Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-366/2021 02.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcu” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx xxx 2019-cu il tarixli, SKM-00177_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2609,93 (iki min altı yüz doqquz manat doxsan üç qəpik) manat, faiz borcuna görə 3,99 (üç manat doxsan doqquz qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2613,92 (iki min altı yüz on üç manat doxsan iki qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxx 2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx xxx 2019-cu il tarixli, SKM-00177_KMP saylı kredit müqaviləsi üzrə borcuna görə 2594,13 (iki min beş yüz doxsan dörd manat on üç qəpik) manat, faiz borcuna görə 3,05 (üç manat beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2597,18 (iki min beş yüz doxsan yeddi manat on səkkiz) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, SKM-0177_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 faiz (bir) dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 2800,54 (iki min səkkiz yüz əlli dörd) manat məbləğində cavabdehə kredit verilmişdir. (kredit müqaviləsinin 2.1; 2.3; 2.4 bəndləri. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx xxx 2019-cu il tarixdə İddiaçı ASC-nin Şəki filial ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx xxx 2019-cu il tarixli, SKM- 0177_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. xx xxx 2019-cu il tarixli, SKM-0177_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli, SKM-0177_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş cədvəli əsasında, hər ayın 22-dən gec olmayaraq hər ay 47,88 (qırx yeddi manat səksən səkkiz qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 xx xxx 2019-cu il tarixli, SKM-0177_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 2609,93 (iki min altı yüz doqquz manat doxsan üç qəpik) manat, faiz borcuna görə 3,99 (üç manat doxsan doqquz qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2613,92 (iki min altı yüz on üç manat doxsan iki qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx xxx 2019-cu il tarixli, SKM-0177_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2609,93 (iki min altı yüz doqquz manat doxsan üç qəpik) manat, faiz borcuna görə 3,99 (üç manat doxsan doqquz qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2613,92 (iki min altı yüz on üç manat doxsan iki qəpik) manat pul tutulmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Xəyalə Məmmədova məhkəməyə elektron qaydada ərizə göndərərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti oğlu iddianı qəbul edərək göstərdi ki, müəllim işləyir və əmək haqqı 170 manatdır. Borc məbləğini qəbul edir, lakin imkanı olmadığından kredit borcunu ödəyə bilməmişdir. Borcunu ödəmək niyyətindədir. Məhkəmədən ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş bir tərəfdən İddiaçı ASC-nin “Şəki” filialı (bundan sonra – “Bank” adlanacaq) ilə digər tərəfdən Cavabdeh1 (bundan sonra – “Müştəri” adlanacaq) arasında bağlanmış xx xxx 2019-cu il tarixli, SKM-00177_KMP nömrəli Restrukturizasiya məqsədilə kredit Müqaviləsindən görünür ki, “Bank” “Müştəri”yə 60 (altmış) ay müddətinə 2800,54 (iki min səkkiz yüz manat əlli dörd qəpik) manat məbləğində illik 1 (iyirmi səkkiz) faiz ödəmək şərtilə kredit vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 2800,54 manat məbləğində verilmiş kredit Cavabdeh1 tərəfindən imza edilərək qəbul edilmişdir. İş materiallarında bir tərəfdən İddiaçı ASC-nin “Şəki” filialı ilə digər tərəfdən Cavabdeh2 (bundan sonra – “Zamin” adlanacaq) arasında bağlanmış xx xxx 2019-cu il tarixli, SKM- 00177_KMP saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu ildə bağlanmış kredit müqaviləsi ilə əlaqədar olaraq, zamin Borc verənin (Bank) qarşısında Borc alanın öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında bir tərəfdən İddiaçı ASC-nin “Şəki” filialı ilə digər tərəfdən Cavabdeh3 (bundan sonra – “Zamin” adlanacaq) arasında bağlanmış xx xxx 2019-cu il tarixli, SKM- 00177_KMP saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu ildə bağlanmış kredit müqaviləsi ilə əlaqədar olaraq, zamin Borc verənin (Bank) qarşısında Borc alanın öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin “Şəki” filialı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli bildirişlərin surətlərindən görünür ki, borclulardan 3 iş günü müddətində Banka olan borcun ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Əks təqdirdə onlara qarşı qanunvericiliklə nəzərdə tutulan tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında xx xxx 2019-cu il tarixli, SKM-00177_KMP saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh1 2800,54 manat məbləği illik 1 %-lə, 60 ay müddətinə aylıq ilk 12 (on iki) ay 2,40 manat, sonrakı aylar 59,54 manat, sonuncu ay isə 59,46 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə elektron qaydada göndərilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx xxx 2019-cu il tarixli, SKM-00177_KMP saylı Kredit Müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 2594,13 manat əsas borcu, 3,05 manat faiz borcu, 0 manat cərimə borcu, cəmi 2597,18 manat borcu vardır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1979-cu il tarixdə Qəbələ rayonu Bayramkoxa kəndində doğulmuş, Qəbələ rayonu, Bayramkoxa kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1975-ci il tarixdə Qəbələ rayonu Bayramkoxa kəndində doğulmuş, Qəbələ rayonu, Bayramkoxa kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1970-ci il tarixdə Qəbələ rayonu Bayramkoxa kəndində doğulmuş, Qəbələ rayonu, Bayramkoxa kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncular zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh1 əsas borcu 2594,13 manat və faiz borcu 3,05 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehlərdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 2594,13 manat və faiz borcu üzrə 3,05 manat tutulmasını əsaslı hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia edilməli, cavabdehlər (borclu) Cavabdeh1 və (zaminlər) Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx xxx 2019-cu il tarixli, SKM-0177_KMP saylı kredit müqaviləsi üzrə 2594,13 manat əsas və 3,05 manat faiz borcu olmaqla, cəmi 2597,18 (iki min beş yüz doxsan yeddi manat on səkkiz qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zaminlər) Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx xxx 2019-cu il tarixli, SKM-0177_KMP saylı kredit müqaviləsi üzrə 2594,13 manat əsas və 3,05 manat faiz borcu olmaqla, cəmi 2597,18 (iki min beş yüz doxsan yeddi manat on səkkiz qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-366/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-366/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver