Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-35/2022 01.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1, Cavabdeh, maraqlı şəxslər Qəbələ rayon Bum Bələdiyyəsinin sədri X2 və Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin sədri X3 iştirakları ilə, İddiaçı Cavabdeh, maraqlı şəxslər Qəbələ rayon Bum Bələdiyyəsinə və Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh, maraqlı şəxslər Qəbələ rayon Bum Bələdiyyəsinə və Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən qanuni istifadəsində olan yol yerindən istifadəyə törədilən maneələrə son qoyulması, yoldan istifadəyə maneə məqsədilə basdırıldığı yerdən çıxarılıb yol yerinə atılmış dirəklərin və hasar kimi çəkilmiş yol yerinə atılmış 600 metr uzunluğunda tikanlı məftilin cavabdehin hesabına öz əvvəlki yerinə basdırılması və məftilin hasar kimi çəkilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonunun Bum qəsəbəsi reyestr nömrəsi **********42 olan, Dövlət reyestrindən verilmiş çıxarışa əsasən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətindədir. Bundan əlavə 07.02.2006 -cı il tarixdə X4 almışdır. Həmin torpaq sahəsi 0.35 hektar olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq sahələri 1,11 hektar olmaqla təyinatına uyğun istifadə olunur. Ancaq cavabdehlər mülkiyyətində olan 0,76 ha torpaq sahəsinə və sahibliyi və istifadəsi onda olan 0,35 ha torpaq sahəsinə gedən yolu bağlamaqla, ona qarşı zorakı hərəkətlər göstərir, yol yerini hərəkət hissəsinə aid giriş hissəsini ağac hasarla bağlayaraq, öz torpağı ilə yoi yerini ayıran hasarı sökərək ərazini zəbt edərək istifadəmə ciddi maneələr yaradırlar. Hətta münaqişədən belə çəkinmirlər. Cavabdehlər tərəfindən zəbt olunan yolun eni 4,5 metr, uzunluğu isə 100 metrdir. Ancaq cavabdeh(lər) ona mülkiyyətində olan torpaq sahəsinə getmək üçün öz mülkiyyətində olan torpaq sahəsindən yuxarıda qeyd edildiyi kimi 4,5 metr enində 100 metr uzunluğunda sahəni yoi kimi istifadə etmək üçün icazə vermişdir.(servitut etmişdir). Mülkiyyətçi Müsavər Səbzalıyev razılaşmamıza əsasən həmin yol yerinə görə ona istifadə etməyi üçün verilmiş sahənin əvəzində o, mülkiyyətçinin torpaq sahəsinin 2 tərəfini hasariamışdır. Bu razılaşmadan sonra həmin sahədən 15 11 yəni 2006-ci il tarixdən 2021 ci il tarixədək heç bir manesiz istifadə etmişdir. Ancaq 2021-ci ildə Cavabdeh ona yol yeri kimi istifadə elmək üçün 4,5 metr eni, 100 metr uzununda olan torpaq sahəsini basdırma ağacları, tikanlı məftilləri çıxarıb yol yerinə atmaqla istifadəsinə maneələr yaradır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək ddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X5 iddia tələbini müdafiə etdi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının öz torpaq sahəsinə gedib gəlmək üçün atası Soltanov Müsəllimin torpaq sahəsindən yol yeri mövcuddur. Bu səbəbdən də onun istifadəsində olan torpaq sahəsinin yol yeri olaraq açılması zərurəti mövcud deyil. Belə ki, digər kənd sakinləri alternativ formada yol yerindən istifadə edir və ondan yuxarıda yerləşən torpaq sahəsi yol yeri olması baxmayaraq fərdi istifadədədir. Digər kənd sakinləri bunu problem eləmir. Onun istifadəsində olan torpaq sahəsi yol yeri kimi açıldığı halda həmin ərazinin sona kimi yol yeri olaraq açılmasını tələb edir. Həmçinin iddiaçı onun torpaq sahəsinə gələn suyu kəsib. İddiaçı həmin suyu açmayacağı halda o, da yol yerindən istifadəyə şərait yaratmayacaqdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin sədri X7 izahatında bildirdi ki, qeyd olunan ərazidə yerləşən torpaq sahələri kənd sakinlərinin istifadəsindədir. Cavabdeh isə həmin torpaq sahəsini zəbt edərək orda ağaclar əkmişdir. Bununla da, o, kənd sakinlərinə əkin sahələrinə getməkdə maneəçilik yaradır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Qəbələ rayon Bum Bələdiyyəsinin sədri X6 izahatında bildirdi ki, qeyd olunan ərazidə yerləşən torpaq sahələri kənd sakinlərinin istifadəsindədir. Bu öz əksini xəritədə də tapır. Həmin ərazi Mıxlıqovaq kəndi və Bum qəsəbəsi arasında ümumi istifadə üçün saxlanılan ərazidir. Buna baxmayaraq Cavabdeh həmin torpaq sahəsini zəbt edərək kənd sakinlərinə maneəçilik yaradır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********2 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, İddiaçı Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,7681 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 201 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(025)-1413/2021 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ekspertlərinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur
1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdehlər tərəfindən bağlanmışdırmı?
2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 25.11.2021-ci il tarixli **********85 saylı ekspert rəyindən görünür ki, araşdırma zamanı məlum olmuşdur ki,
1. Ərazi İdarəsində mövcud olan elektron (DWJ) kadastr məlumat bazasına əsasən iddiaçının yol yeri kimi istifadə etmək istədiyi torpaq sahəsi iki təsərrüfatın (Mıxlıqovaq kəndi və Bum qəsəbəsi) arasında ümumi istifadə üçün saxlanılan ərazidir.
2. Həmin torpaq sahəsindən vətəndaşlar əkin torpaq sahələrinə getmək üçün yol yeri kimi istifadə edir və həmin yol yerinin 0,035 ha sahəsi cavabdeh tərəfindən zəbt olunaraq meyvə ağacları əkilmişdir. Ekspertiza tədqiqatının dəyəri 95 manat təşkil edir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,7681 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********2 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən iddiaçının tam mülkiyyətindədir. İddiaçının yol kimi istifadə etdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, həmin torpaq sahəsi iki təsərrüfatın (Mıxlıqovaq kəndi və Bum qəsəbəsi) arasında ümumi istifadə üçün saxlanılan ərazidir, vətəndaşlar tərəfindən əkin torpaq sahələrinə getmək üçün yol yeri kimi istifadə olunur. Cavabdeh qeyd olunan ərazinin bir hissəsini zəbt etmişdir və iddiaçıya həmin torpaq sahəsindən öz mülkiyyətində olan torpaq sahəsinə gedib-gəlməsinə maneə yaradır. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının, həmçinin maraqlı şəxslər olan Qəbələ rayon Bum Bələdiyyəsi və Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, məhkəmə araşdırması zamanı aparılan ekspertiza nəticəsində məlum oldu ki, iddiaçının mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, əkin torpaq sahələrinə getmək üçün nəzərdə tutulan yol yerinin 0,035 ha sahəsi cavabdeh tərəfindən zəbt olunaraq meyvə ağacları əkilmişdir. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan 0,7681 ha torpaq sahəsinə gedən yolun 0,035 hissəsinin istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalı (Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş rəy və sxemə uyğun olaraq), qeyd edilən iddiaçının yol yeri kimi mübahisələndirdiyi torpaq sahəsindən istifadəyə maneə məqsədilə basdırıldığı yerdən çıxarılıb yol yerinə atılmış dirəklər və 600 metr uzunluğunda tikanlı məftil Cavabdeh hesabına əvvəlki yerinə basdırılmalı və məftil hasar kimi çəkilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 95 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan 0,7681 ha torpaq sahəsinə gedən yolun 0,035 hissəsinin istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun (Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş rəy və sxemə uyğun olaraq). Qeyd edilən iddiaçının yol yeri kimi mübahisələndirdiyi torpaq sahəsindən istifadəyə maneə məqsədilə basdırıldığı yerdən çıxarılıb yol yerinə atılmış dirəklər və 600 metr uzunluğunda tikanlı məftil Cavabdeh hesabına əvvəlki yerinə basdırılsın və məftil hasar kimi çəkilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 95 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev