Məhkəmə qərarları › İş №2(025)-348/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-348/2021

29.01.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-348/2021 29.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu İddiaçı Cavabdeh qarşı "nəqliyyat növləri və piyadalar üçün mövcud olan yolu qanunsuz zəbt edən şəxs üzərinə yolun açılması vəzifəsinin qoyulması və təqsirli şəxsin inzibati qaydada tənbeh olunması" tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı "nəqliyyat növləri və piyadalar üçün mövcud olan yolu qanunsuz zəbt edən şəxs üzərinə yolun açılması vəzifəsinin qoyulması və təqsirli şəxsin inzibati qaydada tənbeh olunması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iddia tələblərində bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş JN-163 nömrəli (kod:40614018) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından və JN-247A nömrəli (kod:40614018) «Torpağa mülkiyyət hüququna dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 25 saylı qərarı ilə İddiaçı tam mülkiyyətlərinə Qəbələ rayonu Mıxlıqovaq kəndində müvafiq olaraq 0,13 ha və 0,12 ha torpaq sahələri verilmişdir. iddiaçı sözügedən torpaq sahələrinə gedən yolun açılması və cavabdehin inzibati qaydada tənbeh olunmasını xahiş etmişlər. Göründüyü kimi, iddiaçı iddia tələbində bir-biri ilə əlaqəsi olmayan tələbləri birləşdirmişdir. Belə ki, iddiaçı cavabdehin inzibati qaydada tənbeh olunması üçün müvafiq səlahiyyətli orqanlara müraciət etməli, əsas olduğu təqdirdə inzibati xəta haqqında protokol tərtib olunmalı, sonda isə əgər təqsir müəyyən olunarsa inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə hesab edirəm ki, iddia bir-biri ilə əlaqədar olmayan bir neçə tələblə birləşdirilərək verildiyinə, yönələn tələb nədən ibarət olması ərizədə göstərilmədiyinə görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı "nəqliyyat növləri və piyadalar üçün mövcud olan yolu qanunsuz zəbt edən şəxs üzərinə yolun açılması vəzifəsinin qoyulması və təqsirli şəxsin inzibati qaydada tənbeh olunması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar