Telman Əhmədov restoranı birlikdə işlədərək şərikli qazanc əldə edəcəkləri barədə İddiaçı qarşısında götürdüyü öhdəliyə əməl etməyərək, sonuncunun vəsaiti hesabına tikilmiş restoranı 6 il ərzində tək işlədərək əldə olunan qazancı da özünə götürməsinə baxmayaraq, İddiaçı Telman Əhmədovla arasındakı yaxın qohumluq münasibətinə görə ona qarşı hər hansı iddia irəli sürməmişdir. Lakin 2018-ci ildən arvadı Pərvanə Məmmədova ilə aralarında yaranmış ailədaxili mübahisələr zəminində qayınatası Telman Əhmədovla da münasibətləri pozulduğundan, Rusiya Federasiyasında ticarətlə bağlı işləri zəiflədiyi və maddi vəziyyəti pisləşdiyindən İddiaçı onun pul vəsaiti hesabına tikilmiş restoranı tək işlədərək qazanc əldə etdiyi dövrlər üçün Telman Əhmədovdan icarə haqqı istəmişdir. Həmçinin bundan sonra restoranı işlətdiyi hər ay üçün icarə haqqı verməsi, icarə haqqı verə bilməyəcəyi təqdirdə restoranı başqa şəxsə icarəyə verəcəyi, bunlar mümkün olmadıqda isə restoranın tikintisinə sərf etdiyi pul vəsaitini geri qaytarması barədə Telman Əhmədovdan tələb etmişdir. T.Əhmədov pulu qaytarmaqdan imtina etdiyindən İddiaçı hüquq mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişdir. Qəbələ rayon Polis şöbəsində verdiyi izahatda Telman Əhmədov ümumilikdə Ağazadə Elçı̇ n Yaqub oğlundan tikintiyə xərcləmək üçün yalnız 50000 (əlli min) manat pul aldığını etiraf etmiş etmişdir. X8 29 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Hazırda Ağazadə Elçı̇ n Yaqub oğlu 139000 (yüz otuz doqquz min) ABŞ doları pulun (ekvivalenti manatla 236.300 AZN), 15000 (on beş min) manat pulun, əldə çıxmış fayda olan 63000 (altmış üç min) manat pulun və 606 (altı yüz altı) manat dövlət rüsumunun, ümumilikdə 314906 (üç yüz on dörd min doqquz yüz altı) manat pulun cavabdehlər - X4 vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulmasını tələb edir. Cavabdehlər iddia tələbini qəbul etmirlər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh X4 hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən iddiaçı Ağazadə Elçı̇ n Yaqub oğlu tərəfindən X5 verilmiş 50000 (əlli min) manat məbləğində pul, iddiaçıya X4 vərəsələri - Cavabdeh1, Əhmədova Həqı̇ qət Oruc qızından və Cavabdeh4 alınaraq qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin pul məbləğinin X4 vərəsələrindən tələb olunması ilə bağlı bildirir ki, hazırda miras qoyanın - X4 əmlakından sonuncunun vərəsələri - arvadı Əhmədova Həqı̇ qət Oruc qızı, qızı Cavabdeh1 və qızı Cavabdeh4 istifadə edirlər. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəllənin vərəsəliklə bağlı tələblərinə əsasən X4 öhdəlikləri üzrə məsuliyyəti onun vərəsləri - arvadı Əhmədova Həqı̇ qət Oruc qızı, qızı Cavabdeh1 və qızı Cavabdeh4 daşıyırlar. Həmçinin məhkəmə iddia tələbinin Cavabdeh2 (mərhum X1) qarşı olan hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 hazırda X4 vərəsəsi hesab olunmadığından iddia tələbi ona qarşı olan hissədə əsassızdır. Məhkəmə cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Ağazadə Elçı̇ n Yaqub oğlu tərəfindən hazırki iddia ərizəsi ilə bağlı iddia müddəti ötürülməmiş, ərizə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 606 (altı yüz altı) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Əhmədova Həqı̇ qət Oruc qızından və Cavabdeh4 tutularaq Ağazadə Elçı̇ n Yaqub oğluna ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Əhmədova Həqı̇ qət Oruc qızından və Cavabdeh4 müştərək qaydada 50000 (əlli min) manat məbləğində pul vəsaiti və 606 (altı yüz altı) manat dövlət rüsumu olmaqla, cəmi 50606 (əlli min altı yüz altı) manat pul tutularaq iddiaçı Ağazadə Elçı̇ n Yaqub oğluna ödənilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Əhmədova Həqı̇ qət Oruc qızından və Cavabdeh4 müştərək qaydada 50000 (əlli min) manat məbləğində pul vəsaiti və 606 (altı yüz altı) manat dövlət rüsumu olmaqla, cəmi 50606 (əlli min altı yüz altı) manat pul tutularaq iddiaçı Ağazadə Elçı̇ n Yaqub oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-332/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-332/2022
25.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver