Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-34/2024 14.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması və mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1 Bəxtiyar oğlu və Cavabdeh2 qarşı torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması və mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E TD İ : İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması və mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia qaldıraraq ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən cəmi 0,4255 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsinə cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneçiliyin aradan qaldırılması və həmin torpaq sahəsinin tutulmsına (istifadə olunması və bar götürülməsinə) yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, torpaq islahatı nəticəsində Qəbələ rayon AİK-nin xx.xx.1997-ci il tarixli 25 saylı qərarı qərarı ilə altı nəfərdən ibarət olan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində cəmi 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və JN-529 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş 529 A, 529B və 529C nömrəli plan əsasında yeri müəyyən edilmişdir. 529 B saylı planda sərhədləri göstərilən 1334,58 kv/m torpaq sahəsi və 529C nömrəli planda sərhədləri göstərilən 2923,0 kv/m torpaq sahəsi qeyd olunan sərhədlər üzrə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində yenidən qeydiyyata alınmış və Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlar (reyestr nömrələri: **********23; **********24) verilmişdir. Lakin həmin torpaq sahələrinin yeri ona bildirilməmiş və ərazi Cavabdeh1 Bəxtiyar oğlu tərəfindən zəbt edilərək qanunsuz şəkildə Cavabdeh2 satılmışdır. Ona görə də, ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən cəmi 0,4255 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsinə cavabdehlər, Cavabdeh1 Bəxtiyar oğlu və Cavabdeh2 tərəfindən törədilən maneçiliyin aradan qaldırılması və həmin torpaq sahəsinin tutulmsına (istifadə olunması və bar götürülməsinə) yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması barədə iddia qaldırılmışdır. Cavabdeh1 oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, torpaq islahatı nəticəsində Qəbələ rayon AİK-nin xx.xx.1997-ci il tarixli 25 saylı qərarı qərarı ilə beş nəfərdən ibarət olan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində cəmi 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və JN-495 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş 495 A, 495B, 495D və 495 E nömrəli plan əsasında yeri müəyyən edilmişdir. 495E B saylı planda sərhədləri göstərilən 5300,26 kv/m torpaq sahəsi qeyd olunan sərhədlər üzrə daşınmaz əmlakın dövlət reyestrindəyenidən qeydiyyata alınmış və Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (reyestr nömrəsi: **********09) verilmişdir. Həmin torpaq sahəsini 2016-cı ildə Cavabdeh2 cəmi 1400,0 manata satmış, lakin torpaqda payı olan ailə üzvləri etiraz edərək torpaq sahəsini geri almışlar. İddiaçı məxsus olan Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,4255 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun tərəfindən zəbt edilməmiş və istifadə edilməmişdir. Ona görə də iddia tələbi əsassız hesab edilməlidir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,53 ha və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini 2016-cı ildə Cavabdeh1 Bəxtiyar oğlundan və X7 cəmi 4900,0 manata almış və ərazini çəpərləyərək indiyədək sahiblik etmişdir. Cavabdeh1 və X17 ilə aralarında Mıxlıqovaq bələdiyyəsində alqı-satqı müqaviləsi bağlanmış və torpaq sanədlərinin əsli ona verilmişdir. Cavabdeh1 Bəxtiyar oğlu və X2 alqı-satqı müqaviləsini notariat qaydasında bağlamaqdan imtina edərək ona cəmi 10.000,0 manat məbləğində maddi zərər vurmuşlar. İddiaçı məxsus olan Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,4255 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun tərəfindən zəbt edilməmiş və istifadə edilməmişdir. Ona görə də iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan JN-529 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən 529 A, 529B və 529C nömrəli planda sərhədləri göstərilən Qəbələ Mıxlıqovaq kəndi ərazisində yerləşən cəmi 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1997-ci il tarixli 25 saylı qərarı ilə İddiaçı, X9, Nümayəndə, X13, X8 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən (reyestr nömrəsi: **********24) Qəbələ Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,2923 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixdə İddiaçı, X9, Nümayəndə, X13, X8 və X4 adına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən (reyestr nömrəsi: **********23) Qəbələ Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,1334 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixdə İddiaçı, X9, Nümayəndə, X13, X8 və X4 adına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan JN-495 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən 495 A(2304,02 kv/m), 495B (786,10kv/m), 495D(526,47 kv/m) və 495 E(5300,026 kv/m) nömrəli planda sərhədləri göstərilən Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən cəmi 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1997-ci il tarixli 25 saylı qərarı ilə Cavabdeh1, X10, X11, X14 və X12 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli «Torpaq sahəsinin satılmasına dair» Aktın surətinə əsasən Cavabdeh1 JN-495 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən planda sərhədləri göstərilən Qəbələ Mıxlıqovaq kəndi ərazisində yerləşən cəmi 0,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2500,0 manata X1. İşdə olan Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli «Torpaq sahəsinin satılmasına dair» Aktın surətinə əsasən JN- X18 JN-496 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən planda sərhədləri göstərilən Qəbələ Mıxlıqovaq kəndi ərazisində yerləşən cəmi 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 1000,0 manata X1. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1200 saylı ekspert rəyində göstərilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********24) əsasən İddiaçı, X9, Nümayəndə, X13, X8 və X4 adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyta alınmış Qəbələ Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,2923 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudlarını müəyyən etmək mümkün olmamışdır. Belə ki, faktiki ölçüsü aparılan həmin ərazinin 0,25 ha hissəsi Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********09) əsasən Cavabdeh1 ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,0423 ha hissəsi isə TRKUİS-ə əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür; Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa ( reyestr nömrəsi: **********23) əsasən İddiaçı, X9, Nümayəndə, X13, X8 və X4 adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyta alınmış Qəbələ Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,1334 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütünlüklə cavabdehlərin istifadəsindədir və üzərində heç bir tikili yoxdur. AR Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; başqa şəxsə zərər vurulması; əsassız varlanma; fiziki və hüquqi şəxslərin digər hərəkətləri; qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını təşkil edir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlərdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. AR Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,53 ha və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh1 və X15 ilə X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli «Torpaqların alqısatqısına dair» Aktı etibarsız olduğundan X3 həmin torpaq sahələri üzərində heç bir hüquqları yaranmamışdır. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər, Cavabdeh1 Bəxtiyar oğlu və Cavabdeh2 İddiaçı və onun ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,1334 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (reyestr nömrəsi: **********23) AE ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1200 saylı ekspert Rəyinə əlavə edilmiş 1 №-li planda qeyd olunan koordinatları əhatə edən ərazisini (reyestr nömrəsi: **********23) azad edərək qanuni sahibin öz əmlakından istifadəsinə törədilən maneçiliyi aradan qaldırmalıdır; İddiaçı və onun ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,2923 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (reyestr nömrəsi: **********23) ərazi sərhədlərinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sənədlər (“Torpaq sahəsinin planı və ölçüsü” sənədi) olmadığından (bu səbəbdən yerləşdiyi ərazi müəyyən edilmir) və mübahisəli torpaq sahəsinin 0,25 ha hissəsi Cavabdeh1 ailə üzvlərinin, 0,0423 ha hissəsi isə bələdiyyə mülkiyyətində olduğundan İddiaçı həmin torpaq sahəsinə dair iddia qaldırmaqda haqlı deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 277, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,1334 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (reyestr nömrəsi: **********23) AE ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1200 saylı ekspert Rəyinə əlavə edilmiş 1 №-li planda qeyd olunan koordinatları əhatə edən ərazisindən (reyestr nömrəsi: **********23) istifadəsinə cavabdehlər, Cavabdeh1 Bəxtiyar oğlu və Cavabdeh2 tərəfindən törədilən maneçilik aradan qaldırılsın və həmin torpaq sahəsinin tutulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulsun. İş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 50,0 (əlli) manat cavabdehlər, Cavabdeh1 Bəxtiyar oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(025)-34/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-34/2024
14.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver